Azərbaycan Xalq Cümhuriyyətininin fəalları

 

Məmməd Cəfərov – hüquqşünas, deputat, səfir, nazir

 

Azərbaycan Xalq Cümhuriyyətininin fəallarından olan Məmməd Cəfərov 1885-ci ildə Bakıda anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əliisgəndər Cəfərzadənin kiçik qardaşıdır. Orta təhsilini Bakıda alıb, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Araşdırmaçı Mirzə Məmmədoğlu bildirir ki, «1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Cəfərov hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edir. O, həmin il Peterburqda çağırılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilir. M.Cəfərov Dumada Kadet partiyasına qoşulur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstələkəçilik siyasətini tənqid atəşinə tutur. Bakıdakı Aleksandrovsk gimnaziyasının və Moskva Universitetinin hüquq fakültəsinin məzunu, andlı müvəkkil köməkçisi M.Y.Cəfərov Dumanın müsəlman fraksiyasının 5-ci şöbəsinin büdcə, köçürmə komissiyasının üzvü olur. Müsəlman fraksiyası Dumanın 11 komissiyasında nümayəndəlik qazanaraq öz nümayəndəsini Dumanın rəyasət heyətinə daxil etməyə də nail olur. Fraksiya parlamentlarası ittifaqın rus qrupunda iştirak etməyə başlayır. M.Cəfərov və K.Tevkeyevonun tərkibinə daxil edilir. Burada o, qrup katibinin müavini seçilir».

Hüquq təhsili almış və peşəkarlıq cəhətdən yaxşı hazırlığı olan M.Cəfərov demək olar, fraksiyanın özəyini təşkil edir.

1913-cü ilin martında onun üzvü olduğu fraksiyaya hökumətin həmin vaxtlar rəsmi «Rossiya» qəzetində müsəlman mətbuatının icmalçısı olan M.Şahtaxtinski müsəlmanların mənafelərini əks etdirmək üçün Peterburqda rus dilində qəzetin nəşrinə nail olunmasına yardım göstərilməsi üçün müraciət edironun təklifini M.Cəfərov dəstəkləyir. Məhz elə onun təşəbbüsü ilə fraksiya 1914-cü ilin aprelində özünün mətbu orqanı olan «Millət» qəzetini buraxmağa başlayır. O, Romanovlar sülaləsi çarlığının 300 illik yubileyində iştirak edir.

Çıxışlarını hazırlamaq üçün tez-tez Azərbaycanın kənd və şəhərlərinə baş çəkən, ictimaiyyət arasında, eləcə də mitinqlərdə görünən M.Cəfərov 1917-ci il martın 24-də keçirilən mitinqdə çıxış edərək hazırki məqamın milli şüarlar irəli sürmək vaxtı olmadığına diqqəti cəlb edərək bütün milli tələblərin Müəssislər Məclisi tərəfindən yerinə yetiriləcəyini qeyd edir və Qafqazın bütün xalqlarını birləşməyə çağırır: «1914-cü ilin iyununda Peterburqda müsəlmanların növbəti qurultayı keçirilir. Bu qurultayda M.Cəfərov çıxış edərək müsəlmanların mənəvi məsələlərinin təşkilinə dair hökumət tədbirlərinin tarixi icmalını verərək mövcud qanunvericiliyi təhlil edir və xalqın mənəvi həyatına hökumətin müdaxilə etməsinin arzuolunmazlığını göstərir. 1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verir. Həmin il martın 9-da Müvəqqəti hökumətin göstərişilə M.Cəfərov daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradılır. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik M.Cəfərova tapşırılır. O, 1917-ci ilin noyabrın 15-dən Zaqafqaziya Komissarlığında sənaye və ticarət komissarı idi».

Zaqafqaziya komissarlığı müsəlman fraksiyasının, Zaqafqaziya Seyminin üzvü R.Vəkilov «Azərbaycan Respublikasının yaranma tarixi» kitabında bu barədə yazır: «İnqilabın ilk günlərində, martın 9-da Dövlət Dumasının Zaqafqaziya deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökumətin qərarına əsasən, Dövlət Duması üzvlərindən Zaqafqaziyanın idarəsi üçün xüsusi komitə təşkil edildi. V.Xarlamovun sədrlik etdiyi komitənin tərkibi M.Cəfərovdan, M.Papacanovdan və A.Çxenkelidən ibarət idi. Onlar işlərin vəziyyəti ilə tanış olmaq və əhali nümayəndələri ilə məsləhətləşmək üçün uzun müddət Bakıda dayandıqdan sonra martın 18-də Tiflisə gəldilər. Martın 30-da xüsusi Zaqafqaziya komitəsinin (OZAKOM) təşkili başa çatdı».

1917-ci ilin noyabrın 15-də Əmək və Xarici işlər Nazirliyinin işi üzrə komissar Y.P.Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya komissarlığı təsis ediləndə ticarət və sənaye naziri M.Yusifov və nəzarət naziri Xəlil bəy Xasməmmədov Azərbaycan tərəfindən tərkibə daxil edilmişdi.

1918-ci ilin yanvarında Türkiyə Transqafqaz hökuməti ilə sülh danışıqlarına başlamağa təşəbbüs edəndə müsəlman fraksiyası müzakirələrin gedişində Türkiyə təkliflərinin qəbul edilməsinin mümkün olduğunu hesab etdi. Sülh məsələsi haqqında gedən müzakirələrdə Azərbaycan nümayəndələrindən hökumət üzvləri X.Məlikaslanov, M.Hacinski və eləcə də M.Cəfərov iştirak edirdilər.

1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi açıldı. Zaqafqaziya Seymində dörd müsəlman fraksiyası: Federalistlərin Türk Demokrat Partiyası «Müsavat» və ona qoşulan demokratik bitərəflər qrupu, «Müsəlman sosialist qrupu», «Rusiya müsəlmançılığı» («İttihad»), Sosial-demokrat (menşevik) «Hümmət» partiyası fəaliyyət göstərirdi. Məmməd Yusif Cəfərov Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyskibaşqa görkəmli şəxslərlə yanaşı «Müsavat» və demokratik bitərəflər qrupu tərəfindən bu Seymə seçilmişdi: «Onun elə ilk iclaslarından rəsmi olmasa da, təmsil olunan xalqların sayına görə üç milli bölmə: erməni, gürcütürk sektoru yaranır. Bu sektorun nümayəndələri öz millətlərinin deyil, partiyalarının adından çıxış edərək milli münasibətlərin kəskinliyini yumşaltmağa çalışsalar da, onların ciddi-cəhdləri bir nəticə verməmişdi. Odur ki, sonralar Zaqafafqaziya Seymi məhz orada təmsil olunan xalqların milli mənafelərinin toqquşması zəminində dağılmışdı. Zaqafqaziya müsəlmanlarının mənafeyinin hər cür fitnə-fəsaddan qorunması Seymdə iştirak edən müsəlman siyasi partiyalarının üzərinə düşürdü. Bu partiyaların ümumi razılığı ilə müsəlman fraksiyalarının birləşmiş iclaslarının Rəyasət heyəti kimi «Müsavat» fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti qəbul edilmişdi: M.Ə.Rəsulzadə (sədr), M.Y.Cəfərov və Nəsib bəy Usubbəyov onun müavinləri, M.Mahmudov və Rəhim Vəkilov (katiblər), M.-b. Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər). Zaqafqaziya Seymi öz işini buraxandan sonra onun bütün keçmiş müsəlman üzvləri yığıncaq keçirib, hər bir fraksiyanın tərkibinə mütənasib olaraq kooptasiya hüququ ilə özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan edərək ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürdü. M.Ə.Rəsulzadənin sədr seçildiyi Milli Şura üzvülüyünə seçilənlərdən, eləcə də 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edənlərdən biri də M.Cəfərov olmuşdu».

1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi və maliyyə məsələlərini, habelə sərhəd məsələlərini həll etmək üçün çağırılan Qafqaz konfransında Azərbaycanın nümayəndələri tərkibində M.Cəfərov xarici işlər naziri kimi iştirak etmişdi. 1919-cu il dekabrın 14-də o, Azərbaycan Xarici İşlər Nazirliyində bu konfransın işi barəsində çıxış edərək demişdi: «Zaqafqaziyanın ayrı-ayrı müstəqil respublikalara – Ermənistana, Gürcüstana və Azərbaycana parçalanması nəticəsində təəssüf ki, bütöv bir sıra həll edilməmiş mübahisəli məsələlər qalıb. Bunlardan ən başlıcaları – respublikalar arasında qarşılıqlı münasibət və ərazi məsələləridir. Zaqafqaziya hökumətləri bu məsələləri həll etmək üçün dəfələrlə cəhd göstəriblər. Bu cəhdlərdən biri Tiflisdə açılmış Zaqafqaziya konfransı idi. Bu konfrans həllini gözləyən məsələlərin və Zaqafqaziya respublikaları arasında mehriban qonşuluq münasibətləri yaradılmasının əsas müddəalarını müəyyənləşdirdi. Təəssüf ki, yaranmış siyasi şərait bu konfransın başa çatmasına imkan vermədi və məsələlərin bir hissəsi həll edilməmiş qaldı. Ancaq həyat bu məsələlərin həllini təkidlə tələb edirdi. Nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanın baş nazirləri arasında anlaşma baş verdi. Burada iki respublika arasında qarşılıqlı münasibətlərin bir sıra məsələləri nəzərdə keçirildi. Onlardan ən başlıcası ərazi məsələsi – Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilər məsələsi idi. 23 noyabr anlaşması bu mübahisələrin həlli üçün əsas müddəaları müəyyənləşdirdi və hazırkı konfransın əsas vəzifəsi bu müddəaları işləyib hazırlamaq idi».

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. M.Y.Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinetdə sənaye ticarət naziri olmuşdu: «O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmiş, daha doğrusu, ilk səfiri olmuşdu. M.Cəfərov Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi kabinetdə 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək xarici işlər naziri təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları ictimai xadimləri Məmməd Ağa oğlunun Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri «Zaqafqaziyada rus siyasətinə aid sənədlər» kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan parlamentinin üzvü bitərəf M.Y.Cəfərov 1919-cu ilin oktyabrında «Türk Ədəmi-mərkəziyyət Musavat» partiyası sıralarına daxil olmuşdu».

1919-cu il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan Ermənistan öz istiqlallarının birinci ildönümünü təntənə ilə bayram etdilər: «Denikinin ordusunun bir tərəfdən Azərbaycana, digər tərəfdən Gürcüstana hücumu gözlənildiyi üçün iyunun 27-də Azərbaycanla Gürcüstan arasında 3 il müddətinə hərbi-müdafiə razılığı bağlandı. Bu sənədi Gürcüstan Respublikası adından xarici işlər naziri Qeqeçkori, hərbi daxili işlər naziri Ramişvili, müdafiə naziri general Qedevanişvili, hərbi şuranın üzvü general Odişelaşvili, Azərbaycan Respublikası adından xarici işlər naziri Cəfərov, müdafiə naziri general Mehmandarov, baş qərargah rəisi general Sulkeviç imzalamışdılar».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 30 may.- S.14.