Ədəbi dərgilərimiz oxucunu qane edirmi?

 

 Yazıçı-kulturoloq Aydın Xan: "Jurnallar ədəbi prosesi canlandıra bilməsələr də, ədəbiyyat tarixinin salnaməsinə çevrilirlər"

 

Yazar-publisist Babək Göyüş: "İnternet portalları jurnalları gölgədə qoyub"

 

İndiki dövrdə ədəbi jurnallar, məsələn, Rusiyada olduğu kimi, kitab bazarını tamamilə işğal etmiş kütləvi ədəbiyyatın təzyiqinə davam gətirməlidir. Dəqiq aydınlaşdırmaq lazımdır ki, ədəbiyyat hansıdır, imitasiya, yəni bulvar ədəbiyyatı hansı. Bunu tənqidçilər etməlidir, jurnallarda bu barədə məqalələr dərc olunmalıdır. Çox təəssüf ki, bizim ədəbi jurnallar hələ sovet ruhunu daşıyır. Nəşr strukturu yarım əsr əvvəlki kimidir, həmin dövrülük, dünənlə yaşayan, müasir ədəbiyyatdan xəbəri olmayan eyni redaktorlar. Yəni bu jurnallar gözəl ənənəyə böyük potensiala rəğmən, strukturu prinsipini dəyişmir, son on ildə yaranmış yeni ədəbi situasiyaya uyğunlaşmaq istəmir. Yenilənməyə olan tam iradəsizlik onları məhv edə bilər, əlbəttə ki, əgər hələ məhv etməmişsə. O ki qaldı, ədəbi dərgilərin əsas missiyasına, bu, yeni istedadları gözdən qaçırmamaqdır, onları tapıb çap etməkdir. Bəs görəsən, Azərbaycanda çıxan ədəbiyyat jurnallarının səviyyəsi yazarlarımızı qane edirmi?

Yazar Nəriman Əbdürrəhmanlını qane etmir: "Həm "Xəzər", "Mars" kimi jurnalların çıxmadığı bir vaxtda çıxanların ("Azərbaycan", "Ulduz") daha zəif olduğu aşkar görünür... Bunu AYB-nin rəhbərliyi görür, amma nədənsə tədbir görülmür... Halbuki, yüksək səviyyəli jurnal buraxmaq üçün hər şey - dövlət bəsaiti, normal şərait var. O bədii jurnalların tirajının 10 faizi belə satılmır... Bunu yaxşılaşdırmaq üçün ancaq AYB rəhbərliyinin iradəsi lazımdır ki, jurnalların niyə zəif çıxdığının haqq-hesabını soruşsun... Yəqin həmin tədbirləri qurultaydan sonraya saxlayıblar"...

Yazar Varisin fikrincə, Azərbaycanda ədəbi dərgilərin vəziyyəti qənaətbəxş deyil ola da bilməz: "Ədəbi jurnallar həyatın bütün sahələrində olduğu kimi yalnız baş redaktorların, əməkdaşların dost-tanışlarının cızmaqaralırının təbliğinə yönəlib. İkincisi ölkədə ədəbi mühit o qədər durğundur ki, ədəbi jurnallara da elə bir oxucu marağı yoxdur".

Yazıçı-kulturoloq Aydın Xan hesab edir ki, Azərbaycanda nəşr olunan ədəbi jurnallar ədəbiyyatımızın ümumi simasının göstəricisidir: "Düzü internet əsrində kağız dərgilərin çıxmasına qəribə baxıram. Bir tərəfdən kitab nəşrinin belə asan olduğu bir vaxtda jurnallara ehtiyac? Fəqət bir problem var ki, bu jurnallar, xüsusən AYB-nin nəşrləri bir çox yazarların yeganə çap imkanı, qonorar almaq vasitəsi bəzilərinin yeridir. Oxucu marağını da ölməsi ona gətirib çıxarıb ki, 500 tirajla çıxan jurnallar ədəbi prosesi canlandıra bilməsələr , ədəbiyyat tarixinin salnaməsinə çevrilirlər"...

Yazar Mətləb Muxtarovu ədəbi dərgilərin ümumi mənzərəsi qane etmir: "Çünki həvəslə alıb oxuduğum Azərbaycanda çıxan ədəbiyyat jurnalı yoxdur. AYB-nin çıxartdığı jurnallar işlə məşğuldur, bilmirəm, amma AYO-nun "Alatoran"ı yaxşı işlər görür. Bu sahədə dəyişiklik etmək üçün Azərbaycanda çıxan ədəbiyyat jurnalarının baş redaktorlarını təqaüdə göndərmək lazımdır".

Yazar-publisist Babək Göyüş hesab edir ki, ilk növbədə Azərbaycanda çıxan ədəbi jurnalların tərtibatı "Alatoran" jurnalından savayı ürək açan deyil: "Çünki oxucu jurnalı əlinə götürəndə onun vizual gözəlliyindən zövq almalıdır. Sonra Azərbaycan Yazıçılar Birliyinin iki jurnalı da daxil olmaqla jurnallarda ara-sıra müasir ədəbi zövqlə ayaqlaşan hekayə, şeir romanlar dərc olunur. Ancaq artıq internet portalları bu jurnalları demək olar ki, gölgədə qoyub, çünki heç kəs monitoru tərk edib köşklərə kitab dükanlarına üz tutmur".

DGTYB-nin sədri, şair Əkbər Qoşalının fikrincə, indi Azərbaycanda çıxan ədəbiyyat jurnallarının səviyyəsi qaneedici deyil: "Götürək AYB-nin jurnallarını. gizlədim, hərdən fikirləşirəm: həmin jurnallara ayrılan vəsaitə mən mənim komandam daha yaxşı jurnal buraxardıq. Bu sahədə hansı tədbirlər görmək olar? İlk növbədə, jurnallarda kadr islahatlarına getmək, jurnalların reklamını, yaradıcı heyətin oxucularla görüşlərini keçirmək, özəlliklə, bölgələrə çıxmaq yararlı olar, deyə düşünürəm. Büdcədən maliyyələşməyən jurnalların da özünəməxsus problemləri var. Bu da, ilk sırada maliyyə ilə bağlıdır".

Yazar Rüfət Əhmədzadə hesab edir ki, Azərbaycanda çıxan ədəbiyyat jurnalları geniş oxucu kütləsinə çıxa bilmir ümumiyyətlə təbliğat işi yaxşı qurulmayıb: "Bir ki, mən hələ onlardan xəbərsizəm. Yəni, bu gün gənc bir yazar üçün ədəbiyyat jurnalları həm əlçatmaz, həm maraq kəsb etməyən olub. İndi daha çox protallar məqsədəuyğun hesab edilir. Təəssüf ki, bu gün cəmiyyətimizdə "kiminsə qılıncının altından keçmək" tradisiyası hökm sürür. bu özünü ədəbiyyatda da göstərir".

Şair Zaur Qəriboğlu demək olar ki, çap məhsulu olan ədəbi dərgi oxumur: "Bu gün kifayət qədər online ədəbi dərgilər var ki, onlar çap məhsulu olan dərgiləri geridə qoyublar. Operativlik baxımından da online dərgilər daha yaxşıdır. Çünki hansısa yazını ilk öncə onlaynda oxuyandan sonra çap məhsullu dərgilərdə dərc olunur, bu üzdən , çap məhsulunu alan olmur".

Yazar-publisist Hafiz Mirzə hesab edir ki, Azərbaycanda çıxan populyar ədəbi jurnallar arasında "Azərbaycan", "Ulduz", "Literaturnaya Azerbaydjan" "Alatoran"ı tanıyır: "Amma heç birini mükəmməl hesab etmirəm. Təkcə bədii səviyyəsi ilə deyil, dizayn reklamına görə ANS-in buraxdığı jurnallardan geri qalır. Yüksək keyfiyyətli jurnala böyük pul lazımdır. Müəllifdən keyfiyyətli məhsul almaqdan ötrü ona yüksək qonorar verməyə qadir olmalısan. Bizdə isə jurnalda dərc olunmağı təkcə prestij hesab edirlər. Moda, dizayn, qadın, uşaq jurnallarının səviyyəsi alıcılıq qabiliyyəti ədəbi jurnallardan üstündürsə, deməli, mədəni səviyyə hələ aşağıdır".    BAXCP Urmiya gölü ilə bağlı BMT- müraciət olunmasını vacib sayır

Vaqif Abışov: "Ən qədim Azərbaycan dövlətləri Urmiya gölünün ətrafında yaranıb"

"Əgər Urmiya gölü quruyarsa, oradakı yaşayışa, coğrafi iqlimə çox ciddi ziyan dəyəcək"

"Azərbaycan cəmiyyəti olaraq bu məsələlərə xüsusi diqqət yetirməliyik ki, dünya ictimaiyyətinin diqqətini problemə yönəldək"

 

 

 Oktay Hacımusalı

 

  Xalq cəbhəsi.- 2011.- 3 sentyabr .- S. 13.