«İndi daha böyük oynamaq zamanıdır»
Müşfiq Xan: «Romanı bitirdiyim
gün mənim üçün əsl bayrama çevrilir»
Müsahibimiz dedektiv
yazarı Müşfiq Xandır
- Müşfiq Xan bir az
özü haqqında danışsın. Necə bir həyat hekayəsi var?
- Mən 1982-ci ildə Biləsuvar rayonunda anadan olmuşam. Orta məktəbi bitirəndən
sonra Bakıda yaşayıram. Paytaxt
və əyalət fərqliliyi həyatıma
az təsir
etdi. Məktəbdə
oxuyanda o vaxt yeni-yeni çıxan kseroks aparatının köməyi ilə çox az
nüsxə ilə kiçik bir cib kitabçası hazırlamışdım. Sovetdənqalma mexaniki çap makinam da var
idi. Rəhmətlik atam gətirmişdi
mənim üçün.
Ta o vaxtdan yazmağın
daşını atmaq
istəmədim. O vaxt
məktəbdə ən
yaxşı inşaları,
məktəb qızları
üçün ən
romantik xatirə qeydlərini mən yazırdım. Hamı mənə filosof deyirdi…
- Sirrli əhvalatlara marağınız əvvəldən
var idi?
- Hər hansı sirrli əhvalat mənim həmişə marağıma səbəb
olub. Baxmayaraq ki, insanların
çoxu bəlkə
də üzdə olanın, rahat əldə edilənin ardınca gedir. Hələ uşaqlıqdan gəmilərdə
istifadə olunan morze əlifbasındakı
siqnalları və onların qeydlərini əzbərləmişdim. Özümə gündəlik tutub
gizli bildiyim hadisələri həmin simvollarla dəftərçəyə
qeyd edərdim. Sonralar onu qonşumuzun hininin damında gizlətmişdim. Təəssüf
ki, bir neçə
il sonra
həmin dəftəri
rütubətdən yararsız
hala düşmüş
şəkildə tapdım.
Uşaq vaxtı maraqlı gizli tapşırıqlardan
ibarət bir oyun da kəşf
etmişdim. İndi də
yadıma düşəndə
dostlarımı xatırladır
həmin oyun mənə. «Amma indi daha
böyük oynamaq zamanıdır» — deyib təskinlik verirəm özümə.
- Bəlkə bir az yazı
prosesindən danışaq?
- Yazı prosesi mənim bütün boş vaxtlarımı alır. Hazırda yaşadığım ev çox kiçikdir. Tək oturub işləməyim üçün münbit
şərait gündüzlər
10 faiz ola,
ya olmaya. Buna görə ən
çox gecələr
işləyirəm. Bəzən günlərlə
bir səhifəlik yazı belə yaza bilmirəm. Yalnız düşünürəm. Məncə bu, işin əsas
tərəflərindən biridir.
- Yazmağa başlayanda artıq romanın sonunu bilirsinizmi?
- Bəli. Romanın bir-neçə səhifəlik
süjet xəttini beynimdə qurandan sonra kompyuterə köçürürəm. Bu ən vacib
məsələdir. Ola
bilər ki, romanın sonunda konkret hansı cümlənin olduğunu öncədən düşünməyim.
Amma hadisələrin bütün
gedişatı və epiloqunu əvvəlcədən
düşünürəm. Ən çətin təbii ki, ilk hissədir. Yazdığım romanların hamısı
detektiv janrdadır.
Baxın, mən ürəklə detektivə
janr deyirəm! Təəssüflər olsun ki, hörmət etdiyim bəzi ədəbiyyatçılar
keçmişdə də,
indinin özündə
də detektivi ədəbiyyatdan bilməyiblər.
Məncə bu ən yanlış yanaşmadır
və bu detektiv yazıçılara
haqsızlıqdır. Xəfiyyə ədəbiyyatına daxil edilə biləcək istənilən
nəsr nümunəsi
həcmindən asılı
olmayaraq çox böyük zəhmət hesabına başa gəlir. Mən öz romanlarımın
süjet xəttini düşünüb tapana
qədər başım
çox ağrıyır.
Deməzdim ki, detektiv
roman yaratmaq tarixi roman
yazmaqdan asandır, tam
əksinə.
- Bir romanı yazıb bitirəndən sonra özünüzü
necə hiss edirsiniz?
- Həmişə romanlarımı
səhərə yaxın
bitirmişəm. Təsəvvür edin ki, yuxusuz
və yorğun, bundan daha betər
olan əsərin bağlanması ərəfəsində
qəhrəmanların son yaşantılarınının
həyəcanı. Odur ki, romanı bitirdiyim gün mənim üçün əsl bayrama çevrilir. Həmin gün mənə heç kimi mane ola
bilməz, ola bilər ki, hətta 24 saat yuxuda olum. Amma oyanandan
sonra hamı yeni romanın bitməsinin tortkəsmə
mərasimini umur, yəni bir növ
adətə çevrilib
bu artıq.
- Romanlarınızdakı sadə
dil də diqqət çəkir. Bəlkə də belə realist romanı cilalanmış bir roman dili qaldırmaya bilərdi.
Romanlarınızı yazmaq qərarına
gələndə dil haqqında düşünürsünüz,
yoxsa özbaşına
yaranır?
- İlk romanımda
— «Tənha canavar»da obrazların dünya görüşləri bir-birindən
çox fərqli idi. Həmin qəhrəmanları canlandırmaq, dialoqlarını
vermək ilk irihəcmli
qələm təcrübəm
olaraq mənə çox çətin oldu. Bəlkə də bəzi
qəhrəmanların dilini
istədiyim kimi yönləndirirdim. «Ünvansız sevgi»də isə daha çox
təhkiyyəçi dilinə
üstünlük verdim.
Süjet
xətti əsnasında
düşündüklərimi olduğu kimi də əks etdirdim. «Ümidlərin
izi ilə» romanında da bu taktikanı oxucular bəyəndi.
Bilirsiz, bəzən əlləşib-vuruşub
qavraması çətin
olan sözlərə
ehtiyac olmur xəfiyyə ədəbiyyatında.
Geniş
bədii təsvirlərə
də qətiyyən ehtiyac yoxdur. Bu, janrın əsas
meyarlarından biridir.
Əsərdəki hansısa xanımı,
yaxud təbiət mənzərəsini, hadisəsini
uzun-uzadı tərənnüm
etməyə ehtiyac yoxdur. Xəfiyyət ədəbiyyatı sevənlərdən dəfələrlə
eşitmişəm ki,
romanlarda həmin hissələri oxumadan ötürüb əsas hadisələrin cərəyan
etdiyi bölmələrə
keçirlər.
- Yaşadığınız gerçək
hadisələr sizi bu yola sövq
edib. Bir gün dedektivdən
başqa bir janrda yazmağı düşünürsünüzmü?
- Hərdən şeir yazmaq istəyirəm, yazdığım anlar da olub. Amma detektiv
janrda özümü
daha çox tapıram. Hadisələr qurub cinayətlərin
açılmasını təşkil
etmək rahat olmur. Böyük səbr tələb
edir. Məntiq məsələləri mənim üçün həmişə maraqlıdır.
İxtisasca bioloq olsam da, vaxt olduqca
məntiq elmi ilə daha çox
maraqlanıram.
- Yeni kitabınız «O» artıq çapdan çıxdı. İlk kitabınızla
ən yeni kitabınızı qarşılaşdıranda
hansı hissləri keçirirsiniz?
- «O» kitabı bir
növ mənim kiçik arxivimdir. Ayrı-ayrı zamanlarda yazdığım
pritça, hekayə,
şeir və köşələrdən mənə
ən yaxın olanlarını seçib
həmin kitaba daxil etdim. Yəni ümumi süjet xətti olmayan kitabdır. Oxucuları irihəcmli romanlarımla
yorduqdan sonra bu formatda kitaba
ehtiyac var idi. «O» gənclərin
yaxın dostuna çevrilməlidir. Məncə həmin
kitabda minlərlə sevən gəncin prototipi var. Hər dəfə yeni kitabım çapdan çıxanda həmin günümü ona həsr edirəm, hətta yatanda da əlimdən düşmür.
- «Sonuncu hədiyyə» romanı hazırkı bir cinayəXalq Cəbhəsi.- 2012.- 27 noyabr.-
S.t ilə başlayır, amma bir tərəfdən də 20 il əvvələ
geri qayıdır qəflətən. Bu iki tamam ayrı
dövrü necə bağlamısınız? Tarixi işin içinə qatmaq bir risk deyilmi?
- Nəinki tarix, hətta qəhrəmanların
bir-biri ilə qohumluq əlaqələri,
soyadları, sürdükləri
maşınlar, onların
rəngləri və bu kimi xüsusiyyətlər
beynimi çox yorur. Maşın markalarına yaxşı
bələd olsam da, romanlardan birində «Nissan Sonata» getmişdi,
çapdan sonra gördüm ki, «Hyundai» yazmalı idim. Yəni detektiv romanlarda bunları izləmək böyük səbr və diqqət tələb edir. 2010-cu ildə süjetini
qurduğum adı çəkilən romanın
yazılması əslində
çox gecikdi. Məhz hadisələrin geniş zaman fərqliliyi də buna səbəb
oldu. «Sonuncu
hədiyyə»də baş
qəhrəman Sato öz
işinin çox yaxşı bacarmasaydı,
yəqin həmin hadisənin əsil tərəfləri də açılmamış qalacaqdı.
Mən baş qəhrəmanımı
oxucum üçün
yetərincə tanıtmışam.
Bütün bunlara baxmayaraq
bir-biri ilə bağlı olan iki ayrı-ayrı cinayətin müəmmalı
əlaqəsi oxucunu romanın əvvəlindən
sonuna qədər düşünməyə vadar
edəcəyini inanıram.
- Oxucular yeni nə
gözləsinlər Müşfiq
Xandan?
- Tezliklə oxucuların çoxdan gözlədiyi
roman — «Sonuncu hədiyyə»
çap olunacaq. İlin sonuna qədər isə Şəmil Sadiqlə üzərində
işlədiyimiz yeni romanı yekunlaşdırmağa
çalışacağam. Roman «13-cü sual» adlanır. Bu əsər məhəbbət
və qəhrəmanlıq
xətti üzərində
qurulub.
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.-
27 noyabr.- S.13.