AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib

                                                    

Akif Əlizadə: «AMEA-da kadrların yaşlaşma məsələsi var bunu danmaq olmaz»

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim Mütəxəssislər Şurasının təsis konfransı keçirilib.

APA-nın məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Rəyasət Heyətinin 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə təşkilatda gənc alim mütəxəssislər şuraları yaradılıb. Onun sözlərinə görə, məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, elmin inkişafındakı rolunu daha artırmaqdır. A.Əlizadə elmin populyarlaşdırılması sayəsində gənclərin elmə cəlb edilməsini AMEA-da aparılan islahatların prioritet istiqamətlərindən olduğunu deyib. O, Azərbaycan gəncliyinin gənc alimlərə böyük ehtiyacı olduğunu vurğulayıb: «Gənc Alim Mütəxəssislər Şurası gənclərin elmi, intellektual inkişafında aparıcı rol oynamalıdır. Qarşılıqlı müzakirə intellektual mübadilə vasitəsilə perspektivli sahələrin lazımi yanaşmaların ortaya qoyulacağına böyük ümidlər bəsləyirik».

Prezident Administrasiyasının Siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, bu gün Azərbaycan öz brendlərini, müasir standartlarını yaradır: «Lakin əfsus ki, xüsusilə humanitar mövzularda Azərbaycan modelinin tədqiqi, təbliği sahəsində xarici ölkələrdə nəşr olunan elmi məqalələrin sayı ürəkaçan səviyyədə deyil. Gənc alim bu gün nümunə olmalıdır. Təkcə intellekti ilə yox, həm müasir dünyagörüşü, şəxsiyyəti, hadisələrə, proseslərə düzgün, səlis yanaşması, bir neçə xarici dildə sərbəst danışması ilə fərqlənməlidir. Təəssüf ki, bu gün Azərbaycanın ingilis dilində nəşr olunan xarici ölkələrdə populyarlıq qazanmış elmi jurnalları barmaqla sayılacaq qədər azdır. Bura gənc alimlər üçün ayrıca internet səhifələrinin kasadlığını, onların vahid informasiya bankının yoxluğunu da əlavə etmək olar. Bu halda bizim ünsiyyətimiz məhdud çərçivədə qalacaq, dediklərimizi yalnız özümüz eşidəcəyik. Bu gün dünyaya açılmaq çox asandır. Əvvəlki illərdə mövcud olan çətinliklər aradan qalxıb. İşləmək üçün , istedadını, biliyini, elmi yeniliyini göstərmək üçün meydan genişdir. Biz bu sırada öz yerimizi tutmalıyıq. Azərbaycan gənclərinin bu gün dünyanın məşhur universitetlərində, elm mərkəzlərində əldə etdiyi nəticələr onu deməyə əsas verir ki, gənc alimlərimiz heç xarici həmyaşıdlarından intellektual göstəricilərinə, bilik bacarıqlarına görə geri qalmırlar, əksinə, bəzən onları üstələyirlər».

Gənclər idman nazirinin müavini İntiqam Babayev şuranın təsis edilməsini gələcəyini elmə bağlayan gənclər üçün mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin gənclər siyasəti nəticəsində istedadlı yaradıcı gənclərə, gənc alim tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət qayğı göstərilir.

Tədbirin davamında Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərlə bağlı görülən işlər barədə ətraflı məlumat verib, şuranın gələcək fəaliyyətinə uğurlar arzulayıblar. Konfransın sonunda şuraya bilik bacarığı ilə fərqlənən fəal gənclərdən ibarət üzvlər seçilib.

«Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında kadrların yaşlaşma məsələsi varbunu danmaq olmaz». APA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışında deyib. A. Əlizadə bildirib ki, bu gün ölkədə alimlərin orta yaşı kifayət qədər püxtələşmiş yaşdadır: «Əgər bu gün gənclər həmin püxtələşmiş alimlərin yanında olarsa, onların təcrübələrindən faydalanarsa, onun inkişafı, çox uğurlu nəticələri ola bilər. Gənc alimi hazırlamaq üçün məktəbdən başlayıb müəyyən işlər görmək lazımdır. Məktəb vaxtlarından gəncləri elmə cəlb etmək mümkün olsa, Azərbaycanın gənc elmi kadr baxımından təmin olunar». AMEA prezidenti vurğulayıb ki, Gənc Alim və Mütəxəssislər Şurası gələcəkdə məktəblərdə elm guşələri yarada bilər. O qeyd edib ki, bu guşələrin yaradılması ölkədə gənclərin elmə marağının artırılmasına, onların bu sahəyə axınına təkan verər.

«Azərbaycanda yenimüasir tələblərə cavab verən elmi məktəblər formalaşmalıdır». APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışı zamanı deyib. E. Aslanov qeyd edib ki, tədqiqatçıların beynəlxalq tədbirlərdə iştirakının genişlənməsi olduqca vacibdir. Onun fikrincə, gənc alim və mütəxəssislər beynəlxalq və regional səviyyəyə verdiyi rezonans doğuracaq, diqqəti cəlb edəcək aktual mövzuların üzərinə getməlidir.

Şöbə müdiri vurğulayıb ki, bu gün yetərincə araşdırılmamış və çox sadə tədqiqat sahələri hələ də qalmaqdadır: «Çox zaman xaricdə təhsil alanelmi araşdırmalarını aparan gənclərdən soruşduğum zaman onların 90 faizi Azərbaycanla bağlı mövzuların araşdırılmasına can atdıqları məlum olur. Onun da 75 faizi Dağlıq Qarabağ münaqişəsinə həsr olunur. Mən demirəm ki, bu məsələ xaricdə təhsil alan tələbələr tərəfindən araşdırılmamalıdır. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı tələbə tərəfindən hansısa bir Böyük Britaniya universitetində araşdırma aparmaqbunun nəticəsində öz elmi işini müdafiə etmək həddindən artıq asandır. Çünki münaqişəni bilir, haqlı tərəfin mövqeyini çox rahat şəkildə izah edə bilir. Təbii ki, bu mövzuda beynəlxalq hər hansısa universitetdə araşdırma kimi qəbul ediliröz yerini tutur. Bu müəyyən bir beynəlxalq qurumlar üçün, elmi mərkəzlər üçün subyektiv bir yanaşma kimi qəbul edilə bilir. Azərbaycan tələbələr isə bu məsələlərə xarici alimləri daha çox bu məsələlərə cəlb etsinlər. Onların, fikri və sözləri ilə bu araşdırmaları yazdırsalar daha faydalı olmazmı? Eyni zamanda azərbaycanlı alimlərimiz və mütəxəssislərimiz dünyada mövcud olan digər problemləri araşdırmasını aparsa, öz əhatəsini genişləndirsə daha səmərəli olmazmı? Təbii ki, bunun üzərində düşünməyə ehtiyac var».

 

Xalq Cəbhəsi.- 2013.- 28 dekabr.- S.15.