Zahid Xəlilin yeni povesti — «Çınqı»
«Çınqı»nın
ilk səhifələrini oxuyanda
təəccübləndim. İmzasının və fəaliyyətinin məsuliyyətini
dərk edən yazıçının bu
povestin jurnal versiyasını məhz «Azərbaycan» jurnalına təqdim etməsinin bir sətiraltı mənası olmamış
deyildi yəqin; «Azərbaycan» uşaqlar üçün yazı dərc etmir adətən, təyinat baxımından…
Povestin sonuncu səhifəsini oxuyanda, başa düşdüm məqsədini;
Zahid Xəlil
ömrünün nağılını
yazmışdı. Özü də
ona görə yazmamışdı ki, bir yubiley ərki
keçmişdi könlündən.
Sadəcə, kimsəyə
söyləməsə də,
kimsə ona deməsə də (bəlkə də deyən olub?!), böyükləri bir az da uşaq görmək istəyib. İstəyib ki, bir az da uşaqlığını
xatırlasın, uşaqlığına
dönsün; özü
də, oxuyanlar da.
Zahid Xəlil əmindir ki, onun nağılı
hər birimizin içində hərdən-hərdən
baş qaldıran «bu dünya dediyin
nədir görəsən?» — bezginliyini
bədbin nagümanlıqdan
qurtara bilər: dünya insanların sayı qədərdir. Bir də… Zahid Xəlil
ədəbi mühitə
yol aldığı illəri xatırlayıb.
Bu illər «Azərbaycan»
jurnalından keçib.
Bu o dövrlərdi ki, şeir yazmağı,
çap olunmağı
çox arzulayan Zahid şeirdə bədiiliyin, obrazlılığın
nə olduğunu, nə qədər vacib olduğunu fəhm eləmirdi, amma şeiri çox sevirdi, «Xosrov və Şirin» poemasını əzbər bilirdi.
«Azərbaycan» jurnalında
şeirə baxan Əli Kərim onuncu sinif şagirdinin
şeiri ilə bağlı fikrini, rəyini bildirmişdi, Zahid bir də
tələbə olandan
sonra gəlib redaksiyaya, Əli Kərimlə görüşüb. Şairə
gəncin davranış
və rəftarı xoş gəlib, yəqin ona görə: — bilsəydim belə yaxşı oğlansan, heç o tənqidi fikirləri yazmazdım — deyib. Bu görüşdən sonra aralarında isti münasibət yaranıb. Əli Kərim bu universitet tələbəsinin
şəhər qeydiyyyatına
düşməsinə kömək
edib. Sonralar da jurnala — Əli
Kərimə şeirlərini
verib… «… Əli Kərim hər
işdə mənə
kömək edirdi.
Ancaq çox vaxt şeirlərimi itirirdi.
Nə vaxt ona şeir
verirdim, bir müddət sonra soruşanda deyirdi ki, şeirləri itirmişəm. Sonralar
bildim ki, o, zəif yazılmış,
xoşuna gəlməyən
şeirləri bilə-bilə
itirirmiş… Dostu idim deyə, xətrimə dəymək
istəmirmiş…»
Sonra… İlyas Tardıq məsləhət görüb
uşaqlar üçün
yaz… Beləliklə, Zahid Xəlil
«yarımçıq papaqçılıq»
illüziyasından — «böyüklərin
böyük şairi»
olmaq iddiasından uzaqlaşıb. Yəqin
başa düşüb
ki, məhəbbətin
rəngini, Təbrizdən
dünyaya uzanan yolları hamı görə bilər, lap Peredelkinoya da gedib çıxmaq olar, amma Peredelkinodan
uşaqlara məktub yazmaq…
Elə mən özüm də uşaq kimiyəm,
Sözlər ürəyimdən çıxacaq
bir gün.
Mənim
sübhə kimi yanan işığım
Sizin qəlbinizə
axacaq bir gün.
Zahid Xəlilov
— uşaq yazıçısı,
uşaq ədəbiyyatı
üzrə mütəxəssis,
filologiya elmləri doktoru, professor, ixtisasca jurnalıstdir. Tələbəlikdən Azərbaycan radiosunun
uşaq verilişləri
redaksiyası ilə əməkdaşlıq edib,
rus və dünya uşaq ədəbiyyatı nümunələrinin
tərcüməsi ilə
məşğul olub.
İlk kitabının nəşrindən
— 1969-cu ildən uşaq
dünyasi ilə yaşayır. Bu gəlişigözəl,
trafaret ifadə deyil, bu həm
də o deməkdir ki, Zahid Xəlil
uşaq ədəbiyyatımızın
zəif bəndlərini
də, problem və nöqsanlarını da, yaranan nümunələrin,
nəşrlərin kəm-kəsirini
də, problemlərin aradan qaldırılması
yollarını və
formalarını da gözüyumulu bilir. Hamıdan yaxşı bilir ki, uşaqlar
üçün hər
kəs yazanda, kitablarını da özfəaliyyət yolu ilə məktəblərdə,
məktəbəqədər müəssisələrdə tanış, vəzifə
hesabına «sırıyanda»
uşaq zövqü və dünyagörüşü
sabah nə günə düşə
bilər. Deməli, həm də
onun və onun kimilərinin Səsinin — məsləhətinin
eşidilməsi çox
vacibdir.
Bir igidin ömrü olan bu illər boyu
Zahid Xəlilin elmi-bədii yaradıcılığı
Seçilmiş Əsərlərinin
6 cildliyində toplanıb
(bu hələ hamısı deyil). Əsərləri
rus, Litva, eston, latış, moldav, gürcü, Ukrayna, özbək, qazax, türkmən, alman, fin, holland, yuqoslav, hind,… dillərinə
tərcümə olunub
və yayılıb. Moskvada kitabı Azərbaycan üçün
fantastik olan tirajla — 2 milyon nüsxə ilə çıxıb, hekayəsi
«Literaturnaya qazeta»nın xüsusi mükafatına layiq görülüb. Dünya uşaq
ədəbiyyatı üzrə
Beynəlxalq Cəmiyyətin
üzvü seçilib.
«Azərbaycan uşaq ədəbiyyatı» monoqrafiyası
Lomonosov adına
Moskva Dövlət Universitetində dərslik
kimi qəbul olunub. Bu, akademik
Məmməd Arifin «Azərbaycan xalq ədəbiyyatı» dərsliyindən
sonra MDU-da tədris edilən ikinci dərsliyimizdir.
Uzun illər Azərbaycan televiziyasında uşaqlar
üçün «Sizin
sevimli yazıçılarınız»
verilişinin müəllifi
və aparıcısı
olub. Azərbaycan Yazıçılar Birliyində uşaq ədəbiyyatı bölməsinə
rəhbərlik edib.
Elmi-pedaqoji və bədii
yaradıcılığı rus və Azərbaycan
ədəbi tənqidinin
hər zaman diqqətində olub.
Milli uşaq nəsrində ilk macəra
romanını onun adı ilə bağlayırlar və s.
Di gəl, qəlbinin,
hisslərinin tərcüməsi
olan, vətəndaş
qayəsini ifadə edən şeirdən də ayrıla bilməyib bu illər ərzində. «Qızlar şeir
oxuyurlar sevgi yaşında» kitabında
«böyüklər üçün»
şeirləri torlanıb.
Həmişə mənə elə gəlib ki, uşaq ədəbiyyatı
ədəbiyyatımızdan kənarda, bir ayrı hücrədə yaşayır. Sanki ədəbiyyatımızın
ümumi inkişafı,
problemləri, qayğıları
fonunda bu sahə diqqətdən kənarda qalır. Zahid Xəlilin elmi-pedaqoji, ictimai-ədəbi fəaliyyəti
bu nigaranlığı
uzaqlaşdırır. «Azərbaycan uşaq
roeziyası və folklor» (1974), «Azərbaycan
uşaq ədəbiyyatının
mənşəyi, təşəkkülünün
əsas amilləri və inkişaf problemləri» (1990) mövzularında
yazdığı namizədlik
və doktorluq dissertasiyaları uşaq ədəbiyyatının Azərbaycan
və dünya ədəbiyyatının mənzərəsində
əsaslı yerini, müqayisə zəminində
yanaşı durmaq haqqını təsdiqləyir.
Görkəmli uşaq
yazıçıları seriyasından
olan «Zahid Xəlilin sənət dünyası» (2007), lap bu
yaxınlarda çapdan
çıxmış «Sehirli
dünyanın memarı»
( Füzuli Əsgərli) kitabları
bu gözəl yazıçının, alimin,
tənqidçinin həyat
və yaradıcılığına
həsr olunub. Bu kitablar ümumilikdə
Zahid Xəlilin həqiqətən də təmiz uşaq dünyasında yaşadığını
təsdiqləyir, bununla
da, sözün əsl mənasında sənətkar xoşbəxtliyi
deyilən hər nədisə, onun dadını-tamını dönə-dönə
xatırladır.
«Zahid Xəlilin qələmində dünya
olduqca mərhəmətli,
işıqlı, rəngarəng,
gur səsli, harmonikdir» (İ.Motyaşov). Günün ovqatındandır
nədəndir, hamı
özünü başbilən,
məsləhət verən,
rəy bildirən statusunda görür, haqqı olub — olmadığını fikirləşməksə,
təbii ki, «yada düşmür».
Ona görə də, hər deyilənə inanmaq çətindir.
İnsanlar, əslində, həmişə
Sözə inanıblar,
sadəcə olaraq, Söz deyənin kimliyinə, çəkisinə
diqqətlə, həssaslıqla
yanaşıblar. Mən tənqidçi
— tərcüməçi İqor
Motyaşovun Zahid Xəlil haqqında sözlərinə inanıram.
Mən Zahid Xəlilin İŞIQLA DOLDURUN ÜRƏYİNİZİ
misrasının istisini
hiss edirəm (qələm
ürəkdən su içir). Çünki Zahid Xəlil
— bu abırlı, ləyaqətli ziyalımız
— yaşından asılı
olmayaraq, oxucuya, insana müraciət etməyə hər üzünə haqqı olan, bu haqqı
qazanmış insandır.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 6 oktyabr.- S.14.