Kəşf elədim özümü»

  İradə Tuncayın «Yol» romanı işıq üzü görüb

 

 

Bugünlərdə tanınmış yazar İradə Tuncayın «Yol» romanı işıq üzü görüb. Roman ənənəvi formada yazılmayıb. Səyahət əsasındakı canlı təəssüratlar romanı oxunaqlı edir. İndi oxucu məğzə tez çatmaq istədiyi dərəcədə həm də təbii təsvirlərə, canlı yaşantılara üstünlük verir. Bu səbəbdən dünyada sənədli-bədii filmlər daha çox maraq doğurmaqdadır. Ancaq ümumən yaradıcılığın bu yönündə hələ çox təkmilləşmə getməlidir. İradə xanımın romanından hissələri ötən aylar ərzində «Ədalət» və «525-ci qəzet»dən oxumuşdum. İndi kitab kimi ərsəyə gələn əsərin dil, təsvir sadəliyi, səmimiliyi var. Kitabda Azərbaycan dövlətimizin, torpağımızın təəssübünü gördüm, təbii saydım. Kitab bəzəməsizdir. Bir neçə ölkədən keçən səyahətçi (İran, Türkiyə, Gürcüstan) qənaətlərində artırıb-əskiltmələrə yol vermir. Parçalanmış, paralanmış tarixi torpaqlarımız, Azərbaycanı sevənlərin və sevməyənlərin münasibətləri, gerçəklər romanda maraqlı detallarla əksini tapıb. Gələcəkdə yeni əsərlərdə bu yönü daha da təkmilləşdirmək olar: həm sənədli-faktlı, həm də bədiyyatlı. Həm də bu yazılar yaradıcılığın gündəlik janrına da yaxındır. Baxmayaraq ki, gündəlik hər gün yazılmalıdır. Bilmirəm, İradə xanım gündəlik yazırmı?

Dünyada çoxlu yollar var. Həqiqət yolu isə birdir. Asan yolların heç biri insanı həqiqətə qovuşdurmur. Yalnız çətin yolla həqiqətə qovuşmaq, həqiqətləşmək mümkündür. Ən çətin yol – insanın öz içinə, daxilinə səfəridir. Kitabın sonunda müəllifin bununla bağlı duyğuları yer alıb. İnsanın öz içinə səfəri fiziki səyahətdən ötədir, çətindir. Əgər insanın daxilə səfəri baş tutarsa, imkanını aşkarlaya bilərsə, burda oturub dünyanı görə bilər. Doğrudanmı alpinist dağın mənasına yetə bilir? Təki yetsinbu duyğularını ifadə etsin. Ancaq yaradıcı insan fəhmən, bacardığı qədər nəinki dağın, habelə torpağın, səmanın, dənizin, günəşin, bir sözlə, Vətənin, dünyanın mənasına yetə bilir.

İ.Tuncayın romana başlaması məqamında yaşadığı duyğular

maraqlıdır: «Niyə roman? Roman ağır janrdı. Romana başlamaq da ağır yük. İçində başlayıbsa bəs? Önünü kəsə biləcəksənmi? Gələcəksə gələcək. Ya da gəlib artıq, çırpınır dalğa kimi vurur çölə. Yaz, artıq rahatla. Görən mən niyə şeir yaza bilmirəm?.. Şeir bəzən böyük bir romanın ağırlığını daşıyır. Bax, belə olsunmu

Epiloqda artıq yazarın səyahətdən sonrakı təəssüratları ilə rastlaşırıq: «Yolu getdim. Neçə sərhəddən keçdim, ötəri olsa baxdımNəyə baxdığımı gözlərim gördü. Gözlərimin gördüyünün bir qismini sizə göstərdim. Qəlbimin gördüyünü saxladım. Qırxıncı otaq qapalı qalmalıdı. Açılsa fəlakət olar dedilər. Niyə olsun ki?.. Qapalı ölkədən keçdiminsanların üzündə dərd-ələm gördümQapalıydılarəyinləri , ruhları daDili-ağzı bağlıHətta məzarları da dəmir barmaqlıqlarla örtülmüşdüAltdan-üstdənBeləsini heç yerdə görmədimNecə yaşayırlar, elə ölüb-gedirlərÖrtülü, qapalıAnlamadımbunlar ölülərini niyə həbs edirlər, niyə dəmir barmaqlıqlar altında yatırdırlar?Dağ yolları, yamacda məzarlar, o biri tərəfdən çay axır. Araz axırÇayın o biri sahilində müharibə viranələri. Xaraba kəndlərİçimə çökmüş ağırlıqdan qurtula bilmirdim. Yolun bitməsini istəyirdim. İncitdi məniBöyük İmperiyalar qurmuş babaların torpaqlarında gəzdim, dolaşdım. Çox düşündümnəyi tapdıq, nəyi itirdik? Cavabını da tapa bilmədim, itmişdi əsrlər öncə…»

İradə Tuncayın duyğuları mənə ona görə səmimi gəldi ki… Hər məqamda özünü axtarır, özüylə söhbətə can atır. Çünki özünə doğma olan başqasına da doğma olur. Özünü yaradan başqasını da yaradır. İnsan məhz özüylə bir olanda var olur.

İnsan özünü yolda tanıyır. Böyük mənada yol insanın müəllimidir. Həyatın yolları güvənsizdir, çünki imkan tapdıqca insanı azdırır. İçimizin yolu isə güvənlidir, çünki bizi özümüzə tanıdır, var edir, həyatın yollarında azmağa qoymur. Müəllifin özünü kəşfi: «Kəşf elədim özümühər dəliliyi, çılğınlığı edə bilərəmmiş. Gecikdiyinə təəssüf edə bilərəm bəlkə, bəlkə təəssüfə dəyməz. Belə olmalıymış yəqinBəlkə içimdə yaşatmaqla tale məni bu şəkildə qoruyub. Olmalıydı ammaXoş dəqiqələr , günlər , əzab-əziyyət İncimək, küsmək hər şeydən. Hamıda olan kimiVaxt dəhşətli bir şeydi, bunu hər gün hiss edirəm. Və bütün olanları fəlakət kimi, ya taleyin töhfəsi kimi qəbul edəcəyimi də bilmirəm. Cavabım yoxduamma təsadüflərə inanmıram artıq… Yer üzündə yollar bitməz. Həm yollarım, həm sözlərim, həm də konuşan gözlərim var… Yolları gəzdim, gözlərimlə baxdım, sözlərimlə dedim. Yolun bitdiyini düşünmək aldanışdı dedilər. Bitməz… İnsan qəlbi isə ən böyük müəmma. Bu labirintdə azmaq ehtimalı da var».

 

Uğur

Xalq Cəbhəsi.- 2012.- 18 fevral.- S.14.