Kreml rəhbərlərinin psixoloji portretləri»

 

Adıgözəl Məmmədovun kitabı işıq üzü görüb

 

Bu yaxınlarda araşdırmaçı-psixoanalitik Adıgözəl Məmmədovun «Kreml rəhbərlərinin psixoloji portretləri» adlı kitabı işıq üzü görüb. Müəllif qeyd edir ki, son dövrlərdə liderlərin psixoloji problemlərinin və bu faktorların onların siyasi fəaliyyətlərinə təsirinin tədqiqinə böyük diqqət yetirilir. Liderlərin özünüdərki və onların cəmiyyətin ictimai fəallığına təsiri indi hamı üçün maraqlıdır: «Ayrı-ayrı psixoloji hadisələrin tədqiqinə dair dar analitik yanaşma psixoloji hadisələrin çoxşaxəliyinin və onların qarşılıqlı əlaqəsinin izahını vermir və verə də bilməz. Onu da qeyd etmək yerinə düşərdi ki, orqanizmin psixi, əqli və fiziki ehtiyatları son dərəcə böyükdür. Onların inkişafı, praktiki istifadəsi şəxsiyyətin təkmilləşməsi üçün əsas şərtdir.

Nəzərə almaq lazımdir ki, insanın psixi xüsusiyyətlərinin içində əsas cəhətlərdən biri liderliyə can atmaq keyfiyyətidir. Ancaq burada liderlərin inkişaf səviyyəsi, həm də, onların ətraf aləmlə uyğunlaşma bacarığının nə zaman yaranmasından da çox asılıdır. Qeyd etmək lazımdır ki, hər bir cəmiyyətdə liderlərə inamın əsas mexanizmi, insan təbiətinin ən unikal xüsusiyyətlərindən biri olan «lideri izləməsinin filogenetik, psixofizioloji refleksi»dir. Məhz həmin reflekslər cəmiyyətlərdə bu cür iradəli insanları axtarır. Əsl lider siyasi intuisiyası ilə cəmiyyətdəki şəraiti dəqiq müəyyənləşdirir. Bu liderin aparıcı rolu, məsələlərin operativ həlli zamanı öz əhatəsini bir addım geridə qoymasıdır. Bundan sonra əhatə öz siyasi xırdaçılığını anlayır və bir çox hallarda onların şəkk-şübhələri liderə olan heyranlığı ilə əvəz olunur. Məhz bu cür qəbildən, liderlər mümkünsüzlük halını içəridən dağıtmağa və nəticəyə çatmaq üçün sanki «dəlicəsinə» fəaliyyətlər qurmağa qadirdirlər. Yalnız onlar yaranmış vəziyyətdə yeganə məntiqli çıxış yolunu tapırlar. Məhz bu addımlar da karyera pillərində irəliləmə üçün liderə psixoloji istinaddır».

Rusiyada vətəndaş müharibəsindən sonrakı dövr «Leninin psixoloji portreti» mövzusunda kitabda ayrıca təhlil olunur.

Kitabda «Liderliyə doğru aparan sosial-psixoloji istinadlar», «Stalinin psixoloji portreti», «Totalitar rejimlərdə liderlərin psixologiyası», «Fövqəladə şəraitdə psixoloji durumlar», «N.S.Xruşşovun psixoloji portreti», «L.İ.Brejnevin psixoloji portreti», «Y.V.Andropovun psixoloji portreti», «M.S.Qorbaçovun psixoloji portreti», «B.N.Yeltsinin psixoloji portreti», «V.V.Putinin psixoloji portreti», «D.A.Medvedyevin psixoloji portreti» kimi mövzular diqqəti çəkir.

Kitabda Stalinin həyatının müxtəlif məqamları təhlil edilir. Əslində ən çox yer ayrılan və diqqət çəkən bölüm elə Stalinin həyatıdır: «Stalinin şüurunun strukturuonun psixoloji özülünün xarakteristikası indiyədək tədqiqatçılar tərəfindən hələ də tam açılmayıb. İnsan öz şüurunu bizim əhatə olunduğumuz mühitdə açıb göstərir. Stalinin şüurunun strukturuonun psixoloji xarakteristikası adətən qapalı görünür, qeyri-səmimi, daim özünə son dərəcə güvənməklə bərabər o, «yüksək ideyalarla» yaşayır, həmişə öz şəxsi keyfiyyətlərini nümayiş etdirməyə çalışırdı». Araşdırmaçı yazır: «1906-cı ildə Rusiyaya qayıtdıqda Koba xüsusi əməliyyatlar hazırlayaraq döyüşkən bolşevik dəstələrinin məşhur rəhbərləriindən birinə çevrilir. Bu dövr sirlərlə doludur».

Stalinin gəncliyinə ekskurs edən araşdırmaçı qeyd edir ki, 1912-ci ildə V.İ.Leninin şəxsi təşəbbüsü nəticəsində Trapes konfransında Stalin hamı tərəfindən yekdilliklə Mərkəzi Komitənin üzvü seçilir. Yenidən sürgündən qaçdıqdan sonra Stalin xaricə gedirPraqada Leninlə görüşür. Oradan da Stalin Avstriyaya gedir və «Marksizmmilli məsələ» kitabını yazır. Koba 1913-cü ildə bir müddət Krakovda qaldıqdan sonra, Peterburqa qayıdır. Malinovskinin rəfiqəsinin onu ələ verməsi nəticəsində yenidən həbs olunur. Bu dəfə onu şimal nöqtəyə – Turuxansk vilayətinin

Kureyka kəndinə sürgün edirlər. Stalin bu dörd ildə özünün ən əzablı və soyuq illərini keçirir. Turuxansk sürgünü Stalinin həyatında ən uzun müddətli və sərt sürgün olur»…

Kitabda Putinin də obrazı yaradılıb: «Siyasətçi haqqında tək onun sözlərinə görə fikir yürütmürlər, həm də onun buya digər şəraitlərdə necə hərəkət etməyi ilə də ona qiymət verirlər. Xalq Putini ictimailəşmiş siyasətçi kimi 1999-cu ilin yayından tanımağa başladı».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 29 fevral.- S.14.