Soyadların yeni seçim variantları təsdiqlənib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Terminologiya Komissiyasının nəzdində adlar soyadlar üzrə komissiyası Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında qərar verib.

Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib ki, soyad sonluqları ilə bağlı qərar 6 bənddə əksini tapıb. Soyadların yeni seçim sisteminin tətbiq edilməsi barədə qərara əsasən, soyad sonluqları aşağıdakı yollarla düzələ bilər:

1. Valideynin mövcud soyadını bildirən sözün kökünə ya soyad tərkibinin hər hansı bir tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə hansı cinsə mənsub olmasından asılı olaraq -oğlu -qızı soyad sonluğunun artırılması vasitəsilə. Məsələn, Ağaoğlu Rəşid Ağa oğlu.

2. Valideynin soyadını bildirən sözün kökünə ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -, -li, -lu, - şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Aydınlı Şəfəq Şair qızı.

3. Valideynin soyadını bildirən sözün kökünə ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə heç bir leksik qrammatik vasitə artırılmadan. Məsələn, Bəhruz Soltan Baxış oğlu.

4. Valideynin soyadını bildirən sözün kökünə ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -gil ya -soy şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Azərsoy Turab Əhməd oğlu. Bəhramgil Diləfruz Ziya qızı.

5. Valideynin soyadını bildirən sözün kökünə ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -zadə soyad sonluğunun artırılması vasitəsilə. Belə sözlər bir vurğu ilə deyilir mürəkkəb söz kimi bitişik yazılır. Məsələn, Dadaşzadə İlqar Dadaş oğlu.

6. Soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir.

Qərara əsasən, soyadların yeni seçim sisteminin təsdiq edilməsi təklif olunan tövsiyələrin 2011-ci il yanvarın 1-dən başlayaraq yeni doğulanların soyad seçimi zamanı nəzərdə tutulması haqqında müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb.

Qərarı AMEA prezidenti Mahmud Kərimov imzalayıb.

 

 

 Xalq Cəbhəsi.- 2011.- 12 yanvar.- S.13.