Tolerantlığın Azərbaycan nümunəsi

 

Bu xəbəri paylaş  Bakının su problemi  Torpaq uğrunda ölərlər  TQDK- Təhsil Nazirliyi qarşıdurması  Parlament «yox» dedi Tolerantlıq sivil toplumu formalaşdıran əsas amillərdən biri olmaqla yanaşı, birgə yaşayışın da təməli təşkil edir. Başqa cür bu dəyəri mədəniyyətlər, dinlər, cəmiyyətlərarası körpü kimi də qəbul etmək olar. Çünki insanlararası dialoqun, qarşılıqlı hörmətin mövcudluğu məhz elə tolerantlıqdan başlayır. Əhəmiyyətini nəzərə alaraq tolerantlığın cəmiyyətin inkişafında rolunu və Azərbaycan nümunəsində tolerantlığı araşdırmağı qərara aldıq.

 

Qanunvericiliyimiz tolerantlığı təmin edir?

 

Azərbaycan dünyəvi dövlət olduğu üçün araşdırmaya hüquqi tərəfdən başlamaq istədik. Çünki tolerantlıq ictimai münasibət kimi dəyərləndirilsə də, bu dəyərin inkişafı dövlət qanunvericiliyindən də asılıdır. Hər bir vətəndaşın dinetiqad azadlığını dövlət qanunları təmin edir. Bəs ölkəmizdə bu sahə üzrə yetərli qanun bazası varmı? Sualımızı İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əsgərov cavablandırdı. O bildirdi ki, Azərbaycan Konstitusiyasının 48-ci maddəsi millidini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vicdan azadlığını təmin edir: «Bundan əlavə xüsusi olaraq qəbul edilmiş «Dini etiqad azadlığı haqqında» qanun da qüvvədədir. Bu qanun bütün dini icmaların və dindarların fəaliyyətini, dini ayinlərin icrası ilə bağlı prosesləri tənzimləyir. Azərbaycan Respublikasının hər bir vətəndaşı azad şəkildə istədiyi dinə etiqad edə bilər. Bu azadlıq millidini mənsubiyyətindən asılı olmayaraq, dövlətin hər kəs üçün tanıdığı haqdır».

 

İslamda vicdan azadlığı varmı?

 

Azərbaycanda əhalinin təxminən 95 faizinin müsəlman olduğunu nəzərə alaraq, tolerantlığı islam nəzər nöqtəsilə də izah etmək istədik. Qanunvericiliyimizdə vicdan azadlığı var. Bəs islam tolerantlığın əsas təməli olan vican azalığını qəbul edirmi? Sualımızı «Mənəvi Saflıq» İctimai Birliyinin sədri, şərqşünas Elşən Mustafaoğlu cavablandırdı. O bildirdi ki, islam birmənalı olaraq vicdan azadlığını tanıyır və onun təməl insan haqlarından biri kimi qəbul edir: «İnsanın etiqad, inanc məsələsi şüuru, düşüncəsi, qəlbi, ruhu ilə bağlıdır. Ruh isə məcburiyyət qəbul edə bilməz. İnsan əgər şüuru, ruhu ilə hər hansı bir şeyə inandısa, hansısa istiqamətə yönəldisə, onu zorakılıqla döndərmək mümkün deyil. Hətta əgər yalnış bir yola yönəlibsə, yenə də bunu zorakılıqla etmək mümkün deyil. Əgər sən haqlısansa, doğrusansa, faktlarını ortaya qoymalısan, arqumentlərini gətirməlisən. Əgər islam nöqteyi-nəzərindən məsələyə yanaşsaq, əgər vicdan azadlığı olmazsa, dində səmimilik olmaz. Din ilahi varlığa inambu inam əsasında həyat sürməkdir»

 

Ölkəmizdə tolerantlığın hansı nümunələri var?

 

Ekspertlərin də təsdiq etdiyi kimi, Azərbaycanda istər hüquqi, istərsə dini, istərsə də ictimai baxımdan tolerantlıq üçün şərait var və cəmiyyət olaraq tolerantıq. Tolerantlığımızı isbat edən kifayət qədər nümunə sadalamaq olar. Elçin Əsgərov söhbətində bildirdi ki, bugünkü cəmiyyətimizdəki tolerantlıq Azərbaycanda tarixən mövcud olub: «Ölkəmizdəki tolerantlıq yalnız bu günün göstəricisi deyil. Azərbaycan tarixində tolerantlıqla bağlı kifayət qədər nümunələr var. Məsələn, elə götürək Bakının Suraxanı rayonunda tikilmiş atəşgahı. Məbəd XVIII əsrdə Bakı xanının izni ilə hindli buddistlər tərəfindən tikilib. Bu müsəlman xanın hakim olduğu ərazidə digər dinə göstərdiyi tolerantlığın nümunəsidir. Yeri gəlmişkən qeyd edək ki, Qafqazda ən böyük sinaqoq Azərbaycandadır. Həmçinin Bakıda qədim kilsələrdən birini azərbaycanlı adamı öz şəxsi vəsaiti hesabına əsaslı təmir etdirərək provaslav xristianlarının istifadəsinə verib. Bu kimi nümunələr Azərbaycan tolerantlığının günümüzdə də davam etdiyini təsdiq edir».

Azərbaycanda tarixən tolerantlığın olmasını AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun elmi işçisi Samirə Həsənova da təsdiq etdi. O bildirdi ki, ölkəmizdəki tolerantlıq, başqa dinlərə xoş münasibət Azərbaycanın reallıqlarındandır: «Bu gün Azərbaycanda dini abidələrin bərpasına, məscidlərin, kilsələrin, sinaqoqların təmir və tikintisinə göstərilən diqqət tolerantlığı təsdiq edir. Bunun köklərinə nəzər salsaq görərik ki, islama qədərki dövrdən etibarən Azərbaycan müxtəlif dinlərə ev sahibliyi edib. Ölkəmizdə bütpərəstlər, zərdüştlər, xristianlar, yəhudilər və başqa din nümayəndələri hər zaman birgə yaşaya biliblər. İslam dinində zorlama və məcburiyyət yoxdur. Çünki din bir əqidə və inanc məsələsi kimi zorla qəbul ediləcək və ya zorla qəbul etdiriləcək bir sistem deyil. Dində əsas olan inanc hissidir. İnanma isə tamamilə vicdan və qəlbə aid məsələdir».

 

Ölkəmizdəki tolerantlıqla bağlı qeyri-islam icmaları nə düşünür?

 

Azərbaycanda tolerantlığı ölkəmizdə fəaliyyət göstərən qeyri-islam icmaları da təsdiq edir. Biz mövzu ilə bağlı Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviçlə həmsöhbət olub, tolerantlıqla bağlı fikirlərini öyrəndik. O bildirdi ki, Azərbaycan tolerantlıq baxımından dünyada liderdir: «Mən bunu tək indi deyil, indiyədək tez-tez iştirak etdiyim beynəlxalq konfranslarda da demişəm. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada digər dinlərə tolerant münasibət yüksək səviyyədədir. Burada yaşayan yəhudilər öz dini ibadətlərini azad şəkildə həyata keçirə bilirlər. Bakıda, Qubada, Sumqayıtda sinaqoqlarımız fəaliyyət göstərir. Dağ yəhudilərinin sinaqoqu təmirsiz olduğu üçün Azərbaycan prezidenti İlham Əliyevin göstərişilə sökülüb yenidən tikildi və yəhudilərin ixtiyarına verildi. Heç zaman problemlələ üzləşməmişik, əksinə hər zaman dəstək görmüşük. Azərbaycanda tolerantlıq keçmişdən var. Cənab prezidentin siyasəti də tolerantlığın daha da inkişafına təkan verir. Bizim Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə ilə yaxın dostluq münasibətimiz var. Birgə konfranslarda, hətta xeyir işlərdə, yas mərasimlərində, ad günlərində də birgə iştirak edirik».

Hazırda İsraildə yaşayan, uzun müddət Bakıda fəaliyyət göstərən sinaqoqda ravin kimi çalışmış Meir Bruk da Azərbaycan tolerantlığından yüksək səviyyədə bəhs etdi: «Azərbaycanda yəhudilər uzun əsrlərdir yaşayırlar. Onlar da bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdır və rahat şəkildə ibadətlərini yerinə yetirirlər. Bu cür tolerantlığı Azərbaycanda olanda dəyərləndirmirik. Bizə elə gəlir ki, bu normal bir münasibətdir. Amma xaricə gedəndə görürük ki, orada belə bir münasibət yoxdur. Xaricdə çatışmazlıq olan tolerantlıq Azərbaycanda çox dəyərli bir qızıldır. Sizə Bakıda yaşadığım müddətdə özümüntez-tez rastlaşdığım bir hadisəni misal göstərmək istəyirəm. Dindar yəhudilər şənbə günləri avtomobil sürmürlər. Mən də hər şənbə evimdən sinaqoqa qədər piyada gedirəm. Demək olar ki, Bakıda hər şənbə tanımadığım bir azərbaycanlı müsəlman yolda maşını saxlayıb və təklif edirdi ki, «cənab ravin, maşına minin sizi istədiyiniz yerə qədər pulsuz aparım». Bu, qeyri-islam dininə olan hörmətdır, dözümlülükdür, tolerantlıqdır».

Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Atanın da Azərbaycandakı tolerantlığa münasibətini öyrəndik. O bildirdi ki, Azərbaycan tolerantlıq baxımından həqiqətən də çox unikal ölkədir: «Burada qədimdən müxtəlif konfessiyalar yaşayıb və hər dövrdə cəmiyyətdə dini dözümlülük mövcud olub. Bu gün də ölkəmizdə hər kəs istədiyi dinə etiqad edir və mənsub olduğu dinin ayinlərini azad şəkildə həyata keçirir. Ona görə də Azərbaycanda sadəcə tolerantlıq var demək doğru olmazdı. Azərbaycan demək olar bütün dünyada tolerantlığın əsasını qoyub. Çünki heç bir dövlətdə dini konfessiyalar arasında bu qədər tolerantdostluq münasibəti yoxdur. Mən çox ölkələrdə səfərdə olmuşam, amma heç yerdə Azərbaycanda olduğu qədər dini dözümlülüyə rast gəlməmişəm. Burada nəinki dini icmalar arasında düşmənçilik yoxdur, əksinə əməkdaşlıq, əməkdaşlıqdan daha irəli isə dostluq var».

Azərbaycan tolerantlığı ilə bağlı 2002-ci ildə qeydiyyatdan keçən «Krişna Şüuru» dini icmasının üzvlərilə də həmsöhbət olduq. İcma sədri Ramin Əliyev bildirdi ki, icma fəaliyyətində nə cəmiyyət, nə də dövlət tərəfindən heç bir çətinliklə üzləşməyib: «Sərbəst şəkildə ayinlərimizi və mərasimlərimizi həyata keçirə bilirik. Mənim fikrimcə, Azərbaycanda xüsusən də dövlət tərəfindən insanların istədiyi dinə etiqad etməyində heç bir maneçilik yoxdur. Mən şəxsən indiyədək heç bir məhdudiyyət hiss etməmişəm.»

 

Azərbaycanda tolerantlığın qaynağı nədir?

 

Maraqlıdır, bəs görəsən Azərbaycanda tolerantlığın qaynağı və səbəbi nədir? Suallarımızı politoloq Ceyhun Mahmudlu bu cür cavablandırdı: «Azərbaycanda dini tolerantlığın tarixi bu coğrafiyada islamın yayılma tarixilə eyni dövrlərə təsadüf edir. Bəzi islam əleyhdarlarının dediyinin əksinə olaraq bildirmək lazımdır ki, islam nə Azərbaycanda, nə də ki, dünyanın hər hansısa bir yerində qılınc gücünə qəbul etdirilməyib. Belə olsaydı, bu gün islamın yayıldığı coğrafiyada qeyri-dini inanclı insanlar mövcud olmazdı. İslam təfəkkürünün kökündə tolerantlıq dayanıb və bu da islamın bütöv xarakterini formalaşdırır».

Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov isə tolerantlığın səbəblərindən biri kimi dinlərarası dialoqun (DAD) əhəmiyyətindən danışdı. O qeyd etdi ki, burada vətəndaşların bir-birinin dini prinsiplərinə müdaxilə etmədən, eyni cəmiyyətdə dinc yaşamasından söhbət gedir: «Bu gün Azərbaycanda daha sağlam inanca malik, doğru prinsiplərə əməl edən gənclərimiz çoxdur. Fanatizm təbii ki, kimsəyə fayda verməz. Hansısa bir təriqətin təsiri altına düşmək dövlətimizin və millətimizin mənfeyiyinə bütün baxımlardan ziddir. Sağlam bir inanc insanlarda həm vətənpərvərlik hissini artırır, həm də dövlətə, Vətənə və xalqa sevgi aşılayır.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2013.- 20 fevral.- S.7.