Osman Baturqəhrəman Türk

 

Onun son sözü: «Millətim dünya durduqca işğalçılara qarşı mübarizəni davam etdirəcək»

Osman Baturla təkcə doğulub boya-başa çatdığı bölgənin sakinləri deyil, Türk Dünyasının vətənpərvərləri həmişə qürur duyub. O, yalnız öz adını deyil, doğulduğu Altay vilayətindəki Göy Toğay bölgəsindəki Öndir Qara kəndini məşhurlaşdırıb. Altay Çin rus işğalçıları arasında bölündüyündən orada yaşayan Türklər müxtəlif işğalçı dövlətlərin hakimiyyəti altında yaşamağa onların haqsızlığına qarşı mübarizə aparmağa məcbur olublar. Osman 1899-cu ildə ortabab əkinçi olan İslam kişinin ailəsində doğulub ilk təhsilini din xadimi olan babasının kənddə açdığı ibtidai məktəbdə alıb.

Balaca Osman mollaxanada oxumaqla yanaşı gününün çoxunu at belində keçirib, kiçik yaşlarında silahdan istifadəni, ov etməyi öyrənib. Xatirələrdə onun 10 yaşında ikən usta bir minici mahir bir ovçu olduğu söylənilir. Qaynaqlar isə Osman İslam oğlunun gənc yaşlarında qaçaq Zuvka Baturu böyük məhəbbətlə sevdiyini dəfələrlə onunla görüşdüyünü, onun yanında igidlik məktəbi keçdiyini xəbər verir. Kasıbların, yoxsulların haqqını müdafiə edən, zalımlara, zülmə qarşı savaşan Zuvka Batur Çin işğalçılarının canına vəlvələ salırmış. Onu döyüş meydanında məhv edə bilməyən hökumət məmurları hiylə ilə ələ keçirə bilirlər. Xalq arasında böyük nüfuz qazanmış Zuvka Baturun 1930-cu ildə qəddarlıqla qətlə yetirilməsi Osmanı sarsıdır Çin hakimiyyətinə qarşı nifrətini coşdurur.

1940-cı ildə Çin hökumət məmurları məscidlərə basqınlar edir, bununla da xalqın heysiyyatını tapdalayırdı. Rus Çin işğalçılarının bir-birindən o qədər seçilməyən müstəmləkəçilik siyasəti yerli xalqların qəzəbini artırırdı. Xalq üsyanlarının baş verəcəyini aydın görən hökumət məmurları əhalidə olan ov tüfənglərini belə alırdı.

Belə bir durumda Osmanın atası ailəsindən bəzi kişilər, qohumları, kəndliləri silahlarını Çin əsgərlərinə təhvil verməli olurlar. Ömrü boyu kənddə yaşayan, əkin-biçinlə ailəsini dolandıran, heç bir hərbi təlim görməyən Osman bəy isə «Bu gün silahımızı alanlar, sabah canımızı da alarlar, mən silahımı çinlilərə vermərəm, gücləri çatır, gəlib alsınlar deyir dağlara çəkilir. Onun fikrinə şərik çıxan ona ilk qoşulan dostu Süleyman böyük oğlu Şerdiman olur.

Silahını çinlilərə təhvil verən qoca İslam kişi oğluna tutduğu yolda xeyir-dua verir. Anası Ayça xanım isə «Mən oğlumu bugünlər üçün doğdum. Çinlilər əsrlərdir qoyun boğazlayan kimi bizi öldürür. Bizim canımız, bizdən öncə ölənlərin canından daha qiymətli deyil. Bizdən sonrakıların yaşaması üçün oğlum, mən, digər uşaqlarım da ölməyə hazırıq deyir.

Qısa zaman içərisində Osman bəyin ətrafına Zelebay Telci, Nurgocay Batur, Kğseyin Batır, Canım Xan Hacı, Süleyman Batır, Musa Mergen Aktepe, Sulibay, Ökürbay, Nogaybay, Ahid Hacı, Xəlil Teyci, Qaraqul Zalin başqaları qoşulur. Göstərdiyi hünər cəsarətə görə xalq onu Osman Batur deyə çağırmağa başlayır.

Soydaşlarına nisbətən uca boylu olan Osman Batur iri gövdəli bir pəhləvanmış. Qısa boynu, qara saçları, yarı qapalı kimi görünən qıyıq gözləri olan, çatmaqaşlı, çox az danışan Osman Batur həyatını xalqının azadlığına həsr edir. Osman Batur və silahdaşları 1941-ci ilin oktyabrından 1943-cü ilin iyulunadək Çin hökumətinə qarşı partizan müharibəsini davam etdirirlər. 1943-cü ilin iyulun 22-də Altay işğalçılardan təmizlənir və orada müvəqqəti xalq Cümhuriyyəti qurulur. Osman Batur bu hökumətin rəhbərliyinə seçilir. 1944-1945-ci illərdə Tanrı Dağlarının quzeyindəki Doğu Türküstanın Qazaxlar yaşayanı bölgələri də Çin istilasından qurtarır. 1945-ci ilin oktyabr ayından 1947-ci ilin fevralına qədər üç vilayətdən ibarət Doğu Türküstan Hökuməti yaradılır. Osman Batur bu hökumətdə Altayın valisi, sonra isə 1949-cu ilin oktyabrınadək Doğu Türküstan Cümhuriyyəti koalisiya hökumətinin əsas üzvlərindən biri olmaqla yanaşı Altay Valiliyini də yerinə yerinə yetirir. Osman Batur rəsmi hökumət vəzifələrini yerinə yetirəndə də silahını yerə qoymur, işğalçılara qarşı döyüşlərdə fəal iştirak edir.

Sovetlər Birliyindən yardım alan Çin hökuməti nizami ordu yeridərək Doğu Türküstanın vilayətlərini işğal etməyə başlayır. Osman Batur döyüş dostları ilə birlikdə sayca onlardan 10 qat çox olan Çin ordusuna ağır zərbələr endirsə də, hərbi sursat çatışmazlığından Kamambal Dağına çəkilmək məcburiyyətində qalır. 1950-ci ilin noyabrında Çin ordusu son həmləyə keçir. Hərbi sursatları qurtardığından və yolları qar-buz bağladığından Osman Baturdöyüş dostları mühasirəni yara bilmirlər.

Çin hakimiyyət orqanlarının qurduğu oyuncaq məhkəmə xalqının azadlığı uğrunda mübarizə aparmış, dəfələrlə ölümlə üzləşmiş qəhrəmanı ölümə məhkum edir. 1951-ci ilin aprelin 19-da keçirilən son məhkəmə iclasında ona ölüm hökmü oxunanda Osman Batur son söz olaraq deyir: «Mən can verə bilərəm. Millətim isə dünya durduqca işğalçılara qarşı mübarizəni davam etdirəcək».

Çin Hökuməti məhkəməsinin çıxardığı hökm 1951-ci ilin aprelin 29-da Urumçidə yerinə yetirilir. Osman Baturu güllələsələr də, bununla ürəkləri soyumur. Onun qardaşı Delilxan İslamoğlunu da güllələyirlər. Bu azmış kimi 18 yaşındaki qızı Kabiyranı, 14 yaşındakı oğlu Baybollanı anaları Mameyin gözləri önündə doğrayırlar. 11 yaşındaki oğlu Kariy və 9 yaşındakı qızı Sapiyan diri-diri 20 metr dərinliyində olan quyuya atılır. Övladları, gözü qaşısında işgəncə verilərək öldürüldükdən sonar Mamey xatun ağlını itirir. Cəlladlar əhalinin gözünü qorxutmaq üçün ağlını itirmiş qadını da çaya atırlar.

Osman Baturun Şerdiman, Nimetullah ve Nebğ adlı oğulları ataları şəhid edildikdən sonra partizan müharibəsini davam etdirsələr də, istədiklərinə nail ola bilmirlər. Qadağalara, hədələrə baxmayaraq xalq həmişə onların ömür yolunu, qəhrəmanlığını ehtiramla yad edir. 2009-cu ildə bir qrup çinlinin Urumçidə törətdikləri vəhşiliyə qarşı xalq ayaqlandı. Bu toqquşmada Osman Baturonun silahdaşlarının adı tez-tez xatırlanmağa başlandı. Bu, bir daha onu göstərdi ki, Osman Baturu məhv etsələr də, onun arzularını məhv edə bilmədilər.

 

Əli Şamil,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2013.- 14 dekabr.- S.14.