Kılıçdaroğlu: "Qarabağ əzəli Azərbaycan torpağıdır"

 

Kaymakam Rəcəb Ərkılıç: "Xocalı soyqırımı bəşəriyyətin ən böyük faciəsidir"

 

Fevralın 21-26-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və təşkilatçılığıyla XX əsrin ən dəhşətli və bəşəri soyqırımlarından biri olan Xocalı faciəsinin 19-cu ildönümüylə əlaqədar Türkiyə Cümhuriyyətində "Xocalı həftəsi" keçirilib.

 

DAK "Xocalı həftəsi"nə yekun vurdu

 

Məqsəd qardaş ölkənin ictimaiyyətini bu faciəylə daha yaxından tanış etmək hadisəylə bağlı ətraflı məlumat verməkdir. DAK rəhbərliyi qardaş ölkəyə səfər çərçivəsində başkənd Ankara şəhərində Türkiyə Böyük Millət Məclisində (TBMM) olublar bu ölkənin müxtəlif partiyalarının parlamentdəki təmsilçiləriylə görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı s. məsələlər müzakirə edilib. Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisinin PKK problemini, Türkiyə Böyük Millət Məclisinin isə Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi əsas müzakirə obyekti olub. Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Mustafa Kabakçı, DAK-ın həmsədri Sabir Rüstəmxanlı çıxışlarında Türkiyə-Azərbaycan münasibətlərindən müasir dünyada Türk Dünyasına olan ikili standartlara, ədalətsiz yanaşmalara son qoyulması, eyni zamanda gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün Azərbaycan-Türkiyə diasporunun birgə hərəkət etməsinin labüdlüyündən danışıblar. DAK-ın digər həmsədri Firidun Pərviznia qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə isə Güney Azərbaycanda baş verən prosesləri türkiyəli millət vəkillərinin diqqətinə çatdırıblar TBMM-in İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün probleminə biganə qalmamasını istəyiblər. Sonda TBMM-də DAK rəhbərliyinin şərəfinə ziyafət verilib.

 

DAK rəhbərliyi MHP sədri Dövlət Baxçalıyla görüşüb

 

Bundan əlavə, DAK rəhbərliyi Ankara şəhərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərkəzi qərargahında siyasi təşkilatın rəhbəri Dövlət Baxçalıyla görüşüb. Görüşdə Türk Dünyasında, Azərbaycanda, Türkiyədə özəlliklə Güney Azərbaycanda baş verən proseslər əsas müzakirə mövzusu olub. Eyni zamanda tərəflər Qarabağ münaqişəsi, Güney Azərbaycandakı vəziyyət, Xocalı soyqırımı, qondarma erməni soyqırımı barədə müzakirələr aparıb, Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyətinin vacibliyini qeyd ediblər.

DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycan Respublikasındakı siyasi proseslər, Azərbaycan diasporunun fəaliyyəti barədə qarşı tərəfə geniş məlumat verib. Eyni zamanda o, Azərbaycan Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının vacibliyini vurğulayıb. DAK-ın digər həmsədri Firidin Pərviznia qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə Güney Azərbaycanda baş verən proseslər, İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkünün apardığı milli mücadilə, güneyli soydaşlarımızın istiqlal mübarizəsi haqda danışıblar MHP-nin Güney Azərbaycana dəstək verməsinin vacibliyini bildiriblər.

MHP sədri Dövlət Baxçalı isə öz növbəsində Türkiyə Cümhuriyyətində baş verən proseslər, MHP-nin Azərbaycan Respublikası Güney Azərbaycan siyasəti barədə ətraflı məlumat verib.

 

Etimesgutda Xocalı faciəsiylə bağlı sərgi keçirilib

 

Eyni zamanda həmin gün Ankara şəhər Etimesgut bələdiyyəsi Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığıyla Xocalı soyqırımıyla bağlı sərgi keçirilib. Tədbirə DAK rəhbərliyi qatılıb. Sərgidən sonra isə Xocalı soyqırımıyla bağlı konfrans keçirilib. Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə səlahiyyətli səfiri Faiq Bağırov, DAK həmsədri Sabir Rüstəmxanlı tarixçı alim Cəmil Həsənli Xocalı soyqırımıyla bağlı məruzə ediblər. Etimesgut bələdiyyəsinin sədri Ənvər Dəmirəl Etimesgut kaymakamı Rəcəb Ərkılıç da çıxış edərək Xocalı soyqırımını bəşəriyyətin ən böyük faciəsi adlandırıblar. Sonda Xocalı soyqırımı haqda film nümayiş etdirilib faciə qurbanlarının ruhuna ehsan verilib.

Bundan başqa, DAK nümayəndə heyətinin bir qrup üzvü MHP-nin qurucusu, başbuğ Alparslan Türkeşin Ankara şəhərində Beştəpədəki məzarını ziyarət ediblər.

 

CHP sədrilə görüş

 

Eyni zamanda DAK rəhbərliyi Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) mərkəzi qərargahında siyasi təşkilatın rəhbəri Kamal Kılıçdaroğlu ilə görüşüblər. Görüşdə DAK həmsədrləri Sabir Rüstəmxanlı Firidun Pərviznia, qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə DAK İdarə Heyətinin üzvü, təşkilatın Ukrayna nümayəndəliyinin sədri Möhlət Hüseynov iştirak edib. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, DAK-ın fəaliyyəti Güney Azərbaycan məsələsi müzakirə olunub. DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan Respublikasında baş verən proseslər barədə CHP sədrinə məlumat verib. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə Azərbaycanın Güneyindəki son durumu İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünə qarşı yüz ilə yaxındır başlamış assimilyasiya siyasətinin hələ davam etdiyini, soydaşlarımızın milli azadlıq, istiqlal mücadiləsi apardıqlarını Kamal Kılıçdaroğlunun diqqətinə çatdırıb. DAK-ın digər həmsədri Firidun Pərviznia da Güney Azərbaycanda sosial demokratiya istiqamətində işlərin getdiyini CHP sədrinə bildirib.

Kamal Kılıçdaroğlu isə öz növbəsində bütün qaldırılan məsələlərə öz müsbət yanaşmasını açıqlayaraq, Güney Azərbaycan məsələsində hamının diqqətli olmasının vacibliyini söyləyib. Xocalı faciəsinə münasibət bildirən CHP sədri ermənilərin törətdikləri bu soyqırımı pisləyərək, Qarabağin əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyanlayıb.

 

DAK rəhbərliyi güneyli fəallarla görüş keçirib

 

Ankaradan İstanbula qayıdan DAK rəhbərliyi burada Güney Azərbaycandan olan siyasi mühacirlərlə görüşüb. Görüşdə Güney Azərbaycanda baş verən proseslər, bu ölkədə yaşayan güneyli soydaşlarımızın fəaliyyəti, DAK-ın Güney Azərbaycanla bağlı gələcək layihələri geniş müzakirə edilib. DAK həmsədrləri Sabir Rüstəmxanlı Firidun Pərviznia, qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə, təşkilatın İdarə Heyətinin üzvləri Abuzər Bağırov, Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli çıxış edərək fikirlərini bildiriblər. Səmimi şəraitdə keçən görüşdə güneyli ziyalıların birgə fəaliyyəti məqbul sayılıb, bununla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, DAK İdarə Heyətinin üzvləri - həmsədrlərin MDB regionu üzrə müavini Abuzər Bağırov Adil Minbaşı Türkiyənin "BengüTürk" kanalının qonağı olublar. Onlar canlı yayımlanan "Dünya Raporu" proqramında Xocalı soyqırımı, Güney Azərbaycanda baş verən proseslər, dünya azərbaycanlılarının problemləri DAK-ın fəaliyyətindən danışıblar.

 

 

Real Cəfərli       

 

Xalq Cəbhəsi.- 2011.- 2 mart.- S.4.