Nizami rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
Nizami rayonu Bakı rayonları arasında ərazisinə
görə ən gənc və balaca olsa da,
məskunlaşma baxımından
ən sıx rayondur. Bu rayonu digərlərindən
fərqləndirən bir
sıra özünəməxsus
xüsusiyyətləri var. Rayonun ərazisi 19,6 kv.km, əhalisi 183200 nəfərdir. Son illərdə Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri əsaslı şəkildə
yenidən qurulub, yeni inşa olunmuş müasir yolötürücü komplekslərinin
inşası isə rayonun sosial-iqtisadi inkişafı baxımından
mühüm əhəmiyyət
daşıyır. Rayonun sakinlərinin
60-70 faizi neft sənayesində çalışır.
Nizami rayon İcra
Hakimiyyətinin ictimai-siyasi
şöbəsinini müdiri
Əli Axundov biizmlə söhbətində
bildirib ki, ötən müddət ərzində rayonda xeyli işlər görülüb. Onun sözlərinə görə,
ötən dövr ərzində abadlıq quruculuq işləri davam etdirilib: «Əhalinin istirahəti üçün parklar təmir olunub. Sahibkarların fəaliyyəti üçün
normal mühit mövcuddur.
Heydər Əliyev adına Neft
Emalı Zavodu da Nizami rayonu
ərazisində yerləşir.
Bundan başqa müxtəlif şirkətlər, özəl
müəssisələr fəaliyyət
göstərirlər».
Əsaslı təmir, yenidənqurma
işləri
2013-cü
ilin 9 ayı ərzində rayonun təhsil və səhiyyə müəssisələrində
«2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı»na əsasən bir sıra əsaslı
təmir, yenidənqurma
və əlavə korpusların tikintisi işləri həyata keçirilib. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Çobanzadə küçəsi
2405-ci məhəllədə inşa edilmiş Valideyn hüququndan məhrum olan və Uşaq evlərində böyüyən
gənclər üçün
yaşayış evinin,
172 və 190 H-li körpələr evi — uşaq bağçalarının
əsaslı təmir
və yenidənqurmadan
sonra açılış
mərasimləri olub.
Bundan başqa rayon İstilik təsərrüfatı üzrə
ötən dövr ərzində ayrı-ayrı
ünvanlarda 840 p/m istismara
yararsız müxtəlif
diametrli boru dəyişdirilib, 190 saylı
qazanxanada yenidənqurma
işləri aparılıb,
müasir tipli qazanlar quraşdırılıb
və həmin qazanxanalardan qidalanan 14 binanın, 1 məktəbin
məhəllədaxili istilik
xətləri ədsaslı
təmir olunub.
Nizami rayonu ərazisində tikilməkdə
olan 217 nömrəli yarımstansiyada isə tamamlanma işləri gedir. «Bakıelektrikşəbəkə»
ASC-dən bildirilib ki, tamamilə yeni inşa olunan 35/6 kilovoltluq (kv) yarımstansiya
2×25 meqavat amper
(MVA) gücündədir. Qapalı tipli
bu yarımstansiya xarici görünüşü
ilə şəhərin
arxitekturasına uyğun
şəkildə tikilib.
Yarımstansiyada paylayıcı
qurğular, eleqaz və vakuum tipli avadanlıq, elektron rele mühafizə
sistemi, təhlükəsizlik
avadanlıq üçün
ayrıca bölmələr,
həmçinin işçilər
üçün yardımçı
otaqlar var. 35 kv-luq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya
da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulacaq.
Yarımstansiyaya 35 kv-luq kabel
xətti çəkilmişdir.
Hazırda yarımstansiyanın binası tikilib, avadanlıq quraşdırılıö.
Heydər Əliyev prospekti
boyunca tikilən yeni obyektlərin, səhiyyə müəssisələrinin
və məişət
abonentlərinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaları üçün yarımstansiyada
son texnoloji avadanlıqdan
istifadə edilib.
«Bakıelektrikşəbəkə»
ASC bu istiqamətdə
işlərini davam etdirir.
Yeni iş yerləri
Təkcə ötən ilin
yanvar-sentyabr aylarında
1331 yeni iş yeri açılan rayonda sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə
artaraq 296 milyon manata çatıb ki, onun da
30,1%-i qeyri-dövlət
sektorunun payına düşür. Əsas kapitala isə 73,5 milyon manat
həcmində investisiya
yönəldilib ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 27,5% çox
deməkdir. Həmin investisiyanın 60%-i, yəni 44,1 milyon manatı dövlət müəssisələrinin, qalan
40%, yəni 29,4 milyon manat isə qeyri dövlət sektorunun payına düşür. Rayonda istifadə olunmuş investiyanın əhəmiyyətli
hissəsi — 77,3 %-i istehsalata yönəldilib
ki, bu da
onun ölkə üzrə ümumi istehsal sahəsində önəmli rolundan xəbər verir. Cari ilin 9 ayı
ərzində rayon ərazisində
müəssisələrin öz
gücü hesabına
aparılan podrat işlərinin həcmi
246,1 milyon manat təşkil edib ki, bu
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7% çoxdur.
Nizami Rayon İcra Hakimiyyətinin saytında
yayılan məlumata görə, rayonun pərakəndə satış
şəbəkələrində də ötən illə müqayisədə
24,9% artım qeydə alınıb. Satılan istehlak mallarının həcmi isə 745 milyon manat təşkil edib ki, bu
da son illərdə
rayon ərazisində tikilib
istifadəyə verilmiş
«Lotos», «Diqlas», «Ms.Donalds» kimi onlarla iri ticarət
obyekti hesabına əldə olunub.
Gənc
nəslin inkişafına
diqqət yetirilir
Rayon rəobərliyi gənc
nəslin inkişafına
da xüsusi diqqət yetirir. Nizami rayonunda 22 orta ümumtəhsil məktəbi,
«Zəngi» liseyi, Kimya-biologiya təmayüllü
respublika liseyi, «Dədə Qorqud» özəl türk liseyi, Uşaq-Gənclər
və Texniki yaradıcılıq mərkəzləri,
20 uşaq bağçası,
1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika
internat məktəbi və s. fəaliyyət göstərir. Nizami rayonunda Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
Çobanzadə küçəsi,
2405-ci məhəllədə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən
gənclər üçün
də yaşayış
binası inşa olunub. Binada 34 birotaqlı, 32 ikiotaqlı
və 2 üçotaqlı
mənzil olduğu, mənzillərin məişət
avadanlığı, mətbəx,
yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası,
paltaryuyan maşınla
təchiz edilib.
Hazırda rayon ərazisində AFFA tərəfindən
tutumu 20 000 nəfərlik
stadion inşa olunur. Bundan əlavə, Nizami
rayonunda 5 stadion, 8 idman-sağlamlıq kompleksi
əhalinin, xüsusilə
də gənclərin
sağlam həyat tərzinin təminatına
xidmət edir.
Ordu sıralarına
çağırışın vəziyyəti və gənclərin hərbi vətənpərvərlik ruhunda
tərbiyəsi ilə
bağlı görülən
işlər rayon İcra
Hakimiyyətinin daim nəzarətində və
diqqət mərkəzində
saxlanılıb. Çağırışla bağlı Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti Bakı şəoəri Nizami
rayon idarəsinə verilən
plan-tapşırıq müvəffəqiyyətlə
yerinə yetirilib.
2013-cü ilin 9 ayı
ərzində Nizami
Rayon Polis İdarəsinin inzibati
ərazisində bütün
uçot strukturları
üzrə 740 cinayət
hadisəsi baş verib qeydə alınıb. Onlardan 706-sı
daxili işlər orqanları üzrə olub, 106-sı ağır və xüsusilə ağır, 360-sı az ağır və 273-ü isə böyük təhlükə
törətməyən cinayətlərdir.
522 cinayət hadisəsi açılıb,
105 cinayət hadisəsi
isə bağlı qalıb.
Yetkinlik yaşına çatmayanlar
tərəfindən 14 cinayət
hadisəsi törədilib.
Vətəndaşların qəbuluna xüsusi əhəmiyyət
verilir
İcra Hakimiyyəti aparatında vətəndaşların qəbuluna
xüsusi əhəmiyyət
verilir. Binanın foyesində İcra
Hakimiyyəti başçısının,
onun müavinlərinin
və şöbə
müdirlərinin qəbul
günləri qrafikini
əks etdirən lövhə asılıb,
bu barədə məlumatlar və əlaqə telefonları saytda yerləşdirilib.
Rayon İcra Hakimiyyətində
vətəndaşların qəbulu
ilin əvvəllərindən
təsdiq olunmuş cədvələ uyğun
aparılır. Bundan əlavə,
şöbə müdirləri
operativ həll olunmalı məsələlərlə
əlaqədar vətəndaşları
gün ərzində qəbul edirlər. Mövcud problemlərin, vətəndaşların sosial
əhəmiyyətli sifarişlərinin,
tələb və təkliflərinin öyrənilməsi
məqsədilə ayda
iki dəfədən az olmayaraq
yerlərdə Rayon İcra
Hakimiyyəti başçısının
sakinlərlə səyyari
görüşləri keçirilir.
2013-cü ilin 9 ayı ərzində 19 səyyari görüş
keçirilib, sakinlər
tərəfindən 92 müraciət
edilib. Bununla yanaşı 153 vətəndaş
Rayon İcra Hakimiyyətinin
başçısı tərəfindən
aparatda qəbul edilib.
Ahıllara qayğı göstərilir
«Neftçilər» metro stansiyasının yaxınlığında
«xeyir-şər evi» deyilən məkan ahıl insanların ümid yeridir.
Nizami rayon bələdiyyəsinin əməkdaşı Rəna Hüseynovanın sözlərinə görə, 3 ildir ki, hər gün qeydiyyatdan keçmiş yaşlı insanlar buraya gəlir. Onun dediyinə görə, bu siyahıya yalnız Nizami rayonu ərazisində olan yaşlılar daxildir və onlar qida ilə təmin olunurlar: «Şənbə, bazar günləri istisna olmaqla, həftə içi hər gün çalışırıq. İndi bəzi yaşlılarımız var ki, buraya gələ bilmirlər. Onların da yeməklərini evlərinə aparırıq. Saat 14-dən 15 radələrinədək hər kəs gəlib yeməyini yeyib, gedir. Bu təşəbbüs birbaşa insanların istəyi ilə əlaqədardır. Onların müraciətinə əsasən yaşlı, atılmış, tənha insanları isti yeməklə təmin edirik. Ümumiyyətlə, Azərbaycan xalqı yardımsevər xalqdır. Bu hər zaman belə olub». O, həmçinin əlavə edib ki, orada 2 aşpaz, bir qabyuyan fəaliyyət göstərir: «Yeməkləri hər gün ilk olaraq Nizami rayon baş epidemioloji stansiyanın həkimi yeyir, qiymətləndirir. Yaşlı insan olduqları üçün onlara dietik menyuya uyğun yeməklər veririk. Çoxunun təzyiqi, şəkəri var. Elə qidalar seçirik ki, onları incitməsin, rahat həzm olunsun… Əsas odur ki, bizə pənah gətiriblər. Bizim də borcumuzdur ki, onların qayğılarına qalaq. Elə olur ki, bəziləri ağrıyır. Həmin vaxt yaşadıqları sahədən həkim çağırırıq. Onlar da sağ olsunlar, biganə qalmırlar. Gəlib, yoxlayıb, müalicə yazırlar. Görürük ki, dərman almağa pulları yoxdur. Onu da bələdiyyəyə müraciət edirik, nəzərə alırlar. Bələdiyyə sədri Vüqar Quliyev, yaxşı insandır, hər zaman bu məsələlərə diqqətlə yanaşır».
Həllini gözləyən məsələlər
İcra hakimiyyətindən verilən məlumatda bildirilir ki, 2013-cü ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsi vacibdir: «Şərifli, E.Süleymanov və Rüstəmov küçələrinin kəsişməsində tunel yolun tikintisi; 8-ci km yarımstansiyasından 7 saylı paylayıcı qurğuyadək 2 dövrəli hava xəttinin kabelləşdirilməsi; məhəllələrin abadlaşdırılması işlərinin yekunlaşdırılması; bütün çoxmərtəbəli yaşayış binalarında aşağı paylama kommunikasiya xətlərinin (su, kanalizasiya və istilik) dəyişdirilməsi; istismar müddəti başa çatmış sərnişin liftlərinin yenisi ilə əvəz olunması; Babək prospektində yeraltı keçidlərin tikintisinin başa çatdırılması; Heydər bağı park-bulvarın Cəmşid Naxçıvanski küçəsindəki hissəsinin əsaslı şəkildə yenidən qurulması və digər addımların atılması nəzərdə tutulub».
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2013.- 12 dekabr.-
S.13.