Son dayanacaq-Türkiyə

  

İkinci yazı

 

Həhayət, 1947-ci ildə Türkiyənin Berndəki səfiri Yaqub Kadri Karaosmanoğlunun köməyi ilə, Məhəmməd Əmin Rəsulzadə və xanımı Vanda Türkiyəyə gəlirlər.

Təqdim etdiyimiz hekayə Vanda xanımın məktubunda yazdıqlarından fərqlidir. Amerikan əsgərini o qədər də xoş təəssüratlarla anlatmırdı. Xatırlamalıyıq ki, Danışoğlu Vanda xanımı ölümündən bir neçə il qabaq tanıyıb, söhbət edib. O zaman Rəsulzadənin həyat yoldaşı yaşlı qadın idi, ola bilsin ki, bir çox hadisələri tam aydın xatırlamırdı. Təqdim edəcəyimiz məktublar isə 60-cı illərin sonunda yazılıb və birinci mənbədən olduqlarına görə zənnimizcə, həqiqətə daha uyğundur.

 

«Azərbaycan prometeyçilərinin ən görkəmli xadimi olan»

 

Qeyd edək ki, məktubların surəti müəllifin şəxsi arxivində saxlanılır ixtisarla təqdim olunur. Vanda xanımın aşağıdakı məktubu Edmund Xaraşkeviçin 16 dekabr 1967-ci ildə yazdığı məktubuna cavabdır. Edmund Xaraşkeviç 20-30-cu illərdə Polşa kəşfiyyatında 2 Ekspozıtura adlanan Prometey məsələləri prometeyçilərlə məşğul olan şöbənin rəisi idi. Xaraşkeviç Vanda xanıma Prometey hərəkatı ilə bağlı kitab hazırlamaq arzusunda olduğunu bildirir bununla bağlı «Azərbaycan prometeyçilərinin ən görkəmli xadimi olan» Məhəmməd Əmin Rəsulzadənin əsərlərini, xatirələrini Vanda xanımdan istəyir. Vanda xanım Edmun Xaraşkeviçə yazırdı:

«Əziz Pan!

Bayram təbriklərini almaq mənim üçün hədsiz xoş oldu (xüsusən ona görə ki, məktub Milad bayramı günü gəlib çatdı — o gün ki, tənha adam özünü lap tənha hiss edir). Burada Milad bayramı keçirilmiryalnız gecələr italyan fransız kilsəsində bayram keçirmək olar. Lakin bu yeganə təsəllidən bu il məhrum olmuşuq, çünki qış bizi «dəhşətli» güclü şaxta sırsıra ilə salamladıƏmin bəyin vəfatından sonra maliyyə çətinlikləri üzündən əziyyət çəkərək (mənzilimin darlığı) kitabxana arxivləri etibarlı layiqli yoldaşlara ötürdüm. Şəxsən məndə Parisdə nəşr olunmuş «Prometey»in ondan artıq nüsxəsi sonrakı, buradakı mətbuatdan kəsilmiş parçalar var. Daha çox material üçün yoldaşlara müraciət edəcəyəmonlarla qarşıdan gələn «Şəkər bayramı» münasibəti ilə görüşəcəyəm.

Lakin bir az səbirli olmağınızı rica edirəm. Sizə məlum olduğu kimi, bizdə ölməz qüdrətli — «yavaş» (bu söz məktubda türk dilində yazılıb — red.) şahlıq diktatorluq edir.

 

«Bütün dünyaya səpələnmiş həmyerlilərimlə məktublaşıram»

 

Londonda məskunlaşmış dostlarımız xeyirxahlığından istifadə edərək (Kontovtt) «Dziennik Polski» «Gazeta Polska» qəzetlərini (oxunduqdan sonra) alıram. Milli kitabxanada işləyirəm, Polşa Elmlər Akademiyasının qiymətli nəşrlərini vətəndən gəlmiş albomları gözdən keçirirəm. Eyni zamanda, bütün dünyaya səpələnmiş həmyerlilərimlə məktublaşıram. Ən sevimli rəfiqəm Marışyadır».

Qeyd edək ki, Vanda xanımın rəfiqəsi, yəni Rışya Novakovska Vanda xanımı «mənim Ankaradakı anam» adlandıraraq yada salır. Marya Novakovska (Stykosailə qurduqdan sonrakı soyadıdır) Vanda xanımı Türkiyədə Ankara Kolecində ingilis dili dərsi dediyi zaman tanıyıb. Xatırlayır ki, Vanda xanım fransız dili dərsləri deyərək bir cür, birtəhər dolanırdı, zəngin olmasa da, çox alicənab adam idi. Tez-tez onun yanına gedərmiş, hər dəfəsində yemək yedikdən sonra Vanda xanım onu dincəlməyə məcbur edərmiş.

Daha sonra Vanda xanım məktubunda yazırMəktubumu gecə saat ikidə bitirirəmRamazan bayramı münasibəti ilə küçə səs-küylüdür (axşamlar yeyirlər, içirlər, səhərlər isə yatırlar) — ona görə o qədər darıxdırıcı deyil.

Bir daha sizə uğurlar arzu edirəm, həmişə xoş münasibət bəsləyən Vanda R

 

Kədərli gün

 

Novbəti məktub 1968-ci ildə yazılıb:

«Mənim göndərdiyim kitabları aldığınızı təsdiqləyən məktubu 6 martda aldım. Kədərli gündəƏmin bəyin ölüm günü, hansını ki, tənhalıqla keçirdim, səhhtim ucbatından qəbirüstünə belə gedə bilmədim. Bu münasibətlə ondan yadigar qalan əşyaları gözdən keçirdim, qəzetdən iki yazını sizə göndərirəm.

Bilmirəm yoldaşımın əməkdaşlarında Əli Azərtəkini xatırlayırsınız, ya yox-bir neçə ay bundan öncə İstanbulda vəvat etdi (türk dilindən Münhendəki orqanlar üçün tərcümələrlə məşğul idi). Özündən sonra çoxsaylı kitablar qoyub, hamısı həmyerlilərindədir. Ankarada mühacirlər arasında sakitçilikdir, hər kəs şəxsi işiylə məşğuldurəsasən ev ya mənzil əldə etməklə. Narazılıq edə bilməzlər, axır illərdə varlanıblar.

Məktubunuzda yazırsınız ki, polyak dilindəki «Azərbaycan istiqlal savaşında» adlı kitabı əldə etmək istərdiniz. Qəribə yollarla, dünyada «rəvayət» dolaşır. Guman etməzdim ki, vaxtsa bu kitabın hekayəsini yadigar olaraq çatdıra bilərəm.

Kitabın nəşri müharibə başlamamışdan öncə başa çatmışdı. Varşavanın bombardımanı zamanı bütün nüsxələr nəşriyyatın anbarında idi. Bombardıman bitdikdən sonra «müttəfiqlər» Visla çayının əks sahillərində dayandıqları zaman, nəşriyyatın bərk hürkmüş sahibi «yoldaşların» qorxusundan bu yükdən nəyin bahasına olursa-olsun, canını qurtarmaq istəyirdi. Hoja küçəsində ailəmin salamat qalmış ev zirzəmisində dinclik tapdı, deyilənə görə bir neçə il sonra arabaları da satışa qoymuşlar (siyasi vəziyyət dəyişən, almanlar şərqə gedən zaman). Lakin izinə düşə bilmədik, müharibədən salamat çıxıbsa da, yəqin üsyan müsibəti zamanı puç olub.

1940-cı ildə türk konsulunun köməyi ilə Varşavanı tərk edib Buxarestə gedəndə qovluqda iki nüsxəAzərbaycan istiqlal savaşında» kitabı — red.) varım idi, hansıları ki, həyat yoldaşıma çatdırdım. Bir neçə il bizimlə gəzdilər 1944-cü ildə qaçışımız zamanı bizimlə səyahət etdilər, Vyanadan ta İsveçrə sərhədinə kimi. İsveçrəyə daxil ola bilmədik (vizamızın olmasına baxmayaraq). Hər yeri atəş bürümüşdü. Ona görə özümüz öz həyatımızı xilas edərək dərbədər gəzirdik. Freiburgim Breisgauda xəstəxanada azərbaycanlı həkim tapıldı, bizə kömək edirdi. Lakin sonra Reyndən keçid başladı, özüm bu «inanılmaz» möcüzələrə inana bilmirəm ki, sağ-salamat çıxdıq.

Sonra isə müttəfiqlərin «qardaşlaşması» başladı. Yoldaşım «mütləq doğma Bakıya qayıtmalı idi». yalnız onun polyak həyat yoldaşının inanılmaz ah-naləsi amerikan zabitinin ürəyinə toxundu ayrılmadıq. Bunları sizə yazıram, cünki bu tarixin kiçik bir səhifəsidir… Vanda R».

Vanda Rəsulzadənin digər məktublarından bəlli olur ki, səhhtinin getdikcə pisləşməsi onu evində olan qiymətli materialları Məhəmməd Əmin bəyin məsləkdaşlarına, yaxınlıarına paylamağa vadar edib. O, öz həyatını isə böyük məhəbbətlə sevdiyi yalnız Rəsulzadəyə deyil, həm Azərbaycan istiqlal davasına qurban verib.

 

 

Aysel

 

Xalq Cəbhəsi.- 2013.- 22 fevral.- S.10.