«Qarabağla bağlı layihələr reallaşdırmaq istəyirik»

 

Ülvi Kazım: «Araşdırma xüsusiyyətli layihələrdə gənclərin iştirakını təmin edirik»

Bu gün Azərbaycan gəncliyinin formalaşması mühüm əhəmiyyət daşıyır. Gəncliyin inkişafı ilə bağlı çoxsaylı layihələr maliyyələşdirilir. «Gənclər Şəbəkəsi Təşəbbüsü» İctimai Birliyinin sədri Ülvi Kazımla bu barədə danışdıq.

«Gənclər Şəbəkəsi Təşəbbüsü» İctimai Birliyini hansı zərurətdən yaranmasından danışan təşkilat sədri «BMT-nin Azərbaycan nümayəndəliyində işləyərəkən məni xaricə beynəlxalq layihələrdə iştirak etmək üçün göndərirdilər»,_ deyə bildirdi: «Bir neçə dəfə gedib gəldikdən sonra xaricdəki gənclər təşkilatları onların fəaliyyətləri ilə tanış oldum. Sonradan qərara gəldim ki, Azərbaycanda yeni gənclər təşkilatı yaradım. Beləliklə, 2002-ci ildə «Gənclər Şəbəkəsi Təşəbbüsü» İctimai Birliyini yaratdım təsisçisi özüməm. 2008-ci ildə təşkilat dövlət qeydiyyatından keçdi. O gündən bu günə kimi rəsmi fəaliyyət göstəririk».

O, əlavə etdi ki, birinci növbədə gənclərin maarifləndirilməsi, innovativ inkişafı, yeni fikirlərin ortaya çıxması üçün layihələr həyata keçirirlər: «Eyni zamanda, araşdırma xüsusiyyətli layihələrdə gənclərin iştirakını təmin edirik. Ümumiyyətlə, bizim fəaliyyətdə gənclərin mədəni elmi inkişafı ön sırada durur. Həyata keçirdiyimiz layihələrin əksəriyyəti mədəniyyət sahəsindədir. Bununla yanaşı gənclərin millət vəkilləri, dövlət məmurları ilə görüşünü, eləcə xalq rəssamlarının iştirakı ilə gənc rəssamlara master-klaslar təşkil etmişik. Qarabağ marafonu keçirmişik. Xaricdə «Qarabağ reallıqları Avropa ölkələri» layihəsini təşkil etmişik. Azərbaycan gənclərinin bələdiyyə seçkilərində iştirak etməsi üçün 20 gənci Türkiyəyə göndərmişik ki, bu sahədə təcrübə əldə etsinlər. Bu gün 70-ə yaxın gənc bizim koordinasiyamızla xaricdə təhsil alır. Qısa video-çarxlar vasitəsilə kreativ gənclərin cəmiyyət problemlərinin həlli ilə bağlı təkliflərini almışıq. Sonra gənclərin dövlət idarəçiliyində, QHT sektorunda fəaliyyət göstərməsi üçün layihələr keçirmişik. Eləcə gənclərə pulsuz ingilis dili, kompüter kursları təşkil edirik. İşədüzələtmə ilə bağlı bir blok yaratmışıq ki, sahibkarlar öz elanlarını bizə versinlər».

O, həmçini əlavə etdi ki, ümumiyyətlə, gənclər cəmiyyətin gələcəyidir: «Uşaqlarımız böyüyür, oğlanlarımız qeyrətəli əsgər, ata, qızlarımızsa ismətli ana olurlar. Təbii ki, gəncliyi düzgün istiqamətləndirmək bütün dövlətlərin prioritet siyasətidir. Gənclər həm elmli, həm mənəvi dəyərlərinə bağlı olmalıdırlar ki, gələcəkdə hər hansı bir problemin, həyat qayğılarının qarşısında aciz qalmasınlar. Bu gün Azərbaycan Respublikasında da gənclərlə dövlət siyasətinin prioriteti mühüm tərkib hissəsidir. Gənclərimizin respublikada fəaliyyət göstərməsi, gələcəkdə özünə karyera qurması üçün şərait var. Hazırda «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı icra olunur. Bu proqramın nəzəriyyəsi unikal bir formadadır. Təbii ki, mərhələ-mərhələ tədbirlər planına uyğun olaraq proqram həyata keçirildikcə, Azərbaycan gəncliyi üçün yeni bir fikir, düşünməkdən başqa bir qalmaycaq. Yəni gənclərmiz sadəcə inkişaf üçün yeni ideyalar yollar axtarcaq, cəmiyyətimizin idarə olunmasına yeni töhfələr verəcəklər. Artıq bizdə savadlı gənclər universiteti formalaşıb bu proses davam edir.

Bu gün Azərbaycan gənclərindən beyin mərkəzi kimi istifadə edən Qərb ölkələri var. Beyin mərkəzləri var ki, heç onlar haqda informasiyamız yoxdur, amma gedib tanış olduqda görürsən ki, orada azərbaycanlılar da fəaliyyət göstərir. Bu yaxınlarda mən Almaniyada laboratoriya müdiri işləyən Vüqar adlı şəxslə tanış oldum. O, Almaniyada xərçəng xəstəliyinin istiqamətini ölçən cihaz ixtira edib. Yəni bunu deməkdə məqsədim odur ki, Azərbaycan gəncləri kimi savadlı, hazır ixtisaslı kadr, beyin mərkəzləri hesab olunan gənclər dünyada çox az ölkələrdə var. Mən, Qərb ölkələrində olanda hərdən əcnəbi gənclərə dövlət strukturu ilə bağlı suallar verirəm. Məsələn, Çin, Hindistanın harada olduğunu soruşuram. İnanın ki, əksəriyyəti bilmirlər. Amma bizim istənilən gəncimizdən bu kimi suallara tam aydın cavab almaq olur. Əslində bütün ölkələrdə Şərqdən gedən beyinlər var. Bu baxımdan Azərbaycan gəncləri çoxluq təşkil edir. Azərbaycan planlı şəkildə gənclərini xaricə göndərir ki, onlar dövlətin görünən interfeysi olsun. Yəni Azərbaycanın da belə gəncləri olduğunu dünya bilsin. Eyni zamanda özümüzdə yetərincə istetadlı gənclər çoxdur. Sadəcə olaraq onları inkişaf etdirmək, şərait yaratmağın lazım olduğunu bizim dövlətimiz hiss edir, bilir, yəqin edir buna görə Gənclər İdman Nazirliyinin səlahiyyətlərini artırdı. Baxdı ki, bu, yetərli deyil Azərbaycan gəncləri daha da çoxuna layiqdir. Prezident yanında Gənclər Fondu yaradıldı. Həmin Fonda illik 5 milyon pul ayrılır. Baxın, Azərbaycanda 330-dan çox gənclər təşkilatları dövlət qeydiyyatından keçib. Bu qədər gənclər təşkilatına ildə 5 milyon manat maliyyə ayırmaq Azərbaycan dövlətinin qayğısı deyilmi? Bu fonddan eyni zamanda hər hansı gənc fərdi şəkildə layihə təqdim edib qrant ala bilər. Gənclər təşkilatlarına Gənclər İdman Nazirliyi, bəzi sosial məsələlərlə bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da qrant ayırır. Bundan başqa Azərbaycanda fəaliyyət göstərən yerli beynəlxalq donor təşkilatları da var».

Başqa ölkələrə gəlincə isə həmsöhbətimiz «elə ölkələrə rast gəlmişəm ki, gənclərə bundan artıq diqqət göstərilir»,-deyə vurğuladı: «Elə ölkələrə rast gəlmişəm ki, bizdəkindən çox-çox aşağı səviyyədə gənclərə diqqət göstərilir. Amma gənclərə bizim ölkədən çox diqqət göstərən ölkələrə rast gəlsəm belə, oradakı gənclərin potensialı, savadı olmadığı üçün bizim gənclərlə müqayisə oluna bilmirlər. Bu gün Azərbaycan gənci nəinki istənilən Qərb ölkəsini, istənilən cəmiyyəti idarə etməyə qadirdir. Bunun üçün gənclərimizin hər cür potensialı var. Azərbaycan gəncində intellektual xammal o qədərdir ki, dövlətimizin bizə ayırdığı pul, sadəcə olaraq o xammalı aktiv bir formaya gətirib çıxarmaq üçün lazmıdır. İkincisi, səlahiyyətin verilməsi əsas şərtdir. Bizim dövlətimiz gənclərə bu səlahiyyəti verib ki, onlar daxillərindəki o xüsusiyyətləri aktiv edirlər. Dövlətmizin gənclərə verdiyi bu ictimai poliqon gənclərimizdə mövcud olan həvəsi birəbeş artırır».

Təşkilat sədri bildirdi hazırda işlədikləri layihə «Təbiəti hiss et» adlanır: «Bu layihə ekoloji maarifləndirmə xarakterlidir. Bu layihəyə mən Türkiyədə qatılmışam və çox xoşuma gəlib. İnsanların təbiəti çirkləndirməsinin qarşısı alınmalıdır. Gəncliyimizdə, ümumiyyətlə, vətəndaşlarımızda ictimai olaraq bu mədəniyyətin formalaşmasına köməklik göstərmək və bunlara daimi riayət etmək lazımdır. Ona görə də bu layihə çərçivəsində gənclərlə maariflənmə işləri aparılacaq, qısametrajlı reklam çarxları çəkiləcək, bukletlər hazırlanıb ictimaiyyət arasında paylanacaq. Həmçinin bəzi yerlərdə bizim maarifləndirici plakatlar asılacaq. Bizim Türkiyə, Baltikyanı ölkələr, Gürcüstan, Macarıstan, ABŞ, İngiltərə, Rusiya, Finlandiyas. ölkələrdə layihələrimiz olub. Bu ölkələrin öndə gedən əksər QHT-ləri ilə əməkdaşlıq edirik. Biz 12 Avropa ölkəsində «Qarabağ reallıqları və Avropa ölkələri» layihəsini həyata keçirmişik. Qarabağla bağlı təbliğati materiallar aparıb paylamışıq… Birinci növbədə yenə də Qarabağla bağlı layihələr reallaşdırmaq istəyirik. İndi xaricdə Qarabağla bağlı keçirilən layihələrdə səthi məlumatlar verilir. Qarabağ reallıqları deyirlər, amma Qarabağla bağlı məlumatları yetərincə kütləyə çatdıra bilmirlər. Sadəcə olaraq deyirlər ki, bizim torpaqlarımız zəbt olunub. Yəni tarixi baxımdan çox zaman detallar izah edilmir. Bu da yetərli deyil. Ona görə də istəyirəm ki, Avropa ölkələrinin əksəriyyətində, Qarabağ, ümumiyyətlə, Azərbaycan torpaqları hansı ərazini əhatə edir, haraları əhatə edib və günümüzə qədər hansı formada parçalanaraq gəlib çıxması ilə bağlı layihə keçirim.

Bir də milli-mənəvi dəyərlərimizi xaricdə təbliğ etmək istəyirəm. Mən dünyanın 56 ölkəsini gəzmişəm. Bütün Qərb ölkələrinin əksəriyyətinin yeni innovativ fikirlərinin kökündə yenə də Şərq ölkələri durur. Tarixdən də bu açıq-aydın görünür. Yəni mən Qərbdə bir dəyər görmədim. İnanın mənə, Şərqdə və bizdə olan mənəvi dəyərlər çox ölkələrdə yoxdur. Çox təəssüflə demək istəyirəm ki, o dəyərlərin demək olar 80-90 faizini itirmişik. Sadəcə adı qalıb. Həmin o dəyərləri yenidən özümüzə qaytarmaq, onu Qərb ölkələrində təbliğ etməliyik. Çünki bu insani keyfiyyətlər üzərində yaşayan ailə, cəmiyyət həmişə davamlı şəkildə inkişaf edər və heç zaman onlarda problemlər olmaz.

İnsanın ki mənəviyyatı boş olur, bağlanmağa dəyərləri olmur, onda yaşamaq zorlaşır. Məsələn, mən çöldə işləyirəm. Məni evə bağlayan həyat yoldaşım, övladlarım olmasa, necə ailə sevgim olar? Azərbaycanda oğuz türküdən gələn mədəniyyət var. Bu da odur ki, evdə həmişə kişinin yeri görünməlidir. Qadın ərinə tabe olmaldır. Qadının gözəlliyi, incəliyi onda meydana çıxır. Qadın ərinin yanında gözəl görünür.

Xaricilərə adət-ənənələrimizi, ailə dəyərlərimizi izah edəndə onlar bizim xalqla çox yaxından maraqlanırlar. Əslində, savadlı xaricilər dəyərin özünü axtarır. Əksəriyyətinə fikir verin, naturaya üstünlük verirlər. Bakıya gələn əksər əcnəbilər İçəri Şəhərə gedirlər. Yəni kökə qaçırlar. Onların daxilində bu təlabat var. Mən də xaricdə bununla bağlı layihələr keçirmək istəyirəm, çünki dünya da bunu axtarır».

 

Əli

Xalq Cəbhəsi.- 2013.- 14 dekabr.- S.11.