Ruslara qarşı savaşan bir Türk
Batırşa Kimdir?
I yazı
Batırşanın həyatı ilə əlaqədar məlumatlar
müxtəlif qaynaqlarda
fərqli şəkildə
verilmişdir. Tarixdə Batırşa və
ya Batırşah adı ilə bilinsə də, tarixçilər bizlərə
onu Gabdulla Aliyev, Batırşa Aliyev, Gabdulla Myazgaldin adı ilə tanıdırlar.
Məşhur tarixçi Gaysa
Hüseynovun fikrincə,
Batırşanın gerçək
adı Bahadirşah Miğlegali oğlu olub (Galiyev). Xalq arasında isə onun adını qısaldaraq Batırşa
deyə adlandırıblar.
Gobeydulla
Mezgıtdin isə böyük bir ehtimalla onun ləqəbidir. Rizaetdin
Fehretdinə görə
isə, Batırşanın
gerçək adı
Gabdulla Tuktargali oğlu (Galiyev)dur.
Bu günə kimi
Batırşanın harda
və neçənci
ildə doğulması
ilə əlaqədar
qəti bir məlumat verilməmişdir. Bəzi tarixçilərin
fikrincə, Batırşa
1715-ci ildə 35 xanalı
Qarış (bəzi qaynaqlarda Karışbaş)
kəndində Mişer
Tatarı olan Tuktargali Dusaliyevin ailəsində dünyaya gəlmişdir. Qarış kəndini
1693-cü ildə Rusiyada
məcburi hərbi xidmət edən tatarlar qurublar. 1702-ci ildə kəndə
köç edən
23 ailə arasında Batırşanın atası
molla Tuktargali Dusaliyevin ailəsi də olmuşdur. Tuktargali Mollanın haradan gəldiyi bilinməsə də kəndə gələnlərin əksəriyyətinin
Nijgar tərəflərindən,
Alatar, Qurmuş, Arzamas vilayətlərindən
köç etdikləri
məlumdur. A.P.Çuloşnikov, S.M.Vasilyevler, P.İ.Rıçkovun
kitabındakı məlumatlara
əsaslanaraq Batırşanın
doğum ilini 1710-1715 kimi vermək mümkündür. M.İ.Ehmetcanov,
Batırşanın doğum
tarixinin 1711-ci il olduğunu yazmışdır. «Tatar ensklopediyası»nda 1710-1715-ci illər,
«Başqırd Ensiklopediyası»nda
1709-1717-ci illər Batırşanın
doğum tarixi kimi göstərilmişdir.
Batırşanın doğum tarixi
ilə əlaqədar
bir məlumatın olmamasının səbəbi,
arxivlərdə mövzuyla
əlaqədar məlumat
əskikliyindən qaynaqlanmaqdadır.
Batırşa tutulduqdan
sonra Moskvadakı istintaqında: «Yaşım
30-dan yuxarıdır, qəti
olaraq neçə yaşında olduğumu bilmirəm» — demişdir. Batırşanın istintaqında qatılan
P.Rıçkov onun tutulanda 46 yaşında olduğunu qeyd etmişdir. 1756-cı ildə 46 yaşında tutulan Batırşanın
doğumu 1710-ci (1756-46=1710) illərə təsadüf
edir. Təxminlərə əsaslanaraq deyə
bilərik ki, Batırşa 1710-cu ildə
Ufa vilayətinin Sibirya
rayonunun Qarış kəndində dünyaya gözlərini açmışdır.
Bu günlərdə bu kənd, Başkurdistanın
Baltaç bölgəsində
olub, Yuxarı Qarış olaraq adlandırılmaqdadır.
Batırşa, ilk təhsilini atası Tuktargali Molladan alandan sonra, Taysugan kəndində (indi Elmet bölgəsi)
Qabderrəhman Molla mədrəsəsində təhsilinə
davam etmişdir. Qabderrəhman
Molla, Batırşanın
gələcək vəd
edən bir şagird olduğunu fərq etmiş olmalı idi ki, ona Qazan
vilayəti Alat Yolundakı Daşkıçı
Mədrəsəsinə getməsini
təklif etmişdir. Batırşa 1734-1744-ci illər arasında adı çəkilən mədrəsədə
təhsil almışdır.
O, bölgənin tanınmış
mollası Qabdesselam Urazmöhemmeddən (bəzi
qaynaqlarda adı yalnız Uray kimi də keçməkdədir)
dini dərslərin xaricində dünyəvi dərslər də almışdır. Batırşanın milli müstəqillik mübarizəsi lideri kimi formalaşmasında Qabdesselam Mollanın təsiri böyükdür.
Batrışanın mədrəsədə təhsil
aldığı illər
Çarlıq Rusiyasının
müsəlmanlar üzərindəki
təzyiqinin pik nöqtəyə çatdığı
illərdir. O, zorla xristianlaşdırma siyasətini
öz gözləriylə
görmüş, rus təzyiq və zülmünü öz üzərində daim hiss
etmişdir. Batırşanın 1744-cü ildə təhsilini yarıda qoymasının səbəbi
1742-1743-cü illərdə bölgədəki mədrəsələrin
bağlanılmasıdır ki, Daşkıçı
Məscidinin yıxılması
o illərdə baş
vermişdir. O zamanlar
Daşkıçı 40 xanalı
bir kənd olub, kənd sakinləri arasında Kreşenler (zorla Xristianlaşdırılmış Tatarlar) olmamışdır.
Batırşa təhsilini bitirdikdən
sonra əvvəl Ufanın Ağıla Yolundakı Geyne nahiyəsinə bağlı
Küzemyar-Bayavıl kəndində
(indilərdə Perm Bölgəsi
Barda Eli kəndi) və 1746-1749-ci illəri arasında İset vilayəti Kuşanak bölgəsinin Möslim Eşirov kəndində (indilərdə Çilebe
Bölgəsi Möslim
kəndi) müəllimlik
və axundluq etmişdir. Batırşa kənd idarəçisi
(starşina) Müslim
Eşirov ilə yaxın münasibətdə
olmuşdur ki, 1747-ci ildə onun bacısı Zölbahar Xöseyenin qızı Zölhebire ilə evlənmişdir. Batırşa ilə Zölhebire cütlüyünün Tacettin
adında bir oğlu və Züleyxa və Salehə adında iki qızı dünyaya gəlmişdir.
5 il aradan
sonra kəndinə dönən Batırşa
orada imam kimi fəaliyyət göstərmiş,
mədrəsə açmış
və şagirdlərə
dərs vermişdir. Qısa bir müddətdən sonra Batırşanın açdığı mədrəsə
bütün ətraf kəndlərdə şöhrət
qazanmışdır. Kənd mədrəsəsinə yalnız
kəndli və ətraf kəndin uşaqları yox, təhsil almaq üçün Kazan, Könger
və İset vilayətlərindən də
tatar-başşqırd tələbələri
gəlmişdir. Gün
keçdikcə Batırşanın
şöhrəti daha
da artmışdır
ki, 1754-cü ildə ona Ufa vilayətinin Sibirya Yolunun axundu (yüksək dərəcəli imam) olması
təklif edilmiş, lakin bölgə idarəçisi (starşina-binbaşı)
Yanma Abdullinin qarşı çıxması
ilə bu vəzifəyə təyin
edilə bilməmişdir.
Müsəlmanlar yaşayan bir
çox yerdə olan Batırşa rusların zorla xristianlaşdırma siyasətinin
şəxsən şahidi
olmuş, bu zülmü dayandırmağın
yollarını araşdırmışdır.
Xristianlaşdırma yolu
ilə ruslaşdırmağı
dayandırmaq üçün
mübarizədən başqa
çarə olmadığını
anlayan Batırşa millətinin qədərini
dəyişdirmək üçün
ruslara qarşı üsyan açmağı
qərara almışdır…
Oktay
Xalq Cəbhəsi.-
2013.- 2 may.- S.15.