Türk əcdadlarımızın məskəni

 

Tariximiz, soykökümüz haqqında müxtəlif, mübahisəli qənaətlər olsa da, ilk növbədə fəhmlə tarixi gerçəkliyin vəhdəti bunu deyir: Azərbaycan qədimdən bəri türk əcdadlarımızın məskəni, tarixi torpaqlarıdır. Yazıçı-publisist, araşdırmaçı Əlisahib Əroğul bildirir ki, Azərbaycan — etnik coğrafiyası Dərbənd, İrəvan, Kərkük, Ərbil, Həmədan və Qəzvin şəhərlərini öz daxilinə alan, sinəsi Xəzər dənizi, kürəyi Anadolu olan Böyük Qafqaz sıra dağlarının güneyində yerləşən inzibati ərazi vahididir. XIX yüzilin əvvəllərinədək Azərbaycanın ərazisi 410 min kv.km olub. 24 oktyabr 1813-cü il tarixli «Gülüstan» və 10 fevral 1828-ci il tarixli «Türkmənçay» müqavilələri əsasında Azərbaycan torpaqları İran şahlığı və Çar Rusiyası arasında iki hissəyə bölünüb. 280 min kv.km ərazisi olan Güney Azərbaycan İran şahlığının, 130 min kv.km əraziyə malik Şimali Azərbaycan torpaqları isə çar Rusiyasının hakimiyyəti altına keçib. 1918-ci ildə İngiltərə, Fransa, ABŞ, Rusiyabir sıra qərb dövlətlərinin təzyiqi altında İrəvan xanlığının 9 min kv.km-lik ərazisində qondarma Ermənistan daşnak hökuməti təsis edilib. 114 min kv.km-lik ərazidə isə Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olub. Dərbənd xanlığının ərazisi Rusiya tərəfindən ilhaq olunub. Ulu Oğuz yurdları olan Borçalı, Qarayazı, Sığnaq bölgələri isə AXC ilə Gürcüstan menşevik hökuməti arasında mübahisəli torpaq predmetinə çevrilib. 28 aprel 1920-ci ildə AXC bolşevik Rusiyası tərəfindən işğal olunub, AXC hökuməti cismən məhv edilib. Xalq Cümhuriyyətinin 18,4 min kv.km ərazisi Ermənistan SSR-ə ərmağan edilib. 86,6 kv.km ərazidə isə Azərbaycan SSR təşkil olunub: «Sovetlər Birliyinin dağılması ilə əlaqədar Azərbaycan SSR də öz varlığını itirdi, xalqımız yenidən özünün üçrəngli bayrağını başı üstünə qaldırdı. 18 oktyabr 1991-ci ildə AXC-nin varisi kimi Azərbaycan Respublikası müstəqilliyini elan edib. Bu gün mövcud olan Azərbaycan Respublikası Güney Azərbaycanda yaşayan, habelə dünyanın müxtəlif bölgələrinə səpələnmiş 50 milyonluq Azərbaycan xalqının yeganə müstəqil dövlət qurumudur».

Araşdırmaçı qeyd edir ki, Azərbaycanın etnik coğrafiyası Ön Asiya, Quzey (Quzey Qafqaz, Krım, İdil hövzəsi) və Mərkəzi Asiya türklərinin vəhdətini təşkil edən üç yol üstədir: «Turan dünyasının ayrılmaz tərkib hissəsidir, Ön Asiya, QuzeyDoğu türklərinin yolu üstə qızıl körpüdür. Azərbaycan öz geosiyasi vəziyyəti və tükənməz təbii sərvətlərinə görə həm də həmişə dünya imperializminin təsir dairəsində olubsuper güclərin milli və dövlət maraqlarının toqquşduğu bir məkan sayılır. Azərbaycan öz florası, faunası və öz landşaftının əsrarəngizliyinə və füsunkarlığına görə seçilən, bənzərsiz və bənzəri olmayan canlı təbiət muzeyidir. Bura dünyada mövcud olan 11 iqlim qurşağının 9-na malik bir diyardır. Azərbaycan Göy Tanrının öz türkünə bəxş elədiyi, ərməğan etdiyi qismət payı, Tanrı möcüzəsidir. Azərbaycan hər bir azərbaycanlının Tanrı ocağı, ata yurdu, ana qucağı, qeyrət tacı, namus örnəyidir. Bu torpağın hər qarışı müqəddəsdir. Bu torpaq-Ana Vətəndir».

«Azərbaycan» sözünün etimologiyasına toxunan Ə.Əroğul bildirir ki, antitürk sovet tarixşünaslığından qalma ən çox müzakirə olunan fikir «Azərbaycan — Atropatın ölkəsi deməkdir» ifadəsidir: «Əli qələm tutan xələflər sələflərinin dediklərini tutuquşu kimi təkrarlamaqdan bu gün də əl çəkmək fikrindən uzaqdırlar. Halbuki «Odər (od ərləri, od kişiləri) — Azər» sözünün işlənmə tarixi Atropatya Atropatena adlarından çox yüzillər əvvəl 2-3 min il öncəyə — Şumer dövrünə təsadüf edir. Oda sitayiş kultu əsnasında Tanrıya tapınan odərlər, şumer, işquz (Oğuz), sak türk tiplərinin alt qatında duran ortam xətdir. Azərbaycan etnik coğrafiyasında ilk türk mənşəli insan icma, qrup və dəstələri kimi odərlər ən qədim əsatir və miflərdə belə özünü büruzə verdirməkdədir. İrandilli etnoslar Azərbaycan ərazisinə daxil olanda artıq türkdilli etnoslar, ələlxüsus türk mənşəli odərlər Azərbaycan etnik coğrafiyasının oturuşmuş sakinləri sayılırdılar. İrandillilər, daha doğrusu, pəhləvi və sami dillərində «odər» sözünün fonetik dəyişikliyə uğrayaraq «azər» formasına düşməyi bir kimsəyə sirr deyil. «Azər» sözü ilk dəfə yazılı ədəbiyyatda Yaxın Şərqə Şumer türk tipinin gəlişinə rəğmən türk Tanrıçılığının doğuşu kimi səslənən Bibliya hekayələrində Azər baba adıyla anılır. Əlbəttə, xalqımızın minilliklərin o üzündən aşıb gələn qan yaddaşı, mifik düşüncəsi keçmişi bugünümüzə calayan, çatdıran əvəzsiz sərvət, mənəvi dəyərdir. Unutmamalıyıq ki, qüdrətli, böyükulu türk tarixinin canlı daşıyıcıları genlərimizdə-qan yaddaşımızda həmişəyaşar olub və həmişəyaşar olaraq da qalır. Bu fikrin yazılı məxəzdəkilərlə həmahəng olduğunu inkar etmək ağılasığmazdır. Sadəcə, antik və əski mənbələri əxz etmək, özünə qayıtmaq, arınmək gərəkdir. Bir sözlə, «Azərbaycan» hərfi mənada «odərlərin can məkanı», əsli mənada isə «Odərlərin diyarı», «Odər yurdu», son deyimdə «Odlar yurdu» deməkdir. «Azərbaycan» sözünün etimologiyası qeyd-şərtsiz «Odlar yurdu» mənasını verir. Hər bir Azərbaycan vətəndaşının, fərdinin Vətən, torpaq adını etimoloji baxımdan Azərbaycan-etnik coğrafiyasının sərhədləri daxilində «Odlar yurdu» anlamında canına, qanına hopdurması ilə sonuc tapmalıdır.

Azərbaycan-Odlar yurdu! Atropatena-olsa-olsa «Azər hakimi», «Odər hakimi», «Odərlərin böyüyü» mənalarını ifadə edə biləcək «Odər-Ata» söz birləşməsinin antik yunan dilində və ya əski yazılarda işlədilən, formasını dəyişmiş ifadə, ad şəklində rast gəlinən sözdən başqa bir şey deyil».

Azərbaycanda türkdilli tayfaların konsolidasiyası məsələsinə toxunan Ə.Əroğul bildirir ki, ilk bəşər övladının, ilk insan yaranışının, ilk dil doğuşunun meydana gəldiyi bir ərazi kimi özünü təsbit edən Azərbaycanda bir qayda olaraq ilkin dövrlərdən başlayaraq zaman-zaman müxtəlif adlı, eyni dilli türk mənşəli insan dəstələrinin, icma və qruplarının, toplum və tayfalarının köç yolları kəsişib, burada məskunlaşıb, bir-birlərinə qaynayıb qarışıblar. Məhz türk mənşəli etnik qruplartayfalar müasir Azərbaycan Türkünün soy kökündə durubdaha doğrusu, bugünkü azərbaycanlıların və Azərbaycan xalqının etnogenezini təşkil ediblər. Bu sıranı aşağıdakı cəmlər şəklində quraşdırmaq olar: e.ə. IV minilliyədək: Odərlər — türk mənşəli ilk insan icmaları, qrup və dəstələri; e.ə. VI minillikdən e.ə. II minilliyədək: Şumer türk tipli arattalılar, kutilər, lullubumlar, turikkilər, suvarlar, prototürklər, azlar-türk mənşəli, türk dilli etnik qruplar, qəbilələr və qövmlər; e.ə. XX yüzillikdən e.ə. IV yüzilliyədək: Kimerlər, iskitlər (işquzlar), saklar, quqarlar, şiraklar, mastagetlər, kaspilər, mığrılar, maqlar, mannalılar, madaylar, buntürklər, haylantürklər, peçeneqlər, kəngərlər, ağhunlar-türk dilli tayfalartoplumlar; e.ə. IV yüzillikdən eramızın X yüzilliyinədək: albanlar, qıpçaqlar, qara hunlar, qaşqaylar, tərtərlər, qarqarlar, bulqarlar, basillər, vərəndlər, vənglər, qoruslar, baharlılar, tuğlar, tağlar, qordmanlar, dondarlar, utilər, uliqular, aranlar, qullar, sabirlər, xəzərlər, quşanlar, çollar, toloslar-türk dilli tayfa topluları və tirələri; e.X yüzilliyindən XIV yüzilliyədək: səlcuqlar, türkmənlər, moğollar, tatarlar, qaramanlar, dolandomanlar, cəlayirlər-türk dilli tayfa birlikləri. Əlbəttə hər bir xalqın təşəkkülü konsolidasiyaassimilyasiya hallarını, böyük əhali köçlərini və yerdəyişmələrini əhatə edən mürəkkəb bir prosesin nəticəsidir. Azərbaycan türkünün, bugünkü Azərbaycan xalqının da təşəkkülündə heç şübhəsiz, həm yerli, həm də gəlmə türk tayfalarının Azərbaycanın etnik coğrafiyasında məskunlaşan Qafqazya İran dilli etnik qruplarının müəyyən hissəsini özünə qatması, daha doğrusu, onları assimilyasiya etməsi prosesinin getməsini də inkar etmək olmaz. Ancaq bir məsələni yeri gəlmişkən, qeyd etməmək olmur ki, Yer üzərində insan yaranışından, ondan türk qolu ayrılandan bu yana Azərbaycanın Türk Yurdu olmasını sezməmək mümkün deyil. Bir çox alimlər haqlı olaraq «Kitabi-Dədə Qorqud» dastanının, bu türk yazılı abidəsinin Azərbaycanda yaranmasını və aşınmalarla ən azı 3300 illik bir tarixə malik olduğunu söyləyir və qeyd edirlər. İnsan cəmiyyətinin yaranma tarixini müəyyən etmək qeyri-mümkün olduğundan mümkün olan tarix haqqında danışmaq lazımdır. Azərbaycan xalqının ən qədim yaşam tarixinin başlanğıcının ilkinliyini türk mənşəli odər icma, dəstə və toplumlarının mövcudluğunu özündə göstərən və arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-məişət əşyalarının yaradılma və işlədilmə tarixlərindən, ən yaxın başlanğıcını isə Şumer dövründən, iskit, sakya Şumer tipli digər türklərin bu ərazilərdə boy vermə tarixlərindən başlamaq olar. Qanunauyğunluq isə bu iki dövran, dövr tarixinin orta nöqtəsindən başlamaq ehtimalı sayıla bilər».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 8 avqust.- S.14.