«Yaşayan
Cavidlər»
Şair-publisist, araşdırmaçı Nizami Muradoğlunun «Cavidlər» kitbı işıq üzü görüb. Kitab Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə oxuculara təqdim olunur. Kitabın redaktoru filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafael Hüseynovdur (Bakı, «Elm və təhsil», 2012, 192 səh.). Kitaba iki əsər daxil edilib: «Hüseyn Cavid» mənzum psixoloji dramı və «Bu dünyanın məzarları ağlamaz» sənədli poeması. Hər iki əsər Cavidlərin həyatının müxtəlif anlarını əks etdirir.
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.
Ölməz Cavidin beyti kitaba
epiqraf seçilib. «Redaktordan»
başlığı altında
R.Hüseynov yazır:
«Dünya dramaturgiyasına
öz dəsti-xətti
ilə daxil olmuş, böyük türk sevgisini həyatının ən yüksək amalına çevirmiş, Azərbaycanın
görkəmli şair-dramaturqu
Hüseyn Cavid ədəbi irsi kimi özü də ölümsüzlük
qazanmış bir dahidir. Ədəbi irsi Hüseyn
Cavidi oxuculara nə qədər dərindən sevdirə bilmişsə, eyni zamanda onun şəxsiyyəti
də (əyilməzliyi,
dönməzliyi, bütöv
əqidə sahibi olmağı) bu sevginin o qədər də artmasına səbəb olub. Onun şəxsiyyətinə və
yaradıcılığına maraq günü-gündən
artmaqdadır. Hüseyn Cavidin
özü və ailəsi, əsərləri
haqqında yüzlərlə
tədqiqat əsərləri,
məqalələr, şeirlər,
esselər yazılıb.
H.Cavidin həyatından bəhs edən kinofilm çəkilib.
Bu səpkidə yazılan
əsərlərin siyahısına
Nizami Muradoğlunun Hüseyn Cavidin oğlu — həyatdan nakam getmiş şair, rəssam, musiqiçi, hərtərəfli
istedad sahibi Ərtoğrol Cavidə həsr etdiyi «Bu dünyanın məzarları
ağlamaz» lirik poeması da daxil olub. «Yaşayan Cavidlər» Nizami Muradoğlunun oxuculara təqdim olunan ikinci kitabıdır.
Kitaba iki əsər daxil edilib: «Hüseyn Cavid mənzum-psixoloji dramı» və «Bu dünyanın məzarları
ağlamaz» sənədli
lirik poema. Müəllif Hüseyn Cavid
və ailəsi, repressiya qurbanları, 30-cu
illərin dəhşətləri
haqqında oxuyub-öyrəndiklərini,
eşidib-bildiklərini təxəyyülünün
süzgəcindən keçirərək,
«Hüseyn Cavid» mənzum dramında şairin bədii obrazını bütün
incə çalarları
ilə göstərməyə
çalışıb. N.Muradoğlu
ilk dəfə olaraq Hüseyn Cavidin Azərbaycanın müstəqilliyi
uğrunda apardığı
mübarizənin maraqlı
fraqmentlərini bədii
şəkildə işıqlandırıb,
şairin azad duyğularını poetik
dillə ifadə edib. Əsərdə repressiyaya uğramış
digər şairlərin
də (Əhməd Cavad, Mikayıl Müşfiq və onların xanımları Şükriyyə, Dilbər)
bədii obrazları yaradılıb. Dövrün ictimai-siyasi mənzərəsi
bədii boyalarla təsvir edilib, 37-ci ilin ədəbi mühitinin cansıxıcı
olayları təsvir edilib».
H.Cavidin
Cənubi Azərbaycanda
Şeyx Məhəmməd
Xiyabani ilə görüşməsi səhnəsini
də əks etdirilib: «Dram əsəri Hüseyn Cavidin həyat amallarının işıqlandırılmasında, onların hərtərəfli
şəkildə vətəndaşlarımıza
çatdırılmasında uğurlu bir addım kimi qiymətləndirilə bilər.
Kitaba daxil edilmiş ikinci əsər «Bu dünyanın məzarları
ağlamaz» lirik poemasıdır. Hazırki mətn
əsərin təkmilləşmiş
və yenidən işlənmiş son variantıdır.
Poemanın baş qəhrəmanı Ərtoğrol
Cavid olsa da, biz burada da Hüseyn Cavidin, Müşkinaz ananın, Turan xanımın və digər personajların yüksək bədii sənətkarlıqla işlənmiş
surətləri ilə
tanış oluruq. İnanırıq ki, «Yaşayan
Cavidlər» əsəri
geniş oxucu kütləsinin dərin marağına səbəb
olacaq və böyük sənətkarın
bədii obrazının
təsvirində özünəməxsus
xüsusiyyətləri ilə
seçiləcək».
N.Muradoğlu yazır: «1972-76-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan
Dövlət Pedaqoji İnstitutunda təhsil aldığım illərdə
Hüseyn Cavidin ədəbi irsini dərindən öyrənməyə
başladım. O vaxtlar
hələ Cavid haqqında insanlar arasında müxtəlif rəvayətlər dolaşmaqda
idi. Əslində bu rəvayətlər
bir çox represiya qurbanlarının
haqqında da yayılırdı. Ancaq Cavid
haqqında daha çox danışılırdı.
Deyirdilər ki, Cavidin dəfn olunduğu yer bilinmir, qəbri
yoxdur və s. Elə o zamanlar da bu mövzuda
bir şeir yazmışdım. Bu günə qədər həmin şeir haqqında heç yerdə söhbət açmamışam. Bəlkə heç
indi də o haqda danışmağa lüzum yoxdur. Sadəcə, şeirdə
olan bir fikri oxucuların diqqətinə çatdırmaq
istəyirəm:
Bir sözdən necə də sıxıldı qəlbim,
Az qaldı uşaq tək gözlərim dola.
Deyirlər məzarı yoxdu
Cavidin,-
Cavid ölməyib ki, məzarı ola.
Uzun zaman keçəndən sonra indi fikirləşirəm ki, görəsən bu şeiri niyə yazmışdım? Axı bütün insanlar ölürlər. H.Cavidin də fiziki ömrü sona çatmışdı, əziyyətli-əzablı olsa da… Bu fikirlərimin cavabını da özüm tapıram. Dərk eləyirəm ki, əslində uzun illər öncə mənə təlqin olunmuş H.Cavidin ölümsüzlüyü fikri elə həqiqətən də düzdür. H.Cavid əbədidir və yüzillər bundan sonra da yaşayacaq. Bəs məni Cavidlərə bağlayan hisslər haradan qaynaqlanır? 1987-ci ildə Ərtoğrol Cavidin faciəsi ilə bağlı «Bu dünyanın məzarları ağlamaz» adlı bir şeir yazmışdım. 2009-cu ildə Ərtoğrol Cavidin anadan olmasının 90 illiyi qeyd olunurdu. Bu münasibətlə Bakı şəhərində iki böyük tədbir keçirildi. Turan Cavid adına «Qadın mərkəzi»nin Ərtoğrol Cavidin təhsil aldığı Azərbaycan Dövlət Konservatoriyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil etdiyi yubiley tədbirlərinə məni də dəvət etmişdilər. Hər iki tədbirdə çıxış üçün mənə söz verildi. Ərtoğrol Cavidə həsr etdiyim «Bu dünyanın məzarları ağlamaz» adlı şeiri oxudum. Çıxışımdan sonra tədbir iştirakçılarından çoxunun ağladığını gördüm, bu da mənə təsir etdi. Cavidlər haqqında yeni düşüncələrin yaranmasına gətirib çıxardı. Qələmə sarılıb Ərtoğrol haqqında poema yazdım, kitab şəklində 2010-cu ildə nəşr olundu. Ancaq yenə də rahatlıq tapa bilmədim. Elə bil nəsə çatışmırdı. O «nəsə» deyilən hiss məni yenidən masa arxasına keçirtdi. Bu kitabda oxuculara təqdim edilən «Hüseyn Cavid» psixoloji mənzum faciəsi həmin dəruni hisslərin nəticəsidir. Kitabda «Bu dünyanın məzarları ağlamaz» poeması da yenidən işlənilmiş variantda oxuculara təqdim olunur. Bu ilin sentyabr ayının 6-da Naxçıvan şəhərində bütün türk dünyasının əvəzsiz böyük sənətkarı, Azərbaycanın əbədiyaşar şair-dramaturqu Hüseyn Cavidin məqbərəsini və ev-muzeyini ziyarət etdim. Cavid Əfəndimizdən onun özü və ailəsi haqqında yazdığım üçün məni məzur tutmasını rica etdim. Bilmirəm, əfəndimizin ruhu məni bağışlayacaq, təqdir edəcək, yoxsa… Ancaq hər halda bunu özümə bir borc bildim.
«Hüseyn Cavid» dramının (2 hissəli, 16 şəkilli psixoloji mənzum faciə) iştirakçıları bunlardır: Hüseyin Cavid — Azərbaycanın məşhur şair və dramaturqu; M.C.Bağırov — Azərbaycanın rəhbəri; Ş.M.Xiyabani — Güney Azərbaycanda «Azadistan» dövlətinin rəhbəri; Ə.Cavad — şair; M.Müşfiq — şair; Sumbatov — Xalq Daxili İşlər komissarı, erməni; Qriqoryan — komissarın köməkçisi, erməni; Müstəntiq — erməni; Hakim — rus; Müşkinaz — H.Cavidin həyat yoldaşı; Ərtoğrol — H.Cavidin oğlu; Turan — H.Cavidin qızı; Şükriyyə — Ə.Cavadın həyat yoldaşı; Dilbər — M.Müşfiqin xanımı; Şəmsi Nalan — şair; Nazilə — Şəmsi Nalanın xanımı; Sultan Rəşid — şair; Nəzarətçi — erməni; işçi, mülkü şəxslər əsgərlər.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 14 noyabr.- S.14 .