Ölümdən sonrakı həyat

 

Sosioloqların fikrincə, dünyada məşhurluğu ilə daha çox üç rəssam seçilir: Leonardo da Vinçi, Vinsent Van QoqPablo Pikasso. Leonardo qədim rəssamların, Van Qoq XIX əsrin impressionist və postimpressionistlərin, Pikasso isə XX yüzilliyin abstraksionist və modernistlərin sənətini təmsil edirlər. Bununla belə, əgər Leonardo publikanın gözündə təkcə rəssam kimi yox, universal dahi kimi, Pikasso ictimai xadim, aristokrat, dünyada sülh uğrunda mübariz sayılırsa, Van Qoq məhz rəssam kimi özünü təcəssüm etdirir. Onu dahi, əzabkeş, şöhrət və pul haqqında düşünməyən tənha bir sənətkar hesab edirdilər. Haqqında da əfsanələr yayılmışdı. Sənətkar haqqında əfsanələrin əsas yaradıcısı isə alman qaleristi və sənətşünası Yulius Meyer-Qrefe olmuşdu. O, rəssamın dahiliyinin miqyasını, ən əsası isə onun əsərlərinin bazar potensialını tez başa düşmüşdü. 1893-cü ildə 26 yaşlı qalerist «Sevgililər» rəsmini əldə edironun reklamı haqqında düşünür. İti qələmi olan Meyer-Qrefe sənətsevərlər üçün maraqlı olan rəssamın tərcümeyi-halını yazmağı qərara alır. Onu canlı olaraq görmədiyindən, rəssamın müasirlərini çətinə salan şəxsi təssüratlardan azad idi. Bundan başqa, Van Qoq Hollandiyada doğulub boya-başa çatmışdı, rəssam kimi isə Fransada formalaşmışdı. Haqqında əfsanələr yayılsa da, Almaniyada onu heç kim tanımırdı, ona görə də sənətşünas qalerist onun tərcümeyi-halını özü yazmağa başlayır. Əsl Vinsent isə Meyer-Qrefenin uydurduğu Vinsentdən fərqli idi. Van Qoqun arxasında onu heç zaman himayəsiz qoymayan böyük ailəsi dururdu, özüonun eksperimentlərindən heç də razı deyildilər. Atası məşhur köhnə əlyazmaların cildçisi idi, əmilərindən üçü tacir, biri isə Antverpendə limanda admiral idi; bu şəhərdə oxuyanda Vinsent onun evində yaşamışdı. Gerçəklikdə Van Qoq çox ayıq və praqmatik idi. Təsviri incəsənət haqqında bütün ümumi təsəvvürləri darmadağın etmişdi. Meyerin uydurduğu Van Qoq isə xalqın içərisindən çıxmış sağlam insan, yaradıcılığı isə «sənət və həyat» arasında harmoniyanın vəhdəti və Meyer-Qrefenin modern hesab etdiyi yeni böyük stilin müjdəçisi idi. Meyer-Qrefeonun ardıcılları rəssam haqqında çox şey uydurmuşdular. Misal üçün, xalq arasında gəzən əfsanələrdən biribu idi ki, 1879-cu ildə Van Qoq Belçikanın şaxtaçı rayonu olan Borinajda olmuşdur. Burada o, «öz mühitindən ayrılır» və «kasıbların dərdinə şərik olmağa başlayır». O, atası kimi rahib olmaq istəyir və qərara alır ki, atasının ardınca getsin. Mənsəbə, yüksək rütbəyə çatmaq üçün isə 5 il seminariyada oxumaq lazım gəlir. Van Qoq dini məktəbə daxil olmağı qərara alır və buradaca məlum olur ki, qaydalar dəyişib, təhsil pulludur. Bundan sonra o, bu niyyətdən vaz keçir, rəssam olmaq qərarına gəlir. Bu seçim də təsadüfən deyildi. Van Qoq «Qupil» adlı böyük firmada artdiller idi, peşəkarcasına sənət ticarəti ilə məşğul olurdu. Partnyoru isə onun əmisi Vinsent idi, hansı ki, adını onun şərəfinə ona qoymuşdular. O, Van Qoqa himayədarlıq edirdi. «Qupil» Avropada köhnə rəssamların əsərlərinin və müasir akademik rəssamlığın satışında aparıcı rol oynayırdı. Bu illər ərzində Van Qoq ciddi məktəb keçir, onun kumiri isə o dövrdə «kəndli» tabloları ilə məşhurlaşan – Fransız rəssamı Jan Fransua Mille olur. Maraqlıdır ki, «Qupil» onun əsərlərini 10 min franka satırdı. Van Qoq Mille kimi «aşağı sinifləri təsvir edən» uğurlu rəssam olmağa, onun kimi kəndlilərin və şaxtaçıların həyatından əxz etdiyi biliklərindən faydalanmağa hazırlaşırdı. Sənət tarixi və nəzəriyyəsi ilə fundamental tanışlığa, eləcə də satış təcrübəsinə malik olaraq, 27 yaşlı hollandiyalı rəssamlıq sənətini sistematik öyrənməyə başlayır. Van Qoq əvvəlcə Brüssel, sonra isə Antverpen rəssamlıq məktəbinə daxil olur, Parisə getməmişdən əvvəl burada 3 il oxuyur. Parisə getməyə isə onu kiçik qardaşı Teodor dilə tutur. Teodor rəssamın taleyində çox böyük rol oynamışdı. O, Vinsentə «kəndli rəssamlığı»ndan əl çəkməyi məsləhət görürizah edir ki, bunun gələcəyi yoxdur. Belə əsərlər bütün dövrlərdə pis satılır, nəinki işıqlı və sevinc doğuran sənət.

Beləliklə, Van Qoq Teonun məsləhəti ilə «yeni incəsənətin» paytaxtı Parisdə Fernan Kormonun şəxsi studiyasında oxumağa başlayır. Burada o, cəmiyyətin gələcək qaymaqları olan postimpressionistlərlə, Anri Tuluz-Lotrek, Emil BernarLyüsen Pissaro ilə tanış olur. Hələ 1884-cü ildə qardaşlar öz aralarında sazişə gəlirlər. Razılaşmaya görə Teo Vinsentin tablolarının əvəzində ona ayda 220 frank verməli, fırça, keyfiyyətli rənglərlə, kətan ilə təmin etməliydi. Bunun sayəsində, yəni keyfiyyətli boya hesabına Van Qoqun tabloları QoqeninTuluz-Lotrekin əsərlərindən fərqli olaraq bugünümüzə qədər də yaxşı saxlanılmışdı.

Bütövlükdə Vinsent Van Qoqun vəziyyəti çox yaxşı idi. O, artdiller Teonun yanında işləməyə başlayır. Vinsent biznesmen Teonun əlində sadəcə marionetka deyildi. Meyer-Qrefenin yazdığı əfsanəyə görə, Van Qoq umacaqsız deyildi, bununla belə öz əsərlərini biliksiz, məlumatsız adamlara satmaq fikrindən də uzaqdı. Van Qoq normal adamlar kimi təkcə gələcək nəsillər üçün çalışmır, sağlığında tanınmaq da istəyirdi. Onun üçün pul da tanınmaq qədər vacib idi. Qardaşı Teoya göndərdiyi məktubların əsas mövzusu «Allah axtarıcılığı» deyildi, «necə edək ki, rəsmləri qazancla sataq», «hansı əsər alıcının ürəyinə tez yol tapa bilər» kimi mülahizələr idi. Bazarda irəliləmək üçün isə o, belə bir formula irəli sürmüşdü: «Heçbizim əsərlərin orta sinfin evində bir bəzəkli əşya kimi tanınması onların yaxşı satılması qədər yaxşı kömək edə bilməz». Bununla bərabər o, dövrün Paris ziyalılarının ən gəliş-gedişli yeri Müstəqillik salonu və Azadlıq teatrının sərgilərinin daimi iştirakçısı olurdu. O vaxtlar Vinsentin əsərlərini Parisdə – dünya incəsənəti paytaxtında bütün rəssamların elitasının iştirak etdiyi Teonun «mənzil» sərgisində tez-tez görmək olardı. Böyük Sezan məhz 56 yaşında öz yaradıcılığını şəxsi sərgilərdə göstərmək imkanı əldə etmişdi. Vinsent isə məhz erkən yaşlarda şöhrət qazanmışdı, dövrünün qabaqcıl rəssamlarından birinə çevrilmişdi. Bu, əlbəttə ki, Van Qoq üçün şöhrətə aparan yollarda böyük uğur idi.

Deyilənlərə görə, sağlığında Van Qoqun yalnız bir əsəri «Arledə qırmızı üzümlüklər» satılmışdı, bu əsər indi A.S.Puşkin adına Moskva təsviri incəsənət muzeyindədir. Sənədlərə görə isə məlumdur ki, rəssamın 14 işi alınıb, qalanları haqqında heç bir dəlil-sübut saxlanılmayıb. O ki qaldı Van Qoqun qəbuledilməzliyinə, bu da uydurma idi. Anri Orye onu böyük rəssam, Rembrandtın, Xalsın varisi hesab edirdi. Bunu Van Qoq sağlığında «Merkyur de Frans» qəzetində oxumuşdu. Anri onun tərcümeyi-halını xüsusi bir maraqla qələmə almaq istəyirdi, lakin təəssüf ki, rəssamın ölümündən dərhal sonra o, da vərəmdən vəfat etmişdi. Qoqen isə onun əsərlərinə baxaraq yazmışdı: «Siz hamıdan çox düşünən yeganə rəssamsınız». Onun təkcə məşhur «Günəbaxanları» bunu deməyə əsas verirdi.

Ömrünün sonlarında böyük rəssam dəlilik dərəcəsinə gətirib çıxaran psixi pozğunluqdan əziyyət çəkirdi. Onun məşhur qulağı ilə bağlı müxtəlif söz-söhbətlər gəzirdi. Belə bir versiya var idi ki, o, Qogenlə mübahisələri zamanı özü öz qulağını kəsib. 27 iyul 1890-cı ildə isə o, özünə qəsd edir. Şaiyələrə görə buna səbəb qardaşının evlənməsi olub. Vinsentə belə bir fikir rahatlıq vermirdi ki, qardaşı öz ailəsinə daha çox vaxt ayırsa, onun sənəti ilə bağlı planlara biganə qalacaq.

Onun ölümü qardaşı Teonu çox sarsıdır və yarım ildən sonra o da vəfat edir. Bundan sonra «Qupil» firması Teo Van Qoqun «Monmartr» qalereyasında yığdığı impressionist və postimpressionistlərin topladığı əsərlərini çox ucuz qiymətə satmağa başlayır. Van Qoqun əsərlərini Teonun həyat yoldaşı Hollandiyaya aparır. Yalnız XX yüzillikdə böyük hollandiyalıya layiqli şöhrət gəlir. Mütəxəssislərin rəyinə görə, əgər hər iki qardaşın erkən ölümü olmasaydı, bu daha tez baş verərdi və Van Qoq çox varlı bir insan olardı. Lakin böyük rəssama zəhmətinin bəhrəsini görmək müyəssər olmur. Əvəzində isə Meyer-Qrefe kimi adamlar bundan xeyir götürür. Meyer-Qrefenin uydurmaları real rəssamın tərcümeyi-halını nəinki arxa plana keçirdi, hətta onun rəsmləri haqqında təsəvvürləri alt-üst etdi. O, Van Qoqun ölümündən sonra başqa əsərləri də onun adı altında satmağa başlayır. Tezliklə Meyer-Qrefeölür, lakin buna baxmayaraq Van Qoqla bağlı əfsanələr yenə də davam edirdi

Rəssam unudulmadı. Amerikan yazıçısı İrvinq Stoun 1934-cü ildə «Həyat yanğısı» bestsellerini yazırdı, Hollivud rejissoru Vinsente Minelli 1956-cı ildə Van Qoq haqqında film çəkirdi. Amsterdamda onun şərəfinə 1972-ci ildə muzey də açılıb. Sənətşünaslar, tarixçilər, hətta arxivçilər belə onun əsl həyatını və yaradıcılığını araşdırmağa başladı. Buna baxmayaraq, Van Qoqun ətrafında əfsanələr səngimək bilmir. Bu əfsanələr «müqəddəs Vinsent» haqqında növbəti filmlər, tamaşalar, kitablar mövzusu olaraq öz həyat axarı ilə davam edir. Van Qoq yaradıcılığıyla ölümündən sonra da həyatını yaşamaqdadır.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 9 iyun.- S.11.