«Yaşasın Şərqi Türkistan»

 

Fethəddin Mahsum etiraz etməsin deyə dilini dodağına tikmişdilər…

 

Türkün dünyadakı hökmünün süqutundan sonra müsəlmanlar arasındakı bağ da çöküb. Bu gün, bu qədər texnologiyaya baxmayaraq Osmanlı dövlətinin son dövrlərindəki eşq, vəcd coşğusunun və fikirdə birliyin olmadığı açıq-aşkardır. Türkün hakimiyyəti vardı təbii o zamanlar. Müsəlman birliyinin dağılmasından sonra, inkişaf edən texnologiya ilə əli daha çox türkün qanına batan Qərb milləti, vətən müdafiəçisi mücahidlər tərəfindən fövqalədəliklər ilə qarşılaşmışdılar. Daha əvvəldən Şimali Qafqazda Şeyx Şamil, Əlcəzairdə Əbdülqədir Cəzair, Şərqi Türkistanda Yaqub bəy… Sonralar Liviyada Ömər Muxtar, Fələstində İzzəddin Əl-Qəssam, Qərbi Türkistanda Şir Məhəmməd Beg və Korbaşılar Hərəkatı, Şərqi Türkistanda Osman Batur Xan… Şəhidlərimiz, simvol adlar kimi mücadilələrini tarixə yazırdılar.

İyirminci əsrdə iki qütbə doğru çatan və «Soyuq Müharibə» deyə adlandırılacaq dünya siyasi mühiticoğrafiya uzaqlıqları ilə birlikdə bu dövrdə necə qəhrəmanın daha işğalçılara qarşı şanlı bir döyüş icra etdiklərini yavaş-yavaş öyrənirik. Bunda internetin faydası bu yazıda da görüləcəyi üzrə böyükdür.

 

Türkistan: «Yeni Orta şərq»

 

Türkistan torpaqlarının nələrə yataqlıq etdiyi hər zaman dövlət, elm, təsəvvüf tariximizcə məlum… İndisiyasi ədəbiyyatdakı bəhsi: «Yeni Orta şərq» … Soyuq müharibə dövründə təkcə Ülkücü Hərəkatın ideal çərçivəsindən nəzəri — diqqətinə oturtduğu bu coğrafiyanın qərbi Sovet kommunistləri tərəfindən işğal edilərkən, Şərqi də 1949-cu ildə Çin kommunistləri tərəfindən işğal edilmişdi. Osman Batur Xan, Çin irqçi kommunistlərinə və Sovetlərə qarşı döyüşərək dastan səviyyəsində bir mübarizədə nəhayət şəhadətə qovuşmuşdu. Ardınca Şərqi Türkistanda necə istiqlal mərkəzli böyük soyqırımlar meydana gəlmiş, lakin dəstəksiz hərəkətlər nəticəsiz qalmışdı. Bu hərəkətlər dosta, düşmənə mesajdır: «Dindaşlarımın, qövmdaşlarımın unutduğu bu el, kafirə yar olmayacaq!» Məhz bu mesajı daşıyanlardan Osman Batur Xanın şəhadətindən sonra (29 aprel 1951) meydana atılan igidlərdən biri də Fəthəddin Mahsum idi.

 

Fəthəddin Mahsum kimdir?

 

Fetheddin Mahsum əslən Düşənbəli (bu gün Tacikistanda) bir ailəsinin oğlu kimi Nəmanqanda (bu gün Özbəkistanda) 1923-cü ildə dünyaya gəlmiş Özbək türklərindəndir. 10 yaşında ikən atası Nur Məhəmməd Qarun ilə sovet ruslarının zülmünə görə Şərqi Türkistan şəhərlərindən olan Hotenə hicrət etmişdilər. Sovetlərdən qaçan atası Nur Məhəmməd Qarun kommunist rusların bir qolu olan işğalçı Çinli idarəçi Şin-Sı-Sey tərəfindən qətlə yetirilmişdir. Ata tərəfdən nənəsi İşanayımın yanında böyüyən Fəthəddin Məhsum, əvvəl Darülhitamı (yetim məktəbi), sonra kənd təsərrüfatı ali məktəbini oxumuşiki il öz peşəsində çalışmışdır.

Dune şəhərindən Şərqi Türkistanı işğal etməyə başlayan Qırmızı Çin Ordusuna qarşı hərbi qüvvə olmadığından savaşa bilməyən başda Məmməd Əmin Buğra, İsa Yusuf Alptekin kimi dövlət adamları və aydınlar ordusundan ibarət böyük bir karvan Hindistana hicrət etmək qərarına gəlmişdilər. 1949-cu il idi. Lakin Hindistan tərəfindən çıxarılan müxtəlif maneələrdən sonra geri qayıtmaq məcburiyyətində qalan bu şəxslər arasında Fəthəddin Mahsum da var. Fəthəddin Mahsum təkrar Hote şəhərinə dönür. 1950-ci ildə həbs olunur, 1953-ci ilə qədər nəzarət altında baytarlıq edir. Bu əsnada bir sıra ziyalı insanlarla tanış olur. Onlarla azadlıq üçün nələr edilə biləcəyi barəsində məsləhətləşmələr aparır.

 

«Təşkilati-Nicat» ilə mücadiləyə başlayır

 

Bu mübarizə əzmi ilə dolu ikən Şərqi Türkistanın cənubundakı Yarkent şəhərinə bir səyahəti zamanı Nəqşibəndi şeyxi Əbdülhəmid Damolla ilə tanış olması mübarizəsindəki dönüş nöqtələrindən biridir. Ətrafında qırx min nəfərə yaxın müridi olan Şeyxlə birlikdə «Təşkilati-Nicat» adında bir təşkilat yaradırlar. Təşkilat hücrə quruluşunda qurulur və qayəsi 1933-cü ildə qurulmuş, lakin tez süqut etmiş «Şərqi Türküstan İslam Respublikası»nı yenidən inşa etməkdir. Silahlı müqavimətlə nəticəni alacağına inanan Təşkilat eyni zamanda mətbu əsərlərlə xalqa və məktublarla da xaricdəki mövqelərə çatmağa səy edirdi. Hətta «Şura» adlı nəşr olunmuş bir məcmuədə İslam Respublikasının konstitusiyası elan edilmişdi.

Qiyam tarixi 15 Noyabr 1955-ci il kimi seçilmişdi. 14 Noyabr gecəsində Fəthədin Mahsum rəhbərliyində mücahidlər bir polis bölməsi basıb əsirləri xilas edirlər. Bu məhbuslar arasında kommunist əleyhdarı bir Çinli polkovnik vardı. Hərəkətə qatılmaq istəyir şofer olaraq qəbul edilir. Sabahısı gün Hote qalasındakı qarnizona hücum ediləcək, polis binası, poçt körpülər ələ keçirilərək bütünlüklə qiyam başlayacaqdı. Ələ keçirilən silahlar sursatlarla qarnizon önünə çatanda çinli polkovnik siqnala basaraq işğalçıları xəbərdar edir. Bu faciənin başlanğıcı olur. Qarnizon oyananda mücahidlər dağılmaq məcburiyyətində qalır. Digər bölgələrdəki mücahidlərindən məğlubiyyət xəbərləri gəlir. Fethəddin Mahsum, Şeyx Əbdülhəmid digər rəislər xalq arasında gizlənirlər. Qiyam müvəffəqiyyətsizliklə başa çatır.

İşğalın 6-ci ilində o qədər əzmələrinə qorxutmalarına baxmayaraq heç gözlənilməz bir anda bu cür qiyam ilə qarşılaşan işğalçılar çaxnaşmaya düşürlər türklərə etmədikləri zülm qalmır. Bu zülmlərdən 2 il sonra Fethəddin Mahsum, 4 il sonrada Şeyx Abdulhəmid ələ keçirilərək şəhid edilirlər.

 

Bənzərsiz şəhadət

 

10 Fevral 1957-ci ildə tutulan Fəthəddin Mahsumun 4 May 1958-ci ildəki şəhidliyi haqqında Mustafa Kutludan öyrənirik ki, Fəthəddin Mahsum onu qollarından tutub meydana gətirən Çinli əsgərlərin başını davamlı yerə əymək səylərinə baxmayaraq meydana başıdik gəldi. Çin cəlladları dilini tellərlə dodağına tikdiklərinə görə heç deyə bilmir.

Deyilənə görə Fəthəddin Mahsumun xalqın qarşısında hər hansı bir şey söyləməsini şüarlar səsləndirməsinin qarşısını almaq üçün bu çarəyə əl atmışdılar. Çünki,Fəthəddin Mahsum, o gecəki istintaqı boyunca dayanmadan «Allahu Əkbər», «Yaşasın Şərqi Türkistan» «Məhv olsun zalım çinlilər» — deyə qışqırırmış. Şəhid Fethəddin Mahsum, bir şeirində belə demiş:

 

Açılmaz ?

 

«Hər köz ağrısının birlə otlarda yanar öpkem

Hər an bu millət basdı keçirür matəm

Düşməncə oyunhana bolmakta əziz ölkələr

Bu fecih mənzərəgə kandağ çıdasun adam »

 

Şeyx Əbdülhəmid Nəqşibəndi Fəthəddin Mahsum rəyasətində reallaşan bu qiyam Şərqi Türkistanda böyük bir ümid işığı olaraq yanmış gələcək üçün yol göstərmişdir. 2011-ci ilin iyulunda da yenə Hotenli mücahidlər bir polis bölməsi ələ keçirmiş şəhid olana qədər savaşmışdılar

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 20 aprel.- S.15.