Tiflisdə nəşr olunan Azərbaycan dilli qəzetlər

 

M.F.Axundov M.Ş.Vazehlə birlikdə ana dilində qəzet kitablar çap etmək üçün mətbəə yaratmağa təşəbbüs etsələr , alınmayıb

 

Mətbuat yarandığı çağdan bəri insanların həyata, dünyaya münasibətinin hərtərəfli ifadəsi olmağa çalışıb. Azərbaycan milli mətbuatının yaranması formalaşması çoxlu çətinliklərdən keçərək çağımıza gəlib çatıb. Araşdırmaçı Müşfiq Borçalı Azərbaycan ziyalılarının milli mətbuat uğrunda mübarizəsini araşdırıb. Əkinçinin çıxmasına qədərki dönəmi araşdıran M.Borçalı bu qənaətə gəlir ki, Güney Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra bölgəni idarə edən Qafqaz canişinliyi Tiflis şəhərində yerləşdirildiyindən, istər-istəməz burada yaşayan əhalinin yaşayış tərzinin nisbətən yaxşılaşdırılması, mədəniyyət məişətinin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüşdü: Bu baxımdan XIX əsrin 20-ci illərində Zaqafqaziyanın inzibati-mədəni mərkəzi olan Tiflisdə rus dilində nəşr olunan ilk mətbuat orqanı Tiflisskiye vedomosti (1828-1832) qəzeti böyük əhəmiyyət kəsb edir. Nəinki Tiflisdə, eləcə bütün Qafqazda rus dilində çıxan bu ilk qəzet mədəniyyət mətbuat sahəsində böyük canlanma yaratmışdı. Qəzetdə həmin dövrdə baş verən hadisələr haqqında, eləcə B.Marlinski, V.Qriqoryev, P.Sankovski, Q.Qordeyev, V.Suxorukov başqalarının yazıları ilə yanaşı, həm Abbasabad mühasirəsinin təsviri, Müasir tarix: Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında, Moskvalı dostuma məktub, Qarabağ əyalətinə tarixi baxış, Car Balakən vilayətlərinə səyahət s. məqalələrdə Azərbaycan, Azərbaycan türklərinin məişəti, yaşayış tərzi s. haqqında məlumatlar verilir, xalqımızın şifahi yazılı ədəbiyyatları haqqında söhbət açılırdı. A.Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi.

1828-ci ildə fəaliyyətə başlayan Tiflisskiye vedomosti qəzeti 1829-cu ildə gürcü, 1830-cu ildə fars 1832-ci ilin yanvarından isə Azərbaycan (türk) dilində çıxmağa başlamışdı: Qəzet azərbaycanca Tiflis əxbarı adı ilə çıxırdı onu təkcə Güney Qafqazda deyil, İranda Türkiyədə oxuyurdular. Qəzetin redaktoru P.S.Sankovski idi. O, 1832-ci il oktyabrın 19-da vəfat etmiş 1833-cü ilin əvvəllərində Tiflis əxbarı qapanmışdı. 1838-ci ildə Tiflisdə Zakavkazskiy vestnik adında rusca daha bir qəzet çıxmağa başlamış az sonra 67 sayı həm gürcü Azərbaycan dillərində buraxılmışdı. Qafqazın bu tərəfinin xəbəri adlanan bu qəzet rəsmi dövlət məlumatlarını, fərmanlarını, qərar qanunnamələri Azərbaycan dilində yayan bir orqan idi 1846-cı ildə bağlanmışdı. XIX əsrin 40-cı illərində M.F.Axundov M.Ş.Vazehlə birlikdə Azərbaycan dilində qəzet kitablar çap etmək üçün mətbəə yaratmağa təşəbbüs etsələr , bu, müvəffəqiyyətsizliklə nəticələnmişdi.

Ancaq bu təşəbbüs Azərbaycan maarifpərvərlərinə milli mətbuat yaratmaq uğrunda mübarizənin zəruriliyini hiss etdirmişdi. Çap sözünün qüdrətinə inanan M.F.Axundov Qafqazdakı bütün mətbuat orqanlarından maksimum istifadə etməyə çalışırdı. Onun Kavkaz (1846-1918) qəzeti ilə əlaqələri bu baxımdan daha diqqətə layiqdir. Kavkaz Azərbaycan ziyalılarının ən çox əməkdaşlıq etdikləri mətbuat orqanlarından biri idi. Böyük rus tənqidçisi V.Q.Belinskinin yüksək qiymətləndirdiyi bu qəzetin səhifələrində Xaqani, Nizami, Füzuli, Vaqif, Vidadi, M.Ş.Vazef, Q.Zakir, Aşıq Pəri başqa Azərbaycan sənətkarlarının əsərlərindən nümunələr onlar haqqında məqalələr dərc olunmuşdu. A.Bakıxanov, İ.Qutqaşınlı M.F.Axundovun ardınca M.Səfiyev, M.Şaxtantinski, S.Vəlibəyov, F.Köçərli, E.Sultanov, M.Ş.Mirzəyev, H.Vəzirov, C.Məmmədquluzadə başqa görkəmli yazıçı, jurnalist publisistlərimizi müxtəlif ədəbi-mədəni, ictimai-siyasi məsələlərlə bağlı Kavkaz qəzetinin səhifələrində dönə-dönə çıxış etmişdilər. Ancaq bütün bunlarla yanaşı qeyd etməliyik ki, Tiflis əxbarı, Qafqazın bu tərəfinin xəbəri, rusdilli Kavkaz qəzeti ilə Azərbaycan mətbuatı yaranmadı. Bunlar ancaq onun rüşeymi oldu. Eyni zamanda bu orqanlar Həsənbəy Zərdabinin təşəbbüsü ilə yaranan milli Azərbaycan mətbuatının açılmaqda olan sübhünü xəbər verirdi.

1868-ci ildə qəzet çıxarmaq fikrinə düşən H.Zərdabi düz 7 il sonra 1875-ci ildə qəzetin nəşrinə icazə ala bildi: Bu xəbər bütün azərbaycanlılar tərəfindən rəğbətlə qarşılandı 1875-ci il iyunun 22-də Əkinçi qəzetinin birinci nömrəsinin çıxması ilə Azərbaycan milli dövri mətbuatının özülü qoyuldu. Əkinçi qəzeti öz səhifələrində o zamankı siyasi, iqtisadi, ictimai, ədəbi məsələlərə dair bir sıra mühüm problemlər irəli sürür, qabaqcıl, mütərəqqi ideyalar təbliğ edirdi. Elə bunun nəticəsidir ki, qəzetdə qaldırılan məsələlər çar hökumətinin xoşuna gəlmədiyi üçün mürtəce mühafizəkar qüvvələrlə əlbir hərəkət edən çar hökuməti ilk Azərbaycan qəzetinin nəşrini dayandırdı. Ancaq bu qadağa Azərbaycan ziyalılarının səsini boğa bilmədi. Onların bir çoxu Tiflisə üz tutmağa məcbur oldu. Çünki XIX əsrin 20-ci illərindən sonra Tiflis şəhəri Güney Qafqazda yaşayan bütün xalqlar kimi azərbaycanlıların da mədəni mərkəzinə çevrilmişdi. Tiflisdə yaşayıb-yaradan vətənpərvər ziyalılarımızın fəaliyyəti nəticəsində burada bir sıra milli-mədəni tədbirlər həyata keçirilmiş, 1847-ci ildə Tiflisdə Azərbaycan dilli ilk rəsmi dövlət məktəbi, 1872-ci ildə Azərbaycan dram teatrı, klublar s. açılmış, qəzet, jurnal kitabların nəşr olunmasına icazə alınması üçün aparılan mübarizə gündən-günə genişlənmişdi. nəhayət, 1879-cu ildə Hacı Səid Ünsizadənin redaktorluğu ilə Ziya qəzetinin ilk sayı Tiflisdə işıq üzü görmüşdü. Ziya (1879-1880) qəzeti 76 nömrə çıxdıqdan sonra Ziyayi-Qafqaziyyə (1880-1884) adı ilə öz fəaliyyətini davam etdirmişdi. Cəmi 183 nömrəsi işıq üzü görmüş Ziya Ziyayi-Qafqaziyyə qəzetləri öz fəaliyyətlərində bir çox vacib məsələləri Əkinçi qəzetindəki kimi kəskin şəkildə qoyur, mütərəqqi fikirli müəlliflərin məqalələrinə üstünlük verirdi. Qəzetin səhifələrində ilk gündən başlayaraq ruhanilər ruhani fikirli ziyalıların böyük fəallığı nəzərə çarpırdı. Daha doğrusu, Ziya Ziyayi-Qafqaziyyə qəzetlərinin özləri ruhanilərin qarşısına qoyduqları vəzifələri yerinə yetirməkdə nümunə olmağa çalışırdılar. Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə isə 1883-cü ildə Tiflisdə Kəşkül adlı jurnal nəşr etməyə başlamış 11 nömrə buraxdıqdan sonra jurnalı qəzetə çevirmiş 1891-ci ilədək 123 nömrə çapdan buraxmışdı.

Kəşkül (1883-1891) öz istiqaməti etibarilə Ziyadan seçilirdi. Onun ictimai ədəbi proqramı geniş idi: Burada Əkinçidən fərqli olaraq siyasi məsələlərə yer verilirdi. C.Ünsizadə redaksiya ətrafına Ukrayna yazıçısı N.Kulak, o zaman Tiflisdə çıxan Yuridiçeskoye obozreniye məcmuəsinin müdiri redaktoru Stepanov, Tiflisin baş həkimi Babud, maarif məclisinin sabiq müdiri Pulseladze, Qori Seminariyasının baş müəllimi Çernyayevski, məşhur gürcü ədibi Eristavi başqa qabaqcıl ziyalıları toplaya bilmişdi. Kəşkülün səhifələrində H.Zərdabi, S.Ə.Şirvani, F.Köçərli, S.M.Qənizadə, R.Axundov, S.Vəlibəyev, G.Gəngərli kimi dövrün qabaqcıl ədib, şair ziyalılarının əsərləri daha çox çap olunurdu. Kəşkülün ümumi ədəbi istiqaməti demokratik xarakter daşıyırdı. Realizm burada dövrün hakim yaradıcılıq metodu kimi müdafiə olunurdu. Qəzetin əsas təbliğ etdiyi simalar M.F.Axundov S.Ə.Şirvani idi.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 31 oktyabr.- S.14.