Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması…

 

Ramiq Vəliyev: «Gəncliyimiz bütün sahələrdə təmsil olunur, cəmiyyətin inkişafında özünəməxsus əvəzedilməz rol oynayır»

Bu gün ölkəmizdə milli mənəvi dəyərləri təbliğ edən QHT-lərin sayı elə çox deyil. Bunlardan biri Gənclərin Mənəvi İnkişafı İctimai Birliyidir.

Birliyin sədri Ramiq Vəliyev bildirib ki, hər bir vətəndaşın qarşısında dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini qorumaq, etibarlı təminatlı gələcəyimizin qurulmasında iştirak etmək kimi məsuliyyətli vəzifələr durur: «Bu vəzifələrin böyük bir hissəsinin cəmiyyətin bütün təbəqələrində təmsil olunan gəncliyin üzərinə düşdüyünü nəzərə alaraq 2007-ci ildə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi adında gənclər təşkilatı qurduq. Təşkilatımız bu istiqamətdə öz töhfələrini vermək üçün qarşısına aşağıdakı vəzifələri qoyub: bütün istiqamətlərdə dövlətimizə yaxından dəstək olmaq, xüsusilə dövlətin xalqın inkişafını bütövlüyünü təmin edən milli-mənəvi dəyərləri qorumaq, dövlətçilik prinsiplərinə qəlbən bağlı, inanc üçün azad iradəni təmin edən məcburiyyəti rədd edən dünyəvi dövlət quruluşunu demokratiyanın inkişafını müdafiə edən müasir bilikli nəsillərin yetişdirilməsində iştirak etmək. Təşkilatımız müxtəlif ixtisas peşə sahələrini təmsil edən, Vətəninə, dövlətinə, millətinə, bayrağına sadiq könüllülük prinsipi ilə heç bir maddi maraq güdmədən fəaliyyət göstərən ali təhsilli hazırda ali təhsil alan gənclərdən ibarətdir».

Onun fikrincə, milli-mənəvi dəyərlərin qorunması yaşadılması ölkə ümumi əhəmiyyətlidir: «Azərbaycan əhalisi demək olar, gəncdir. Son məlumatlara görə, ölkə əhalisinin 31 faizini, yəni təxminən 2,8 milyon nəfəri təşkil edən gəncliyimizin nümunəvi, milli-mənəvi dəyərlərə malik gənclik olması hər birimizin arzusudur. Nümunəvi gəncliyin cəmiyyətdə dominantlığını təmin etmək baxımından gənclərimizin həqiqi dəyərləri həyatın mənasını tapmaları üçün doğru hədəflərə istiqamətləndirilməsi zəruridir. Bu hədəflərə yetişməsi üçün yol göstərməyin çox böyük əhəmiyyəti var. Dövlətimizin gənclər siyasətinin aparıcı istiqaməti əhalimizin aparıcı təbəqəsini təşkil edən gəncliyin vətəndaş cəmiyyətinin qurulmasında, onun inkişafında, bir sözlə, dövlətin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında iştirakının təmin edilməsidir. Hər zaman dövlətin yanında olmağa çalışan təşkilatımız da bu istiqamətdə potensialından maksimum istifadə etməyi qarşısına məqsəd qoyub. Müşahidələrim əsasında, o cümlədən təşkilatımızın timsalında deyərdim ki, gəncliyimiz bütün sahələrdə təmsil olunur, cəmiyyətin inkişafında özünəməxsus əvəzedilməz rol oynayır. Ümumi qənaətim budur ki, yalnız milli-mənəvi dəyərlərə malik gəncliyə daha çox güvənmək, etibar etmək olar».

QHT rəhbəri həmçinin əlavə edib ki, yarandığı 2007-ci ildən indiyədək Vətəninə, dövlətinə, millətinə, bayrağına sadiq, dövlətimizin unitar, dünyəvi quruluşunu milli-mənəvi dəyərlərini qoruyan, elmli, müasir inanclı gəncliyin yetişməsində dövlətimizə yaxından dəstək olmağa çalışan könüllülüərdən ibarət təşkilat bir çox tədbirlər təşkil edib: «Həmin tədbirlərdə dövlət dövlətçilik konsepsiyasından, dövlətçiliyin müdafiəsində mənəvi dəyərlərin müstəsna rolundan bəhs olunur. Gənclərimizin radikal axınların təlqinlərin təsiri altına düşməsinin qarşısının alınması, dövlətə dövlətçiliyə qarşı çıxan, onun nüfuzunun zəiflədilməsinə yönələn bir sıra zərərli ideologiyaların gizli tərəflərinin göstərilməsi, dini istismar edərək insanları xurafata sürükləyən zehniyyətlərin gənclərə təsirinin qarşısının alınması, ən nəhayət İslam dininin xurafata qarşı olduğunu bu dinin insanları elmə təşviq etdiyini diqqətə çatdırmaq məqsədilə «Sosial problemlərin həlli yolları», «İslam terroru lənətləyir», «»Quran» elmə yol göstərir» mövzusunda keçirilmiş konfransları qeyd edə bilərəm. Ən son tədbirimiz bu il 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub. «»Quran» əxlaqında qadın dəyərlidir» adlı bu konfransda gender bərabərliyinin təmin olunmasının zəruriliyi qadınların cəmiyyətdə rolu barəsində söhbət açılıb. 300-400 nəfərin iştirak etdiyi konfranslar müxtəlif kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb. Bunlarla yanaşı, dövlətə bağlılığın əhəmiyyətini cəmiyyətə daha da qabarıq göstərmək üçün «www.dovletebagliliq.org» saytını yaratmışıq».

Təşkilat sədri əlavə edib ki, hazırda yeni layihələr üzərində işləyir, əyani vəsaitlər hazırlayırlar: «Hər bir tədbirimiz dövlətlə sıx əməkdaşlıq şəraitində keçir. Aidiyyəti dövlət təşkilatlarının nümayəndələri, millət vəkilləri tədbirlərimizə dəvət edilir. Dövlətimizi təmsil edən nümayəndələrin təkliflərini tövsiyələrini daim diqqətdə saxlayırıq. Təşkilatımızın nümayəndələri Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi «İrəli» İctimai Birliyinin birgə təşkil etdiyi «Planetimizi tanıyaq» adlı layihədə ölkəmizin aparıcı ali təhsil ocaqlarında daimi mühazirəçi olaraq iştirak ediblər. Mühazirələr ekoloji mövzularda olub. Gənclərimizdə yaşadığımız planet haqqında daha geniş təsəvvürlərin formalaşması üçün Yer kürəsinin tanıdılması, planetimizdəki həssas tarazlıqların ekosistemin öyrənilməsi, ətraf mühit problemləri, biotexnologiya, biomühəndisliyin faydaları haqqında ətraflı məlumatlar verilib. Layihənin uğurlu olması səbəbindən fəaliyyətlərimiz yalnız Bakı şəhəri ilə məhdudlaşmamış, regionlarda da (Gəncə, Mingəçevir, Qax Şəki şəhərində) müvafiq maarifləndirici tədbirlər təşkil etmişik. Təşkilatımızın nümayəndələri təhsil sahəsindəki daha bir layihədə iştirak ediblər. «Məktəb Parlamenti» adlı layihə çərçivəsində bir sıra orta məktəblərdə «Yer kürəsi ekosfera», «Təbiət səmərəli texnologiya» kimi mövzularda keçirilən seminarlarda mühazirələr, biotexnologiya kimi mövzularda dərslər keçilib».

QHT rəhbərinin dediyinə görə, gənclər bu gün hər sahədəsiyasətdə, elmdə, incəsənətdə, idmanda, biznesdə, dövlət qulluğunda, güc strukturlarında, bir sözlə, cəmiyyətin bütün təbəqələrində təmsil olunurlar: «Təşkilatımız bunu nəzərə alaraq tədbirlərdə hər dəfə fərqli mövzulara toxunur, müxtəlif sahələri təmsil edən gəncliyi maraqlandıran məqamları dilə gətirməyə səy göstərir. Qeyd edim ki, milli-mənəvi dəyərlərin qorunmasını, müasir bilikli gəncliyin yetişdirilməsini hədəfləyən təşkilatımızın gənc üzvləri gənc nəslə daim örnək olmağa çalışır. Bunun üçün nümayəndələrimiz həyata keçirilən tədbirlərin yüksək səviyyədə keçirilməsini iştirakçılar tərəfindən mövzuların daha dərindən mənimsənilməsini təmin etmək məqsədilə ən son texnologiyalardan, əyani vəsaitlərdən istifadə edilməsini daim diqqətdə saxlamaqla hər bir tədbirə xüsusi yanaşırlar. Bu da gənc nəslin xüsusi marağına səbəb olur, layihələrimizin uğurla keyfiyyətlə həyata keçirilməsini təmin edir».

QHT rəhbəri onu da bildirib ki, statistik məlumatlara görə, müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı 60 faizdən çoxdur: «Təbii ki, biz bununla qane ola bilmərik. Buna görə təşkilatımızın təşkil etdiyi seminarlar, dəyirmi masalar, konfranslarda gəncliyin milli-mənəvi dəyərlərə sadiq qalması ilə yanaşı, yüksək təhsilə, elmə, müasirliyə yönəlməsi daim vurğulanır. Bununla kifayətlənməyərək bu istiqamətdə internet imkanlarından da yararlanmağa çalışırıq. Məhz bu məqsədlə elmi təşviq edən bir sıra internet saytları qurmuşuq».

Onun dediyinə görə, savadlı, geniş dünyagörüşlü, modern, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gənclik millətin ümidli gələcəyini təmin edən təbəqədir: «Cəmiyyətdə müxtəliflik amili olduğundan gənclərin heç də hamısı nümunəvi, görmək istədiyimiz kimi deyillər. Məlumdur ki, gənclər arasında narkomaniya, alkoqolizmə mübtəla olmuş, cinayətarlığa, əxlaqsızlığa sürüklənmiş, hətta meylli olan insanlarımız da var. Bu neqativ hallar son onilliklərdə xeyli artıb və bu hallar istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə artıb, yəni sırf milli problem deyil. Mənəvi, psixi boşluq belə neqativ halların sığındığı yerdir. Bunu xüsusi qeyd edim ki, mənəvi boşluq problemi adətən gözdən yayınır. Xüsusi narahatlıq doğuran məsələlərdən biri gənclər arasında intihar hallarının göstəricisidir. Bu xəbərlər az qala gündəmi zəbt edib. İntiharların baş verməsində insanları ağlına görə deyil, hisslərilə yaşamağa sürükləyən və həyatın bir-birindən çox fərqli sahələrində, çox fərqli şəraitdə qarşıya çıxa bilən romantizmin xüsusi çəkisi var. Amma çox maraqlıdır ki, insanların böyük əksəriyyəti bunu bir təhlükə olaraq görmürsanki qabardılmamaqda maraqlı görünürlər. Hətta romantizm təhlükəsi bəzən bir təhlükə və səhv olaraq deyil, təqdir edilməsi və yaşanması lazım olan bir üstünlük kimi qəbul olunur. Romantizm, həyatın reallıqlarından uzaq düşmək bir sıra hallarda gənclər arasında intihara yol açır. Bu kimi halların qarşısının alınmasında, gənclərimizin maarifləndirilməsinə öz töhfəmizi vermək üçün gələcək tədbirlərimizdə bu gəncliyi «mənəvi boşluğa» düşürən səbəblərə də toxunulmasını nəzərdə tutmuşuq. Bu məsələlərdə bizdaim dövlətin yanında olmalıyıq, hər bir şəxs, ümumiyyətlə, cəmiyyətimiz buna laqeyd qalmamalıdır».

 

Əli

Xalq Cəbhəsi.- 2013.- 9 oktyabr.- S.11.