Abdulla Şərifov repressiya qurbanıdır

 

Həbs ediləndə ona verilən ittihamın biri «əksinqilabi pantürkist təşkilatın üzvü» olması idi

II yazı

1937-ci ilin əvvəllərində elmi-tədqiqat institutunun əməkdaşları Əli Nazim, Abdulla Məmməd oğlu Tağızadə, Əbdüləzəl Dəmirçizadə başqaları işdən azad ediləndə filialın direktoru A.R.Zifeldtin 1937-ci il 20 martda verdiyi 21 nömrəli əmrlə «Lüğət terminologiya bölməsi»nə müvəqqəti olaraq A.M.Şərifov rəhbər təyin edilib ona yarımçıq qalmış «Azərbaycan dilinin orfoqrafiya lüğəti»ni tamamlamaq tapşırılıb. Aradan düz üç ay keçəndən sonra yaxın dostu, birgə kitab yazdıqları İdris Həsənov aşağıdakı əmri imzalayıb:

EA Azərbaycan Filialının Tarix, Dil Ədəbiyyat İnstitutu üzrə 21 iyun 1937 tarixli əmr. Bu tarixdən etibarən Tarix, Dil Ədəbiyyat İnstitutunun baş elmi işçisi A.M.Şərifov linqivistika kabinetinin işini pozduğuna, ardıcıl planını yerinə yetirmədiyinə, Azərbaycan dilinə vurduğu zərərə, xalq düşmənlərinə (Çobanzadəyə, Xulufluya, Sami Kamala onların davamçıları Məhərrəm Kamilə, Qulam Bağırova . b.) dəstək verdiyinə görə işdən azad edilsin. Əsas: SSRİ EA Azərbaycan Filialı Rəyasət Heyətinin 20 iyul 1937-ci il qərarı. İmza: İ.Həsənov, SSRİ EA Azərbaycan Filialı Tarix, Dil Ədəbiyyat İnstitutunun direktoru.

Maraqlı burasıdır ki, üç ay öncə yarı zor, yarı xahiş-minnət tapşırdıqları insanı indi «kabinetin işini pozmaqda, ardıcıl planını yerinə yetirməməkdə, Azərbaycan dilinə vurduğu zərərdə» ittiham edirdilər. DTK (KQB) müstəntiqlərinin ittihamı da bu əmrdəki kimiydi.

Bütün sahələri ciddi nəzarət altında saxlayan Sovet xüsusi xidmət orqanları ali təhsil ocaqlarına, elmi-tədqiqat müəssisələrinə, qəzet jurnallara xüsusi diqqət yetirirdi. Belə müəssisələrin rəhbərliyinə kimlərin təyin edilməsinə nəzarət etməklə yanaşı orada biri-birindən xəbərsiz bir neçə agent, müvəkkil saxlanılırdı. 1937-ci il dekabrın 20-də həbs ediləndə ona verilən ittihamın biri «Azərbaycan SSR XDİK-in müvəkkili ola-ola əksinqilabi pantürkist təşkilatın üzvü» olmasıdır.

Diqqəti çəkən odur ki, A.Şərifov müvəkkili olduğu təşkilata, ona firavan həyat, xoş güzəran vəd edən təşkilata deyil, ürəyinin istədiyi, sabahına ümid bəslədiyi, gizli fəaliyyət göstərən millətçi təşkilata üzvlər cəlb edirmiş. 1938-ci ilin 13-14-də keçirilən ikinci istintaqda müstəntiqə belə cavab verib: «1934-1936-cı illərdə mən əksinqilabi millətçi təşkilata aşağıdakı şəxsləri cəlb etmişdim: 1933-cü ilin aprelində Tarix, Dilçilik Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini yerinə yetirən İdris Həsənov 1934-cü ildə SSRİ EA Azərbaycan Filialının aspirantı Ələkbər Babazadəni. Onların üzərinə aşağıdakı vəzifələr düşürdü:

1. Özlərinin elmi-nəzəri praktiki işlərində, əsərlərində dərsliklərində pantürkist millətçi ideyaları yaymaq.

2. Tələbə gənclər arasında burjua millətçi ədəbiyyatı genişləndirərək onları pantürkist Sovet hökumətinə qarşı düşmən ruhda tərbiyə etmək».

Uzun illər araşdırıcılar 1937-ci illərin istintaq ifadələrinə təzyiq altında zor tətbiq etməklə alındığına görə ciddi yanaşmırdılar. Bizcə, faktların hamısını şübhə altına almağa əsas yoxdur. Müstəntiqin «Yaxın tanışlarınızın adlarını söyləyin» tələbinə cavabda o, Bəkir Çobanzadənin, Qazis Qubaydulinin, Abdulla Tağızadənin, Hənəfi Zeynallının Qulam Bağırovun, İdris Həsənovun, Davud Quliyevin, Xalid Səid Xocayevin, Alfred Zifeldtin, Zinnət Zakirovun adlarını çəkir. Müstəntiq ona sual verəndə ki, gizli təşkilata kimləri cəlb etmisiniz? O, yaxın dostu İdris Həsənovun Ələkbər Babazadənin adını çəkir.

Adı çəkilən insanların heç bir gizli təşkiların üzvü olmadıqları, adamların adı müstəntiqin iradəsilə müttəhimdən alındığı fikrilə razılaşsaq, onda ortaya belə bir sual çıxır: Nədən Abdulla Şərifov onunla müştərək dərslik yazan Qulam Bağırovun deyil, yaxın dostu İdris Həsənovun adını çəkir? Axı onların hər ikisilə şərikli dərslik yazıb!

İkincisi, müstəntiq dəfələrlə onu cəsusluqda təqsirləndirir. Lakin o, heç vaxt bu ittihamla razılaşmamışdı.

Biz istintaq zamanı zor tətbiq edildiyinə, təzyiqlər göstərildiyinə qətiyyən etiraz etmirik. Amma verilən bütün ifadələri şübhə altına almaqla razılaşmırıq. Çünki başqa çoxlu qaynaqlar da ifadələrin bir çoxunun doğruluğunu təsdiqləmiş olur.

Araşdırıcılar müstəntiqlərin işini şübhə altına almaqla minlərlə insanın nahaqdan məhv edildiyi fikrini formalaşdırmağa çalışırlar. Bununla da onlar öz əqidəsi uğrunda illərlə mübarizə aparan, təşkilatlanan, bu yolda ölümə gedən insanların xidmətləri üzərinə kölgə salmış olurlar. Bunu Abdulla Şərifovun 1938-ci il 19 yanvarında dördüncü dindirmədəki cavabları da aydın göstərir. O, irtica maşınının onu məhv edəcəyinə əhəmiyyət verməyərək cəsarətlə aşağıdakıları söyləmişdi:

1. 1918-ci ildən həbs olunan günədək əksinqilibi millətçi pantürküst mövqedə durub.

2. 1920-ci ildən başlayaraq 1938-ci ilədək ÜİK(b)P sıralarında ikən öz əksinqilabi görüşlərini partiyadan gizlədib.

3. 1928-ci ilin sentyabrından pantürkist millətçi təşkilatın rəhbərlərindən Qubaydullinlə sıx əlaqədə olub.

4. Sovet hökumətinə qarşı silahlı üsyan hazırlamaq yolu ilə Vahid Türk-Tatar dövləti yaradılmasında əksinqilabi pantürksit təşkilatın ideyalarına tam şərik idi.

5. 1930-cu ildən başlayaraq Qubaydullinin göstərişi üzrə ali məktəb tələbələri SSRİ EA Azərbaycan Filialının elmi əməkdaşları arasında əksinqilabi pantürkisit təbliğatı genişləndirib.

6. 1933-34-cü illərdə əksinqilabi təşkilata cəlb etdiyi adamlar arasında institutun alimləri İdris Həsənov Ələkbər Babazadə olub.

7. 1932-ci ildən həbs olunan günədək Azərbaycan SSR XDİK-in müvəkkili kimi fəaliyyət göstərə-göstərə əksinqilabi pantürkist təşkilata da daxil olub. Bunu Azərbaycan SSR XDİK orqanlarından gizlədib.

Bu etiraflar DTK-KQB müstəntiqlərini qane etməyib. Onu həm də cəsusluqda suçlamışlar. Dördüncü istintaqdan iki ay sonra, yəni 1938-ci ilin 8 martında aprılan dindirmədə ona nə qədər cəza versələr də, cəsusluq ittihamını rədd edib. Əksinqilabi millətçi təşkilatın üzvü olduğuna dair aparılan istintaqlarda suallara cavab verən, lakin cəsusluq ittihamını rədd edən Abdulla Şərifovun işi üzrə istintaqı müstəntiqlər 9 martda bitmiş hesab edərək onu Azərbaycan SSR CM-nin 64, 69 və 70, 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham olunması haqqında qərar çıxarırlar.

1938-ci ilin 3 iyulunda saat 18.15-də başlayan SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qapalı iclası 18.25 dəqiqədə (10 dəqiqə ərzində alimin taleyi həll olunub) başa çatıb və Abdulla Məhəmməd oğlu Şərifov ən ağır cəzaya- güllələnməyə məhkum olunub. 10497 saylı istintaq işinə hökmün dərhal yerinə yetirildiyinə dair, yəni 1938-ci ilin 3 iyulunda güllələndiyi haqqında arayış əlavə edilir.

Abdulla Şərifov güllələndikdən sonra xanımı Fatma Zinnur qızı Şərifova vətən xaininin ailə üzvü kimi həbs düşərgəsinə göndərilir. Onun ailəsinin üzvlərinin sonrakı taleyi haqqında heç bir bilgi əldə edə bilmədik. Halbuki Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Arxivində saxlanan şəxsi işdə Abdulla Şərifov himayəsində beş nəfər ailə üzvünün olduğunu yazır.

Əqidəsi uğrunda mübarizə aparanbu yolda ölümə belə getməkdən çəkinməyən insanlar ehtirama layiqdirlər. Onları məhv edən insanların çəkdikləri zəhmətlər isə boşa gedir. Zaman öz hökmünü verir. Xalq gecolsa həqiqətlərdən xəbər tutur, qəhrəman övladlarını sevir, onların xatirələrini həmişə hörmətlə yad edirlər. SSRİ-nin dağılması, xalqların öz keçmişlərini öyrənmək istəkləri, millətlərin öz haqları uğrundakı mübarizəsi Abdulla Şərifov və məsləkdaşlarının nə qədər haqlı olduğunu göstərir.

 

Əli Şamil,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2013.- 18 dekabr.- S.14.