Dəmir
çatışmazlığı və qanazlığı xəstəliyi
Həkimlər dəmirin təbii
yollarla qəbulunu tövsiyə edirlər
Orqanizmin hər yerinə nüfuz edən dəmir insanın yaşaması üçün
zəruri olan bir çox həyati funksiyalara malikdir. İnsan hər dəfə
nəfəs aldıqda
hemoqlobinin tərkibində
olan bu maddə
müxtəlif toxumalara
oksigen daşıyır.
O həm də əzələlərdə oksigenin
toplanmasına və istifadəsinə kömək
edir. Bu isə orqanizmdə gedən bir çox ferment reaksiyalarının ayrılmaz
tərkib hissəsidir.
Dəmir
çatışmazlığı həyati funksiyalara müdaxilə edir və nəticədə xəstəliyə və ölümə səbəb
olur.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) hesablamalarına görə,
dünya miqyasında
4-5 milyarda yaxın adamda, yəni dünya əhalisinin 66-80 faizində dəmir çatışmazlığı ola bilər
ki, bunlardan da 2 milyardı anemiya səciyyəlidir. Qanazlığı — anemiya ilə
müşayiət olunan
dəmir çatışmazlığına
daha çox uşaqlarda və reproduktiv yaşlı qadınlarda rast gəlinir. Mütəxəssislər bu qənaətdədirlər
ki, hamilə qadınların ölüm
hallarının 20 faizi
məhz bu səbəbdən baş verir. Hazırda inkişaf etmiş
ölkələrdə yeni
doğulan körpələrin
ölümü 75-85 faiz
erkən dövrdə
baş verir ki, bunun da
səbəblərindən biri
məhz anemiyadır.
Yeri gəlmişkən, Azərbaycanda
da ana və
uşaq ölümü
problemi həllini gözləyən aktual məsələlərdəndir. Bu ölümün neçə faizinin anemiya səbəbindən
baş verməsi hələ ki məlum deyil və bu sahədə
rəsmi statistika aparılmır. 2011-ci ilin statistik rəqəmlərinə əsasən
18 yaşadək 20 425 nəfər
uşaq bu xəstəlikdən əziyyət
çəkir. 2010-cu ildə isə bu rəqəm 21 565 olub.
Dünya üzrə anemiyadan əziyyət çəkənlərin
90 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır. Təxmini
hesablamalara görə,
hər 2 hamilə qadından birində, hər 10 məktəblidən
4-də qan azlığı
var. Ümumdünya Ərzaq
Proqramının ötən
il ərzaq və qidalanma təhlükəsizliyi üzrə
apardığı araşdırmalar
göstərir ki, Azərbaycanda 5 yaşdan yuxarı uşaqlar arasında anemiyanın yayılma dərəcəsi
52 faiz təşkil edir. Ölkənin müxtəlif regionları
üzrə nəsilartırma
yaşında olan qadınlar arasında isə bu göstərici
30-80 faiz arasında fərqlənir. Bu, orta
hesabla, anemiyanın yüngül formasından
əziyyət çəkənlərin
təxminən 49 faizi,
orta dərəcəli
qanazlığı olanların
6 faizi, ağır dərəcəli anemiya xəstələrinin təxminən
2 faizi deməkdir.
Göstəriciləri Azərbaycan üçün
böyük rəqəm
hesab edən mütəxəssislər vəziyyətin
yaranma səbəblərini
iki amillə əlaqələndiriblər. Onların fikrincə,
90-cı illərin əvvəllərində
SSRİ-nin süqutu ilə baş verən dəyişikliklər
nəticəsində ölkədə
adambaşına orta hesabla qəbul olunan qida dərəcəsi
aşağı düşüb.
Bu, kalorili qidanın gündəlik qəbulunun
əhəmiyyətli şəkildə
aşağı düşməsi,
yağ və
zülal istifadəsinin
azalması deməkdir.
Bu qədər çox qadın və uşaqda anemiyanın inkişaf səbəbini də məhz bu proseslə
bağlayan mütəxəssislər
digər amili Ermənistan-Azərbaycan münaqişəsinin
kökündə axtarıblar.
Belə ki, müharibə nəticəsində Azərbaycan
əhalisinin təxminən
onda biri öz yurdunu tərk etmək məcburiyyətində qalıb.
Məcburi köçkün və qaçqın olan bu insanlar
əlverişsiz həyat
şəraitində məhdud
məşğulluq imkanları
ilə yaşamalı
olur, bunun da nəticəsində, təbii ki, zəif qidalanmadan və anemiyanın yüksək səviyyəsindən
əziyyət çəkirlər.
Odur ki, bu kateqoriyadan
olan əhali arasında qanazlığının
faizi daha artıqdır.
Millət
vəkili, Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev mətbuata verdiyi müsahibələrində YUNİSEF-in də gündəmində
duran bu məsələnin Ümumdünya
Səhiyyə Təşkilatının
Azərbaycana, eləcə
də inkişaf etməkdə olan dövlətlərin bir çoxuna tövsiyyələrindən
biri olduğunu bildirmişdi: «Bütün
dünyada, o cümlədən
Azərbaycanda son zamanlar
dəmir defsitli anemiyalar, yəni qan azlığı xəstələrinin sayı
artır. Xüsusilə gənclər, gənc
qızlar və qadınlar arasında bu cür xəstəliklərin
sayının ildən-ilə
artmasının şahidi
oluruq. Bunun da başlıca səbəblərindən biri
orqanizmdə dəmir çatışmazlığıdır.»
Dəmir çatışmazılığının törətdiyi əsas fəsad anemiyadır. Anemiya əsasən
dəmirdən ibarət
hemoqlobin azlığı
zamanı yaranır ki, buna da
el arasında qan azlığı deyirlər.
Hemoqlobin
bədən üzvlərinə
oksigen çatdıran
maddədir. Yəni, orqanizm
dəmir almazsa, hemoqlabin azalar, bu da öz
növbəsində bədən
üzvlərinin oksigenlə
qidalanmasında problemlər
yaradar. Sağlam insanın bədənində
4-5 qram dəmir olmalıdır. Onun 70 faizi
qanda (hemoqlobin və mioqlobin), qalanı isə ilik, qara ciyər
və dalaqdadır.
Azərbaycan insanının çay
həvəsini nəzərə
alaraq qeyd edirik ki, tünd
çay dəmirin mənimsənilməsinə mənfi
təsir göstərir.
Əksinə, vitamin S dəmirin mənimsəməsində müsbət
rol oynayır. Yəqin ki, dədə-babadan çayın limonla içilməsi təsadüfi
deyil.
Gün ərzində kişilər
10 mq, qadınlar 20 mq, hamilə qadınlar 30-35 mq, uşaqlar 4-18 mq dəmir qəbul etməlidirlər.
Lakin bu o demək deyil ki, dəmirdən sui-istifadə etmək olar. Bu elementin normadan artıq qəbulu ürək xəstəlikləri və
şişlərin yaranmasına
səbəb olur.
Bəzi hallarda isə dəmir çoxluğu ölümlə nəticələnir.
Adətən insan qidadan kifayət qədər dəmir alır. Həkimlər də, dəmirin
təbii yollarla alınmasını tövsiyə
edirlər. Bunun üçün paxlalılar,
un məlumatları, yarmalar,
çuğundur, alma, kələm,
kərəviz, çiyələk,
qaragilə, böyürtkən,
buğda, kartof, ağ göbələk, cəfəri, meyvə qurusu, itburnu, badam, xurma, şaftalı,
armud, və s. İnsan həftə ərzində bu ərzaqları rasionuna əlavə edərsə,
dəmir çatışmazlığından
əziyyət çəkməz.
YUNİSEF-in statistikasına görə, Azərbaycanda
anemiya yüksək göstəriciyə malikdir. 2010-cu ilin göstəricilərinə
əsasən, 6-23 aylıq
körpələrin yarısından
çoxu anemiyadan əziyyət çəkir,
6-59 aylıq uşaqlar
arasında isə bu xəstəliyin yayılması 39 faiz təşkil edir. Azərbaycanda reproduktiv yaşda, yəni doğuş qabiliyyəti olan qadınların 37 faizi, hamilə qadınların 45 faizi və uşağı ana südü ilə qidalandıran anaların yarısından
çoxu anemiyadan əziyyət çəkir.
Ginekologiya və Mamalıq
üzrə Tədqiqat
İnstitutu Azərbaycanda
ana ölümünün
90 faizi qan itkisi səbəbindən baş verdiyini bildirir. Qeyd edək ki, həkimlər bir çox hallarda hamilə qadınlara tərkibində dəmir olan dərman və preparatlar tövsiyə edirlər.
Lakin son araşdırmalar sübut
edib ki, bu cür preparatlar
hamilə qadınlarda
hemoqlabini artırmır.
Dünya
ölkələri qeyd
olunan problemi insanların qəbul etdiyi ərzaq məhsullarına, xüsusilə
də un və un məhsullarına
dəmir elementləri
əlavə etməklə
həll edir. Bu icra olunarsa, beş il
ərzində anemiya hallarının sayını
gözəçarpacaq qədər
azaltmaq mümkündür.
Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə,
göz önündə
qaraltı olur, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir
(taxikardiya), təngnəfəs
olur, arterial təzyiq aşağıya meylli olur. Xəstənin dırnaqları tez sınır, dırnağın
üzəri köndələn
xətli, qaşığabənzər
formada olur, saçları ucları
haçalanır, tökülür. Dəri quru olur,
çətin qaralır. Bərk, kobud
qidaları udmaq çətinləşir, anqulyar stomatit
(ağızın kənarlarında yara) əmələ gələ
bilər. Bu zaman dil hamarlaşır, parlaq
olur. İştahanın dəyişməsi
baş verir —xəstə tabaşir, torpaq, kömür yeməyə
cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə
başlayır. Mədə bağırsaq
sistemində distrofik, atrofik proseslər gedir. Qan plazmasında dəmirin miqdarı azalır.
Anemiya müxtəlif səbəblərdən əmələ
gələ bilir və davametmə müddətinə görə
fərqli olur.
Amma bütün hallarda qan yaradılması
prosesi pozulur, qanda hemoqlobin və eritrositlər azalır.
Qeyd edək ki, qanazlığı o demək
deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən
azdır. Qanın miqdarı normal olur, lakin
qanın tərkibində olan hemoqlobin zülalının və
eritrositlərin miqdarı azalır.
Uşaqların dəmirə olan ehtiyacı əsasən
iki dövrdə — ilk iki ildə və cinsi yetişkənlik
dövründə (xüsusilə qızlarda) daha çox
artır. Böyüklərdən fərqli olaraq uşaq
orqanizmində dəmir ehtiyatı toplanır. Buna görə də uşaqların yeməyində
dəmirlə zəngin qida məhsullarının olmasına
fikir vermək lazımdır.
Ümumiyyətlə, uşağın yeməyi ilk
növbədə zülalla zəngin olan məhsullardan
hazırlanmalıdır. Zülal orqanizmdə gedən bütün
proseslərdə, o cümlədən qan yaranma prosesində
böyük rol oynayır. Mal əti, toyuq,
balıq, qara ciyər süd, çörək, noxud, lobya
zülalın ən yaxın mənbəyi olmaqla bərabər,
dəmir mikroelementi ilə zəngindir. Meyvə, tərəvəz
və göyərtilərdən — alma, ərik,
gavalı, kahı, şüyüd, cəfərinin də tərkibində
dəmir vardır.
Faktlar göstərir ki, uşaqda dəmirin
çatmamasını güman edən bəzi valideynlər həkimlə
məsləhətləşmədən müalicə məqsədi
ilə uşağa «dəmir» iynəsi vurdururlar. Xəstəliyi
düzgün təyin etmədən vurulan dəmir
preparatları nəticəsində xəstəliyin başqa
forması — talassemiya uşağın vəziyyətini daha da
ağırlaşdırır. Talassemiya
hemoqlobinin artması və buna görə eritrositlərin həddindən
artıq parçalanması nəticəsində əmələ
gələn xəstəlikdir. Bu prosesdə
hemoqlobindən ayrılan sərbəst dəmir qan
dövranı ilə bədənin üzvlərində —
ürək, dalaq və qaraciyərdə
yığılır. Artıq mikroelementin
bu üzvlərdə yığılıb qalması
onların normal işləməsində çətinlik
törədir. Yuxarıda göstərilənlərdən
başqa talassemiya zamanı orqanizmin fiziki inkişafının
ləng getməsi, dərinin sarılığı, burunun
üst hissəsinin yastılanması, göz
yarığının daralması, başın iriləşməsi,
qaraciyər və dalağın şişməsi nəticəsində
qarının böyüməsi kimi əlamətlər
yaranır.
Müasir tibb elmində belə bir fikir var ki, insan
qidalanır, orqanizm isə özünə nə
lazımdır onu seçir, qalanını atır. Nişi bu məsələyə
başqa cür yanaşmışdır. O, özündən
soruşmuşdur: «Orqanizmə oksigensiz daxil olan qidanın
başına nə iş gəlir?» O vaxt
qida quzuqulağı turşusu deyilən kimyəvi maddəyə
çevrilir. Əgər bu turşu
bişmiş xörəklərin çevrilməsindən əmələ
gəlirsə, o zaman qana düşən kimi sərbəst
kalsiumla birləşir və əriməyən, heç nə
ilə orqanizmdən kənar edilməyən quzuqulağı
turşusunun duzuna çevrilir, tədricən və müntəzəm
şəkildə yığışıb bədəndə
qalır. Özü də bütün
hüceyrələrdə yığışır — əzələ,
əsəb, sümük və damar hüceyrələrində
daşlar əmələ gətirir, oynaq revmatizmi, artrit,
arteroz törədir, cinsi fəaliyyəti zəiflədir.
Bu duz demək olar bütün xəstəliklərin
törədicisidir. Təbii çiy
qidalardan yaranan quzuqulağı turşusu isə qanda sərbəst
kalsiumla birləşmir və zərərli quzuqulağı
turşusu yeganə şəfalı qüvvədir ki, onu bədəndə
duz və daş yaranmasına, arterozlara, artritlərə və
digər xəstəliklərə qarşı tətbiq etmək
mümkündür. Buradan doğan əsas nəticə
belədir: sağlam olmaq istəyən hər kəs əsasən,
çiy və təbii qida ilə qidalanmalıdır. Yəni, gündəlik rasiona daha çox tərəvəz,
meyvə, şülul, qoz-fındıq, püstə, badam,
günəbaxan tumu, müxtəlif köklər daxil etməlidir.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 24 may.-
S.15.