Turistlər Şimal rayonlarına üz tuturlar

 

Bir həftəlik istirahət hər turistə 700-800 dollara başa gəlir

 

 

Ötən il Azərbaycana 2,5 milyon turist gəlib. Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınarsa, ölkəyə gələn turistlərin sayı 2,4 min nəfər təşkil edib. Bunu Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev dünən keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycana gələn turistlər əsasən İpək Yolu boyunca olan rayonlara üstünlük verirlər: "Əcnəbilər Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Qəbələ s. rayonları daha çox ziyarət edirlər. Bundan başqa, Lənkəran, Lerik kimi cənub şəhərləri onların maraq dairəsinə daxildir".

Azərbaycanda bir həftəlik istirahətin qiymətlərinə toxunan A.İsmiyev bildirib ki, bir turist üçün bu, təxminən 700-800 dollar təşkil edir. O, son vaxtlar ölkədə 3 ulduzlu hotellərin sayının artdığını bildirib.

Mədəniyyət Turizm Nazirliyi ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılmasını daha məqsədəuyğun hesab edir məsələ ilə bağlı müzakirələr aparmağı planlaşdırır. Aydın İsmiyevin sözlərinə görə, Azərbaycanda hostellərin yaradılması məqsədəuyğun deyil: "Çünki bu cür pansionat tipli yerlər bizə görə deyil, orada ancaq gecələmək olar. Lakin apartamentlər daha yaxşı olar. Bütün dünyada apartamentlər, yəni mənzil tipli istirahət üçün nəzərdə tutulmuş yerlər daha geniş yayılıb. Bizdə çoxlu yeni tikilmiş binalar var ki, onlardan bu məqsədlə istifadə etmək olar. Onların sahəsi böyükdür".

Azərbaycanda ənənəvi yay turizm mövsümünə hazırlıq səviyyəsini araşdırmaq məqsədilə monitorinqlərə başlanılıb.

Müvafiq işlər Mədəniyyət Turizm Nazirliyi tərəfindən icra olunur. Aydın İsmiyev bildirib ki, monitorinqlərə paytaxtdan başlanılıb. Yoxlamalar təxminən 1-2 həftə Bakıdakı hotellərdə davam etdiriləcək: "Mayın sonundan isə regionlardakı mehmanxanaların monitorinqinə başlanılacaq". A.İsmiyev turizmin regionlardakı vəziyyətinə toxunub. O etiraf edib ki, hazırda regionlarda turizm xidməti istənilən səviyyədə deyil: "Problemləri aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir. Turizmlə bağlı peşə məktəbi kadrlar hazırlayır. Ölkədə turizmin inkişafı üçün bütün imkanlardan istifadə olunur".

Əslində turizm şirkətlərinin arzu olunan səviyyədə fəaliyyət göstərməsi üçün onların maddi imkanları olmalıdır. Son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem turizm xidmətlərinin rəngarəngliyinin, səviyyəsinin yüksək olmaması qiymətlərin bahalığıdır. Rayonlarımızda bir günlük orta səviyyəli istirahət 80-100 manata başa gəlir. Müasir oteldə yalnız səhər yeməyi daxil iki nəfərlik bir otağın sutkalıq qiyməti 70 manat, üç nəfərlik 80 manatdır. Bu hesabla ölkəmizdə bir həftəlik istirahət 800-1000 manatdır. Elə Azərbaycana gələn turistlər burada qiymətlərin xərclərin yüksək olmasından gileylənirlər. Hətta onların sözlərinə görə, Azərbaycana gəlmək üçün xərclədikləri təkcə təyyarə biletinin puluna başqa ölkələrə səyahət etmək mümkündür.

Ötən ilin yay mövsümündə ölkədə 516 oteldə monitorinq keçirilib. Monitorinq zamanı Xaçmaz, Quba, Mingəçevir və Astaranın hər birində bir otelin lisenziyası ləğv edilib, ölkə üzrə 40 otelə isə rəsmi xəbərdarlıq olunub. Azərbaycan vətəndaşları üçün ölkə daxilində istirahətdən çox xarici turlar daha əlverişlidir. Əslində Azərbaycanda turizm xidmətləri hədsiz dərəcədə baha olduğundan azərbaycanlılar qonşu ölkələrə - Türkiyə, RusiyaGürcüstana getməyə üstünlük verirlər. Təsadüfü deyil ki, Azərbaycan özü müalicəvi turizm məkanları (mineral sularla bol) ilə zəngin olsa da, insanlar Rusiya kurortlarına üz tuturlar. 1000 dollara yol pulu da daxil Rusiyadaya Gürcüstanda iki-üç həftə həm istirahət etmək, həm də müalicə almaq mümkündür. Bütün bunları nəzərə alsaq, hətta hökumət yerli turistləri əlverişli qiymətlər və yüksək xidmət hesabına ölkə daxilində saxlaya bilmir. Bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Belə ki, Azərbaycana gələn turistlərin 50-55%-i ətraf xarici ölkələrdən - Rusiya, Türkiyə, İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir.

Mənfi cəhət ondan ibarətdir ki, ölkəmizdə turizm qiymətləri yüksəkdir. Ancaq rəqəbət qabiliyyətinə görə Gürcüstandan geri olmağımız inandırıcıdır. Çünki qonşu ölkədə qiymətlər ucuzdur. Ötən il Azərbaycana gələnlərin sayı 2 milyon nəfərə yaxın göstərilir. Bu isə qonşu ölkədəkindən ən azı iki dəfə azdır. Şübhəsiz ki, Gürcüstanın turistlər üçün cəlbediciliyi bu ölkədə qiymətlərin qonşu ölkələrlə müqayisədə çox ucuz olması ilə bağlıdır. Hətta Türkiyə və Azərbaycan vətəndaşları istirahət üçün öz ölkələrindən daha çox Gürcüstanı seçirlər. Çünki həm ucuzluqdur, həm də xidmətlərin keyfiyyəti qənaətbəxşdir.

Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edə bilər. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Azərbaycan bu göstəricilərlə, hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub.

Azərbaycan hökuməti Bakı şəhəri ətrafında, Abşeron yarımadasında bir sıra turizm-kurort zonaları yaratmaq niyyətindədir. Belə ki, Türkan, Şüvəlan, Buzovna, Bilgəh, Pirşağı, Pirallahı, Hövsan qəsəbələri, eləcə də Böyük Zirə və Qum adalarında kurort zonaları yaradılacaq. Böyük Bakının Regional İnkişaf Planına əsasən, Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək uzadılacaq, ərazidə idman-sağlamlıq və əyləncə obyektləri tikiləcək. Ümumilikdə isə, bu layihə çərçivəsində yeni parkların salınması üçün 500 hektar ərazinin ayrılması nəzərdə tutulub.

Hər halda turizm sahəsində müəyyən artım müşahidə olunur. 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9051-ə, ölkəyə gələn turistlərin sayı 767 mindən 2 milyona çatıb. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə 1479,0 milyon ABŞ dollarınadək yüksəlib.

 

Tərlan

Xalq Cəbhəsi.- 2014.- 3 aprel.- S.12.