Erməni baş nazir Kaçaznuninin «soyqırım» etirafları…
«Türklər
nə etdiklərini bilirdilər və bu gün peşmanlıq duymalarını tələb
edəcək bir xüsusiyyət yoxdur»
Ovanes Kaçaznuni, 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və Daşnaksutyun Partiyasının da lideri idi. 1867-ci ildə Axıskada doğulmuş, 1938-ci ildə Ermənistanda ölmüşdü; ixtisasca memar idi. Ovanes Kaçaznuni, 1923-cü ildə, Buxarestdə, Paris Konfransına bir hesabat təqdim etmişdi. Bu hesabat, həmin dövrdə böyük mübahisələr yaratmış və xüsusi ilə ermənilər arasında böyük reaksiyalara səbəb olmuşdu. Daha sonraları bu hesabat, Ermənistanda qadağan edilərək yığışdırıldı. Hesabat, sonraları Moskvadakı Lenin Kitabxanasında rusca tapıldı və türkcəyə tərcümə olundu. «Qaynaq» nəşriyyatında 2006-cı ildə, «Daşnaq Partiyasının edə biləcəyi heç nə yoxdur» (1923 partiya konfransına hesabat) başlığı ilə nəşr olunan kitabda yazılanlar erməni soyqırımı iddialarını yalanlayan bir sənəd özəlliyi daşıyır. İndi isə buyurun, Ovanes Kaçaznuninin həmin hesabatından parçaları sizin diqqətinizə çatdırırıq.
Hərbi əməliyyatlarda
iştirak etdik
«1914-cü ilin payızında, Türkiyənin hələ müharibəyə daxil olmadığı dövrdə, Cənubi Qafqazda böyük səs-küy içində və enerjili şəkildə erməni könüllü birlikləri yaradılmağa başlandı: yalnız bir neçə həftə içərisində erməni inqilabçı Daşnaksutyun Partiyası (EDDP) həm bu birliklərin yaradılmasına, həm də bunların Türkiyəyə qarşı reallaşdırdıqları hərbi əməliyyatlara aktiv şəkildə qatıldı».
«Biz, qeydsiz – şərtsiz Rusiyaya yönəlmiş vəziyyətdə idik. Hər hansı bir səbəb yox ikən, zəfər havasına girmişdik. Sədaqətimiz, işlərimiz və köməklərimiz qarşılığında, çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyindən əmin idik.
Ağlımızı itirmiişdik. Biz öz istəklərimizi başqalarının adına çıxaraq, məsuliyyətsiz şəxslərin boş sözlərinə böyük əhəmiyyət verərək və özümüzə etdiyimiz təlqinin təsiri ilə, gerçəkləri anlaya bilmədik və xəyallara qapıldıq.»
«1915-ci ilin yaz və payız dövründə Türkiyə erməniləri türklər tərəfindən köçürüldü. Türklər nə etdiklərini bilirdilər və bu gün peşmanlıq duymalarını tələb edəcək bir xüsusiyyət yoxdur… Bu üsul ən qəti və ən uyğun üsul idi!»
Gerçəkləri
görə bilmədik
«Qəzəb və qorxu içərisində olan biz, «günahkar» axtarırdıq və bütün günahları dərhal «Rus» hökumətinin və onun yeritdiyi quldur siyasətinin üstünə atdıq. Siyasi baxımdan yetkinləşməmiş və balanssız siyasət yeridən insanlara xas bir qarışıqlıq içində, bir tərəfdən digər tərəfə sovrulmaqda idik. Rus hökumətinə qarşı dünənki inancımız nə cür kor-koranə və əsassız idisə, bu günki günahlandırmalarımız da o cür kor-koranə və əsassızdır. Siyasi bir partiya (Daşnaksutyun) kimi bizlər, məsələmizin rusları maraqlandırmadığını və onların lazım gələndə bizim cəsədlərimizin üstündən keçib gedə biləcəklərini unutmuşduq».
«Talesizlikdən şikayət etmək və fəlakətlərimizin səbəblərini öz xaricimizdə axtarmaq kədərli bir vəziyyətdir. Bu bizim xəstə təfəkkürümüzün, bəsit milli psixologiyamızın xarakteristik bir xüsusiyyətidir və təəssüf ki, Daşnaksutyun partiyası da bundan qaça bilməmişdir… Sanki uzaqgörənliliyimizin olmaması bir qəhrəmanlıq idi və istəyən hər kəs, fransızlar, ingilislər, amerikalılar, gürcülər, bolşeviklər, bir sözlə bütün dünya bizi asanlıqla aldatdı, bizdən istifadə etdi və bir kənara tulladı sonra, xəyanət etdi. Halbuki biz avamcasına bu mübarizənin ermənilər üçün aparıldığına inandırılmışdıq».
Türklərin milli mübarizəsi haqlı idi
«1918-ci ildə imperialistlərə qarşı döyüşlərində təxribata uğrayan Türklər, istirahətə çəkilərək iki il içərisində yenidən canlandılar. Yeni gənc və vətənpərvər duyğularla hərəkət edən bir nəsil ortaya çıxmış, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başlamışdı. Türkiyədə milli şüur və özünümüdafiə instinkti oyanmışdı. Onlar Kiçik Asiyada gələcəklərini hər hansı bir formada təmin edə bilmək üçün Sevr müqaviləsinə hərbi güclə etiraz etmək məcburiyyətində idilər».
«Türklərə qarşı qiyam qaldırdıq. Sülhü və birgəyaşayışı yox etmək üçün döyüşdük. Artıq hamımız, Türklərin düşməni olan ixtilaf dövlətlərinin düşərgəsində idik. Türkiyədən «dənizdən dənizə Ermənistan» tələb edirdik. İxtilaf dövlətlərinin ordularını Türkiyəyə göndərmələri və hakimiyyətimizi təmin etmələri üçün Avropa və Amerikaya rəsmi çağırışlar göndərdik. Bir məqamı da unutmamalıyıq ki, var olduğumuz müddətdə fasiləsiz Türklərlə döyüşdük, öldük və öldürdük. Bundan sonra, Türklər bizə niyə inanmalıdırlar»?
«Sevr, Türklərə qarşı ən əhəmiyyətli kartımız idi. İngilis silahları ilə təchiz edilmiş bir ordumuz və kifayət qədər hərbi sursatımız var idi. Sevr müqaviləsi, hamımızın gözümüzü örtmüşdü. Müharibə isə həqiqətlərdən ibarət idi. Bir həqiqət, həm də bağışlanılmaz bir həqiqət bu idi ki, biz bu müharibədən qaçmaq üçün heç nə etmədik, əksinə döyüşmək üçün bəhanələr yaratdıq. Halbuki müharibə bizim tam və qəti məğlubiyyətimizlə nəticələndi. Bizim qarnıtox, əyniqalın, yaxşı silahlanmış ordumuz silahını yerə qoyub dağılışdı».
«Türkiyənin yeddi
vilayətindən, Kilikyadakı dörd adaya, Qaradənizdən Aralıq dənizinə,
Qarabağ dağlarından Ərəb səhralarına
kimi uzanan «Böyük Ermənistan»ın xəritələri
hazırlanır və bu yerlərin bizə
verilməsi tələb edilirdi. Bu imperialist xəyal necə reallaşa bilərdi axı»?
Heç bir zaman dövlət ola
bilmədik
«Gəlin, ədalətlə danışaq; «idarə etmək» sözünü «uzaqgörənlik» kimi qəbul etsək, biz qətiyyən uzaqgörənlik qabiliyyəti olmayan, işə yaramaz daşnaq idarəçiləri idik. Başlıca zəifliyimiz bundan qaynaqlanırdı. Bundan başqa, fəaliyyətlərimizin məqsədini müəyyən etməmiş və dəqiq şəkildə anlamamışdıq; rəhbər kimi qəbul edəcəyimiz bir qanunumuz və davamlı tətbiq oluna bilən tutarlı bir strategiyamız yox idi. Sanki istəmədən, təsadüfi şərtlərin diktəsi ilə tərəddüdlə hərəkət edir, başımızı divara çarpır və ayaqlarımızın altındakı torpağı kor kimi durmadan yoxlayırdıq. İmkanlarımızın sərhədlərini bilmir və çox vaxt bunları şişirdirdik. Maneələrin önəmini anlamır, əleyhimizə olan qüvvələrə nifrət edirdik. Dövlət ilə partiyanı bir-birindən ayıra bilmir və çox vaxt partiya ideologiyasını dövlət işlərinə qarışdırırdıq. Biz dövlət adamı deyildik».
«İndi nəyimiz var? Araz ilə Sevan arasında kiçik ərazidə yerləşən sözdə müstəqil, reallıqda isə canlanmaqda olan Sovet İmperatorluğunun muxtar bir vilayəti statusundayıq. Gəlin bir şeyi anlayaq, Türkiyə Ermənistanı adlı bir yer yoxdur, bu mövzu Lozanna müqaviləsində dəfn olunub. Böyük Avropa dövlətləri bizi dəfn ediblər».
«İnsanlara qarşı sui-qəsdlər planlayaraq və reallaşdıraraq, bir zamanlar Ulduz köşkündə etdiyimiz kimi terrorlar həyata keçirə, bu dəfə başqalarını bombalaya bilərik. Amma nə üçün? Biz Türkiyədə səs-küy yaradanda elə bildik ki, böyük dövlətlərin diqqətini erməni məsələsinə çəkəcək və onları bizim lehimizə vasitəçi olmağa məcbur edəcəyik. İndi isə belə bir vasitəçiliyin qiymətinin nə qədər olduğunu artıq bilirik.»
«Partiya artıq məğlub olmuş və nüfuzunu itirmişdir. Ölkədən qovulmuşuq və geri qayıda bilmərik. Koloniyaların görə biləcəyi heç bir iş yoxdur. Bir partiya, «Madam yaşayıram elə isə özümə necə olursa olsun bir iş uydurmalıyam» – deyə bilməz. «Madam yaşayıram», «elə isə» tərzində bir yanaşma məntiqi olaraq səhvdir. Cümləni əks istiqamətdə qurmalıyıq:
«Madam ki
görüləcək bir işimiz
qalmayıb, yaşamalı deyilik!» Bəli, mən
intihar təklif edirəm! Daşnaq Partiyası keçmişin
bir qalığıdır,
gərəksiz bir orqandır və bədənin bu orqana artıq ehtiyacı qalmamışdır,
indilərdə o, bir koloniya (diaspor) partiyasıdır».
«Təkcə bir
məsələdə israr
edirəm. Bir gün Türklərlə
razılaşmaq ehtiyacı
yaransa; səhnəyə
başqa bir anlayışa, başqa bir psixologiyaya sahib, ən önəmlisi isə başqa bir keçmişi olan ya da
olmayan insanların çıxması vacibdir.
Və bu nöqtədə Daşnaqsütun məsələyə
kömək etməyəcək,
əksinə mane olacaq».
Acı «etirafnamə»
Göründüyü kimi, 1915-1923-cü illərin
tənqidi bir xülasəsi olan bu hesabat, əslində
sanki bir «etirafnamə» formasında hazırlanıb. Ermənistanın və erməni
diasporunun qəbul etdirməyə çalışdığı
sözdə «Erməni
soyqırımı» şoularının
nə qədər əsassız olduğu, bu sənədlə ən səlahiyyətli erməni liderinin ağzından ifadə edilməkdədir. Tarixi
reallıqlara göz yuman erməni
diasporu üçün,
Türkiyəyə duyulan
kinin güclənməsi
əsas faktordur.
Onlar üçün
məqsəd, hansı
yolla olursa olsun, bir şəkildə
Türkiyəyə duyulan
kini artırmaqdır. Əgər bu
kin durmadan artırılmağa
çalışılmasa, o zaman erməni diasporu arasında fikir ayrılıqları başlayacaq. Onlar da bunun fərqindədirlər
və məqsədləri
istiqamətində işlərini
davam etdirirlər.
Bu məqsəd çərçivəsində,
erməni diasporunun Türkiyədən təzminat
və torpaq tələb etmələrinin
ilk mərhələsi olan
sözdə qondarma erməni soyqırımını
az qala
bütün Qərb dövlətləri qəbul
edib və hətta bunun inkarını cinayət sayan qanunlar belə qəbul etməyə hazırlaşırlar.
Bir neçə il
əvvəl başlanan,
səhv olduğu qədər zərərverici
nəticələr də
yaradan «Ermənilərdən
üzr istəmə kampaniyası» da ermənilərinin məqsədlərinə
xidmət edən bir işdir.
Amerika erməni
assambleyasının icraçı
direktoru Bryan Ardounyun «Türkiyədə geri dönülməz bir meyl başladı. Bu üzr, bu istiqamətdə
bir ilk addımdır və Türkiyənin qaçınılmaz olaraq
soyqırım keçmişiylə
üzləşməsi nəticəsini
ortaya çıxaracaq»
– deməsi də bunun bariz sübutudur.
Hazırladı: Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.-
24 aprel.- S.13.