Hər kəsin öz fiti

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bir həcv yazdı və dünya lilləndi. Niyə yazdı, nə üçün yazdı? Bu sorumlar heç olmadı. Amma ittihamlar baş aldı getdi; ağız-ağıza verdilər, böyür-böyürə, böyürə-böyürə dayandılar. Təhqir olunduqlarını, əskik tutulduqlarını dilə gətirib yaxa cıranlar da tapıldı, müdrük görkəm alaraq «ağsaqqallıq» iddiasına düşüb, gərək belə etməyəydi, ağsaqqal yazıçıdır – deyənlər də.

Mən «sirkə-badımcanın», yaxud həmin həcvdəki digər işarədən hali olanların kimliyini bilməzdim, əgər onlar bunu dil olub dillənməsəydilər, ağızlarına alıb, dillərinə gətirməsəydilər. Yadıma birgə səfərə çıxarkən yazıçı Elçin Hüseyinbəylinin tələbəlik illərindən bəhs edən bir söhbəti düşdü: «Bir prorektorumuz vardı, uşaqlar onu görəndə fışqırıq çalardı. Bir dəfə də belə oldu, bir neçə tələbəylə dayanmışdıq, müəllimimiz keçirdi. Tələbələrdən biri ahəstəcə bir fışqırıq çaldı. Müəllim qəzəblə gəlib həmin tələbənin yaxasından yapışdı: «nəyə fit çalısan, adə» – deyib tələbəni silkələdi. Tələbə ha and-aman eləsə də ki sizə çalmıram, müəllim dediyindən dönmədi: – Əclaf köpəyoğlu, mən fitimi yaxş tanıyıram». Görünür, «mən öz fitimi yaxşı tanıyıram» deyimi, heç də gəlişi gözəl söz olmayıb. Nə isə… heç bu mövzuda yazıb, qan qaraltmaq, mığmığa yuvasına çöp uzatmaq istəməzdim. Həm də, mən Anar müəllimin yazdığı həcvi rəqibi sarsıdan bir zərbə kimi hiss etdim. Əks təqdirdə bu qədər çabalamalar, diskusiyalar və ilaxır, və sair olmazdı.

Bəs, nədən bu yazını yazmaq olmaqla. Vaxtı ilə olan susqunluğum ona da hesablanmamışdı ki, hər iki tərəfin «qəzəbinə», yaxud «sevgisinə» tuş gələm. Əslində mən belə fikirləşmişdim ki, bir qrup gənc yazar cığallıq edir, daha tez dillər əzbəri olmaq üçün kimlərisə dilə-dişə salıb, tənqid, təhqir, şantaj edib, özlərini cəmiyyətə «qəhrəman» kimi sırıyırlar. Baxmayaraq ki, həmin istedad sahibləri uğurlu yazıları ilə istəklərinə çata bilərlərdilər. Bəlkə də yazının gətirəcəyi şöhrətin bir qədər ləngiyəcəyini, ömürün buna vəfa etməyəcəyini düşünüblər. Yaddaşda və gündəmdə qalmağın yolunu həm də bunda görüblər. Münasibətim, salam-əleykümüm olan bu tip yazarlara heç vaxt haqq qazandırmamışam, söz düşəndə özlərinə iradlarımı bildirmişəm. Cavabları isə elə əməlləri kimi olub; qeyriciddi, başıpozuq, kimlərinsə «molodesi»inə şeşəllənməyin eyforiyasının baş gicəlləndirməsinin mənasız həzzi.

Əlbətdə, kifayət qədər tanınan, nüfuz və mənsəb sahibinə buynuz göstərmək, «ayə filankəsə malades e, qorxub, eləmədi, Anarı, Fikrət Qocanı, Çingiz Abdullayevibilim daha kimi «quru yuyub, yaş sərdi» sözlərini eşidib, çayxanakafe bucaqlarında başı dumanlı və dumansız şəkildə qorxmaz, bükülməz bir poza almaq onların həyat tərzinə çevrilir. Təəssüflənirəm və bu məni doğrudan da narahat edir. Axı onlara dörd nəfər «molodes» deyirsə, on dörd nəfər ikrah edir.

Dəfələrlə oldu, xalq yazıçılarının, şairlərinin dünyasını çoxdan dəyişmiş valideyinlərini təhqir edib, haqlarında olmazın söhbətlər yaydılar, ruhlarını narahat etdilər. Nə var e, adlarını yuxarıda çəkdiyim, və bu qəbildən olan insanları «incitməyə», onları tənqid-təhqir atəşinə tutmağa. Bilirlər ki, topu-topxanaları, cəbhəxanaları, qolu zorlu cangüdənləri yox ki, bunlara zor tətbiq etsinlər. Həm də yaş fərqləri də kifayət qədər çoxdur, hansı baba nəvəsi ilə cəngə çıxar?! Nə olsun ki nəvə körpədir, danışığını, hərəkətini bilmir, altını-üstünü batırır. Həm də bu yaşlı yazarlar o ürəyin sahibi də deyillər ki, kimi isə bədbəxt etmək, məhkəməyə verib haqlı olaraq, balalarını, doğmalarını gözüyaşlı qoymaq üçün fürsət gəzsinlər. Ona görə də zəmin ağzı köpük qarışıq qan olan, guya ki, «ipə-sapa yatmayanlar» kor atı minib köndələn çapıb, söyüş söyüb, yaşlı nəslin nümayəndələrinin ürəklərini partlada bilərlər, düşüncəsindən kənara çıxmırlar. Yanılmayıblar, o insanların ürəkləri çox həssasdır, buna tablamaya bilər. Bu minvalla da bəzi gənc yazarların iyrənc əməllərilə qəhrəman kimi qalmaq istəyi, onları hər zaman təqib edir.

Maraqlıdır, görəsən həmin qələm sahibləri niyə bir vətəndaş yanğısı ilə ölkədə baş verənlərə münasibət bildirmirlər?! Niyə, oxucusu olanolacaq insanların min əzaba düçar olduqları onları narahat etmir?! Hər gün onlarla insanın evi sökülür, sakinlər küçəyə atılır… Müharibədə uduzulan torpaqların yarasını, paytaxt küçələrindəki «səngərlər» unutmağa qoymur. Keçmiş döyüşçü şəhərin küçələrini oğluna-uşağına göstərib: «Bax müharibə zonasında mərmilərdən belə çalalar yaranır, belə səngərlər qazırdıq» – deyir. Bəlkə, gənc yazarlar vətəndaş yanğısı ilə bunları qələmə alsınlar?! Yaxud, yerlərdəki məmurların bizim yaşıdımız olan Qarabağ müharibəsi əlilərinin, müharibədə şəhid olmuşların ailələrinin başına gətirdikləri müsibətləri gündəmdə saxlayaraq günahkar olanları göstərək? Onların haqlarının addımmbaşı pozulması və digər ürəkbulandırıcı hadisələr niyə qələminizdən yan keçir? Aydındır, qorxursunuz, elə mən də qorxuram. Bunların Allahları yox, vicdanları isə «koşeloklarında» və… bank hesablarındadır. Bir dəfə uşaq alveri edən bir həkimdən yazdım, güc nazirlərinin birinin qohumu çıxdı və həbs olundum. Amma yenə də sözümü deyirəm, baxmayaraq ki, içimdə o qorxu yenə də var

var Anardan yazmağa, sizi döydürən deyil, tutduran deyil. Olsa-olsa adınıza bir həcv yazacaq, sizdə həmin həcvin ucundan tutub ucuzluğa gedəcəksiniz.

Hər kəsin atası-anası ona doğmadır. Küçədə ata-anasının sahib durmadığı o qədər atılmışlar var kiYoxlayaq, birinin atasını aşağılıyan bir söz deyək. Elə söz ki, əslində o cocuğun namərd atası elə bu sözlərə layiqdir. Amma cavab necə olacaq? Sözsüz ki həmin uşaq onu atan, küçələrə buraxan valideyinin tərəfini saxlayıb, beş qat ağır cavab verəcək. Düşünürəm ki, Anarı belə həcv yazmağa məcbur edən hal onun özünə deyil, valideyinlərinə qarşı olan namərd hücumdur. hər bir övlad valideyininin adını əziz tutub, onu qorumalıdır.

Anar müəllimi həm ona görə təhqir edirlər ki, atası anası Azərbaycanın xalq şairləridir. Səbəb isə guya onların sovetləri tərrənnüm edən bəzi yazıları, Rəsul Rzanın Leninə həsr olunan poemasıdır. Guya dünyanın bolşevik xofundan sarılıq xəstəliyinə düçar olduğu bir zamanda, əksinqilabi nəsə yazmalı idilər, amma diqqətli oxucu olsalar onların yazdıqlarının içərisində belə yazılara kifayət qədər təsadüf edə bilərlər. Sadəcə, buyruq belə gəlirdeyə fikirləşsək, daha yaxşı olar.

Hər kəsin özünün seçimi, siyasi baxışı olub. İndi gündə bir partiya dəyişənlər, ildə iki-üç bayrağın altında bərqərar ola bilməyənlər, yerdəyişmə ilə məşğul olanlar bu ittihamlarında sözsüz ki, haqsızdırlar. Belə deyək, Anarın atasından bu qəhrəmanlığı gözləyənlərin babaları necə, belə bir addım atmışdılarmı, kollektivləşmənin əleyhinə gedib, silaha sarılıb dağlara çəkilib qaçaqlıq etmişdilərmi, yaxud sovetlərin işğalçı ideologiyalarına qarşı çıxıb, hər biri öz sahəsində etiraz səslərini ucaltmışdımı? Fəhləsi fəhlə, kəndlisi kəndli, təhsil almışı təhsilli bir insan kimi Sovetlərə öz etirazlarını bildirmişlərdimi? Cavab aydındır. Demək, arada öz gözlərinizdə olan tirləri görməlisiniz!

Mən bir Azərbaycan yazarı olaraq narahat oldum. Heç istəmədiyim bir mövzuda ürəyimdən keçənləri yazdım. İnciyənlər olacaqsa cəhənnəmə incisin, məni yarınmaqda ittiham etmək istəyənlər isə yaxşı olar ki, bu fikrə düşməsinlərMən kimin iy verdiyini, kimin kimin arxasında məskunlaşdığını yaxşı bilirəm. Elə özləri bunu yaxşu bilirlər talelərilə razılaşıblar.

Ad çəkmədim, ona görə yox ki, kimdənsə qorxdum. Əsla! O, yazarların da yazılarını oxuyuram etiraf edim ki, bəyəndiklərim var. Amma, xarakterlərindəki bu adamayovuşmazlıq müştəbehlik məni çaşdırır. Belələri sadəcə insanları aldadırlar. Bu, heç qəhrəmanlıq da deyil, bu, özgə «maladesinə» qısılaraq badə qaldırmağa hesablanmış xoşagəlməzlikdir.

, adlarını ona görə çəkmədim ki, yuxarıda dediyim kimi, hər kəs öz fitini yaxşı tanıyır fitə tərəf boylanacaqlar.

 

 

Faiq Balabəyli

 

Xalq Cəbhəsi.- 2012.- 27 aprel.- S.11.