Salyanda Türkçülük günü: dördü birində…

 

Başlayaq? Ya Bismillah!… Əvvəla, ərz edim qulluğunuza ki, Türk dünyası məsələsi ta başından bəri bizdə şəxsi mənfəət və biznes strukturlarının qorunması, yaşam mücadiləsində sığınmaq baxımından önəmli yer tutub. Yəni ölkəmiz müstəqil olandan, bir balaca belini dikəldib ətrafına baxıb Türk dünyası ilə maraqlanmağa başlayandan bəri Türkçülüyü bir qisim insanlar özəlləşdirib, türkçü işləməyə başlayıblar.

Türkçü işləmək isə o qədər asandır ki!

«Vətən, millət, Sakarya» — de, imkanlar qazan!

«Vətən, millət, Sakarya» — de, millət vəkili seçil!

«Vətən, millət, Sakarya» — de, hamı səni salama dursun!

«Vətən, millət, Sakarya» — de, hamı sənə «sənin qeyrətinə qurban olum» — desin! Sən supereqonu tumarla!

Amma heç kim «Vətən, millət, Sakarya» — deyib, bütün gücünü ortaya qoyub görmək haqqında düşünmür! Amma heç kim «Vətən, millət, Sakarya» — deyib, Türk dünyasını bir araya gətirmək haqqında düşünmür!

zaman çox hörmətli millət vəkilimiz Nizami Cəfərovdan ortaq əlifba məsələsini soruşsaq, bu sahədə gedir! zaman ortaq ədəbiyyat haqqında danışsaq, yadıma çox hörmətli xalq yazıçımız Anar müəllimin dediyi «mən sizi ortaq Türkcədə salamlamaq istəyirəm» — sözləri düşür.

isə… Bu problemləri uzun-uzadı saymaq olar bütün bunlar saymaqla bitəsi deyil. Mən ümidli idimƏtağa cəddi, ümidli idim, ta o zamana kimi kiSalyanda Türkçülük gününə həsr olunan tədbirə getdim

«Tədbir var» — dedilər, getdik

Deyirdilər, Türk dünyası ilə bağlı keçirilən əksər tədbirlər lağlağı obyekti ola bilər. Deyirdim: danışırsınız, elə şey olar? Təəssüf ki, elə imiş

Deyirdilər, Türk dünyası ilə bağlı keçirilən tədbirləri ancaq bir-iki nəfər öz adına çıxır. Deyirdim: elə şey olmaz, çünki onlar dəyər sahibi, bu işə sidqi-ürəkdən inanan insanlardırğTəəssüf ki, inanmırlarmış

«Tədbir var» — dedilər, getdik. Özü düz Salyana!

«Salyan» — deyəndə qətiyyən nəsə ağlımdan keçirməmişdim. Çünki Salyan Əlibəy Hüseynzadəni verib Türk dünyasına. Salyan Ağa Mirbağır ağanı verib Türk İslam dünyasına. Çünki Salyan Xəlil Rza Ulutürkü verib bu yer üzünə, Azərbaycan ədəbiyyatına. Ona görə qətiyyən heç bir şübhə duymadan yol aldıq Salyan şəhərinə. Sənim üçün bu bir vəfa borcu idi gedib Salyanı görüm, Əlibəy Hüseynzadənin, Ağa Mirbağır ağanın, Xəlil Rzanın bir zamanlar tənəffüs etdiyi mənəvi havadan az da olsa mən alım.

Mənə elə gəlirdi ki, Türkçülüklə bağlı səmimi qəlbdən, heç bir təmənna güdmədən nəsə eləməyə mənim mənəvi haqqım var bu mənəvi abu- hava mənə gələcək üçün stimul verəcək.

Salyanda Xəlil Rzanın heykəlini Türk şəhidlərinin məzarlarını ziyarət edəndən sonra öz-özümə düşündüm ki, ayə, əcəb Əli bəy Hüseynzadənin abidəsini ziyarət edib bir dəstə gül qoymadıq ora? Qoymadıq da, əfəndilər, bizlər sadəcə qonaqdıq. Qonaq da umduğunu yox, tapdığını yeyər

Gəldik Türkçülük bayramına

Salyan rayonunun Qaraçala qəsəbəsində qəşəng bir məkanda keçirilirdi Türkçülük günüGəldik avtobusla deyilən məkana. Qapıdan içəri girən kimi bizi Türkiyə Azərbaycan bayraqları qarşıladı.

Ürəyimiz dağa dönsə , digər Türk respublikalarının bayrağını görmədik təəccüb hissi bizi bürüdü. Türkçülük gününü keçirmək eşqinə düşənlər üçün bu qədər çətin idimi digər Türk dövlətlərinin bayraqlarını ordan asmaq?!

isəAsmayıblar canları sağ olsun! Durub böyüdəsi deyilik ki

Salyanın pəhləvanları məharətlərini göstərirdilər hamı adamın başını deşən günün altında dayanıb qədim Türk qəhrəmanlıq səhnələrini izləyirdilər.

Tədbir başladı aparıcı xanım Türkçülüyün (bəlkə Türkiyəçiliyin) dozasını yaxşı tutdura bilmədi bizi Azərbaycanın istiqlal marşını oxumağa dəvət etdi. 1992-ci il mayın 27-də parlament «Azərbaycanın dövlət himni haqqında» qanun qəbul edib. Həmin qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan marşı» Azərbaycan Respublikasının dövlət himni kimi təsdiq edilib. Bəs hardan çıxdı bu İstiqlal marşı?!

Çox hörmətli Azərbaycanlıların digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov keçirirdi tədbiri. Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər arasında «Müasir Azərbaycanın inkişafında Türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu» mövzusunda yazı müsabiqəsinin nəticələri elan olundu qaliblər mükafatlandırıldı.

Amma irəliləyən dəqiqələrdə anlaşıldı ki, bu tədbirdə Türkçülük günü sadəcə belə deyək görüntü imiş. Bizlər tədbirin daha bir məqsədini çıxışlardan birində anlamış olduq: sən demə, Türk dünyasının böyük oğlu İlham İsmayılovun mayın 1-də ad günü imiş. Tədbirdə çıxış edənlərdən biri İlham İsmayılovun necə nəhəng işlər gördüyünü anlatdı davam etdi ki… O, mütləq növbəti seçkilərdə Milli Məclisdə oturmalıdır. Bu da növbəti səbəb

Əzizlərim, məsələdir? Yəni, siz Türkçülük günü keçirirsiniz, yoxsa təbliğat təşviqat kompaniyasına start verirsiniz? Türkçülük günü elə bir ülvü, elə bir dəyər üzərində qurulub ki, o dəyər uğrunda neçə yüz minlər şəhid olub, qədər gəncin toy şaxı bəzənməyibBəs onlar olacaq? Bu qədər asandır yəni hər şey? Bu qədər bəsit zənn edirsiniz siz bu dəyəri?

Tamam, anladıq hər kəsin yüksək məqam qazanmaq arzusu var bu normaldır. Kimsə millət vəkili seçilmək istəyirsə, bunu daha sivil yolla edə bilər. Daha Türkçülük günü

Biz bu ölkədə milli-mənəvi dəyərlərin qorunması, onun gələcək nəsillərə çatdırılması haqqında düşünür əlimizdən gəldiyincə bunu həyata keçirməyə çalışırıq. SizsəSonra da qalxıb Türk dünyası haqqında danışırsınızTürkçülük gününün altına sığınırsınız

Qaraçala futbol komandası Muleyli….

Ziyafət başlayanda dostlarımızdan biri dedi ki, əgər içki varsa, bir saatdan sonra Türkçülük günü toya çevriləcək. Dediyi kimi olduSən demə Qaraçala Futbol komandası İlham müəllimin dəstəyi ilə oynayırmış həmin komanda bu il birinci yerə çıxıbmış. Söz verildi komandanın rəsmisinə. O, da bir neçə kəlmə deyəndən sonra komanda heyətini rəqsə dəvət etdi: «Muleyli» rəqsinə….

Dedilər, güldülər, oynadılar, yedilər, içdilərGünün anlam-önəmi haqqında heç deyilmədi, heç danışılmadı. Bilinmədi ki, bu tədbir niyə keçirilir, səbəb nədir, məqsəd nədir? Bayramdır, vəssalam

Bu təfəkkür dəyişməlidir, vəssalam

«Bayramdır, vəssalam» — deməklə alınmır, arxadaşlar, inanın alınmır. Çünki bu bayram sizin gördüyünüz 1 may bayramı deyil, 9 may qələbə bayramı isə heç deyil.

Yenə deyirəm, Türkçülük bayramı əgər siz deyən formatda olsaydı, mən sizlə razıHətta mən bu yazını da yazmazdım. Amma işin içinə maddi şəxsi mənfəətlər qatılırsa kimsə Türkçülükdən tramplin kimi istifadə edirsə, heç qüsura baxmayın, bir sözüm olacaq: bu təfəkkür dəyişməlidir, vəssalam! Bəlkə , indiyə kimi sizə bunları deyən olmayıb, amma eşitsəniz yaxşı olar

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2013.- 7 may.- S.13.