Şopenin musiqili avtoqrafı

 

L. və M.Rostropoviçlərin ev muzeyində üzərində V.Mosartın və L.Bethovenin barelyefi olan, çox nadir eksponat — qədim not şkafı var. L.Rostropoviçə məxsus olan şkaf hər zaman həm violonçel, həm də fortepiano əsərlərinin notları ilə dolu olmuşdur. Ekspozisiyanın yaranmasının ilk illərində muzeyin müdiriyyəti dəfələrlə şəhərin ziyalılarına L.Rostropoviçin Bakıda yaşadığı dövrə (1914-1916, 1925-1931-ci illərə) aid olan violonçel əsərlərini tapmağa kömək etmək üçün müraciət etmişdir. Məhz onda «F.Şopenin avtoqrafı» əsərinin notu aşkar edilmişdir. Pyesin üz qabığında L.Rostropoviçin həqiqi imzasının olması sübut edir ki, əsər həqiqətən L.V.Rostropoviçin kitabxanasındandır. Bu pyes qraf Dmitriyqrafinya Anna Şeremetyevə məxsus albomdan götürülmüşdür.

Elmi araşdırmaların nəticəsində məlum olmuşdur ki, əsər 1843-cü ildə F.Şopen tərəfindən Parisdə yazılmışdır. O zaman Şeremetyevlər cütlüyüFransada idi. Qrafinya A.S.Şeremetyevanın albomundan olan «F.Şopenin avtoqrafı» («Lautographe de Jhopin») adını almış miniatür, müəllif tərəfindən fortepiano üçün yazılmışdır. Lakin verilmiş nümunə L.Rostropoviçin müəllimi olan polşa bəstəkarı A.M.Miklaşevski tərəfindən violonçelfortepiano üçün yazılmış transkripsiyadan ibarətdir. Muzeydə olan bu notlar L.V.Rostropoviçin kitabxanasına daxil idiçox güman ki, o bunları Bakıda olarkən Q.İ.İndercişekin Milyutinski küçəsində yerləşən not mağazasından əldə etmişdir.

XIX əsrdə yüksək səviyyəli qonaqlar musiqi salonlarına baş çəkən zaman, alboma öz avtoqraflarını yazırdılar. Ola bilsin ki, qrafqrafinya Şeremetyevlərin albomunda olan bu musiqili avtoqraf, bəstəkarın onları ziyarətindən sonra yazılmışdır. Bu musiqili avtoqraf bəstəkar tərəfindən onun əsərlərinin üslubunda yazılmışdır. O qədər də böyük olmayan pyesin melodiyası, Friderik Şopenin ad və soyadının inisiallarına və bəzi hərflərinə əsasən qurulmuşdur. Məhz bu hərflər musiqi dilinə çevrilmişdir. Dahi polşa bəstəkarının avtoqrafının həqiqiliyi, rus bəstəkarı M.A.Balakirev tərəfindən müəyyən edilmişdir, bunu nəşr olunmuş notun üz qabığında fransız dilində olan qeyd təsdiq edir. Notlar XIX əsrin axırlarında — XX əsrin əvvələrində Sankt-Peterburqda «A.Cohansen» nəşriyyatında çap edilmişdir.

XIX əsrdə olan ziyarətləri alboma yazmaq ənənəsini davam etdirən bəstəkar, o qədər də böyük olmayan bu pyesin musiqisində kübar gözəlin surətini, onun müstəsna gözəlliyinə və cazibəsinə olan heyranlığını təsvir etmişdir. Əsərin həsr edildiyi şəxs məlumdur. Biz onu sətirlərin arasında görürükonun varlığını hər xanədə hiss edirik.

«Müstəsna gözəl» heç kəs yox, bəstəkarda xarici görünüşü və zərif hərəkətləri ilə unudulmaz təəssüratlar yaratmış, qrafinya Anna Şeremetyevanın özü idi. Lirik miniatürün ideyası avtoqrafda son dərəcə lakonik, cəmləşdirilmiş, aforistik tərzdə ifadə edilmişdir. Miniatür nəşr üçün nəzərdə tutulmamış və qrafinya Şeremetyevanın albomuna adsız qeyd edilmişdi. «Şopenin intonasiyası» üzvi surətdə və təkrarolunmaz şəkildə pyesə daxil olurbir anda onun müəllifini müəyyən etməyə imkan verir.

Fortepiano musiqisi F.Şopenin yaradıcılığının əsas hissəsini təşkil edirdi. O, əvvəlki janrların şəklini dəyişərək yenilərini yaratdı. Qeyd etmək lazımdır ki, fortepiano əsərlərilə yanaşı F.Şopen eyni zamanda violonçelfortepiano üçün də əsərlər yazırdı. Onlardan violonçelfortepiano üçün introduksiyapolonez (1829-cu il), Oqyust Franşommla birlikdə C.Meyberin «RobertDyavol» operasının mövzularında violonçelfortepiano üçün böyük konsert dueti (1832-ci il), eyni zamanda, ona violonçelfortepiano üçün sonata həsr etmişdir (1846-cı il). Şübhəsiz ki, F.Şopen violonçelfortepiano üçün əsərlərini məhz məşhur violonçel ifaçısı O.Franşommla olan dostluğu sayəsində yazmışdır.

19 yaşlı F.Şopen həvəskar violonçel ifaçısı knyaz A.Radzivillonun qızı Vanda üçün Polonez op.3 əsərini 1829-cu ildə yazmışdır. Buna qədər bəstəkar tərəfindən yazılmış polonezlər fortepiano üçün yazılmış əsərlər idi. Violonçelfortepiano üçün polonez bu janrda onun ilk əsəri idi. F.Şopen bu əsərini məşhur Vyanalı virtuoz violonçel ifaçısı Josef Mertsə (1795-1852) həsr etmiş və əsərə violonçel ifaçısı V.Kacinskiy üçün (1830-ci ildə) «İntroduksiyaya giriş»i əlavə etmişdir.

Bəstəkarın özü bu işə o qədər də əhəmiyyət verməyərək yazırdı: «Mən «Alla Polacca» əsərini violonçelin müşayiəti ilə yazdım. Mən istəyirdim ki, xanım Vanda polonezi öyrənsin. Yəqin ki, onun on yeddi yaşı var. O, gənc və gözəldir. Onun zərif barmaqlarının simlərdə ifa etdiyini görmək əsl zövqdür!» Belə ki, F.Şopen ona tanış olmayan alət üçün böyük anlayış və ürəklə yazırdı. Bunu O.Franşomma həsr edilmiş violonçelfortepiano üçün sonata əsəri təsdiq edir.

«F.Şopenin Avtoqrafı» pyesinə qayıdaq. Bu fortepiano miniatürünün üslubunda polşa musiqi folklorunun xüsusiyyətləri qeyd edilmişdir. Melodiyanın təhlili zamanı aydın olur ki, bəstəkar öz adının və soyadının hərfi mənalarını istifadə etmişdir: Friderik Chopin. Sadə melodiya, mənaları miniatür müəllifinin adından və soyadından götürülmüş notlara — hərflərə əsaslanır. Bununla yanaşı məlumdur ki, pyesin tonallığı (A-dur) bəstəkarın bu avtoqrafı albomuna yazdığı xanımın adının ilk hərfindən götürülmüşdür. Məlum olduğu kimi, musiqili avtoqraf F.Şopen tərəfindən 1843-cü ildə yazılmışdır. İlk dəfə isə əsər 1912-ci ildə «Listok iz alboma» («Kartkaz albomu») adı altında fortepiano üçün nəşr edilmişdir. Təəssüf ki, notların Rusiyada, yaxud Polşada nəşr edildiyi məlum deyil. Amma pyesin adının həm rus, həm də polşa dilində olması deməyə imkan verir ki, notlar Polşada nəşr olunub, Rusiyaya isə musiqiçilər tərəfindən ifa olunması üçün gətirilmişdir. Özünün ifaçılıq və pedaqoji yaradıcılığında L.Rostropoviç tez-tez polşa musiqisinə, F.Şopenə müraciət etmişdir.

Sözü L.Rostropoviçin ən yaxşı tələbəsi, dahi violonçel ifaçısı M.L.Rostropoviçə gətirək: «Atamın nəhəng istedadı var idi. O, necə də F.Şopenin bütün əsərlərini əzbər ifa edirdi, sonra isə violonçeli götürərək həmin əsəri mənim indiyə qədər nail ola bilmədiyim səviyyədə ifa edirdi. Mən atamın nail olduğu zirvədə deyiləm və heç zaman buna çata bilməyəcəyəm! Allah mənə bunu verməyib».

L.Rostropoviç karyerasının başlanğıcında Polşada qastrollarda çıxış etmişdir. O, Bakıya ilk gəlişində (1914-1916) xeyriyyə konsertlərində iştirak etmişdir. Bunu I zalda nümayiş etdirilən «Kaspi» qəzetindən götürülmüş afişalar, məqalələr, elanlar təsdiq edir. L.Vitoldoviçin musiqi yaddaşı hamını heyran edirdi. O, nə vaxtsa öyrəndiyi, ifa etdiyi, eşitdiyi heç bir şeyi unutmurdu. Belə fenomenal yaddaş onun oğlu Mstislavda da var idi. Əzbər öyrəndiyi əsəri o, bütün həyatı boyu yadında saxlayırdı.

Leopold Rostropoviçin polşa musiqisinə marağı təsadüfi deyil. Rostropoviçlər nəsli öz başlanğıcını XVII əsrin axırlarından götürür polşa köklərinə sahibdirlər. Qeyd etmək istəyirik ki, Leopold Vitoldoviçin ulu babasıİosif Rostropoviçyus əvvəl Vilnoda, sonra Varşavada yaşamış şəhərdəki qəbiristanlıqda, F.Şopenin valideynlərinin yanında dəfn edilmişdir.

1851-ci ildə Rostropoviçlər nəsli «zadəgan rütbəsi» ilə təltif olunmuş qədimdən «İnam, namus, vəzifə» şüarı altında Boqoriya gerbi ilə qeyd edilirlər. Qeyd etmək lazımdır ki, Rostropoviçlər nəslində rus, polşa, litva, çex xalqlarının nümayəndələri var.

L.Rostropoviçin repertuarını və yaradıcılığını nəzərdən keçirəndə görürük ki, o, demək olar ki, hər zaman F.Şopenə müraciət etmiş, onun etüdlərini, noktürnü ifa etmişdir. Bunu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivindən götürülmüş muzeydə saxlanılan afişalar təsdiq edir. Bundan başqa o, fortepianoda sərbəst ifa edən, parlaq pianoçu idi. Bu təsadüfi deyil, çünki L.Rostropoviç görkəmli pianoçu Anna Yesipovanın fortepiano sinifində təhsil almışdır. F.Şopenin əsərlərini atasının yolunu davam etdirən, Mstislav Rostropoviç misilsiz bir surətdə ifa etmişdi. Muzeyin fondunda bunu təsdiq edən M.Rostropoviçin konsertlərinin proqram afişaları saxlanılır.

Rostropoviçlərin vətəni olan Polşa, bir nömrəli violonçel ifaçısını bir neçə dəfə mükafatlandırmışdır. O, Polşa Respublikasının ən yüksək mükafatlarına layiq görülmüşdür. Q.Venyavski adına musiqi cəmiyyəti Maestronu Q.Venyavski adına medalla təltif etmiş, F.Şopen adına Varşava Musiqi Akademiyasının üzvü olan M.Rostropoviçə fəxri doktor adı verilmiş F.Şopen adına medalla təltif edilmişdir (1994). 70 illiyi münasibətilə Maestro «Xidmətlərinə görə Kamandor xaçı» ordeni (1997) bundan əlavə Kşiştof Pendertski adına mükafatla təltif edilmişdir.

«F.Şopenin avtoqrafı» pyesinin təqdimatı 2009-cu ildə Yelena Rostropoviç prezidenti olduğu «RostropoviçVişnevskaya» adına xeyriyyə fondunun yüksək səviyyəli qonaqlarının şərəfinə verilən konsertdə baş tutdu. F.Şopenin 200 illiyində, onun musiqisinin öyrənilməsinə, təbliğinə konsertlərdə səsləndirilməsinə görə Polşa Mədəniyyət Milli İrs Nazirliyi, Polşa Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 2011-ci ildə L. M.Rostropoviçlər adına ev muzeyini muzeyin direktoru Ş.Heydərovanı «Birinci dərəcəli diplomla» təltif etdi. Diplomlar Bakıda keçirilən V Beynəlxalq Rostropoviç festivalı çərçivəsində muzeydə keçirilən musiqili gecədə Polşanın mədəniyyət üzrə attaşesi İ.Sekiyeviç tərəfindən təqdim edildi.

 

 

Oktay

 

Xalq Cəbhəsi.-2013.- 1 fevral.- S.15.