"20
Yanvar xalqımızın qəhrəmanlıq səhifəsi
idi"
"SSRİ
mənəvi cəhətdən öz varlığına
Bakıda son qoydu"
20 Yanvar faciəsiylə bağlı suallarımızı tarixçi alim Cəmil Həsənli cavablandırır
- Cəmil müəllim, yaxın günlərdə 21-ci ildönümünü anmağa hazırlaşdığımız 20 Yanvar hadisələrində tarixi baxımından qaranlıq məqamlar qalıb, ya yox?
- Əlbəttə
tarix üçün qaranlıq məqamlar dünən də
olub, bu gün də var, sabah da olacaq. Mən əminliklə
deyirəm ki, böyük dövlətlərin
başçıları 20 Yanvar hadisəsinin
olacağından əvvəlcədən xəbərdar idilər,
yəni, sovet rəhbərliyi bu böyük hadisə ilə
bağlı onları xəbərdar etmişdi. Yanvar hadisələrindən
bir neçə gün sonra, səhv etmirəmsə, 26-da
Siyasi Büronun iclası oldu. Mixail Qorbaçovun orada bir
çıxışı var və o deyir ki, indi Azərbaycanda
vəziyyətimiz Almaniyada olduğumuz kimidir. Söhbət hələ o zaman
mövcud olan Almaniya Demokratik Respublikasından gedirdi. O deyirdi
ki, Almaniyadakı kimi, Azərbaycanda da vəzifəyə gətirilməli
adam tapa bilmirik. Bu, bütövlükdə siyasi bir böhran
idi. Baxmayaraq ki, bizdən əvvəl
- 20 Yanvar hadisəsindən
sonra ilk illərdə tarixçilər deyirdilər ki, bir
çox məqamların aydınlaşması
üçün zaman lazımdır. Artıq 21 il keçib.
Həmin zaman gəlib çatıb, yoxsa, yenə də zaman
lazımdır?
- 21 il keçməsinə
baxmayaraq, tarixçilərin həmin hadisəni lazımi dərəcədə
qiymətləndirməsi üçün vacib sənədlər
açılmayıb. Bu, bəlkə də çox nadir hadisələrdəndir
ki, tarixçilər ilk zamanlar bu hadisəyə daha yaxın
idilər, nəinki sonra. Ölkə daxilində bu, yeganə
hadisə idi ki, əməliyyata birbaşa müdafiə naziri
özü rəhbərlik edirdi və Yazov özü
Bakıya gəlmişdi. SSRİ daxilində hələ belə
bir hadisə olmamışdı ki, müdafiə naziri
birbaşa özü hərbi əməliyyat keçirilən
əraziyə gəlsin. Normalda hamı bu hadisədən sonra
öz evinə girməli idi və şəhidlərin meyitləri
ortalıqda qalmalıydı. Bütün proses buna
hesablanmışdı. Amma səhəri gün nə oldu? Dəstə-dəstə
insanlar partiya-sovet orqanlarının qarşısına
axışır və sovetlərin başlıca mənəvi
siyasi simvolu olan partiya biletlərini cırıb
atırdılar. Əməliyyatın keçirilməsinə
sərəncam verən insan haqqında, yəni, Qorbaçov
haqqında şəhərin müxtəlif yerlərində
"cəllad", "rədd olsun sovet höküməti",
deyə yazırdılar. Bu, böyük bir tarixi hadisə idi.
Xatırlayıram ki, çox adam o zaman çox iş
gördü. Şəhidlərin torpağa
tapşırılması prosesi isə, şəhərdə
o zamana qədər görünməmiş bir izdiham ilə
müşaiyət olundu. Milyondan artıq insan bu prosesdə
iştirak etdi. Deməli, atılan güllələr sovet
ideologiyası baxımından hədər getmişdi. Cəmiyyət
qorxmadı və diz çökmədi. İnqilabi ideya
kütlələrə hakim kəsilmişdi. O zaman biz
universitetin bir neçə müəllimi Şüvəlandan
tutmuş Yasamala qədər bütün xəstəxanalrı
gəzdik və yaralıların çoxu ilə
görüşüb, hansı şəraitdə
yaralandıqları barədə ifadələrini aldıq. Bütün
bunları ya diktofona, ya dəftərə qeyd etdik. İnsanlar
böyük vətənpərvərlik nümunələri
göstərdilər - rejissorlar, operatorlar, kino işçiləri.
Onlar nəyi bacarırdılarsa, onu da lentə
alırdılar. Yadımdadır ki, 1990-cı ilin mart
ayında SSRİ xalqlarının qurultayı keçiriləcəkdi
və biz də həmin topladığımız materialı,
o cümlədən, yaxşı çəkilib, montaj
edilmiş kasseti Moskvaya apardıq. O zaman SSRİ
xalqlarının Ali Sovetinin qurultayının deputatları
Moskva mehmanxanasında yaşayırdılar. Lenti göstərmək
çox çətin idi və bizə bu məsələdə
Oljas Süleymenov kömək etdi. O həmin mehmanxanada
zalın alınması, kinonun nümayişi məsələsində
böyük yardım göstərdi. O zaman ictimai istintaq komitəsi
də vardı və hesab edirəm ki, onlar da çox zəngin
materiallar toplamışdılar. Təəssüf hissi ilə
bildirmək ki, öz materiallarımızın surətini
çıxarmamışdıq və onları qurultaya elə
də təqdim etdik. Amma bilavasitə Yanvar hadisələrini
özündə əks etdirən rəsmi sənədlər
hələ də bəlli deyil.
- Yəqin ki, Rusiya arxivlərində
bu hadisə ilə bağlı çoxlu sənəd qalar. Necə
düşünürsünüz, onların
açılması tam mənzərəni
aydınlaşdırar?
- Təəssüf ki, Rusiya
arxivlərində bu tip sənədlər hələ də
açılmayıb və hazırda bu sənədlər
Federal Təhlükəsizlik Xidmətinin arxivində yerləşir.
Böyük mənada SSRİ DTK-nın
hazırladığı bir əməliyyat idi. 1988-ci ildə
Sumqayıt hadisələrini SSRİ DTK-nın əməkdaşları
bilavasitə hazırlamışdılar, 20 Yanvar hadisələri
də bu baxımdan istisna olmadı. Bu hadisə ərəfəsində
DTK demək olar ki, bütün şəbəkəsini hərəkətə
gətirmişdi. Yanvarın 19-da Azərbaycan
televiziyasının enerji blokunun partladılması hərbi kəşfiyyatın
işiydi.
- 20 Yanvar hadisələrindən
hansı tarixi dərslər götürüldü?
- Birincisi, silahla qələbə
qazanmaq olar, amma daimi olaraq silaha güvənmək olmaz. Cəmiyyətin
içində sabit, oturuşmuş münasibətlər
olmasa, silah da kömək etməz. Sovet İttifaqı
dünyanın ən nəhəng silah cəbhəxanası
idi, amma o da işğal etməyinə baxmayaraq, otura bilmədi.
İkincisi, cəmiyyətdə hər hansı dəyişikliyin
mənbəyi daxili qüvvədir. O dövr Azərbaycan
inqilabının böyük sosial bazası onun içində
idi. Meydanları lərzəyə gətirən, Sovet
İttifaqının sarsıdan proseslərdə iştirak edən
xalq idi və o tarixin səhnəsindəydi. Bu anonim yox, real
bir xalq idi. Xalqa onun içindən çıxan Xalq Cəbhəsi
və unudulmaz lider Əbülfəz Elçibəy rəhbərlik
edirdi. Hər hansı bir qürur mənbəyini xalqın
içərisində axtarmaq lazımdır. Tarixdən xəbərsiz
insanlar deyirlər ki, heç bir meydana çıxmağa
ehtiyac yox idi və Azərbaycan da Asiya respublikaları kimi
müstəqil olacaqdı. Deyirlər ki, heç bir qurban verməyə
ehtiyac yox idi. Amma bu hadisə Azərbaycan xalqının
potensialını göstərdi və dünyanın strateji mərkəzləri
belə bir potensiala heyran olmuşdular. Bu hadisə xalqın qəhrəmanlıq
səhifəsiydi. 1918-ci il 28 may hadisəsinə yol 1918-ci il
mart hadisələrindən keçdisə, 1991-ci il müstəqilliyinə
yol 1990-cı il 20 Yanvar hadisəsindən keçdi.
Həsənli Cəmil
Xalq Cəbhəsi.- 2011.- 18 yanvar.-
S.5.