Cümhuriyyət qurucularının tarixi xidmətləri
Xalq Cümhuriyyəti Dağlıq
Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyətinin
tanımasını, Naxçıvanın və Zəngəzurun
Azərbaycana mənsubluğunu təmin edib
1919-cu ildə Dağlıq
Qarabağda referendum keçirilib, ermənilər həmin
referendumda Azərbaycanın tərkibində qalmağa
razılıq veriblər
Almaz
Qarşıdan
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
95-ci ildönümü gəlir. Xalq Cümhuriyyəti necə
yaradılıb, nədən süquta uğrayıb? Dəfələrlə
bu sualların cavabı bu və digər formada verilib. Hər zaman da yeni-yeni
fikirlər, tarixi faktlar ortaya çıxıb. Yəni Xalq Cümhuriyyətinin
fəaliyyəti, tarixi
əhəmiyyəti və
dərsləri haqqında
çox yazılıb,
çox deyilib. Amma elə məqamlar var ki, tarixi
ədəbiyyatda və
mətbuatda o qədər
də əks olunmayıb. Hamı bilir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasıyla «Azərbaycan»
məhfumu ilk dəfə
coğrafi məhfumdan
dövlət adına çevrilib.
Bu dövlətin 23 aylıq fəaliyyətində
çox önəmli
məsələlər özünü
göstərib.
Xalq Cümhuriyyətinin
süquta uğraması
ətrafında isə
mübahisələr hələ
də gedir. Əslinə qalsa, həqiqətən də Xalq Cümhuriyyətinin
yıxılmasında sovet
Rusiyasının əli
olub. O cümlədən
daxildə olan düşmən qüvvələr,
ermənilər, Azərbaycan
Kommunist Partiyasının
üzvləri, xüsusən
ermənilər dəfələrlə
Moskvaya gediblər və Xalq Cümhuriyyətinin
yıxılması planlarıyla
məşğul olublar,
daxildə Xalq Cümhuriyyətinin yıxılmasıyla
bağlı yardımlarını
təklif ediblər. Xüsusən Mikoyan canfəşanlıq göstərib. Sovet Rusiyası
da Xalq Cümhuriyyətinin
yıxılması üçün
böyük hazırlıqlar
görüb. Hələ
1920-ci il mart ayının əvvəllərindən
XI orduya xüsusi tapşırıq verilib ki, Azərbaycana hücum əməliyyatını
hazırlasın. Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığı XI orduya
və Volqa-Xəzər
donanmasına əmr verib ki, aprelin
27-də qoşunlar Azərbaycan
sərhədini keçsinlər
və sürətli hücumla Bakı quberniyasının ərazisini
zəbt etsinlər.
Aprelin
23-də isə Qafqaz komandanlığı son məqsəd
olaraq qoşunlara bütün Azərbaycan ərazilərini işğal
etmək əmri verib.
Aprelin
27-də, səhər saat
12:00-də XI ordu hissələri
zirehli qatarın müşayətiylə Azərbaycan
ərazisinə sürətli
hücum əməliyyatına
başlayıblar. Artıq
28 aprel səhər saat 4:00-da ilk zirehli qatar və
XI ordunun beynəlxalq hissəsi Bakıya girib. Bəziləri deyirlər ki,
guya XI ordu Azərbaycana dəvət olunmuşdu. Bu faktlar həmin mülahizələrin düzgün
olmadığını göstərir.
28 aprel Azərbaycanın
işğal günü
kimi təqdim olunur. Müharibə, xəbərdarlıq etmədən, sadəcə,
bir quldur dəstəsi kimi XI ordu Azərbaycan ərazilərinə soxulmuşdu.
Doğrudur, aprelin 27-də,
saat 16:00-da Azərbaycan
kommunistləri, Həmid
Sultanov və başqaları Azərbaycan
parlamentinə hakimiyyəti
təhvil verməklə
bağlı ultimatum təqdim
etmişdilər. Bu da parlamentdə müzakirə olunub.
Axşam saat 22:30-da parlament əksər səslərlə hakimiyyətin
kommunistlərə verilməsi
barədə qərar
qəbul edib. Amma hakimiyyətin kommunistlərə
verilməsilə bağlı
7 şərt irəli
sürülüb. Ən əsas
şərt o idi ki, Azərbaycan gələcəkdə öz
dövlət müstəqilliyini
saxlamalıdır. Ancaq göründüyü
kimi Azərbaycan işğal olunandan sonra müstəqillik əldən getdi.
28 aprel səhər
saat 4-də Bakı işğal olunub. 28 apreldə Hərbi İnqilab Komitəsi Leninə məktub göndərib ki, Azərbaycanda sovet hakimiyyətini bərqərar
etmək üçün
qoşun hissələri
göndərilsin. Bu, artıq beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Çünki işğal artıq
baş vermişdi.
Azərbaycan hökuməti bu işğalın qarşısının
alınması, aradan qaldırılması üçün
addımlar atmağa çalışıb. Məsələn, ordunun işğalçılıq
hərəkətlərilə bağlı Antantanın Tiflisdəki nümayəndələrinə
məlumat göndərilib.
Aprelin
28-də Anatanta üzvlərinin
San-Remo adlanan bir konfransı keçirilirdi.
Konfransda iştirak edən Azərbaycan nümayəndələri müttəfiq
dövlətlərin Ali Şurasına,
xarici dövlətlərin
Romadakı səfirliklərinə
və Millətlər
Cəmiyyətinə suveren
Azərbaycan dövlətini
sovet Rusiyası Silahlı Qüvvələrinin
işğal etməsi
barədə nota və
müraciətlər göndərsələr
də, bu məsələni xarici ölkələr və beynəlxalq qurumlar sükutla qarşılayıblar.
Bu, çox ibrətamiz
haldır və tarixdə təkrar olunur. Bunu görən təcavüzkar
qüvvələr Azərbaycanda
hakimiyyəti ələ
keçirəndən sonra
xalqımıza, onun ziyalılarına, hökumətdə
təmsil olunmuş insanlara qarşı çox amansız təqib və represiyalara başlayıblar.
Təkcə mayın axırlarında,
Gəncədə baş
verən üsyan yatırılandan sonra bu şəhərdə 15
min azərbaycanlı öldürülüb.
1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər 50
min insan qətlə yetirilib. Bunun da mühüm
bir hissəsi ziyalılar olub. Onların arasında Fətəli xan Xoyski, parlament sədrinin müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud bəy Cavanşir, 12 genaral, 27 polkovnik, 460 nəfər müxtəlif rütbəli
zabit də qətlə yetirilənlər
arasında olub. İşğalçılar bu qurbanlar hesabına Azərbaycanda möhkəmələnə biliblər.
…Şərqdə ilk dövlət
olan Azərbaycan Xalq Cümhuriyyəti daxili həyatın, beynəlxalq vəziyyətin
son dərəcə mürəkkəb
və ziddiyyətli olduğu bir şəraitdə 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq,
öz dövlət quruculuğu, sosial, siyasi, iqtisadi və təhsil sahələrində mühüm
işlər görə
bilib. Xalq Cümhuriyyəti tam dövlət hakimiyyətinə
malik olub, müstəqil daxili və xarici siyasət yürüdüb.
Cümhuriyyətin müstəqil dövlətələrə
xas bütün atributlara müvafiq hakimiyyət və idarəetmə orqanları
olub. Parlamenti, hökuməti, Milli
Ordusu, bank-maliyyə sistemi, dövlət bayrağı, gerbi, dövlət himni mövcud idi. Ən ümdə və önəmli cəhətlərdən
biri də bu idi ki,
o zaman Xalq Cümhuriyyəti Dağlıq
Qarabağ ermənilərinin
Azərbaycanın hakimiyyətinin
tanımasını, Haxçıvanın
və Zəngəzurun
Azərbaycana mənsubluğunu
təmin edib. 1919-cu ildə Dağlıq
Qarabağda referendum keçirilib,
ermənilər həmin
referendumda Azərbaycanın
tərkibində qalmağa
razılıq veriblər.
Bu, çox mühüm
məqamdır. Zaqafqaziyanın
cənub və şərq hissəsini əhatə edən 97,3
min kvadrat kilometr ərazi-bu, mübahisəli
olmayan ərazidir-mübahisəli
yerlərlə birlikdə
114 min kvadrat kilometr ərazi qorunub saxlanıb. Bundan başqa, Xalq
Cümhuriyyəti Azərbaycan
türk dilini dövlət dili elan edib, Bakı
Dövlət Universitetinin
bünövrəsini qoyub,
bütün məktəblərdə
Azərbaycan dilinin və tarixinin tədrisi üçün
tədbirlər görüb.
Xalq Cümhuriyyəti 22 dövlətlə,
o cümlədən Türkiyə,
İran, ABŞ, İngiltərə,
Fransa, İtaliya, Ukrayna, Gürcüstan kimi dövlətlərlə
diplomatik əlaqə yarada bilib. Bunlar Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü
çox önəmli
işlərdir.
Xalq Cümhuriyyətinin
fəaliyyəti, onun liderlərinin, yaradıcılarının
ideyaları Cümhuriyyət
süquta uğrasa da, yaddaşlardan silinməyib. Sovetlər dönəmində xalqımızın bir çox hərəkətlərində,
çıxışlarında da bu, özünü
göstərib. Məsələn, Azərbaycan xalqının
Rusiya və Ermənistan işğalçılarına
qarşı mübarizə
əzmi 20 Yanvar şəhidlərinin apardığı
mübarizədə, Qarabağ
uğrunda şəhid
getmiş minlərlə
mərd oğul və qızların nümunəsində özünü
parlaq şəkildə
göstərir.
Azərbaycan ikinci dəfə müstəqillik qazananda Xalq Cümhuriyyətinin irsindən bəhrələndi. 1991-ci il oktyabrın 18-də
Azərbaycanda dövlət
müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul olundu və müstəqilliyimiz
bərpa edildi. Bu da Xalq Cümhuriyyətindən gələn
bir niyyətin, idealların bərqərar
olunması üçün
atılmış addım
hesab olunmalıdır.
Məhz Xalq Cümhuriyyətinin ənənələrinin yaşaması
və müasir Azərbaycan Respublikasının
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi fəaliyyətini təmin edən bir sıra maddələr
də Konstitusiya Aktına daxil edildi. Konstitusiya Aktının elan
olunmasından sonra Türkiyə, ardınca da digər ölkələr
Azərbaycanın müstəqilliyini
tanıdılar. Nəhayət,
1992-ci il mart ayının 2-də BMT də
Azərbaycanı öz
sıralarına qəbul
etdi. Azərbaycan beynəlxalq hüququn
subyekti oldu. Bu, Azərbaycan xalqının
böyük uğuru,
qələbəsi idi.
Yuxarıda qeyd etdim ki,
Xalq Cümhuriyyəti
sovet Rusiyasının
işğalçılıq planları ilə üzləşəndə Qərb
ölkələri tamamilə
biganə qalıb, seyirçi mövqe tutublar. Azərbaycan ikinci dəfə
müstəqillik elan edəndən sonra da bu, özünü
göstərib və indiyə kimi də göstərir.
Ermənilərin qondarma Dağlıq
Qarabağ problemini ortaya atmaları, rus-erməni birləşmələrinin
Dağlıq Qarabağ
ətrafındakı 7 rayonu
işğal etmələrinə
yenə də xristian Qərb ölkələri biganə
qalıblar. Azərbaycanın haqlı mövqeyini lazımı qədər müdafiə etmirlər.
Ermənistanı təcavüzkar dövlət
kimi tanımaq istəmirlər. Tarixi müqayisələr
göstərir ki, keçən əsrin əvvəllərində olduğu
kimi yenə də Qərb ölkələri Azərbaycanın
ərazi bütövlüyünün
pozulmasına, torpaqlarının
işğalına göz
yumur, ermənipərst
mövqedən çıxış
edirlər.
Almaz
Xalq Cəbhəsi.-
2013.- 23 may.- S.8.