«Fotoqrafçılıq fəaliyyətimi kompüterinternetsiz təsəvvür edə bilmirəm»

  Elnur Abdulla: «Sosial şəbəkələr ən səmərəli pulsuz reklam vasitəsidir»

 

«Fotoqrafçılıq peşə, kompüterinternet isə bu fəaliyyətin inkişafı üçün vasitələrdir»

«Kompüterinternetin daxil olduğu sahələrdən biri də fotoqrafçılıqdır». Bunu bizimlə söhbətdə gənc fotoqraf Elnur Abdulla dedi. Onun sözlərinə görə, keyfiyyətli fotonun hazırlanması tək peşəkar çəkilişdən və müasir fotoaparatdan asılı deyil. Uğurlu məhsulun alınması üçün kompüterin, təbliğatı üçün isə internetin mühüm rolu var. Fəaliyyətilə daha yaxından tanış olmaq üçün Elnur Abdulla ilə söhbətə belə davam etdik.

- Neçənci ildən bu sahəylə məşğul olursunuz?

- 2007-ci ildən fotoqraf kimi çalışıram. Fotoqrafçılıq yaradıcı və çox sevdiyim sənətdir. Hər dəfə çəkiliş obyektlərim müxtəlif olur. Hazırda daha çox fotoreportajfotosessiya çəkirəm. Hər dəfə yeni insanlarla tanış olmaq, yeni məkanları çəkmək maraqlıdır. Ən mühüm isə işinin peşəkarı olmaqdır. Çünki peşəkar hər zaman dəyərləndirilir və özünə yer tutur.

- Uğurlu fotolarınız olur. Fotonun keyfiyyətli alınması nədən asılıdır?

- Texnologiya inkişaf etdikcə fotoaparatlar da təkmilləşir, funksiyaları artır, imkanları genişlənir. Gərək yenilikləri izləyib bacardığın qədər daha müasir fotoaparatdan istifadə edəsən. Bəzən baha qiymətə yeni nəsil fotoaparat alırlar, amam onun imkanlarından düzgün istifadə edə bilmirlər. Nəticə isə uğursuz alınır. Gərək fotoaparatdan yaxşı başın çıxsın. Məsələn, tək bir foksun yerində olmaması bütün fotosessiyanın «brak» çıxması deməkdir. Lakin keyfiyyətli foto tək fotoapartdan da asılı deyil. Fotoqraf yaradıcılığı və fantaziyası da güclü olmalıdır. Məsələn, fotoqraf yeni gündə üç uşağın fotosessiyasını edirsə, hər uşaq üçün ayrı sujet xətti, ayrı məkan, ayrı pozlar düşünməlidir. Əks təqdirdə bütün fotosessiyalar bir-birinə bənzəyər və maraqsız olar. Amma bu da son nəticə üçün kifayət etmir. Yekun mərhələ çəkdiyin məhsulun keyfiyyətli fotomontaj edilməsidir.

- Necə montaj edirsiniz?

- Fotomontaj üçün müxtəlif kömpüter proqramları var. Azərbaycanda daha çox «photoshop»dan istifadə edilir. Tanıdığım fotoqrafçıların demək olar 90 faizi bu proqramla işləyir. Şəxsən mən arzu etdiyim fotonu almaq üçün lazım olan bütün funksiyaları «photoshop»da tapıram.

- Fəaliyyətinizi necə sıralayardınız?

- Fotonun çəkilməsi, montajı yayımı. Digər sahələr kimi, bizim fəaliyyətimizdə kompüter internet mühüm yer tutur. Məsələn, şəxsən öz işimi kompütersiz təsəvvür edə bilmirəm. Fotoqrafçılıq peşə, kompüter internet isə bu fəaliyyətin inkişafı üçün vasitələrdir. Çəkdiyim fotoları «photoshop»la ərsəyə gətirirəm. Bu baxımdan çəkilişdən gələndən sonrakı bütün fəaliyyətim kompüterlə bağlı olur. Əvvəl çəkdiyim fotoları kompüterə yükləyirəm. Xam materialı saxlamaqla fotoların montajına başlayıram. Xam material mütləq qalmalıdır. Yalnız kopyaladıqlarımın üzərində işləyirəm. Çünki xam material orjinal ölçüdə olur, fotolar yayımlanana qədər onları saxlayıram. Hazırlamaq istədiyim fotoları «photoshop» proqramına daxil edib üzərində işləyirəm. Adətən, işıqlanma və rəngləri montaj edirəm.

- Bəs fotolarınızı necə yayırsınız?

- Mənim hazırda iki istiqamətdə fəaliyyətim var. Mən xəbər saytlarının birində işləyirəm, həm də şəxsi sifarişlər alıram. Sayt üçün çəkdiklərim elə saytda yerləşdirilir. Şəxsi sifarişlərimi isə sosial şəbəkələrdə yayıram. İnternet bu baxımdan çox faydalıdır. Tanınmağım, yeni sirafişlər almağım üçün «facebook»un olduqca böyük köməyi var. Təsəvvür edin ki, fotoqraf kimi fəaliyyətimi bir televiziyada reklam etmək üçün böyük miqdarda vəsait lazımdır. Hanısa qəzetə də reklamımı versəm, ödəniş etməli olacağam. Amma internetlə buna ehtiyac qalmır. «Facebook»da xeyli sayda dostum var. Hər dəfə yeni fotosessiya edəndə fotoların üzərində mütləq adımı yazıram ki, müəllifin kim olduğunu bilsinlər. Bu mənim reklamım üçündür. Sonra həmin fotoları «facebook» səhifəmdə paylaşıram. Bəzi dostlarım da mənim fotolarımı paylaşırlar. Beləcə yüzlərlə, minlərlə adam mənim işimlə tanış olur. Bu reklam üçün yetərlidir və bunun üçün mən pul ödəmirəm. Əyləncə və tanışlıq məqsədilə «facebook»a sərf edilən zaman yalnız vaxt itkisidir.

- Sosial şəbəkələrdə fotolarınızı paylaşmağınız necə nəticə verir?

- Çox gözəl. Hər paylaşdığım fotosessiyadan sonra yeni sifarişlər alıram. Həm də tanınıram. Paylaşdığım bütün fotoların üzərində mütləq adımı yazıram. Çünki «facebook»da hər kəs foto paylaşa bilər. Müəllif hüququmu bur cür təmin edirəm. Peşəkarlaşdıqca və təcrübə qazandıqca hər bri fotoqrafçının öz dəst-xətti, tərzi və imzası olur.

- Daha çox hansı sifarişi alırsınız?

- Valideynlər müraciət edirlər ki, uşağımın fotosessiyasını çək, yaxud da sevgililər fotolarının çəkilməsini istəyirlər. Lakin daha çox toy fotosessiyalarım olur. Kimin toyunu çəkirəmsə, toydan qabaq fotosessiyasını da mən çəkirəm. Həm də saytda fəaliyyətim var. Fotoreportajlar hazırlayıram, saytın tapşırığı əsasında fotosessiyalarım olur. Onlar elə saytla da yayılır.

- Sayta da özünüz yükləyirsiniz?

- İnternetlə sayta fotoları yükləyə bilirəm. Şəxsi sifarişlərimi internetə özüm yükləyirəm. Amma saytda hər kəsin öz funksiyası var. Mən sadəcə fotoları hazırlayıb təhvil verirərm. Başqa bir əməkdaşımız yükləmə işinə baxır.

- Fotomontaj hər foto üçün lazımdır?

- Çox az sayda foto olur ki, montaja ehtiyac qalmır. Məsələn, bir neçə gün öncə teleqüllədən Bakının ümumi mənzərəsini çəkdim. Fotodakı işıqlar, rənglər o qədər gözəl alınmışdı ki, heç bir montaja ehtiyac yox idi. Amma belə fotolar az olur. Deyərdim ki, çəkilişlərin 20-30 faizi orjinal şəkildə hazır olur. Qalanlarının üzərində mütləq işləmək lazım gəlir.

- Saytlarda müxtəlif fotosessiyalar yerləşdirilir. Həmin fotolar haqqında deyərdiniz?

- Əksəriyyəti montajsız fotolardır. Eyni tədbirə çəkilişə gedirik. Yanımdakı fotoqraf fotoları çəkdiyi kimi hamısını sayta yükləyir. Halbuki əksəriyyətinin fotomontaja ehtiyacı olur. Bu cür fəaliyyət mənim prinsiplərimə ziddir. Mənə görə, yalnız fotoların çəkilməsilə bitmir. İmzasını tanıtmaq, ad qazanmaq, daha keyfiyyətli fotoları ilə tanınmaq istəyən fotoqraf işinə daha çox dəyər verməlidir. Eyni cür mən işləyə bilərəm. Amma bunu etmirəm. Fotosessiya üçün ən münasib uğurlu fotoları seçib üzərində işləyirəm. Çünki bizdən asılı olmayan səbəblərdən fotolarda qüsur olur. Məsələn, çəkiliş etdiyimiz məkanda işıqlanma düzgün olmur ya çəkiliş obyekti doğru mövqedə yerləşdirilmir. Bunlar isə çəkilən fotonun keyfiyyətinə təsir göstərir. Yaranmış qüsurları çatışmazlıqları aradan qaldırmaq üçün fotolara əl gəzdirmək lazım gəlir. Rəngləri, işığı, balansı normaya salıb sayta təqdim edirəm. Bu baxımdan orjinal montaj olunmuş fotonun keyfiyyətində ilk baxışdan fərqi hiss etmək olur. Bəzi fotoqraflar tənbəllikdən, bəziləri tələskənlikdən ya bilməməkdən qüsurlu fotoları da sayta yükləyirlər. Gərək gördüyün işə dəyər verəsən. Hər bir uğurlu müəllifinin gəlirini artırır. Gərək harada işləməyindən asılı olmayaraq, öz imzana hörmət edəsən. Mən heç vaxt saatını güdmürəm. Sənətimi sevdiyim üçün ehtiyac olanda saatlarından əlavə çalışıram. Təki verdiyim keyfiyyətli olsun. Çünki bu ilk növbədə elə öz reklamım üçündür. Adətən, elə çəkiliş zamanı çəkdiyim fotonu beynimlə ilk montaj edirəm. Fikirləşirəm ki, bu cür çəksəm, belə montaj etsəm, əla nəticəsi olacaq. Elə olur. İş tək peşəkar çəkilişlə bitmir. Gərək yaradıcı tərəfdən yanaşasan. Elə sirafişlər olur ki, fotoları diskdə istəyirlər. O zaman diskə köçürüb verirəm. Amma elə sifarişlərim olur ki, çərçivəyə salınmış halda fotoları istəyirlər. O zaman tanıdığım keyfiyyətli aparatdan istifadə edib foto çıxarılan yerlərə müraciət edirəm. Adətən, həmin obyektlərdə fotoqraflara endirim olur.

- Yeni fotoqrafçılığa başlayana məsləhət görərsiniz?

- Müasir texnologiya ilə maraqlansınlar. Xüsusi saytlar var ki, yeni istehsal edilən fotoaparatlar haqqında məlumatlar verilir. İmkan daxilində müasir fotoaparatla işləsinlər. Həmin aparatın prinsipini yaxşı öyrənsinlər. Öz üzərində çalışıb inkişaf etməyə çalışsınlar. Kompüter proqramlarını yaxşı öyrənsinlər. Çünki bugünkü fotoqrafçılıq üçün kompüter proqramı çox önəmlidir. Həmçinin imzalarının tanınması üçün internetdən yararlansınlar. Mənim «facebook» səhifəmdə koordinatlarım əlaqə nömrələrim var. Kim işimi bəyənsə, elə birbaşa özümə zəng edir. Məncə, bu gün bir fotoqrafın inkişaf etməsi üçün sadaladığım şərtlər bəs edər. Sənətdən peşədən asılı olmayaraq, gərək hər kəs yeniliyə açıq olsun. İnterneti tənqid edən insanlar da var. Deyirlər ki, gəncləri təhsildən yayındırır, vaxt itkisidir, pis vərdişlər aşılayır s. Bunları inkar etmirəm. Amma belə nəticələrin səbəbi yalnız internet deyil. Ondan yanlış məqsədlər üçün istifadədir. Siz hansı niyyətlə yanaşarsınızsa, o cür nəticə görərsiniz. Yalnız əyləncə tanışlıq, lazımsız müzakirələrə üçün «facebook»a qatılanlar da az deyil. Bunun təqsirkarı vasitə yox, o vasitədən doğru istifadə edə bilməyəndir. İlk öncə bunları ayırd etmək lazımdır. Bu baxımdan internetə maraq göstərən gənclərə «olmaz» deyib qadağa qoymaq yox, ondan faydalı istifadəni öyrətmək lazımdır. Siz qədər «olmaz» deyib səbəblərini izah etməsəniz, əks reaksiya görəcəksiniz. Mən inkişaf etmək istəyən həmkarlarıma internetdən faydalanmağı təklif edirəm. Tanınmağınız, inkişaf etməyiniz, daha çox qazanc əldə etməyiniz üçün gözəl fürsətdir. İşinizi bir dəfə paylaşırsınız, minlərlə insan tanış olur. Bundan gözəl səmərəli təbliğat ola bilər? Reklam yalnız televiziyada olmur. Bu baxımdan fəaliyyətində internetin faydasından yararlanmayanlar uduzan tərəfdir. Məsələn, siz mənim çəkdiyim fotoları sosial şəbəkədə görürsünüz. Hər halda diqqətinizi cəlb etdiyi dəyər verdiyiniz üçün bu gün məndən müsahibə aldınız. Bu da internetin verdiyi faydalardan biridir.

 

Real Cəfərli

 

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi» layihəsi çərçivəsində təqdim olunur.

Xalq Cəbhəsi.- 2012.- 22 dekabr.- S.11.