Su altında qalmış həyat
Qədim
Bakının bir hissəsini Xəzər
dənizi udub
1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşahlar Bakını yeni paytaxt seçir və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub? Sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır.
Ümumiyətlə, Xəzərin sualtı abidələrinin öyrənilmə tarixi 1968-ci ilə aiddir. Bu abidələrin tədqiqat və öyrənilməsi işlərinə rəhbərlik edən Viktor Kvaçidze bir çox abidələri elmə daxil edib. Bakı buxtasında sualtı abidələr qrupuna aid olan Bayıl qəsrində aparılan tədqiqat qəsrin divarlarının, xüsusən cənub bürclərinin təbii təsirlərə baxmayaraq salamat olduğunu göstərdi. Hazırda cənub bürclər suyun səthindən 5-10 sm hündür olduğundan müşahidə edilir.
Qəsr haqqında tarixi mənbələr bir çox məlumatlar verib. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında Bakıda gördüklərini belə qələmə alır: «Bakıda dənizdə bir qala var ki, yeni şəhər qalasını orada su basmışdır». Burada suların altında qalmış şəhərdən bəhs olunduğu şübhə doğurmur. Yəqin ki, bu qala tikintisi başa çatandan bir əsr keçməmiş dənizə qərq olub və Arif Ərdəbilinin vaxtında o hələ el yaddaşında «yeni şəhər qalası» kimi qalırdı. Deyim həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.
XIX yüzillikdə yaşamış görkəmli
Azərbaycan tarixçi alimi,
siyasi xadim Abbasqulu Ağa Bakıxanov
da Bayıl qəsri haqda
yazıb: «Bakı şəhəri
qarşısında, dəniz içərisində indi də görünən bürclərdən,
hasarlardan, qəbir daşlarından və
tarixçilər tərəfindən bu
şəhərin keçmiş vəziyyəti
haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş
yüz il bundan əvvəl abad
olan yerlər indi su altında qalıb. Ehtimal ki, bir zamandan sonra
bu yerlər yenə zahirə çıxsın»
XII-XIII əsrlərdə qala-liman
kimi tikilmiş və Bakının dənizdən qorunmasında
mühüm yer tutan Bayıl qəsri ola
bilər ki, daha qədim bir kompleksin özülləri üzərində
salınıb. Bayıl qəsri
eyni zamanda Şirvanşahların iqamətgahı
olub. Səlnamələrin verdiyi məlumatlara
görə, 1306-cı ildə
dənizdə güclü
zəlzələ baş
vermiş, suyun səviyyəsi qəflətən
yuxarı qalxdığı
üçün ada və onun üzərindəki
qəsr suyun altında qalmışdır.
Bundan sonra da Şirvanşahlar
İçərişəhərdə yeni saray tikdirməyə
məcbur olublar.
2008-ci ilin avqust-sentyabr
aylarında Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi
sualtı arxeologiya aid
ekspedisiya təşkil
edir. Təcrübəli dalğıcların iştirak ilə tədqiqat Abşeronun şərqindəki Gürgan
burnu yaxınlığından
başlanır. Qeyd edək
ki, dənizin bu yerində sular altında vaxtilə inkişaf etmiş Gürgan şəhəri gizlənir.
Dalğıclar Gürgan mayakından
1 km şimala sahildən
şirli və şirsiz saxsı qabların qırıqları
tapıblar. Əldə edilən
materiallar əsasən
XI-XIII əsrə aid olan
saxsı qabların qırıqlarından ibarətdir.
Sahildən 500-800 metr aralıda,
3-5 metr dərinlikdə
orta əsrə aid yaşayış yerinin qalıqları təyin olunub. Həmçinin 5-6 metr dərinlikdə
qəbristanlığın yeri də qeydə
alınıb. Qeyd edək
ki, sahildə yaşayan əhali suyun altından müxtəlif qab nümunələri və
təndirlər aşkarlayıblar.
Tədqiqat qrupu sahilə
yaxın, dənizdən
100-200 m aralıda hündür
qayaların üzərində
e.ə. III-II minilliklərə
aid kurqan və bir-birinə bitişik daş qutu qəbirlərdən
ibarət olan çox saylı abidələr üzə çıxardı. Daş dairənin
daxilində yerləşən
qəbirdən e.ə.
II minilliyə aid olan boz rəngli saxsı qab, tuncdan hazırlanmış
kvadrat kəsikli biz və balaca ölçülü xəncər
tapılıb. Uzunluğu
160, eni 60-80 sm olan, şərqdən qərbə istigamətlənmiş
halda yerləşən
qəbir oval formasındadır.
Dağılmış qəbirlərin ətrafından
saxsı qabların fraqmentləri, muncuq və tunc sırğa
hissələri tapılıb.
Sahildə 100-200 m aralıda hündür qayaların üzərində e.ə.
III-II minilliklərə aid kurqan
və bir-birinə bitişik daş qutu qəbirlərdən ibarət olan çox saylı abidələr var. Burada daş dairənin daxilində yerləşən
qəbirdən e.ə.
II minilliyə aid olan boz rəngli saxsı qab, tuncdan hazırlanmış
kvadrat kəsikli biz və balaca ölçülü xəncər
tapılıb. Uzunluğu
160, eni 60-80 sm olan, şərqdən qərbə istigamətlənmiş
halda yerləşən
qəbir oval formasındadır.
Dağılmış qəbirlərin ətrafından
saxsı qabların fraqmentləri, əqiq muncuq və tunc sırğa hissələri tapılıb.
Lakin tədqiqatın
davamı üçün
lazımı texniki avadanlığın olmaması
üzündən ekspedisiya
yarımçıq qalıb. Kəşfiyyat işləri Abşeron arxipelaqı adalarına daxil olan «Tereşkin»
adasında da aparılıb. Adıçəkilən ada suyun artması
nəticəsində iki
hissəyə bölünüb.
Tikililərdən burada 1932-ci ilə
aid mayak və balıqçı komalarını
qeyd etmək olar. Ərazidə az miqdarda
XVI-XVIII əsrlərə aid saxsı qırıqları
da tapılıb.
Kəşfiyyat xarakterli işlər Salyan rayonunun Şirvan qoruğunun sahilyanı ərazilərində
də aparılıb. Burada əsasən
Bəndovan burnundakı
sahilyanı ərazilər
V.A.Kvaçidze tərəfindən
tədqiq olunub.
IX-XIV əsrlərə aid Muğan
şəhərinin qalıqları
tapılıb. Dənizin dibindən
və sahildən tapılan materialların əksəriyyəti orta əsr şirli və şirsiz saxsı məmulatı üçün səciyyəvi
olan nümunələrlə
təmsil olunub.
Bakı, Abşeron arxipelaqı adalarından zəngin materiallar aşkarlandı. Aparılan sualtı
arxeoloji tədqiqatlar nəticəsində orta əsrlərdə mövcud
böyük siyasi və iqtisadi mərkəzləri sayılan
Muğan şəhəri
və Quştasfi vilayətinin lokalizasiyası
təyin edilib. Adıçəkilən yaşayış yerləri XIV əsrin əvvəlində Xəzərin
qalxması nəticəsində
suyun altında qalıb. Aparılan tədqiqat nəticəsində
Salyan bölgəsində,
Abşeron yarımadasının
sahilyanı ərazisində
və Xəzər dənizi adalarında maraqlı tarixi əhəmiyyət kəsb
edən materiallar aşkarlanıb.
Səngi-Muğan adasının cənub hissəsində gəmi lövbərləri, saxsı
qab nümunələri
tapılıb. Üzə çıxarılan materiallar arasında saxsı qablar üstünlük təşkil
edir. Bir çox tarixi
hadisələrin şahidi
olmuş bu adanın ərazisi arxeoloji cəhətdən
öyrənilməyib. IX-XI əsrdən başlayaraq burada rus-normanlar, Stepan Razinin piratları olmuş, dəniz döyüşləri və
digər hadisələr
baş vermişdir.
Azərbaycan tarixinin səhifələrindən olan
bu hadisələrin öyrənilməsi sualtı
arxeologiyanın inkişafı
nəticəsində mümkün
ola bilər.
Xəzər suları altında
zəngin abidələrin
olmasına baxmayaraq arxeologiyanın bu sahəsi inkişaf etməyib. Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi İdris Əliyev maddi texniki bazanın olmamasını, mütəxəssis
çatışmamazlığını
əsas səbəb kimi göstərdi:
«60-cı illərdə Azərbaycanda
sualtı arxeologiya bir xeyli inkişaf
etmişdi. Lakin 1980-cı illərdən etibarən isə ümumiyyətlə bu sahədə işlər dayanıb». Uzun fasilədən sonra artıq bu istiqamətdə
işlər görülür:
«Hazırda maddi-texniki
bazası və mütəxəssis heyəti
olan bir sıra təşkilat və qurumlarla danışıqlar aparılır.
Sualtı arxeologiyanın inkişafı
üçün birinci
növbədə maddi-texniki
baza olmalıdır.
Maddi-texniki baza deyəndə
biz lazımi sualtı
avadanlıqlar, geyimlər,
dalğıclara məxsus
texniki avadanlıqları
başa düşürük.
Dənizdə olan maddi-mədəniyyət
abidələrinin öyrənilməsi
üçün qayıqlar
lazımdır. Bunlar çox
da ucuz qiymətə
başa gələn avadanlıqlar olmadıqlarına
görə bu işləri həyata keçirmək bir qədər çətinləşir.
Mütəxəssis çatışmazlığı
da əsas ciddi problemlərdən biridir. Bu sahədə
milli mütəxəssislər
yox dərəcəsindədir.
60-80-ci illərdə bu sahədə çalışan dalğıcların
böyük əksəriyyəti
Rusiyadan ezəm olunmuş mütəxəssislər
idi. Əlaqələr kəsiləndən sonra bu sahədə
bir boşluq yarandı». Hazırda kiçik də
olsa kadr heyətinin yetişdiyini deyən İdris Əliyev bir çox sualtı abidələrin; Bakı Buxtası, Bayıl qəsri, Zirə yaxınlığındakı Gürgan
şəhərinin tədqiqatının
nəzərdə tutulduğunu
söylədi.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2012.- 5 dekabr.- S.14.