Tanınmış folklorşünas alim

 

 Akademik Azad Nəbiyev vəfat edib

Azərbaycanın görkəmli folklorşünası, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, əməkdar müəllim Azad Nəbiyev vəfat edib. BDU Həmkarlar İttifaqının sədri Fikrət Şiriyevin APA-ya verdiyi məlumata görə, A.Nəbiyev fevralın 13-də dünyasını dəyişib: «Səhhəti ilə bağlı hər hansı şikayəti yox idi. Elə həmin günsaat 5-ə qədər Universitetdə olub. Evə gedəndən sonra qəflətən ürək tutması baş verib və vəfat edib». F.Şiriyevin sözlərinə görə, mərhum sağlığında anadan olduğu Qubanın II Nügədi kəndində dəfn edilməsini vəsiyyət edibmiş. Onun bu vəsiyyəti yerinə yetirilib və mərhum II Nügədi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, A.Nəbiyev 1945-ci il aprelin 20-də Qubanın II Nüğədi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb, «Gənclik» nəşriyyatında redaksiya müdiri, Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. «Dirçəliş və Tərəqqi Partiyası»nın sədri olub. «Koroğlu dastanı» mövzusunda namizədlik dissertasiyası, «Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. «Kitabi Dədə Qorqud»un Drezden nüsxəsinin mətninin sadələşdirilib nəşr etdirilməsi də onun adı ilə bağlıdır. Son 30 ildə Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi sahəsində böyük uğurlar qazanmışdı. «Novruz» (1989), «Novruz bayramı» (1990), «İlaxır çərşənbələr» (1992), «Azərbaycanda Novruz»(1996), «İlin əziz günləri» (1999); dastan nümunələrindən «Qaraoğlu», «Molla Nur», «Şah İsmayıl» və başqaları bu qəbildəndir. Son illərdə alimin biri-birinin ardınca «Azərbaycan xalq ədəbiyyatı» (I və II hissələr), «Azərbaycan aşıq məktəbləri» adlı kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı.

Əsərləri İzmirdə, Ankarada, İstanbulda, Tehranda, Təbrizdə, Daşkənddə, Aşqabadda, Şimali Kiprdə nəşr olunub. Habelə A.Həbiyevin «El nəğmələri, xalq oyunları», Xalıq Koroğlu ilə birlikdə rus dilində çap etdirdiyi «Azərbaycanın qəhrəmanlıq eposu» kimi kitabları var. Müxtəlif ölkələrdə, ayrı-ayrı dillərdə 300-ə qədər elmi məqaləsi, 50-yə yaxın monoqrafiyası işıq üzü görüb. Onunla xeyli yaradıcı söhbətlərim olmuşdu. Həyatı çətinliklər içərisində keçmişdi. Avtoqəzaya düşdükdən sonra səhhətində yaranan problemlər daha da artdı. Ancaq o, yaradıcılıqdan qalmadı, yeni əsərlər yaratdı.

Hər bir xalqın folkloru onun tarixi, mədəniyyəti və mənəviyyatından soraqlar deməkdir. Bu gerçəkdir ki, adətən fanat folklorçu xalqın tükənməz folklor materiallarını topladıqca ürəyindən hardasa nağıl qəhrəmanlarına oxşamaq da keçir. Çünki fanat olmadan xalqın mənəvi sərvətlərini ipə-sapa yığmaq mümkün olmur. A.Nəbiyev deyirdi ki, şifahi ədəbiyyat adlı müdrik dünyamız olduqca geniş, böyükdür. İnsan özündə bir məhəbbət yaratmalıdır ki, həmin dünyaya daxil olsun. O zaman bütün hisslər, duyğular, arzular hamısı bir məqsədə tabe olur ki, bu tükənməz ədəbiyyatı öyrənəsən, toplayasan, çap edəsən. Şifahi ədəbiyyatda mümkün olmayan həqiqətlər həmişə reallıq kimi təqdim olunub: uçan xalçalar, sehrli süfrələr, xurcunlars. yaranıb. O, insanın real həyatında mümkün olmayan, ancaq arzu etdiyi və həmin arzuya doğru irəliləyişinin nəticəsi idi ki, bunlar bədii sözə, fikrə, duyğuya çevrilib, sonradan milli yaddaşa köçürülüb. Bu materiallar hikmətlə, ağılla, tarixi sınaqlarla o qədər zəngindir ki, adam bu işə könül verəndə başqa bir istəyi olmur. Bütün bu işlərin arxasında onu toplayanın zəhməti, şəxsiyyəti, elmi səviyyəsi istər-istəməz ifadəsini tapır. Xalqın minilliklər ərzində yaratdığı söz incilərini toplamaq, yaddaşlardan pozulanını bərpa etmək milli qeyrət tələb edən bir işdir. Xalq bütün bu nümunələrə müraciət etməklə özünə qayıdır. Bu, əcdadlarımızın bizə vəsiyyət etdiyi tükənməz bir sərvətdir. Bu sərvətə qayıtdıqca zənginləşirik. O qədər də milli duyğuya yaxın olmayanlar bu sərvətlə tanış olduqca fikirlərini dəyişirlər. Məqsəd ən böyük eposlardan tutmuş ən kiçik polemik vahidlərə qədər toplayıb, onları xalqın yaddaşında bərpa etməkdir. Amalımda, düşüncəmdə bundan böyük və xidmət, şöhrət və şərəf yoxdur». O, folklora sevgisini belə ifadə edirdi: «Elə bir mühitdə tərbiyə olunmuşam ki, burada sözə, sənətə, böyüyə hörmət vardı. Atamın zəngin kitabxanası var idi. Gözlərimi açıb burada «Kəlilə və Dimnə»ni, «Min bir gecə»ni, «Koroğlu»nu, «Molla Həsrəddinin lətifələri»ni, dünya ədəbiyyatının incilərini görmüşəm. Yaşadığım kənd milli adət-ənənələrlə, bayramlarla zəngin bir yer olub. Bu iki amilin folklorçu olmağıma təsiri olub».

A.Nəbiyev zəngin Azərbaycan mədəniyyətinin soraqlarının hər bir soydaşımız tərəfindən qorunmasının, təəssübünün çəkilməsinin son dərəcə gərəkli olduğunu bildirirdi: «Xalqımızın tarixən yaratdığı 5 min illik mədəniyyəti qoruyub saxlasaq, özümüzdən sonrakı nəsillərə bu sərvəti öyrədə bilsək, ali, orta məktəblərimizdə dilimizi, tariximizi daim araşdırıb yeni-yeni səhifələri üzə çıxarsaq, bu, böyük nailiyyət olar. Bu, həm də bizə dünya folkloru, elmi, mədəniyyətiylə inteqrasiyaya daha geniş səviyyədə imkan verərdi. Əgər gənclərimizə babalarımızdan miras qalan mənəvi dəyərlərimizi öyrətsək, onlar xalqımızı hər yerdə milli mövqedən təmsil edəcəklər. Bu, xalqın daim yaşamasına, dünya xalqları içərisində daha geniş şəkildə tanınmasına səbəb olacaq. Bəli, çətinliklərimiz var, ancaq bunlara baxmayaraq, yeni nəsil öz keçmişini unudan, manqurtlaşan təbəqə olmayacaq».

Bir neçə il qabaq «Koroğlu» dastanının oxuculara təqdim olunan nəşri Vəli Xuluflunun 1927-ci ildə əski əlifbadakı ilk nəşri əsasında hazırlanmışdı. Dastanın bu nəşrində «Toqat səfəri» və «Bağdad səfəri» qolları və sonrakı nəşlərdə müstəqil qollar şəklində yazıya alınmış kiçik epizodlar verilmişdi. Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi professor Azad Həbiyev idi. A.Nəbiyev bu kitabda 1923-cü ildə yaradılan Azərbaycan Tədqiq və Tətöbbə Cəmiyyətinin fəaliyyəti, həmçinin bu cəmiyyətin folklor şöbəsinə rəhbərlik edən Vəli Xuluflunun fəaliyyəti haqqında bilgi vermişdi: «Vəli Xuluflunun həbsinin əsas səbəblərindən biri istintaq materiallarından məlum olduğu kimi, onun «erməni «Koroğlu»sunu» öz «adına çıxması» ilə bağlanıb. O da məlumdur ki, həmin mətn rəy üçün Matenadarana göndərilib. Ancaq əlyazmanın sonrakı taleyi ilə bağlı əldə elə bir məlumat yoxdur. Məlum olan budur ki, V.Xuluflunun güllələnməsindən sonra 1941-ci ildə «Koroğlu»nun erməni variantı nəşr edilib. Burada nəşrə hazırlanan qolların çoxunun erməni qusanlarının repertuarından yazıldığı göstərilir. Bütün informatorlarla bağlı məlumatlar saxtalaşdırılmışdı. Həşrə öz söz yazan erməni tədqiqatçısı X.Samuelyan mətni xeyli təriflədikdən sonra fikrini qısa və lakonik ifadə etmişdi: «Erməni xalqının «Koroğlu» eposu yoxdur. Bu, Azərbaycan aşıqlarının repertuarındakı dastandır». Həmin mətn Ermənistanda uzun illər təkrar çap olunmadı. Ancaq Azərbaycan tədqiqatçıları erməni versiyası ilə həmin uydurmanı göylərə qaldırdılar». Tədqiqatçı qeyd edirdi ki, V.Xuluflunun repressiyasından sonra Azərbaycanda «Koroğlu»nun nəşri işi əslində yarımçıq qaldı. Hümmət Əlizadə dastanın bizə məlum mətnini hazırlayıb nəşriyyata təqdim edir. Az sonra folklor mətni toplamaq üçün səfərə çıxan N.Əlizadə 1939-cu il iyunun 25-də Qubadlı rayonunun Əliuşağı kəndində axşamçağı NKVD tərəfindən həbs olunur. İttiham haqqında qeyd edilirdi ki, o, xalq düşməni V.Xuluflunun qardaş erməni xalqından oğurladığı «Koroğlu» kitabındakıları guya yenidən xalqdan topladığını göstərmək istəyərkən ifşa ediləcəyini biləndə evində qonaq düşdüyü kəndin sakini Axundov Ələddinin tövlədən atını oğurlayıb aradan çıxmaq istəmişdi». A.Nəbiyev daha sonra bildirirdi ki, V.Xuluflu «Koroğlu» süjetinin, adının Azərbaycan həyatı üçün yad olmadığını dönə-dönə vurğulayıb.

«Azərbaycan aşıq məktəbləri» kitabında ilk dəfə Anadolu aşıq məktəbindən söhbət açılması səbəbini A.Nəbiyev belə izah edirdi: «Anadolu aşıq məktəbi həmişə araşdırmalardan kənarda qalıb. Bu, siyasi səbəblərlə bağlı olub».

Azad Nəbiyevin yaradıcılığını araşdıran filologiya elmləri doktoru Ramil Əliyev bu qənaətə gəlir ki, A.Həbiyev folklorşünaslıqda folklorumuzu siyasi-mənəvi problem səviyyəsində mənimsəyən ermənilərə cavab verən ilk araşdırmaçılardandır. Onun siyasi folklor sahəsindəki araşdırması «Milli təəssübkeşlik, yoxsa erməni saxtakarlığı» adlanır: «A.Həbiyev tariximizi, musiqimizi, ərazimizi, folklorumuzu mənimsəmək istəyən mənfur qonşularımıza tutarlı faktlarla cavab verir. Erməni separatçılarının Azərbaycan elminə qarşı terroru maddi və mədəniyyət abidələrinin saxtalaşdırılması, öz adlarına çıxılması ilə başlayıb. Onların siyasi terrorçuluğu hələ X yüzilin əvvəllərində baş vermişdi. Onlar Balkanlardan Zaqafqaziyaya köç edəndə bu yerlərdə albanlarla rastlaşmışdılar. Heç bir kökü, mənşəyi olmayan, yaxud naməlum olan bu xalq alban mədəniyyətini, alban əlifbasını oğurlamaqla özlərinə saxta mədəniyyət, əlifba düzəltdilər, Qarabağ ərazisindəki alban çarlığını ələ keçirib dövlət qurmaq istəsələr də, əməlləri baş tutmadı. Öz etnik köklərini müəyyənləşdirə bilməyən bu qaraçı tayfalarından törəyənlər bu dəfə də albanların assimilyasına məruz qaldılar və özlərinə saxta dil, mədəniyyət, əlifba, tarix, folklor quraşdırmağa başladılar. Köçürüldükləri yerlərdə yerli etnosların mədəniyyətinə əl uzatdılar, özlərinə «milli mədəniyyət» yaratdılar».

A.Nəbiyev ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinin və mədəniyyətimizi saxtalaşdırmanın 3 mərhələ üzrə baş verdiyini yazır. Birinci mərhələ çox keçmiş zamanları əhatə edir: «İkinci mərhələ isə I Pyotrun siyasəti ilə bağlıdır. O, ölkəsini müsəlman dövlətlərinin əhatəsindən ayırmaq üçün sərhədlərə ermənilərin yerləşdirilməsini əmr etmişdi. Həm də bu illərdə ermənilərin daimi yaşayış məskənləri yox idi. Buna görə də Rusiyanın himayəsi altında sərhəd Azərbaycan torpaqlarında yerləşmək onların ürəyindən oldu. Bu hadisə 1830-1920-ci illərə qədərki dövrü əhatə edir. Bu illərdə İran və Türkiyədən ermənilər gətirilib Azərbaycan torpaqlarına yerləşdirilmişdilər. İran və Türkiyə ermənilərinin aralarında olan toqquşmanın və hücumların nəticəsində 1850-1852-ci illərdə Türkiyə erməniləri tərəfindən 47 iranlı erməni (o cümlədən 12 qadın, 4 uşaq) öldürülmüşdü, buna cavab olaraq iranlı ermənilər Türkiyədən gəlmiş 12 erməni qadının başını kəsmişdilər (bu məlumatı A.Nəbiyev Gürcüstan Respublikası Mərkəzi Dövlət Arxivində saxlanan 247 N-li fonddakı 2-ci qovluqdan, 6-cı vərəqdən götürüb). Ermənilərin öz aralarındakı vuruşmalarının qarşısını almaq üçün 1831-ci ilin yanvarında Türkiyədən gəlmiş 487 ailə Şuşaya köçürülmüşdü. Müxtəlif illərdə isə onlar Azərbaycanın Qarabağ, Zəngəzur, Göyçə, Gəncəbasar, Şəki-Oğuz torpaqlarında yayılmağa başladılar, 1880-ci illərdən başlayaraq azərbaycanlılarla ermənilər arasında torpaq davaları başladı…

 

Uğur

Xalq Cəbhəsi.- 2012.- 16 fevral.- S.14.