Azərbaycanla Türküstan elləri arasında mədəniyyət körpüsü yaradan ziyalı

 

Esmira Fuad: «Sabir amansız xəstəliyin məngənəsində əzab çəkərkən Səid Rza Əlizadə onun müalicəsi üçün xeyli pul toplayıb gətiribmiş»

 

Səid Rza Əlizadə hər şeydən öncə Azərbaycan xalqının bətnindən doğulmuş, zəngin və çoxşaxəli elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti, publisistik, bədii və elmi yaradıcılığı ilə hər zaman ölkəsini və xalqını ləyaqətlə təmsil edən, Orta Asiya türklərinə yüksək səviyyəli xidmətlərilə həm də Azərbaycanımıza başucalığı gətirən əsl ziyalı, Azərbaycan türkü idi. Bu şəxs haqda danışan publisist-araşdırmaçı Esmira Fuad onun həyat və yaradıcılığını araşdırıb.

Səid Rza Əlizadə 1887-ci ildə Özbəkistanın məşhur Səmərqənd şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından Səmərqənddəki ali ruhani mədrəsəsində dini təhsil alıb, ərəb-fars dillərini mükəmməl öyrənib. Səmərqənd mətbuatında mühərrirlik fəaliyyətinə başlayıb. Onun gərgin və səmərəli fəaliyyəti nəticəsində 1904-cü ilin 1 mayında «Səmərqənd» qəzetinin ilk sayı çapdan çıxıb. E.Fuad bildirir ki, o, bitib-tükənməyən yaradıcılıq eşqilə müxtəlif dillərdə məqalələr nəşr etdirib, qəzetin yaşaması, geniş yayılması naminə var qüvvəsini sərf edib. Coşub-çağlayan yaradıcılıq ilhamı ilə qazax, qırğız, tacik, özbək və türkmən dillərində sərbəst yazılar yazaraq taleyüklü məsələləri gündəmə çıxardığına görə 1905-ci ildə Türküstan hökuməti tərəfindən beynəlxalq səviyyəli jurnalist vəsiqəsini alıb, bundan sonra daha böyük qüvvə və əzmkarlıqla mühərrirlik fəaliyyətini genişləndirib.

O, 1908-ci ildən özbək, tacikrus dillərində «Ayna» adında həm qəzet, həm də jurnal buraxmağa nail olub. Mahmud Xoca Behbudi «Ayna» qəzet və jurnalının baş redaktoru olsa da buraxılışa əsas məsul, redaktoru və tərcüməçisi məhz S.R.Əlizadə idi: «Artıq Türküstan mətbuatında öz yeri, öz səsi vardı Səid Rza Əlizadənin…

Bütün mahal camaatı onun imzasını tanıyır və sevirdi. Elin-obanın sevgisi onu daha artıq əzmlə, enerji ilə işləməyə ruhlandırır, maarifləndirmə yolu ilə xalqın gözünü açmağa, savadlandırmağa sövq edirdi. Bu məqsədlə şəxsi vəsaiti hesabına 1915-ci ildə «Şərq» adında yeni qəzet buraxmağa başlayır. 1916-cı ildə isə «Teleqraf» vərəqələrini nəşr edir. Bu vərəqələrdə dünyada baş verən hadisə və olayları qısa xəbərlər şəklində özbək və tacik dillərinə çevirərək çap etdirir, xalqa çatdırırdı. 1917-ci ildə «Hürriyyət» adlı yeni qəzet işıq üzü görür. S.R.Əlizadə «Hürriyyət»də həm şöbə müdiri, həm də tərcüməçi kimi fəaliyyət göstərir. Özbəkistandakı Zərəfğan çayının adından götürülmüş və özbək dilində çıxan «Zərəfğan» qəzetində də (1919) eyni işləri həyata keçirir. Eyni zamanda rus dilində nəşr olunan «Samarkand», «Qolos Samarkanda», «Trud», «Proletari» qəzetlərində həm müxbir, həm də tərcüməçi kimi fəaliyyət göstərir. 1919-cu ildə «İnqilab şöləsi» jurnalını yaradır baş redaktoru olur. Baş redaktor kimi jurnalın işinə dövrün ziyalılarınıSədrəddin Eyni, Qulam Kazımzadə, Zehni Muxtarini cəlb edir, kollektiv təbliğat, təşviqat maarifləndirmə siyasətini uğurla həyata keçirir».

«İnqilab şöləsi» jurnalı Rusiya, Tatarıstan, Azərbaycan, Türküstan, İran, Türkiyə, Pakistan Hindistana yayılır, ərəb ölkələrinə isə karvan yolu ilə çatdırılırdı. Hər tərəfə, bütün türk dünyasına yayılan 8 səhifəlik «İnqilab şöləsi» jurnalının 3 il ərzində 32 nömrəsi çapdan çıxmış, xalqın mədəni həyatında çox böyük rol oynamışdı: «Səid Rza Əlizadə təcrübəli jurnalist idi, öz dövründə çıxan «Türküstan», «İrşad», «İqbal», «Axşam» (Türkiyə), «Tərcüman» (Baxçasaray-Krım), «Novıy Vostok» (Moskva), «Sədaye-İran», «Azadeye-İran», «Həblül-mətn» (Hindistan) s. mətbuat orqanlarında müxtəlif imzalarla çıxış edirdi. Qərb dünyasının müsəlman Şərqinə təzyiqlər göstərməsini, Avropa Amerikanın, ingilislərin hegemonluq iddialarını kəskin tənqid edən, dövrün çatışmazlıqlarını, eybəcərliklərini əks etdirən yazılar qələmə alaraq mətbuatda gizli imzalarla fəal çıxış edən Səid Rza Əlizadənin başına ingilislər 50 min funt-sterlinq pul qoyurlar. Türküstan mətbuatının yaradıcılarından biri kimi qiymətləndirilən, «Bəhlul», «Kargər», «Sitəmdidə», «Molla Cumbul», «Çələnquy», «Zəmbur», «Taziyanə», «Rəncbər», «Muğtiqoyib», «Neştər», «Şapalaq», «S.Əli», «S.A», «S.Aliyev», «Səmərqəndi» kimi az, çox, düz 15 gizli imza ilə dövr mətbuatda, o cümlədən «Molla Nəsrəddin», «Tərcüman» başqa jurnal qəzetlərdə mütəmadi çıxış edən, Azərbaycanla müntəzəm əlaqə saxlayan Səid Rza Əlizadənin bu adlarda nəşr olunan dəyərli yazılarına rast gələn tədqiqatçı alimlər, soydaşlarımız, eləcə hər hansı oxucu artıq «Zənbur», «Neştəri», «Rəncbər» s. kimi gizli imzaların ona məxsusluğunu biləcək».

S.R.Əlizadə məşhur şair Sabir amansız xəstəliyin məngənəsində əzab çəkərkən ona baş çəkmiş, müalicəsi üçün xeyli pul toplayıb gətiribmiş: «Səid Rza Əlizadə təcrübəli, fədakar pedaqoq kimi maarif məktəbdarlıq işlərində can qoyub, xalqın balalarının savadlı olması, elmə, biliyə yiyələnməsi yolunda yorulmadan çalışıb, mübarizə aparıb. Yeni üsullu məktəb açaraq kasıb ailələrin uşaqlarını öz himayəsinə alan onların maddi ehtiyaclarını imkanı daxilində ödəməyə çalışan istedadlı pedaqoqun özü rus dili tarix fənlərini tədris edib. Onun özbək tacik məktəblərinin şagirdləri üçün ilk dəfə olaraq «Əlifba» kitabı yazması məktəbyaşlı uşaqların ərəb dilini asan mənimsəmələri üçün tədricilik prinsipini, yəni sadədən nisbətən mürəkkəbə doğru öyrənmə üsulunu diqqət mərkəzində saxlaması elmi-pedaqoji aləmdə özbək tacik maarifinin inkişafına ciddi kömək, əsl maarifçi, pedaqoq hünəri kimi qiymətləndirilib. Güclü rezonans doğurmuş əlifba kitabı 1920, 1924 1925-ci illərdə 3 dəfə təkrar nəşr olunub. Tacik məktəbliləri üçün yazdığı «Onun kitabı» (1929) adlı dərs vəsaitində toplanmış materiallar sağlam pedaqoji fikrin, düşüncənin məhsulu kimi marağa səbəb olub. 1924-cü ildə çap olunmuş «Tacik dilinin sərf-nəhvi» qrammatika kitabı, 61 min sözdən ibarət ilk mükəmməl «Rusca-tacikcə tam lüğət» (2 cilddə) ciddi nəşrlər idi müəllifin həm rus, həm tacik dillərini qədər dərindən bilməsini, yüksək mühakimə müqayisə səriştəsinə malik linqvist, kamil dilçi olduğunu göstərirdi».

Səid Rza Əlizadənin rejissor kimi fəaliyyəti uğurlu olub. O, Ü.Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» digər musiqili komediyalarını, J.B.Molyerin «Zorən təbib», H.Cavidin «Şeyx Sənan», «Şeyda» əsərlərini Səmərqənd teatrlarında səhnələşdirib, uğurlu tamaşalar alınıb böyük məhəbbətlə qarşılanıb. Bu yollarla dövrünün görkəmli ziyalısı Türküstanla Azərbaycan arasında iqtisadi, mədəni əlaqələri daha da dərinləşdirirdi. Repressiya illərinin acı, sərt küləkləri Səid Rza Əlizadədən tale yollarına əsmiş, son dərəcə zəngin yaradıcılıq yolu olan soydaşımızın da qollarına həbsxana qandalları vurulmuş, Vladimir şəhərindəki «Sentral» dustaqxanasına salınmış, 1945-ci il dekabrın 25-də vərəm xəstəliyindən ölmüşdü.

Həvəsi Fərhad Əlizadə uzun axtarışlardan sonra onun adsız qəbrini aşkar edib, məzarını 1987-ci ildə Səmərqənddəki «Pəncab» qəbristanlığına köçürüb: «Türküstan ömrünü ona sözlə ölçüyəgəlməz dərəcədə böyük xidmətlərə həsr etmiş soydaşımızın misilsiz əməyini layiqincə qiymətləndirib, adı məktəb, küçə mikrorayona verilərək əbədiləşdirilib, ev muzeyi yaradılıb, giriş qapısına bürüncdən barelyefi vurulub. Səmərqənddə adını daşıyan məktəbin qarşısında büstü qoyulub. Onun «Dünya tarixi» əsəri rus alimləri tərəfindən araşdırılır».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 13 iyun.- S.14.