Faşizm üzərində qələbənin
67-ci ili
Qarabağın işğalı bu
gün dünyada faşizmin yeni biçimdə
yaşadığını göstərir
Alman faşizmi üzərində qələbənin qazanılmasında Azərbaycanın müstəsna rolu olub. Müharibələr bəşərin insansızlığından yaranır. İnsanın daxilindəki ağalıq duyğusu onu daim başqası üzərində hökmranlığa sürükləyir. Xalqların, dövlətlərin timsalında müharibələrin yaratdığı acı fəsadlar isə daha faciəvi gerçəkliklərdir. İkinci Cahan savaşında o dövrün iki azman imperiyaçı dövləti – Almaniya və SSRİ biri-birilə vuruşurdular, parçalanmış, paralanmış Azərbaycan da bunların arasında qalmışdı: Azərbaycan SSRİ-nin tərkibində Almaniyaya qarşı vuruşurdu.
II Cahan savaşı «insanlığın daha çox inkişaf etdiyi» 20-ci yüzildə baş verdi. Bununla da əslində insanlığın hələ ömürlərə hakim kəsilmədiyi bir daha aydın oldu. Bu, bəşər tarixinin ən acı-ağrılı, qanlı-qadalı günlərinin bir mərhələsi idi. Ancaq bəşərin fəlakətləri bundan sonra da azalmadı, əksinə, daha da artdı. Azərbaycan SSRİ-nin tərkibində Almaniyaya qarşı döyüşürdü. Almaniya bu savaşda məğlub oldu: bu gün tarixçilər deyirlər ki, Hitler Moskvanı «İldırım sürətli müharibə planı» ilə tutsaydı belə, SSRİ-ni çökdürə bilməyəcəkdi. Çünki SSRİ-nin ərazisi olduqca böyük, insan potensialı Almaniyanın əsarətinə düşən ölkələrin əhalisindən də çox idi. Əgər ölkənin ərazisi, üstəgəl də əhalisi çoxdursa, deməli, bu, güclü ordu, iqtisadi imkan, son nəticədə isə qələbə deməkdir. Bütün hallarda bu, tarixdir.
Tarixçi-alim Əzizağa Ələkbərov Azərbaycanın SSRİ imperiyasının tərkibində alman faşizminə qarşı mübarizədə fəal iştirakını, ümumən bu dövrü araşdırıb: «Müharibə Azərbaycandan kənarda getsə də, bizim üçün də acı-ağrılı oldu. 700 mindən çox azərbaycanlı müharibəyə səfərbər olunmuşdu. Bundan 400 mindən çoxu müharibədən qayıtmamışdı. O zaman xaricə müharicət edənlərin əsas qənaəti bu idi ki, faşizm bu müharibədə qalib gələrsə, Azərbaycan təzədən müstəqilliyini qazana bilər». Ancaq Hitlerin qəsbkarlıq planında Azərbaycan, xüsusən də Bakı nefti xüsusi yer tuturdu. Ümumən ötən yüzilin əvvəllərindən Bakı neftinə dünyanın iri dövlətləri böyük maraqla yanaşmışdılar. SSRİ-nin neft sənayesi naziri Baybakov demişdi ki, faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdi.
Heft başlıca amil idi, bu səbəbdən
Hitler Bakıya can atırdı.
Almaniya Bakı neftini ələ keçirməyi
Şərqdə istilaçılıq
siyasətini reallaşdırmağın
mühüm amili hesab edirdi.
Müharibə vaxtı Azərbaycan əsgərləri 402-ci, 223-cü, 416-cı, 271-ci və 77-ci diviziyalarla sözün həqiqi mənasında böyük hünər, rəşadət göstərmişdi. Bunlar milli diviziyalar kimi müharibənin sonuna kimi xalqımızın döyüşkənliyinin ifadəsinə çevrildi: «Bakıda 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradılmışdı. Bu diviziyalarda 21259 nəfər döyüşçü vardı. Bunlar tam hazır vəziyyətdə idilər, Hitlerin Qafqaza, Bakıya hücum planı gerçəkləşərsə, tamamilə səfərbər vəziyyətdə idilər. O zaman Bakının 18 rayonunda 61780 nəfəri birləşdirən 20 rota təşkil olunmuşdu. Bunlar Qafqaz cəbhəsindəki təhlükə ilə birbaşa bağlı idi. 1941-45-ci illərdə Azərbaycanda ümumi icbari hərbi təlim xətti ilə 51254 döyüşçü hazırlanmışdı. 291421 çağırışçı 9 növ hərbi peşəyə (avtomatçı, pulemyotçu, minomyotçu, snayper, tank əlyehinə döyüşçü) yiyələnmişdi. Bakı möhkəmləndirilmiş şəhərə çevrilmişdi. Şəhərə tanklarını girə bilməməsi üçün 16841 maneə yaradılmışdı. 97 kilometr uzunluğunda dərin xəndəklər qazılmışdı. Bu və başqa çətin işləri birbaşa əhali özü görürdü. On minlərlə kişi və qadın bu kimi işlərdə iştirak etmişdi.
Bakı həm də xəstəxana
rolunu oynayırdı. Bu
gün xeyli köhnə
binanın qarşısına vurulmuş «Burada təxliyyə qospitalı yerləşdirilib»
sözlərinə rast gəlmək olar. 76 qospitalda 470 mindən
çox əsgər və zabit müalicə olunmuş,
80 faizi sağalaraq birbaşa cəbhəyə getmişdi.
1941-43-cü illərdə 10 min donor 28 min litrdən çox qan vermişdi. Habelə şəhərdə
bu dövrdə 130 növ
müxtəlif silah, hərbi sursat («Katyuşa» raketi, pulemyot,
qırıcı təyyarə hissələrinin
yığılmması və s.) istehsal olunurdu: «Əgər
müharibə dövründə SSRİ üzrə 110 milyon ton neft
istesal olunmuşdusa, bunun 75 milyon tonu (75 faiz) Azərbaycanın
payına düşürdü. Akademik Yusif Məmmədəliyevin
rəhbərliyi ilə 100 növ neft-kimya məhsulları, o
cümlədən, 38 növ sürtkü yağı, 9 növ
aviasiya benzini, 8 növ dizel yanacağı
və s.-in istehsalı təşkil edilmişdi. Təkcə 1941-ci ildə Azərbaycan neftçiləri
23,5 milyon ton neft hasil etmişdilər.
Azərbaycanda o vaxta kimi belə bir göstərici
olmamışdı. Müharibə dövründə Azərbaycanda
22 mln. ton benzin (85 faiz) və neft məhsulları
istehsal olunmuşdu. Müharibədə Azərbaycandan 11 mindən çox qadın (şəfqət
bacısı, döyüşçü
və b.) iştirak etmişdi. Müharibənin
ilk 2 ilində azərbaycanlılar
müdafiə fonduna
15,5 kq qızıl,
952,5 kq gümüş,
311 milyon manatlıq istiqraz vermişdilər. Tank və təyyarə
dəstələri yaradılması
fonduna isə Azərbaycandan 230 milyon manatlıq pul köçürülmüşdü. Cəbhəyə 1,6 milyon hədiyyə bağlaması, 125 vaqon isti paltar göndərilmişdi.
Azərbaycanın kənd təsərrüfatı
cəbhəyə əlindən
gələn köməyi
etmişdi. «Cəbhəyə
və ölkəyə
daha çox çörək, ət və sənaye üçün xammal verək!» şüarı
o zaman məşhur idi.
1941-ci il dekabrın 1-dək Azərbaycan kolxozçuları
müdafiə fonduna
2850 baş iribuynuzlu və 23 mindən çox xırdabuynuzlu heyvan, 36140 litr süd, 20439 kq yağ, on minlərlə yumurta, tonlarla taxıl, göyərti, kartof, və başqa məhsullar vermişdilər: «Soydaşlarımız
son tikələrinə qədər
boğazlarından kəsib
cəbhəyə göndərirdilər.
Azad olunmuş rayonlara tonlarla taxıl, yüzlərlə
kotan və s. göndərilmişdi, özləri
də quruculuq işlərində iştirak
etmişdilər. Ancaq bütün
bu fədakarlıqların
əvəzi olaraq Moskva tərəfindən xalqımızın buradan
Sibirə köçürülməsi
qərara alınmışdı.
Bununla bağlı rəsmi qərar verilmişdi.
1942-ci ildə belə bir qərar
olub. Xalqımızın «etibarsız olması»
təssəvvürü vardı.
Bakı Moskvaya əsaslandırdı
ki, Azərbaycan cəbhə üçün
təsəvvürə gəlməz
ölçüdə pambıq,
neft istehsal edir, bura köçürüləcək
adamlar istənilən
səviyyədə nefti
çıxaracaqmı, pambığı
əkə biləcəkmi?
Moskva bu haqda düşünməyə
məcbur olmuşdu, şübhəsiz, həm
də ilk növbədə
cəbhədə döyüşən
azərbaycanlıların əhvalına
köçürmənin mənfi
təsir edə bilməsi gerçəkliyi
də nəzərə
alınmışdı».
Döyüş rəşadətinə görə 121 nəfər
Azərbaycandan Sovet İttifaqı Qəhrəmanı
kimi fəxri ada layiq görülmüşdü
ki, bunların 45 nəfəri Azərbaycan türkü idi. 176 min nəfər SSRİ-nin orden və
medalları ilə təltif olunmuşdu.
Hərbi tarixçilərin
və mütəxəsisslərin
fikrincə, müharibədə
qələbə son nəticə
etibarilə təkcə
ön cəbhədəki
uğurlu döyüş
əməliyyatları ilə
deyil, onların həyata keçirilməsini
şərtləndirən ölkənin
iqtisadi resursları, təsərrüfat sahələrinin
qarşılıqlı əlaqələrinin
təşkili, cəbhənin
müxtəlif təyinatlı
tələbatlarının vaxtında təmin edilməsi, döyüşkən
ruh, sərt nizam-intizam kimi kompleks amillərlə bağlıdır. Müharibə dövrünün qanunu – hər şeyin və bütün imkanların cəbhənin
tələblərinə tabe
edilərək, düşmən
üzərində qələbənin
təmin olunmasına yönəldilməsindədir. Professor Qüdrət Əbdülsəlimzadə bildirir
ki, müharibənin
ilk günlərindən başlayaraq
hərbi dövrün
qayda-qanunları əsasında
qurulan və böyük bir ölkənin vahid təsərrüfat kompleksinin
tərkib hissəsi sayılan Azərbaycan, ön və arxa cəbhənin çox mühüm arsenallarından biri olmuşdu. Ölkənin
əsas neft-yanacaq bazası sayılan Bakı o dövrdə çıxarılan neft hasilatının 75-80 faizini,
təyyarə benzinin
90 faizini, bəzi yanacaq növləri və xüsusi təyinatlı sürtkü
yağlarının isə
100 faizə yaxınını
vermişdi. Həmin illərdə Bakı rayonunda 75 milyon ton neft çıxarılmış,
22 milyon ton benzin emal olunmuş, yüz min tonlarla sürtkü yağları
istehsal olunub cəbhəyə yola salınıb. O çətin
illərdə təsərrüfat
həyatı hərbi
qaydada qurulmuş Azərbaycan neft, yanacaq, benzin, sürtkü yağları
ilə yanaşı,
130 növ silah, döyüş sursatı,
hərbi ləvazimat istehsalını qaydaya salmış, 30 adda yüngül sənaye, 50 adda yeyinti sənaye,
200 adda müxtəlif
yerli sənaye, habelə sənət kooperasiya məhsulları ilə cəbhənin ehtiyaclarını ödəyib.
Eyni zamanda respublikanın kənd əməkçiləri,
nəqliyyat-rabitə, digər
xidmət dairəsinin
işçiləri, respublika
ərazisində təşkil
olunmuş hərbi xəstəxanaların həkim
tibb heyəti, elm, mədəniyyət, incəsənət
adamları öz fədakar xidmətləri
ilə seçilib, düşmən üzərində
tarixi qələbənin
qazanılmasına töhvələrini
veriblər.
66 illik bir zaman
hüdudundan o dövrdə
orduya çağırılmış
700 min nəfərə qədər
həmyerliyimizin taleyi,
döyüş meydanlarında
həlak olmuş 300
min nəfər oğul-qızımızın
nakam ruhları, arxa cəbhədəki insanların qələbəni
yaxınlaşdırmaq naminə
gecəli-gündüzlü zəhmət-qeyrət səyləri
ana-babalarımızın, yaşlı
nəslin, yeniyetmələrin
cəbhədə vuruşanları
dəzgahlar arxasında,
tarlalarda, neft mədənlərində dəyanətlə
əvəz etmələri,
qız-gəlinlərimizin nişan
üzüklərini, sırğalarını,
qızıl bəzək
əşyalarını könüllü
surətdə Müdafiə
Fonduna verməsi, cəbhədəki əzizlərimizin
bir daha geri qayıtmayacaqlarını
bildirən «qara kağızların» axıtdığı
göz yaşları,
yetim qalmış uşaqların ürək
ağrıdan miskin baxışları, dul qadınların məşəqqətli
həyat-dolanacaq tərzi,
millətimizin aşkar-gizli
niskilləri, şübhəsiz,
taleyimizin pozulmaz naxışlarıdır».
Dünya Qarabağ savaşında haqsız olaraq Ermənistanın işğalçı
siyasətini bu və ya başqa
biçimdə dəstəkləməkdədir.
Qarabağın işğalı bu gün dünyada faşizmin yeni biçimdə yaşadığını
göstərir. Zaman-zaman Bütöv Azərbaycan olmadığı dərəcədə
bir millət olaraq döyüşkənlik
ruhumuzun ifadəsi olan işlərimiz ayrı-ayrı millətlərin
adına, ayağına az yazılmayıb. Necə ki, II Dünya Savaşında canından
keçən minlərlə
soydaşımızın qəhrəmanlığı
sovet ordusunun adına yazıldı.
Bir millət olaraq ruhdan düşməməli,
sarsılmamalı, bütövlüyümüzün
təntənəsi, rəmzi,
tarixi taleyimizin ifadəsi olacaq böyük Qələbə
Günümüzü yaratmalıyıq.
Uğur
Xalq Cəbhəsi.-
2012.- 9 may.- S.11.