«Arazın hər iki tayında müsəlmanların soyqırımı»

 

Səməd Sərdariniya: «Bu faciələr nəinki 1918-ci ildə bitməyib, hətta sonrakı illərdə daha kəskin şəkildə davam edib»

İranda Dağlıq Qarabağ probleminin kökləri ilə bağlı ictimai rəyin formalaşmasında mənfi rol oynayan fars erməni tarixçilərinin əksinə olaraq bir sıra müəlliflər hadisələrə obyektiv, ədalətli yanaşma metodunu seçiblər. Erməni daşnaklarının 1918-ci ildə Güney AzərbaycandaUrmiya, Xoy, Səlmas, Maku, Şərəfxanada digər şəhər kəndlərdə türklərə qarşı törətdikləri kütləvi soyqırım haqda az yazılıb. Təbrizli tarixçi-alim, doktor Səməd Sərdariniyanın «Arazın hər iki sahilində müsəlmanların qətliamı (Təbriz, 2005-ci il, 211 s.) kitabı bu boşluğu doldurmaq üçün sanballı bir əsərdir. Müəllif Qafqaz, Azərbaycan, İran, Türkiyəyə qarşı rusların işğalçılıq siyasətində ermənilərin «katalizator» rolunu oynamasını, xəyanət arxadan bıçaq vurmaq kimi alçaq əməllərini onların «Böyük Ermənistan» xülyasında yaşamaları ilə izah edir.

Səməd Sərdariniya «Arazın hər iki tayında müsəlmanların soyqırımı» əsərində yazır: «Bu faciələr nəinki 1918-ci ildə bitməyib, hətta sonrakı illərdə daha kəskin şəkildə davam edib. Belə ki, 1988-ci ildən bəri nəinki Azərbaycan Respublikası şəhərlərinin (xüsusilə Xocalı, Kəlbəcər s.) əhalisi dəfələrlə daşnakların rəhimsiz kütləvi qırğınlarına məruz qalıb. Hətta Azərbaycan Respublikası ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ ətraf rayon şəhərlər ermənilər tərəfindən işğal edilib, nəticədə isə bu ərazilərin şəhər kəndlərdə yaşayan bir milyondan artıq insan öz yurd-yuvasından məhrum edilərək qaçqın didərgin vəziyyətinə düşüb.

«Arazın hər iki tayında müsəlmanların soyqırımı» əsəri 2006-cı ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan (türk) dilinə tərcümə edilərək «Elm» nəşriyyatı (120 səh.) tərəfindən çap edilib. Kitabın elmi redaktoru AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimli, fars dilindən tərcümə edəni isə Atilla Maralanlıdır. S.Sərdariniyanın «İrəvan müsəlman sakinli şəhər olmuşdur» kitabında tarixi sənədlər əsasında İranın ermənipərəst tarixçilərinə tutarlı cavab verilib.

Ermənilərin arzusu ilə ruslar İrəvan onun ətrafındakı 4 xanlığı, 41 bəylərbəyliyi sultanlığı ləğv etdilər, onların çoxu təzyiq məcburiyyət qarşısında ərazidən köçməyə məcbur edildilər. Torpaq əmlakları gəlmə ermənilər arasında bölüşdürüldüİrəvan müsəlman sakinli şəhər olmuşdur», s.90). İrəvanda yaşayan əhalinin 143 min nəfərindən 117.849 nəfəri müsəlman-türk, cəmi 25151 nəfəri (gəlmələrlə birlikdə) erməni olub.

Qahirədə çıxan «Hikmət» qəzeti «Tərcüman» qəzetində verilmiş məlumata əsaslanaraq XX əsrin əvvəllərində (1904) Qafqazda 3 milyon 208 min 875 nəfər müsəlmanın yaşadığını yazırdı ki, bunların da 352 mini nəfərinin İrəvan vilayətində olduğunu qeyd etmişdi (s.118). Rus məmurunun statistik məlumatına gəldikdə ona inansaq belə XIX əsrin 30-cu illərində İrəvanda yaşayanların 80 faizdən çoxunu müsəlman türkləri təşkil etmişdi. Halbuki sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı onların sayca ilbəil azalmasına səbəb olmuş, onları Azərbaycanın başqa əyalətlərinə köçməyə məcbur etmişdi.

Tarixən yerli əhali hesab olunan Qarapapaq tayfası GüneyəUrmiya ətrafına köçmək məcburiyyətində qalmışdı. 1828-1832-ci illər arasında İrəvanda yaşayan türklərin sayı 100 min nəfərə qədər azaldığı halda gəlmə ermənilərin hesabına erməni sakinlərin sayı 82.377 nəfər artmışdı (s.91).

Türk əhalisinin yaşadığı İrəvan şəhəri XIX əsrin sonunda xristian erməni şəhərinə çevrildi. Halbuki bu şəhərin iqtisadi mədəni, elmi inkişafında Azərbaycan Türklərinin böyük zəhmət Vətən torpağına bağlılığından irəli gələn xidmətləri olmuşdu. Beləliklə, türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada «əzəmətli» Ermənistan yaratmaq istəyən erməni daşnaklarının türklərə qarşı soyqırım əməliyyatı İrəvan, Göyçə, Zəngəzurdan başlasa da, Azərbaycanın Quzeyindən, Güneyindən yan keçməmişdi. Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdisə, Güney Azərbaycanda təkcə Urmiya Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Güney Azərbaycandakı müsəlman-türklərin soyqırımı haqda yazmağı tədqiqat aparmağı yasaq etdiyindən 1918-ci il müsəlman qətliamında öldürülənlərin sayı haqqında məlumat indiyə qədər dəqiq verilməmişdi. Təbrizdə çıxan «Dilmanc» jurnalı 1918-ci il soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi «Azərbaycanın 18 illik tarixi» kitabında 130 min nəfərTarixe hicdəh sale Azərbaycan», Tehran, Əmir Kəbir nəşriyyatı, 1350 (1971), 919 s.), Urmiyada çıxan «Nəvide Azərbaycan» qəzetində Camal Ayrumlunun məqaləsində 150 min nəfər (Urmuda Ciloluq, «Nəvide Azərbaycan» qəzeti, No 139, 2001, 13 mart) göstərilir. Olayların üstündən onillər keçdiyindən çoxlu qurbanların hesabdan kənarda qaldığı şəksizdir. Ermənilərin olmayan soyqırım haqqında geniş miqyasda böyük vay-şivən qopardığı bir vaxtda, Xocalı faciəsinin dünya ictimaiyyətinə yetərincə çatdırılmadığı bir zamanda 100 ildən artıq bir dönəmdə ermənilərin türklərə qarşı soyqırımları haqda həqiqətləri tədqiq edib ortaya çıxarmaq Güneyli-Quzeyli ziyalıların ictimaiyyətin borcudur, soyqırım qurbanları qarşısında bizim vətəndaşlıq insanlıq vəzifəmizdir.

Səməd Sərdariniyanın ölümündən əvvəl çap etdirdiyi «Qarabağ tarixin gedişində (Təbriz, Nedayi Şəms, 2006, 550 s.) adlı sanballı faktlar arxiv sənədləri ilə zəngin olan kitabı Qarabağ tarixi xüsusilə Dağlıq Qarabağ münaqişəsini öyrənmək üçün dəyərli əsərdir. Sərdariniyanın «Qarabağ tarixin gedişində» kitabının «Qarabağ haradır başlıqlı bölmədə Qarabağın tarixi sərhədləri verilir Azərbaycan ərazisinin ayrılmaz hissəsi olan bu diyarın tarix boyu ölkənin siyasi-iqtisadi mədəni-mənəvi həyatında tutduğu önəmli yeri açıqlayır.

Bir sıra İran müəlliflərindən fərqli olaraq Səməd Sərdariniya Qarabağın geniş bir coğrafi anlayış olduğunu onun dağlıq hissəsinin həmişə Qarabağın tərkib hissəsi kimi qəbul edildiyini yazır. Bu bu qəbildən olan əsər monoqrafiyalar əslində indiki İran rəhbərliyinin Qafqaz bölgəsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada daha düzgün nəticələr çıxarmağa təsir göstərə bilər. Kitabın son bölmələrində Dağlıq Qarabağı ələ keçirib sonra bütövlükdə Qarabağı Azərbaycanın digər ərazilərini işğal etmək arzusu ilə yaşayan ermənilərin işğalçılıq planları ifşa olunur. Bu məsələlər indiki zamanda elmi ictimaiyyətlə yanaşı siyasətçilər üçün aktuallıq kəsb edir. S.Sərdariniya Ziyəddin Sultanovun «Qarabağ gündəliyi» adlı kitabını fars dilinə çevirib «Qarabağ müharibəsi» adı altında Təbrizdə nəşr etdirib beləliklə, Qarabağ həqiqətlərinin olduğu kimi oxuculara çatdırılmasında mühüm xidmət göstərib.

 

Sübhan Talıblı,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2013.- 27 dekabr.- S.14.