Binəqədi rayonundaHüquqi dövlətin prinsipləri” mövzusunda tədbir keçirilmişdir

 

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, 18 iyun -İnsan Hüquqları Günü münasibətilə mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətlərin və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

Aylıq çərçivəsində keçirilən belə tədbirlərdən biri də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə reallaşdı.

Rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Yunis Hüseynov geniş məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuşonun təkmilləşdirilməsi  üçün etibarlı zəmin hazırlanmışdır.

Ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.

Yunis Hüseynov xatırlatdı ki, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar və demokratikləşmə yolu keçib. Yeni Konstitusiyanın tələblərinə  uyğun olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub.  Əsas Qanunda təsbit olunduğu kimi, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmiş    Azərbaycan nəinki MDB, hətta Şərq aləmində bu tarixi qərarı qəbul  edən ilk dövlətdir. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra ölkələr analoji addım atmamışdılar. 1998-ci il iyunun  18-də isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açdı. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı...

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqatlar İnstitutunun elmi işçisi Esmira Orucova qeyd etdi ki, hazırda respublikamızda cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Binəqədi Rayon prokurorunun köməkçisi Ülvi Abbasov dedi ki, Prezident İlham Əliyevin son 10 ildə yürütdüyü iqtisadi, siyasihüquqi islahatların əsasında  məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev çıxışında qeyd etdi ki, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda, ölkə Konstitusiyasının müddəalarından irəli gələn tələblərə müvafiq olaraq son illər insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedurhesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 8 iyun.- S. 9.