Con Steynbek yaradıcılığında sufiliyin təzahürləri

 

Amerikada sufizmlə bağlı tədqiqatların tarixi transsendentalizmin yarandığı vaxtlardan başlayır

 

Amerika yazıçısı Con Steynbek öz əsərlərində insan fəlsəfəsini, insan varlığının müqəddəsliyini poetik bir üslubda, bədii vasitələrlə təbliğ etmişdir. O, 1962-ci il Nobel mükafatı təqdimatındakı nitqində demişdir: «Yazıçı bizim böyük günahlarımızın və kədərlərimizin üstünü açmaq üçün məsuliyyət daşıyır. Bundan başqa, yazıçıya insan gücünü, onun qəlbinin və ruhunun böyüklüyünü — puç olmuş ümidlərini, cəsarət, mərhəmət və sevgi uğrundakı fədakarlığını göstərmək və tərif etmək haqqı tanınmışdır».

Con Steynbekin yaradıcılığını araşdıran tədqiqatçılar ədəbiyyatda «İnsan problemi»ni asanlıqla «çözə» bilər və maraqlı nəticələr əldə edərlər. Ümumiyyətlə, insan konsepsiyası mürəkkəb məsələ olduğuna görə tədqiqatçılar onu əsasən fəlsəfi, sosial-siyasi, ideoloji istiqamətdə təhlilə cəlb edirlər. İ.Vəliyevin «Bədii ədəbiyyatda insan konsepsiyası», «İnsan həyatda və sənətdə», Ə.Ağayevin «Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi», N.Cərullaqızının «Fəlsəfi-bədii fikir tarixində şəxsiyyət konsepsiyası», F.Əkbərov və N.Camaloğlunun «İnsan, mənəviyyat və cəmiyyət», K.Aslanın «Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu» kimi tədqiqatlarında məsələyə müxtəlif aspektlərdən yanaşılsa da, şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın özünəməxsus rolu və əhəmiyyəti xüsusi vurğulanmışdır. «Bədii ədəbiyyatda insan konsepsiyası» adlı monoqrafiyanın müəllifi, professor İ.Vəliyev bu fikri belə əsaslandırır: «İnsanı öyrənmək fəlsəfənin işidir. Lakin dünya haqqında fəlsəfi düşüncələrin fəlsəfi sistemə köçürülməsində incəsənət, o cümlədən ədəbiyyat bünövrə, başlanğıc, təməl rolunu oynamışdır».

Con Steynbekin yaratdığı xarakterlər, xüsusilə «Qəzəb salxımı» romanındakı Cim Keysi (vaiz) obrazı özünün bədii-fəlsəfi təhkiyyəsilə diqqət çəkən çox maraqlı bir obrazdır. Məhz bu obrazın dilindən söylənən fəlsəfi fikirlərdə, Keysinin «İnsan fəlsəfəsi»ndə Şərq panteist fikri sufilikdən əxz olunmuş ciddi məqamlar diqqətimizi cəlb etmişdir. «Qəzəb salxımı» romanında «Amerika həyat tərzi konsepsiyası»nı geniş təhlil etdikdən sonra romanın fəlsəfi mahiyyətini sufiliklə ümumiləşdirmək və müqayisə etmək məqsədilə araşdırmalarımızı davam etdirdik. Məşhur sufi alimlərin və sənətkarların əsərlərindən tanış olduğumuz bir çox kəlamlara, oxşar fəlsəfi ifadələrə Con Steynbekin yaradıcılığında bu və ya digər formada rast gəlinir. Bu təsirin mənbəyini axtarmaq cəhdlərimiz nəticəsiz qalmadı. Araşdırmalarımızdan məlum olur ki, sufilik Amerika transsendentalizminə, o cümlədən Con Steynbekin bir çox əsərlərinə də müstəsna təsir göstərmişdir. Gəldiyimiz qənaəti sübuta yetirmək üçün XX əsr Amerika bədii ədəbiyyatının inkişafında rol oynamış transsendentalizm cərəyanının öyrənilməsi tədqiqatın paradiqmasını təşkil edir.

Bildiyimiz kimi, Qərbdə dünyəvi elmlərin qadağan edildiyi, yalnız dini elmlərin öyrənildiyi bir dövrdə Şərq intibahı və ədəbiyyatı xeyli təkamül etmişdi. V.M.Vott «Orta əsr Avropasına İslamın təsiri» kitabında bu mərhələyə yüksək qiymət verərək göstərmişdir ki, «Şərq alimlərinin tədqiqatları olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə inkişaf edə bilməzdi».

Transsendentalistlərin sufililik meyilləri Amerika ədəbiyyatşünaslarının da diqqətini özünə cəlb etmiş və onların yaradıcılığı barədə müxtəlif səpkili təhlil və qənaətlər meydana çıxmışdır. Miçiqan Dövlət Universitetinin professoru Artur Versluis «Amerika transsendentalizmi və Asiya dinləri» kitabında yazır: «İngilis romantikləri Şelli və Vördsvorsun əsərləri, o cümlədən tərcümə olunmuş farsdilli şeirlər transsendentalistlərin romantizmi üçün zəng səsi idi».

 

«Torpaq, dəniz və hava sevimli qardaşlardı,

Böyük Anamız kaş ruhumu oyadaydı,

Hiss etdiyim duyğular sənə olan sevgimdi,

Mənə olan mükafat, sənin səxavətindi» (Şelli)

 

Amerika transsendentalizmi özünün ictimai-fəlsəfi prinsipləri ilə diqqət çəkən çox maraqlı bir təlimdir. Göründüyü kimi, Amerikada sufizmlə bağlı tədqiqatların tarixi elə XIX əsrin ortalarından, transsendentalizmin yarandığı vaxtlardan başlayır. Bunu bir qədər dəqiqləşdirmək üçün Amerika transsendentalizminin inkişaf meyllərinə müxtəsər nəzər salmaq kifayət edər. Emerson, Toro ilk transsendentalistlərin nəşrlərinə fikir verdikdə görürük ki, o dövrün müxtəlif naşirləri Şərq bədii-fəlsəfi nəzəriyyələrindən əsərlərindən bəhrələnməklə, Amerikada ictimai fikrin təkamülünə rəvac vermək, «universal din» yaratmaq məqsədinə xidmət etmişlər.

Harvard Universitetinin professoru Lourens Buel özünün «Transsendentalizm ədəbiyyatı» əsərində yazır: «Transsendentalizm tarixində ən əlamətdar hadisə 1832-ci ildə Emersonun Unitaryan kilsəsindən uzaqlaşaraq elmi dərnək yaratması oldu. Kilsədən çıxmış erkən transsendentalistlər yəqin edirdilər ki, İsa yeganə nicat yolu deyil».

Transsendentalistlərə qədər Amerikada humanizmin əsasları xristianlıqdan daha çox qatı pelagianistateist ideyalara söykənərək öyrənilirdi. Pelagianistlər tale, alın yazısını inkar edir, insanın yalnız öz əqli, düşüncəsi əməyi ilə nicat tapacağı qənaətinə gəlirdilər. İlk transsendentalistlərdən biri olmuş Ceyms Frimən Klark «Kalvinizmin beş müddəasıgələcəyin teologiyası»nı — o dövr Amerika mühiti dünya xalqları üçün böyük ehtiyac duyduqları «tam din», «universal din» «azad din» formulasını yaratmağa çalışmışdır. Görünür, bu səbəbdən tədqiqatçı A.Versluis transsendentalizmi «liberal xristianlığ»ın öz məhsulu hesab etmişdir.

Amerika transsendentalistləri ilə bağlı mənbələrdə onların sufilərlə əlaqəsi, bağlılığı, fikir yaxınlığı barədə maraqlı fakt mülahizələrə rast gəlinir. Xüsusi qeyd olunmalıdır ki, Amerika transsendentalizmi sufiliyin, demək olar ki, eynisidir. Hər halda, bu fikri təsdiqləyən faktlar transsendentalizmin yaranma səbəbində, ideya oxşarlığında aydın şəkildə əks olunmuşdur. Transsendentalistlər sufilərin bir çox oxşar xüsusiyyətləri onların ictimai fəaliyyətlərində özünü büruzə vermişdir. Hər kəsə məlumdur ki, sufilik radikal dini dairələrə qarşı mübarizə ehtiyacından yaranmışdır. Transsendentalizmin Puritan ortodoksuna etiraz olaraq yaradıldığını iddia edənlər vardır. Vilyam Henri Çeninq «İnsanın tərifi» (1852) əsərində yazır: «Transsendentalizm bir az Puritan Ortodoksuna qarşı mübarizənin, bir az Şərq panteistlərinin, Buddizm Hinduizmin, qədim dövr mütəfəkkirləri Platonun Aristotelin təsirinin, bir az da zamanın məkanın təbii məhsuludur».

Söylənildiyi kimi, Amerika transsendentalizmi, hər şeydən əvvəl, bir mübarizə, ideoloji hərəkat deməkdir. XIX əsr Amerika mütəfəkkiri V.H.Çeninq özü bu hərəkata qoşulmuş Ceyms Dubanın «Əsl əxlaq təbiəti» əsərində göstərdiyi müddəaları prinsipləşdirmişdir: «İnsanın insanla birliyi əsl cəmiyyətdir; insanın Allahla birliyi əsl dindir; insanın təbiətlə qovuşması incəsənət sənayedir».

Amerika transsendentalistləri sufilərin fəaliyyətlərinə həsr olunmuş yazılardan biri Oksford Universitetinin professoru Fərhan Cahanpura məxsusdur. «Ümummilli dəyərlərin qloballaşması» (18 Oktyabr 2007-ci il) jurnalında çap olunmuş «Ralf Valdo Emerson sufilər; Puritanizmdən transsendentalizmə» adlı məqalədə Amerika transsendentalizminin yaranma tarixi XIX əsr Amerika bədii-fəlsəfi fikrinə sufiliyin əhəmiyyətli təsirindən bəhs olunmuşdur. Müəllif həmin məqalədə transsendentalizmi belə xarakterizə etmişdir: «Transsendentalizm bu gün Şərq Qərb dinlərində sevgi ruh anlayışlarının mənasını dəqiq ətraflı təfsir edən, geniş yayılmış universal dindir».

R.V.Emerson, H.D.Toro, R.Alger, C.F.Klark kimi məşhur transsendentalistlər Şərq bədii fikrinə, xüsusilə sufi ədəbiyyatına böyük maraq göstərmişlər. Transsendentalizm sufilik kimi özünü şeirlə ifadəyə meyilli cərəyan idi. Sufi şeirlərlə tanış olduqdan sonra Emerson tamamilə sufiliyin təsiri altına düşmüş böyük həvəslə Kərmani, Hafiz, Ömər Xəyyam, İbn Cəmin, Hilali, Ənvəri, Fəridəddin Əttar, Sədi Şirazi kimi Şərq şairlərinin əsərlərindən yeddi yüzdən çox misra tərcümə etmişdir. Bu tərcümələrə XIX əsr Amerika nasirlərindən R.A.Vouqan xüsusi münasibət bildirmişdir. O, Emersonu sufilərlə müqayisə edərək yazmışdır: «Şərq mistisizmi onun şeirlərində şöhrət tapır; bu şeirlər bütün güc alovu ilə təqdim olunur. Onun simasında Qərb mistisizmi yeni peyğəmbərlik meydana gətirir, bu fikirlər yatmış kilsəni oyatmaqla yanaşı, xalqın poetik mədəniyyətinin inkişafına da xidmət edir». Emersonun erkən tədqiqatçıları da yəqin etmişdilər ki, onun ədəbi mistik əsərləri sufi poeziyasının güclü təsirindən qaynaqlanmışdır. Emersonun öz şeirləri tərcümələri arasındakı üslub yaxınlığı tədqiqatçıların nəzərindən qaçmamışdır. Emersonun bioqrafı Oliver Vendel Holms bu fakta belə qiymət vermişdir: «Onun kitablarındakı şeirlərin bəzisi tərcümə adlandırılır, lakin hansının orijinal olduğunu söyləmək çox çətindir». Sufi fəlsəfi baxışların şeir vasitəsilə təbliği Amerika transsendentalistləri üçün təcrübəvi idi. Transsendentalistlərin nəşr etdikləri şeirlər Amerikada Ortodoks Kalvinizminə materialistlərə qarşı etirazın yeni bir forması, bədii təcəssümü kimi təşəkkül tapmışdır. Bir tərəfdən Algerin sufizmə marağı, sufi şeirlərinə rəğbəti vardısa, digər tərəfdən, Emerson vedanta sufilikdə insan ruhunun «keçiciliyi» (tənasüh) ilə bağlı mülahizələri araşdırır, radikal dini qüvvələrə, cəhalətə, irqçiliyə, istilaçı qüvvələrə qarşı mübarizənin yeni metodlarını müəyyənləşdirirdi. Bu mübarizə üsulu daha güclü bir formada sonrakı Amerika ədəbiyyatında V.Keyzer, F.Fizcerald, E.Heminquey, V.Folkner, L.Sinkler C.Steynbek kimi sənətkarların nəsr yaradıcılığında da öz əksini tapmışdır. Amerika transsendentalizminin məğzini bilmək Steynbekin əsərlərindəki naturalizmə, o cümlədən «Qəzəb salxımı» romanının fəlsəfi mahiyyətinəinsan müqəddəsliyi fikrinə həqiqi qiymət vermək üçün çox vacibdir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 3 avqust.- S.14.