Türkiyə ədəbiyyatı

 

XVI əsrin sonu, XVII əsrin yarısı türk ədəbiyyatı antifeodal hərəkatının təsviri ilə əlamətdardır

XVI əsrin sonu, XVII əsrin yarısı türk ədəbiyyatı antifeodal hərəkatının təsviri ilə əlamətdardır. Bu dövr Qara Yazıçıoğlunun, Dəli Həsənin, Qələndəroğlunun üsyanları başqa üsyanlarla tarixə düşüb. Övliya Çələbi (1611-1670) bu dövrdə yaşayıb. XVII əsrin nəsrinin diqqət çəkən iki yazarı var: Övliya Çələbi Katib Çələbi. Övliya Çələbi 10 cildlik «Səyahətnamə»si ilə tanınır. Bu əsər dil, tarix, folklor, ədəbiyyat sosioloji yöndən çox qiymətlidir. Katib Çələbi isə tarix, coğrafiya, sosiologiya, biblioqrafiya, əxlaq s. mövzularda yazıb. Onun əsərləri sırasında «Fəzləkə», «Kəşfüz-Zünun», «Cihan-nüma», «Təqvimüt-Təvarih», «Töhfətül-Kibar», «Düsturül-Əməl», «Mizanül-Həq» əsərlərinin adlarını çəkmək olar.

Bu dövrün ədəbiyyatında satirik motivlər izlənilir. Xüsusilə Ruhinin (?-1605) yaradıcılığında bu istiqamət daha güclüdür. Onun həyatı haqqında məlumat məhduddur. O, özünü bədbəxt dünyadan küskün hesab edirdi. Onun şeirlərində satira üstünlük təşkil edir.

XVI əsr türk ədəbiyyatında Ruhinin özünəməxsus yeri olub. Onun doğum tarixi bəlli olmasa da, Bağdadda anadan olduğu 1605-ci ildə vəfat etdiyi məlumdur. Şairin özündən sonra divanı qalıb. Bu divanın içərisində 17 bəndlik tərkibbənd ona şöhrət qazandırıb. Bu tərkibbənd həcv olub, sosial məzmundadır. Onun bu tərkibbəndinə XVII əsrin bir çox şairləri (Rəşid, Sami, Sünbülzadə, Vehbi) nəzirə yazıblar (ona nəzirə yazanların içərisində hətta XIX əsrin şairləri var). Bu nəzirələr içində ən məşhuru XIX əsr şairi Ziya Paşanınkıdır.

Ruhinin şeirlərində təsəvvüf təsiri diqqət çəkir. Onun hətta mövləvi olduğu da söylənilir. Ruhi daha çox Füzulinin təsiri altında ona nəzirə olaraq qəzəl qəsidələr yazıb. Onun lirik poeziyasında aşiqanə mövzu üstünlük təşkil edir.

Türk ədəbiyyatının bu dövründə yaşamış digər bir satirik şair Veysidir. O, tarixi, didaktik əsərlərin, epistolyar (məktub) nəsrin müəllifidir. Onun yaradıcılığında «Yuxugörmə» poemasının, «İstanbula nəsihət» əsərinin adlarını çəkmək olar.

XVII əsrdə yetişən osmanlı şairlərindən biri Nəfidir. O, divan şeirinin öndə gedən şairlərindəndir. Nəfi 1570-ci ildə Ərzurumda anadan olub. Şairin adı Ömərdir. O, yüksək mədrəsə təhsili alıb, ərəb fars dillərini mükəmməl öyrənib, yaradıcılığa erkən yaşlarından başlayıb. Əvvəlcə «zərərli» mənasında olan «Zərri» təxəllüsü ilə şeirlər yazıb. Tarixçi Gelibolulu Əlinin verdiyi məlumata görə, sonra «yarar» mənasına uyğun gələn «Nəfi» təxəllüsünü götürüb. Ömər Nəfi bir müddət Ərzurumda yaşadıqdan sonra İstanbula gəlib, I Əhmədin taxta çıxdığı (1603) illərdən başlamış ta 30 il ərzində İstanbulda yaşayıb. Onun yaşadığı bu müddətdə sultanlar içində ən çox sevdiyi I Əhməd IV Murad olduğunu onlara yazılan qəsidələrin çoxluğundan görmək olar. Şair müxtəlif dövlət işlərində çalışıb, öz həcvlərinin qurbanı olub, 1635-ci ildə edam edilib. O, yaşadığı bu müddət ərzində çox əsər yazmasa da, yüksək poeziya nümunələri yaratdığına görə türk ədəbiyyatı tarixində adını yaşatmaqdadır. Onun üç əsəritürkcə farsca divanları, «Siham-i Qəza», «Töhfətül-Üşşaq» adlı həcv qəsidəsi var. Türkcə divanı onun ustalığını göstərən bədii nümunədir. Bu divanın Misir (1836) İstanbul (1852) basqısı var. Bu divanda 60 qəsidə, tərkibbənd formasında yazılmış saqinamə, 119 qəzəl digər şeirləri toplanıb. Farsca divanı şairin fars dilini gözəl bildiyini göstərir. Bu divan sonra türkcəyə çevrilib (Əli Nihad Tərlan. Nəfinin farsca divanı tərcüməsi. İstanbul, 1944).

Türk həcv ədəbiyyatının önəmli əsərlərindən biri «Siham-i Qəza»dır. Bu əsər küfr və söyüşlərə yer verən mənzumə kimi ədəbi dəyərinə kölgə salmaqdadır. Bu səbəbdən həmin əsər tədqiqata cəlb edilməyib. Şairin «Taleyin oxları» adlı satirik toplusu var. «Töhfətül-Üşşaq» onun farsca divanının içərisindən tapılan 97 beytlik bir qəsidədir. Bu əsər Füzulinin «Ənisül-Qəlb» adlı əsərinə nəzirədir.

Ömər Nəfi özü öz yaradıcılığına üstün qiymət verir. Onun öydüyü şairlər sırasında Ömər Xəyyam, Hafiz, Urfi, Feyzi kimi şairlər varo, öz sənət gücünün onlardan üstün olduğunu deyir. Bu, həm Nəfinin mübaliğədən gələn halını, həm XVII əsrdəki türk şeirinin şöhrətini, həm də özünə olan güvənini göstərməkdədir.

Bu gün türk ellərinin müxtəlif yerlərində bilinməkdə və söylənməkdə olan bir «Koroğlu» dastanı var. Bəlkə də dastan şair Koroğluya həm şair, həm ehkiya (aşıq) Koroğlunun həyatı, şəxsiyyəti və macərası ilə birləşərək yayılıb. Bu dastanın əslində göytürklər zamanındakı Türk-İran müharibələri əsasında təşəkkül tapdığı bir ehtimal olaraq irəli sürülüb. Bu araşdırmalara görə, Koroğlu haqqında ilk doğru məlumat verən Övliya Çələbi Koroğlunun Anadolunun şimal-qərb tərəfində eşkiyalıq (aşıqlıq) etdiyini, şöhrətli bir qəhrəman olduğunu söyləyir. Son illərdə Başvekales arxivində tapılmış bəzi məlumatlara görə, onun əsil adı Rövşən olub. Koroğlu adı ilə şöhrət qazanmış bir Cəlali eşkiyasının XVI əsrin sonlarında Bolu tərəflərində fəaliyyətə başladığı söylənilir. «Koroğlu» dastanının bu gün əlimizdə olan bəlli variantları Azərbaycan, özbək, türkmən, bolqar, qazax, İstanbul, TobolAnadolunun müxtəlif yerlərində yayılıb. Bütün bu versiya və variantları tədqiq edən Pertev Naili Boratava görə «Koroğlu» dastanının əsas məzmunu belədir: Koroğlu balaca uşaq ikən atası seçdiyi iki dayçanı bəyə bəyəndirə bilmədiyi üçün gözləri çıxarılır. Atasının fəlakətinə səbəb olmuş bu dayçanın biri yetişdirildikdən sonra Koroğlunun Qıratı kimi məşhurlaşır. Korun oğlunun adı bundan etibarən Koroğlu olur. Koroğlu Çamlıbeldə məskən salır, qəhrəmanları ilə dünyaya şöhrət salır. Koroğlunun yanında vəfalı və fədakar igidləri — dəliləri olur. Özü kimi qəhrəman adamları ilə bəylərə, paşalara meydan oxuyur. Çamlıbel səltənəti davam edərkən tüfəng icad olunur. Koroğlu bu deşikli dəmiri görüb məyus olur. Bununla uzaqdan və hiylə ilə adam öldürüldüyünü biləndə artıq igidliyin şərəfsizliyə çevrildiyinı başa düşür. Koroğlu qılıncla, biləyinin gücü ilə qalib gəlməyi üstün sayırdı. Koroğlu onun yanına gələn igidləri müəyyən sınaqlardan keçirdikdən sonra dəstəsinə qəbul edərdi.

Koroğlunun Anadolu tarixi ilə birləşən rəvayətlərində göstərilən quldurluq ruhu isə türk dastan ənənələrindəki dövlətə və hökmdara bağlı milli qəhrəmanlıq ruhuna ziddir. Deməli, dastanın Anadolu variantı Cəlali hərəkatı ilə bağlı zümrənin ruhunu əks etdirir.

 

Ramil Əliyev,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2013.- 23 noyabr.- S.14.