Ay sevdasının şeirləri
Ağlıma onunla tanış olduğum günlər gəlir. O zaman Adil Mirseyid bir kağız parçasında şeirlərinin şəklini çəkirdi. Bu gün də yenə Adil Mirseyid öz kiçik hücrəsində yazdığı şeirlərin rəsmini çəkir.
Sonra tale elə gətirdi ki, biz uzun müddət uzun müddət Adil bəylə bir otaqda çalışdıq. Doyumsuz söhbətləri ilə yaşam kodunu tutduğum iki insandan biri idi o. Gözlərinin lap dərinliyində gizlənən məsum cocuq təbəssümünə baxanda bir şeyi hər zaman dəqiqləşdirmişəm özümçün… Adil Mirseyid bu məsum cocuq təbəssümü ilə ancaq şair ola bilərdi…
Budur, Adil Mirseyid yeni şeirlərini göndərib. Mən oxudum zövq
aldım… Buyurun, siz də zövq alın…
ağrı
bütün qışı çeşid çeşid
dərmanların acısına alışdım
bütün qışı pəhriz saxladım
bəzən yuxusuz gecələrdə səhərə yaxın
çarəsizlik güc gələndə qəfildən
yorğanı başıma çəkib ağladım
yastığımın altında
gizli
gizli çəkdiyim camel qutusu
yastığımın altında şeir dəftərlərim
göy
dəftərin arasında bir şəkil
aynadakı adam kimdi bu gecə
allah
eşqinə dur aynanı sil
sıxıntılı odada divar kağızı solğun
əlim
ayağım ürəyim yorğun
gözlərimin içində xəstəlik tənbəlliyi
arabir
istanbuldan zəng vurur arkadaşım
bir həftədir
istanbulda qar yağır
çox
mersi deyirəm iyiyəm iyi
mən
qara sevdamı unutmaq üçün
əlimə qələm alıb şeir yazıram bu gün
kim bilir
bu rüzgar hardan əsdi
mən
özümü uydururam yenidən
sən
heç bilirsənmi nə olan şeydi
tənha
gecələrdə yaddaş uçurumu
bir birinə
bənzəyir monoton qış günləri
gecəyə hüzün yağır sulu qarla qarışıq
belə
gündə ölmək ayıbdi vallah
belə
gündə ölmək günahdı günah
qarabasmadı bəlkə aynada gördüyüm kölgə
alnımda tanrının bir qəmli şeiri
nə
günahın sahibiydim belə uzun yaşadım
otuz
yaş da qocalıqdı mənimçün
gicgahımda bir ağrı var
qəfil
sancır gicgahımda bir damar
güllə yeridi bəlkə
bir nar
çiçəyi açıb könlümün
budağında
şeh
damlaları parlayır yarpağında
köksümdə bir nar çiçəyi
güllə yeridi bəlkə
gözlərimdə bir qürbət qaranlığı
pərdə pərdə aydınlanan yerdəcə
içimə qorxu salan nədir birdənbirə
mən
səhrada tənha atlı
bir nar
çiçəyi açıb könlümün
budağında
alnımda tanrının bir qəmli şeiri
alnımda bir öpüş yeri
güllə yeridi bəlkə
ay sevdası
çılınçılpaq bir ay çıxır buluddan
dənizdən təzəcə çıxmış qız kimi
mən
bir yuva qura bilsəm umuddan
ovudaram
orda şair qəlbimi
sovrulub
gedirəm əsən yellərə
dəniz
sahilində bir xatirəm var
qanım
damcılayır açan güllərə
badam
ağacında gecikmiş bahar
dənizin üstündə qərib xəyalət
çılpaq ay dolaşır indi qumsalda
şair
aşiq olub deyərlər əlbət
gidi
dostlar görsə məni bu halda
mən
ayın izinə düşüb gedirəm
gedərəm gedərəm bir ömür boyu
mən
ay sevdasıyla hicrət edirəm
sən
bağışla ana ağlama uyu
baharın ilk günlərində kitabxana kafesində
kosmopolit
gənc şairlərə bir cüt söz
milli
kitabxananın xudmani kafesində
mübahisə edirlər humanist gənc şairlər
sanki
bütün dünyanın dərdi onlara qalıb
parklarda
sevişərkən yazılmamış şeirlər
dışarda da gözəlim ağaclar çiçəkləyir
divarda
bir rəsm var rəsimdə sıra dağlar
bu
qış cox uzun sürüb inşallah bahardı
mən
kəfəni yırtmışam çay məndəndi
uşaqlar
yox
şair deyiləm mən siz narahat olmayın
sizin
dünyaya asi yuvasız bir dərvişəm
ömrümdən nə rüzgarlar gəlib keçib bilsəniz
mən
cənnət bağlarında qızıl alma dərmişəm
ulduzlara
baxmışam uçurumun kənarından
ölümün nəfəsini ənsəmdə duymuşam mən
yarınlara aldanıb xəyallar qurdu könül
taleyimlə oynadım kor fələk mənə düşmən
hava
tutulur yenə yaz yağışı yağacaq
bir
göyərçin qonubdu pəncərənin önünə
nə
deyirsiniz deyin lümpen deyiləm əsla
mən
dabbaqda bələdəm şairlərin gönünə
ərik
kimi dadlıydı dağ başında sarı ay
dəhlizdəki aynada nənəmizin nəfəsi
qəsəbənin balaca şahzadəsi olmuşam
uzaq
dağ qəsəbəsi gecələr bayquş səsi
anamin
duaları quruyub illər boyu
çarəsizliklər məni sıxışdıranda tinə
bir
cüt sözüm var bu gün kosmopolit gənclərə
amandı
aldanmayın mefistonun vədinə
bakıda küləksiz qış günü
küləksiz qış günüdü həzin qar yağır
qar
yağır havada əriyir ilk qar
ürəyim çox üzgün qafam çox ağır
içimin içində fırtınalar var
uzaq bir
xatirə düşür yadıma
şəffaf bir xatirə akvarel kimi
qırx
damla göz yaşı çatmaz dadıma
fit verib
limandan ayrılır gəmi
qar
yağır şəhərə ürəyim üzgün
ah
çarəsizlikdən gözüm dolacaq
gövdəmiz torpağa girəcək bir gün
son arzum
bir şeir yazmaq olacaq
qarşılıqsız sevdik bu vətəni biz
qoy axan
qanımız halalı olsun
büllur
qədəhlərə sən ginokard süz
başımız üstündə hilalı olsun
bir intihar hekayəsi
tətiyi
qapıya bağlı silahla
özünü öldürən bir adamın təbəssümü
necə
olar bilirsənmi
hər
halda şərab qoxumaz
o
adamın ölümünü görən kiçik
quşcığaz
bir daha
qəfəsdə nəğmə oxumaz
sağlığında nə çarələr
düşünüb tapırdı adam
gözü yaşlı bir qadının üzünü
güldürmək üçün
bir sahil
qəsəbəsindən yola çıxdı
bir
gün özünü öldürmək üçün
indi
gözü yaşlı qadın yalnız qalacaq
qəfəsdəki quşcığaza qasılıb ən məsum
halıyla
mətbəxdə oturub yaşıl çay içir
sevdiyi
adamın xəyalıyla
masanın üstündə boş bir külqabı
masanın üstündə iki fincan
masanın üstündə bir cüt şam yanır
divar
saatında dayanıb zaman
bir sufiyə məktub
mən
zahid kimiyəm sufi qardaşım
allahını sevən dünyaya düşmən
fələyə mələyə qarışdı başım
döymədim hücrənin qapısını mən
bizim
yollarımız kəsişmədi heç
atları
yanaşı sürüb getmədik
dünyada səadət arama vaz keç
biz də
bir kimsəni xoşbəxt etmədik
bu fani
aləmdə keçdi ömür gün
cəllad
kötüyünə baş qoymadıq biz
dua eləmişik
qəriblər üçün
həyat
nə şirinmiş heç doymadıq biz
bəlkə unutmusan unutmusan sən
röyamıza girən haqqın üzünü
sən
də bir zahidsən dünyaya düşmən
amanın
günüdü qoru özünü
neçə gündü yağış yağır şəhərə
mən
də rüzgarlarla sovrulub axdım
dəmir
çarıq geyib çıxdım səfərə
dünyanın damından dünyaya baxdım
bulud adam
pəncərəm açıq qaldı bir ilk bahar gecəsi
məni
yuxudan oyatdı birdən
pəncərədən hücrəmə girən buludun səsi
yuxumda
bulud idim bir ilk bahar gecəsi
pəncərədən girmişdim
bir
talesiz adamın hücrəsinə
talesiz
adam çocuq kimi gülümsəyirdi röyada
şeirləri oyaq idi şeirləri ilə qonuşdum
öz
şeirlərimlə qonuşurmuş kimi
yağlı boya sarı heyva
kardemin
qoxsusu asilmışdı tavandan
talesiz
adam hələ də gülümsəyirdi
mən
talesiz adamın royasını gördüm aynada
bəlkə mən də bir zamanlar
bəyaz
bulud olmuşam
ondandı bəlkə bu gecə
bulud
adam pəncərədən girib hücrəmə
cahid küləbiyə ithaf
çebəci körpüsündə axşamlar
cahid
küləbənin kölgəsi
körpünün üstündə pəmbə buludlar
körpünün altında tren səsi
cahid
ölmədimi yetmiş yeddidə
gözlərində sivas yollarının sonsuz kədəri
royasını görmüşdüm cahid gülümsəyirdi
elə
bil sağlığında ağlamamış kimiydi
cebəci
körpüsündən keçən adam
cahid
deyildisə onda kim idi
yaşılı mavisi beyazı gözəl bu may günündə
gözlərim yol çəkir pəncərə önündə
hər
zaman içimdə payız hüzünü var
hər
zaman palitramda umud rəngləri
ultramarin
oxra kadmi kinovar
çay
soyuyur çay soyuyur fincanda
quşlar
azır uzaqlarda dumanda
mən
sənin umurunda deyiləm şair
ölüm mələyi qapımı inadla döyür bu anda
mən
umurunda deyiləm şair
çarmıxdakı şair
mən
ruhumu çarmıxa çəkmiş adam
mən
öz əcəlim ilə ölmək üçün
doğulmamışam
əcəliylə ölmək üçün doğulurmu
peyğəmbərlər şairlər
doğulursa mən şair deyiləm
çoxdandı şair asmırlar dar ağacından
şair
güllələmirlər məmləkətdə
mən
ruhumu çarmıxa çəkdim qürbətdə
bütün uğursuzluqlardan sonra
rənglərdən rəsimlərdən şeirlərdən
bıkanda
röyasız qaranlıqda ruhumu çarmıxa çəkib
üçüncü göz diləyirəm tanrıdan
öz əlimlə
boğazıma kəndir keçirdim
asdım
özümü içimdəki dar ağacından
gözlərimlə gördüm allah gördüm necə
ölürəm
ilahi bu
dəfə yenə
lütf
eylədin şərəf verdin mənə
yenə
son anda kəfəni yırtıb çıxdım
hələ neçə dəfə özümə qəsd edəcəyəm
hələ neçə dəfə son anda kəfəni
yırtıb çıxacağam
sənmi
dedin bu sözləri mənim zavallı ruhum
sənmi
dedin tanrım bağışla onu
öz
ruhunu çarmıxa çəkmiş bir türk oğlunu
Oktay
Xalq Cəbhəsi.-
2013.-23-25 fevral.- S.15.