«Təbiətdəki tarazlıq insan tərəfindən pozulub»

 

  Professor Telman Əliyev: «Müəyyən bir ərazidə yaranan ağırlıq artdıqda zəlzələ baş verir»

 

«Abşeron yarımadasında çox böyük fəsadlarla üzləşə bilərik»

 

2000-ci ilin 25 noyabr Bakı zəlzələsindən 12 il ötdü. Hazırda dünyada qlobal səviyyəli təhlükələrin reallaşmasından mütəxəssislər daha çox danışırlar. Daşqınlar, sellər, zəlzələlər, tufanlar, irimiqyaslı torpaq sürüşmələri əvvəlki onillərlə müqayisədə indi daha da artıb. Bəşəriyyət natam ömrünün yaratdığı fəsadlardan dərs almayaraq yenə də öz əliylə, ağlıyla yaratdığı narahat ömrünü yaşamaqdadır. Yerdə baş verən, əslində yaradılan çoxsaylı fəlakətli məqamların təsiri isə özünü daha çox zəlzələlərdə göstərməyə başlayır. Zəlzələlər isə ölkə fərqi qoymur. Zəlzələ yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunamiyer sürüşmələri əmələ gətirə, Yerin üst qatı formasını dəyişə bilər. Zəlzələ Yerdəki dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayır. Professor Telman Əliyevin fikrincə, Azərbaycanın bütün ərazisində seysmoaktivlik var. Bu da müəyyən sahələrdə problemlərin artması deməkdir: «Ölkədə ən aktiv zonalar Şamaxı-İsmayıllı, Gəncədir. 2000-ci il zəlzələsindən sonra AMEA Seysmoloji Xidmət Mərkəzinin təşəbbüsü ilə I Beynəlxalq seminar keçirildi. Mən də o seminarın iştirakçısı idim. Ora dünyanın aparıcı dövlətlərindən — Amerikadan, Rusiyadan, Fransadan, Türkiyədən, Yaponiyadanbaşqa ölkələrdən çoxlu alimlər gəlmişdi. Tədbirdə Bakıda baş verən zəlzələ müzakirə olundu. Seminarın axırıncı günü ora Hindistandan bir alim gəldi. Hindistanda bizdəki 25 noyabr zəlzələsindən sonra zəlzələ olmuşdu, alim həmin dəhşətli hadisə haqqında elmi qənaətlərini bölüşdü».

25 Hoyabr zəlzələsinin episentri Xəzər dənizində idi. Mütəxəssislər bildirir ki, Bakının zəlzələ ocaqları dənizdədir. T.Əliyevin fikrincə, bir də Şamaxıdan Bakıya seysmik dalğalar gələ bilər: «Zəlzələnin müddəti saniyələrlə ölçülür. Hindistandan gələn alim deyirdi ki, bizdəki zəlzələ cəmi 45 saniyə çəkdi. Bakı zəlzələsinin də müddəti yaxşı ki, çox olmadı. Təbiətin halında bir amansızlıq var. İnsan təbiətlə «yola getməyi» bacarmalıdır. Yəni insan elə tikib-yaratmalıdır ki, zəlzələ onu dağıda bilməsin».

Hər halda insan təbiətlə olan əhdini pozub. Təbiət insanın heç bir səhvini ona bağışlamır. İnsan təəssüf ki, təbiətlə olan ilahi harmoniyanı qoruyub-saxlamaqda inadlı deyil: «Tarazlıq təbiətin ən geniş yayılmış fundamental anlayışıdır. Tarazlıq insan tərəfindən pozulub. İnsan öz əməlləri ilə təəssüf ki, əksər hallarda təbiəti qəzəbləndirir. Digər tərəfdən də təbiətin qəzəbinin səbəbi təkcə insanın fəaliyyəti ilə bağlı deyil. Təbiətin özündə də bu proseslər gedir».

İnsanları tarixən, xüsusən də indi daha çox daim gərginlikdə saxlayan təbii fəlakətlərdən biri zəlzələlərdir. Zəlzələnin bölgüsü aparılaraq onun 4 növünün olduğu müəyyənləşdirilib: tektonik, vulkanik, uçqunsüni kimi zəlzələ növləri var. Hazırda süni zəlzələ barədə də az danışılmır. Ən təhlükəli zəlzələlər tektonik zəlzələlərdir. Təbiidir ki, tektonik zəlzələnin də izahı var. Ancaq süni zəlzələ daha çox insan fəaliyyətilə bağlıdır. Bu zəlzələlərə adətən «bənd zəlzələləri» də deyirlər: «Aydınlaşdırılıb ki, bəzi yerlərdə çəkilən bəndlərdə suyun səviyyəsi 80-100, eləcə də 120 metrə çatanda zəlzələ baş verir. Adətən çox hallarda böyük şəhərlər zəlzələlərin episentrinə düşür. Məsələn, Daşkənd, Aşqabad, eləcə də Şamaxı, Gəncə… «Bənd zəlzələsi» ilə bu şəhərlərdə baş verən təbii fəlakətlər arasında analogiya tapmışam. Bənd zəlzələsində əsas motiv odur ki, müəyyən bir ərazidə yaranan ağırlıq artdıqda zəlzələ baş verir. Ağırlığın artması nəticəsində sıxılma gərginliyi artırır; yəni «bənd zəlzələsi»ndə göldə necə effekt yaranırsa, bu məqamda da elə effekt yaranır. Abşeron yarımadasında indi də göydələnlər tikilir. Təəssüf ki, bu zona çox yüklənib. Həticədə çox böyük fəsadlarla üzləşə bilərik».

Zəlzələ hadisəsi və onun öyrənilməsi qədim tarixə malikdir. Zəlzələni Çində hələ eramızdan əvvəl 760-cı ildə qeydə almağa başlamışlar. Zəlzələni qeyd edən ilk cihazı-seysmokopu da Çin alimi, riyaziyyatçı, astronomcoğrafiyaşünas Çyan Xen 132-ci ildə ixtira edib. Orta Asiyada zəlzələ haqqında ilk elmi əsər yazan dahi alim, böyük loğman İbn Sina (980-137) olub. İbn Sina özünün «Kitab əş-şəfa» əsərində güclü silkələnməyə məruz qalan sahələrin zəlzələnin episentri ilə üst-üstə düşmədiyi halları, Yer səthinin müxtəlif sahələrində zəlzələlərin təkrarolma tezliyini, eləcə də Ay və Günəşin zəlzələyə təsirini göstərib, zəlzələ zamanı ondan qorunmaq, ehtiyatlı davranmaq barədə mülahizələr söyləyib. Zəlzələnin öyrənilməsi məsələlərilə onun müasiri Əbu Reyhan Biruni məşğul olub.

Zəlzələ qədim zamanlardan öyrənilsə də, indiyə kimixalqlara bədbəxtlik gətirməkdə davam edir. Zəlzələ Yer qabığının həyat fəaliyyətinin təbii nəticəsi hesab olunur. Seysmoloqlar ehtimal edirlər ki, zəlzələlər milyard illər bundan sonra da baş verəcək. Qorxunc tektonik hadisə kimi zəlzələnin öyrənilməsi qədim zamanlara gedib çıxsa da, ondan qorunmaq yollarının, zəlzələyə davamlı qurğular yaradılmasının tarixi bir o qədər cavandır».

Alimin fikrincə, zəlzələyə davamlı bina və qurğuların yaradılması olduqca aktualdır. Ona görə ki, zəlzələnin qarşısını almaq mümkün deyil. Digər tərəfdən onun proqnozunu etibarlı şəkildə, bəzi istisnaları çıxsaq, vermək mümkün deyil. 2000-ci ilin yanvarında Yeni Zellandiyada keçirilən beynəlxalq konqresdə qəbul olunan qətnamədə yazılmışdı ki, yeganə çarə bina və qurğuların zəlzələyə davamlı tikilməsidir. Ötən əsrdə zəlzələyə davamlı qurğularla bağlı bir-birini inkar edən 2 konsepsiya yaradılıb. Onların hər ikisi təcrübədə özünü doğrulda bilmədiyindən sıradan çıxıb. Birinci konsepsiyanın məğzi belə idi ki, binaqurğular sərt qrunt, məsələn, qaya üzərində tikilsə yaxşıdır. Hamının qəbul etdiyi bu fikir baş verən zəlzələlərdən sonra mütləqliyini itirdi. O zaman tələsik belə bir konsepsiya yaratdılar ki, binaqurğular yumşaq qrunt, məsələn, qum, gils. üzərində tikilsə yaxşıdır. Bu da ağlabatan idi, yumşaq qruntun amortizasiya xassəsi sözügedən fikrə qüvvət verirdi. Ancaq 1964-cü ildə Yaponiyada baş vermiş Hiiqata zəlzələsi bu ideyanın da doğruluğunu inkar etdi. Hiiqatada bu konsepsiya əsasında yumşaq qrunt üzərində tikilmiş binalar böyrü üstə aşdılar».

Alimin konsepsiyasının məğzi belədir: «Bu, o biri konsepsiyalardan fərqli olaraq seysmik rezonans halını nəzərə almağaondan yayınmağa imkan verir. Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, sərtliyi yüksək olan binaqurğular sərtliyi aşağı olan qrunt üzərində, sərtliyi aşağı olan binaqurğular isə sərtliyi yüksək olan qrunt üzərində yaradılsa yaxşıdır».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 27 noyabr.- S.14.