“Xocam
Xocalı»
Ədalət Əsgəroğlunun
yeni kitablarının təqdimatı keçirildi
Dünən Yazıçılar Birliyində Ədalət Əsgəroğlunun «Xocam Xocalı» və «Aynasında Buta» şeirlər kitablarının təqdimatı keçirildi. Tədbiri giriş sözüylə Rəşad Məcid açdı, şairin yaradıcılığı haqqında bilgi verdi. Digər çıxışçılar
Ramiz Məmmədzadə, Vahid Əziz və başqaları çıxış edərək Ədalət Əsgəroğlunun gərəkli bir mövzuya toxunduğunu bildirdilər, yeni kitabları, ayrıca olaraq «Xocam Xocalı» haqqında qənaətlərini bölüşdülər. Ə.Əsgəroğlu hər iki kitabın yaranması haqqında fikirlərini bildirdi.
«Xocam Xocalı» poemasında dərdi dərindən duymaq, yaşamaq var. Gərək dərdinlə bir olasan, dərdlənəsən, dərd belini əyməyə. Dərdi çəkənlər azalıb çağımızda. Hardasa dərdə yiyə durmaq, dərdi yaşamaq ənənəmiz səngiyib. Dərdimizin bayağı ifadəsi yaranıb. Dərdimizin bayağı ifadəsi dərdsizlikdən betərdir əslində. Xocalı 20 Yanvar kimi xalqımızın dərs götürülməsi gərək olan faciəsidir. Faciəsini unudan millət var olmur. Məncə, bu əsərin Ə.Əsgəroğlunun irfan şeirlərini yazdığı sayaq hecada yazması yaxşı olardı. Bütün hallarda isə Ə.Əsgəroğlu faciə mövzusunu ürəkdən duyduğu, yaşadığı dərəcədə ifadə edə bilib.
Xalqı kim yaratmalıdır? Faciəvilikdən üstün olan kəs. Fərd zamandan, gerçəklikdən üstün olmalıdır ki, xalqı yaratmaq qüdrətinə çatsın, faciəni aşa bilsin. O zaman biz dünyanın indiki qarışıq əhvalını aşıb özümüzü təsdiq edə bilərik. Fərdin faciəsi özünə yetə bilməməsindən, özünü tapmamasından başlayır. Fərd özünü yaratmasa, xalq da yaranmayacaq. Fərd inamsızdırsa, xalq da inamsız olacaq. Faciə maddi itkidən çox, mənəvi itki yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə. Millət gerçəklikdən üstün ola bilməyəndə, mənəvi uçurum dərinləşəndə faciə baş verir. Faciə güclü millətə gəlsə də, içində otura bilmir. Zəif millət isə içəridən dağıdır.
İlk növbədə yaradıcı fərdlər bu yolda özündən keçməlidirlər ki, xalq əbədi təsdiq olunsun, var olsun. Xocalı hələlik tarixi silsilədə sonuncu böyük faciəmizdir. Tarixi faciələrimizdən dərs almaq gərəkliyi, qaçılmazlığı var. Bu faciənin sənət əsərlərində bilinməsi daha ardıcıl, daha faktlı, təsirli, yəni faciənin mahiyyətinin ifadəsi olmalıdır. Lalımaq yox, zarımaq yox, dərdi, faciəni qürurla yaşamağımız, faciədən üstün olmağımız gərək.
«Xalq Cəbhəsi» qəzetinə müsahibəsində Ə.Əsgəroğlu bunları bildirdi: «Xocam Xocalı» poeması Xocalı faciəsinə həsr olunub. «Aynasında buta»da isə irfan şeirlər toplanıb.
«Dərdimizin qan rəngi» «Xocam Xocalı»nın birbaşa
davamı deyil. Birinci poemada Qan obrazını
yaratmışdım. Burada isə
Xocalı Xoca, Bilgin, Şair obrazında təsvir olunur. Əsərdə Xocalı artıq
özü canlıdır.
Burada Xocalı obrazına ayrı bir yanaşma
var. Dünya ədəbiyyavtında
Xatın, Holokost obrazları var. O sırada
Xocalı obrazı da bilinməli, yaşamalıdır. Xalqımıza qarşı törədilmiş
faciə, soyqırım
faktı var və buna belə
yanaşma daha doğrudur».
Əsərdə qismən açıq təhlillər, qınaqlar,
habelə özünü
qınamalar diqqəti
çəkir. Adətən ədəbiyyatda söz deyilir, ancaq yerimir, yəni ömürləşmir.
Ona görə də ən gözəl söz belə söz olaraq qalır. Ancaq söz əməlləşməyincə,
əməllə birləşməyincə
yaşamaz əslində.
Ə.Əsgəroğlu deyir:
«Xocalı Xoca anlamında, obrazında olduğuna görə əsərdə Xocamla danışıram. Əgər onun
qarşısında fikirlərimi
bölüşürəmsə, mütləq həqiqəti
deməliyəm. Həqiqəti deməkdən ötrü
də daxilən azad olmalıyıq. Bu olmadan Xocalıya
ədalət yoxdur.
Bu cür ağrıları
dərindəın duyuram,
yaşayıram. Bu kitabda «Soydaş» poeması da var. Gərək soydaş milli problemlərə biganə qalmasın».
Əsərdə habelə ilahiliyə
üsyan var. Yurddaşdan
ummaq var, hiddət var. Poeziya gerçək olaraq problemi həll edə bilmir, ancaq heç olmasa dərdi nişan verə
bilir. Müəllif deyir, «Xocam Xocalı»nın həcmi əvvəl çox olub, ancaq qərara
alıb ki, onu qısaltsın: «İstəmədim oxucuya faciəni göz yaşıyla çatdıram.
Biz ağlamağı da, gülməyi də bilirik. Ancaq indi ciddi şəkildə
düşünməyə gərəyimiz var. Dünyaya
Xocalı obrazını
təqdim etməyi bacarmalıyıq». Ə.Əsgəroğlunun
umacağı daha çox özündəndir:
«Yəni haqqı sinəmə yazmalıyam.
İlk növbədə özüm
daxilən azad olmalıyam. Hər bir
insan öz vicdanı qarşısında
cavab verməlidir.
O kimdir, cəmiyyət
üçün kimdir?
Mahiyyətcə «Xocam Xocalı»dakı
fikirlərlə «Aynasında
Buta»dakı fikirlər
biri-birini tamamlayır».
«Xocam Xocalı»ya ön söz yazmış Zahir Əzəmətin fikrincə,
bu poema Xocalı faciəsi haqqında yazılan çoxsaylı əsərlərdən
bir neçə məziyyətinə görə
köklü surətdə
fərqlənir: «Əsərdə
Xocalının fərqli
obrazı yaradılıb.
Adətən bu mövzuda
yazan müəlliflər
həmin dəhşətli
hadisələri detallarına
qədər təsvir
etməklə faciənin
miqyasını göstərməyə
çalışırlar. Nəticədə emosiyalar
axarına düşərək
faciənin zahiri görüntülərindən o yana gedə
bilmirlər. Ancaq Ədalət Əsgəroğlu
təfərrüatlara çox
varmır, daha çox Xocalı faciəsinin metafizik obrazını yaratmağa
çalışır.
Anlamaq dərdini çəkdirin
mənə,
Bu sirri, hikməti
Nə olur, nə olur,
öyrədin mənə:
Öyrənə-öyrənə belə
qocalım,
Anlamaq dərdinə acam, Xocalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Sənsən böyük şair,
böyük ziyalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Müəllif həm Xocalıya xəyali səfərini necə yekunlaşdırmağın,
həm də ruhi azadlığının
yollarını axtarır
və tapır. Elə bu tapıntı da əsərə layiq kulminasiya gətirir: «Əgər Xocalıya gedə bilmirsənsə, Xatına,
Holokosta get, oradakı
qurbanların xatirəsni
yad et. Axı Xocalı
məhəlli yox, bəşəri faciədir.
Bu soyqırım yalnız azərbaycanlılara
qarşı yox, bütün insanlığa
qarşı yönəlib».
İndi
də poemadan bir parçanı təqdim edirik:
Xocalar türbəsi,
Xocam, Xocalı!
Dünyanın içində
mən diriyəmsə,
Mən qəm eyləyən
ney səsiyəmsə.
Zalım
qələmiylə
bənd-bənd kəsilsən
Miskin yazılarda
əriyirəmsə
Günahkar mənəmmi,
yoxsa dünyamı?
Sındırın,
sındırın gümüş
aynamı.
Haqdan aynalanan
sabahım varsa,
Kədər ümmanından
boy verib bala
Sabahlar eşqinə
boylanıramsa:
Səma
yazıları
başımın tacı
Şükür ki, ocağım,
tüstüm bacalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Millənən yazılar
palaz-palazdı,
Palazla bürünüb
elnən sürünər.
Silkələnən dağlar
çalın çarpazdı
Uzaqdan baxana
susqun görünər.
Gəzər ölkə-ölkə
dildə-ağızda,
Söz-söz sıralanar,
cücə ümidlər,
Sayılar,
bilinər sayı
payızda.
Dibsiz quyularda
tıncıxan dərdim,
Bulanan, durulan
bu qəm, bu kədər,
Tum kimi çırtdanar
yeyilər gedər.
Göz yaşı bitirmir
qədr ağacı,
Əyilməz haqqımsan
qollu-budaqlı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Sanma daş ürəkdən
daş qoparırsan,
Sözü qanan kəsə
deyirlər şair!
Zaman qeyrət umur
söz yiyəsindən,
Sözə sahib çıxan
vicdan, ziyalı!
Ziyalı
susanda
şair ölürsə
Ölüm zəngi çalır
çərxin zavalı,
Zavallı dərdlərin
könül möhtacı,
Sənsən böyük şair,
böyük ziyalı!
Xocalar türbəsi,
Xocam, Xocalı!
Uğur
Xalq Cəbhəsi.- 2012.-
22 fevral.- S.14.