İstiqlalımızın Rəsulzadəsi
28 May Cümhuriyyət Gününə sayılı günlər qalır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), İstiqlal Bəyannaməsinin elan edildiyi gündür. Bəs istiqlaliyyətə aparan yol necə olub, 23 ay mövcud olan Cümhuriyyət bizə nə verib?
İkinci dönəm
müstəqillikdən sonra öyrəndiyimiz
tarixi faktlara istinad etsək o zaman deyə bilərik ki,
1918-ci il mayın 28-ə qədərki
dövrdə həm Cənubi Qafqaz, həm
də Cənubi Qafqazdan kənarda
qarışıqlıq olub. I Dünya Müharibəsi davam edir, çox
böyük dağıntılar baş verir, dövlətlərarası
münasibətlər gərginliyilə seçilir,
Cənubi Qafqaza da xüsusi önəm verilirdi.
İkincisi, Cənubi Qafqazda
aralarında qarşılıqlı ziddiyyətlərin olduğu azərbaycanlılar, ermənilər
və gürcülər üçün
yeganə hakimiyyət Seym və Seymin qarşısında hesabat
verən Zaqafqaziya Komisarlığı olub.
Müstəqilliyə
aparan yol
Belə bir dövrdə Azərbaycanın
müstəqilliyinin elan edilməsi tarixi zərurətdən irəli gəlib. Həzərə
alınmalıdır ki, o
dönəmdə ölkənin ərazi bütövlüyü
pozulub, Bakı erməni-rus birləşmələrinin
əlində olub, Qərbi Azərbaycan erməni
silahlılarının çox böyük təcavüzünə məruz
qalıb, minlərlə insan qətlə yetirilib, didərgin salınıb. Digər tərəfdən,
Azərbaycanda elə qüvvə olmayıb ki,
Cənubi Qafqazdakı türkləri, azərbaycanlıları
müdafiə etsin. Yeganə qüvvə heç bir hakimiyyəti,
hərbi hissəsi və xaricdən hələlik köməyi
olmayan Seymdəki 44 nəfər azərbaycanlı
deputatlardı. Seym də ermənilərlə
gürcülərin əlindəydi. O
baxımdan AXC-nin elan
edilməsinə qədər gedən yolda
Azərbaycanın vətəni, torpağı hər şeydən
yüksək tutan ziyalıları Məhəmməd
Əmin Rəsulzadə, Həsib bəy Yusifbəyli, Fətəli
xan Xoyski, Məhəmmədhəsən
Hacınski başda olmaqla
cəsarətli tarixi addım
atıblar. 1918-ci il mayın 26-da Gürcüstan Seymdən çıxıb və
müstəqilliyini bəyanlayıb. Azərbaycan fraksiyası da ölkənin taleyini düşünüb AXC-nin
varlığını bəyan edirlər. 1918-ci il mayın 27-də qanunverici
orqan-Milli Şura
yaradılır. Bir gün
sonra İstiqlal Bəyannaməsiylə
dünya dövlətlərinə Şərqdə
Demokratik Cümhuriyyətin
yarandığını elan ediblər.
23 ayda görülən işlərin qısa
xülasəsi
Sovet dövründə 70 il ərzində çalışıblar ki, AXC-ni, Cümhuriyyət liderlərini xalq yaddan çıxarsın, onları xalq düşməni kimi qələmə versinlər. SSRİ dağılandan sonra üzə çıxıb ki, heç də deyilənlər kimi deyil, Cümhuriyyət xalqımızın ləyaqətli bir dövlətçilik ənənəsi, liderləri vətənin ləyaqətli övladları olub. Daxili çərçivədə izlənilsə, görünər ki, 23 ay ərzində yoxdan bir dövlətçilik qurulub. Azərbaycan xalqına, torpağına hökmən belə bir dövlət lazım idi. Həm də bu dövlət Bakıda, yaxud Azərbaycanın hər hansı bir guşəsində yox, Tiflisdə elan edilib. Bu da məcburiyyətdən doğub. Milli Şuradakı ziyalılar gələcəyə, uzaqgörənliyə inanıb AXC-ni elan ediblər. 23 ay ərzində Azərbaycan iqtisadiyyatının dirçəldilməsi prosesi başlayıb. Kənd təsərrüfatı, neft sənayesi və digər sahələr baxımından iqtisadiyyat yenidən qurulub. Mədəniyyətin, tarixi ənənələrinin dirçəldilməsi baxımından da mühüm iş görüblər, Azərbaycan türk dili haqqında qanun qəbul edilib, Bakı Dövlət Universiteti açılıb, xaricə oxumağa tələbələr göndərilib, elm-təhsilə diqqət artırılıb, İstiqlal Muzeyi yaradılıb.
Azərbaycanın sərhədlərinin yağı düşmənin təcavüzündən qorunması baxımından bu dövlətçilik mühüm rol oynayıb.
23 ay ərzində AXC
yaxın qonşularla, o
cümlədən ABŞ, İngiltərə, Fransa,
İtaliya və digər dövlətlərlə
münasibətlərin tənzimlənməsində çox düzgün siyasət
yeridib. Bu siyasət nəticəsində AXC dünya
dövlətləri tərəfindən de-fakto
tanınıb, təcavüzkar ermənilərin də
qarşısı alınıb. 23 ay ərzində
Cümhuriyyət demokratiya, dövlətçilik,
mədəniyyət, istiqlalçılıq baxımından
Azərbaycan tarixində böyük
rol oynayıb. Bu
proseslərdə Məhəmməd Əmin Rəsulzadənin
oynadığı rol əvəzedilməzdir.
Günümüzdə Məhəmməd Əmin Rəsulzadəyə
qarşı hücuma keçməyə
də çalışırlar. Hətta bir neçə il bundan əvvəl Məhəmməd Əmin Rəsulzadənin
Bakı Dövlət Universitetinin həyətində
büstünün qoyulması üçün olan postametin üzərinə tələbələrin
qoyduğu gül dəstəsini
polislər kənara atıblar. 70 il ərzində
sovet hökuməti bu
böyük şəxsiyyəti vətən
xaini, əks inqilabçı kimi qələmə verməyə
çalışıb, 70 il sonra məlum olub ki, o, bütün
bunların hamısından müsbət mənada yüksəkdə
durur. Məhəmməd Əmin Rəsulzadə
böyük şəxsiyyətdir ki, Seymin 44 nəfərlik
azərbaycanlı fraksiyasına sədrlik edib.
O, ilk sərəncamverici, qanunverici
orqanın-Milli Şuranın rəhbəri olub.
Tarixin dana bilməyəcəyi
şəxsiyyət
Azərbaycanın
varlığının qorunub saxlanması, Bakının Azərbaycanın
döyünən ürəyi olmasıyla bağlı
böyük mücadilə aparan da Məhəmməd Əmin
Rəsulzadədir. O, bütün
varlığını istər 23 ay ərzində,
istərsə də xaricdə mühacirətdə
yaşadığı illərdə Azərbaycanın
varlığı, müstəqilliyi uğrunda
mübarizəyə həsr edib. Bu danılmazdır. Bunu kim dansa da,
tarix dana bilməyəcək,
əsrlərlə, minilliklərlə yaşayan
şəxsiyyət olacaq. Məhəmməd
Əmin Rəsulzadə nəinki böyük
şəxsiyyət, dahilərdən də dahidir,
çünki o,
dövlətçilik ənənələrini inkişaf etdirən bir
şəxsdir. O cümlədən Məhəmməd
Əmin Rəsulzadənin silahdaşları-Fətəli xan Xoyski, Həsib bəy
Yusifbyəli, Məhəmmədhəsən Hacınski, Xəlil
bəy Xasməmmədov, Əhməd bəy Ağayev
və digərləri böyük
insanlardır. Məhəmməd Əmin Rəsulzadə düzgün taktiki, strateji mövqedən çıxış edərək
Azərbaycanın varlığının qorunması uğrunda ölənədək mübarizə
aparıb. Məhəmməd Əmin Rəsulzadə budur. Abidə qoyulmasa da, Azərbaycan özü
onun üçün bir abidədir.
Yetərincə
öyrənilməmiş tariximiz
Tək Məhəmməd Əmin Rəsulzadə deyil, Cümhuriyyətin digər qurucularıyla bağlı görülən işlər də yetərli sayılmamalıdır. İstər Cümhuriyyətin qurucuları barədə yazılan əsərlərin sayı, istər onlara qoyulan abidə, hər birinin anılması baxımından atılan addımlar yetərli deyil. Prezident sərəncam versə də, dövlət qurumlarının buna münasibəti, bu günə qədər hətta dövlət səviyyəsində böyük tədbir keçirilməməsi diqqət çəkməyə bilməz. Yalnız Cümhuriyyətin 90 illiyində Milli Elmlər Akademiyasıyla Mədəniyyət və Turizm Hazirliyi bir tədbir keçirdi. Bir də xırda müəssisələrdə tədbirləri çıxmaq şərtiylə heç nə gözə dəymədi. O baxımdan yaşadığımız bu günlərd Cümhuriyyətə çox ögey münasibət var. AXC dövrü hələ tam işlənməyib, yazılmayıb. Hələ Azərbaycan arxivlərinin açılması yetərli deyil. Bunu isə dəfələrlə tarixçilər bu və digər formada etiraf edirlər.
Təxminən beş il bundan öncə Milli Elmlər Akademiyasının Tarix İnstitutu İngiltərənin Xarici İşlər Hazirliyinin arxivindən gətirdiyi, indiyə qədər işıq üzü görməyən sənədlər toplusunu çap etdirdi.
Həmin vaxt verilən məlumatlardan
bilinirdi ki, bunlar çox dəyərli,
qiymətli sənədlərdir. Halbuki
indiyə qədər Tomsonun Bakıda
olması, İngiltərənin AXC-yə münasibəti barədə
sovet tarixşünaslığında, Azərbaycanın
arxivlərindəki sənədlər fonunda
birtərəfli fikir
yürüdülürdüsə, indi vəziyyət
fərqlidir.
Dünyanın
yaxşı baxmayacağı ögeylik…
Düzdür, ara-sıra belə toplumlar çıxır, ancaq bunlar azlıq təşkil edir. Tarixçilər deyir ki, həmin işlər dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilməlidir.
Ən azından Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını öyrənib araşdırma aparan və öz vəsaiti hesabına kitab halında çap etdirən professor Şirməmməd Hüseynova yardım olunmalıdır ki, Cümhuriyyət qurucusunun külliyyatı işıq üzü görə bilsin.
Almaz
Xalq Cəbhəsi.-
2013.- 16 may.- S.8.