Türklər ata-baba
torpaqlarından çıxarılıblar
Mərhum araşdırmaçı
Əli Kərimibəyli:
"Ermənini dünyada
bizdən yaxşı
heç kim
tanıya bilməz”
Həmərd mərdlik, insanlıq tanımır, insanlıqdan
keçir. Mərhum araşdırmaçı Əli
Kərimbəylinin yazılarında
tarixin müxtəlif dönəmlərindən üzü
bəri türk xalqlarına, habelə Azərbaycan-Türk xalqına
qarşı yapılan
soyqırım əhvalının,
tarixi faciələrin
kökündə duran
səbəblərə özünəməxsus
yanaşma var. Kiprdə
türklərə qarşı
vaxtilə törədilmiş
qanlı olaylarla bağlı araşdırmaçının
fikirləri: "Kiprdə
(Kıbrıs), Lefkoşada
yaşanan faciələr
tükürpədicidir. Ancaq
türkü zəif, kimsəsiz görən adanın digər sakinləri olan Rum kəsimi 1000 ildən artıq türklərin adada yaşamasına baxmayaraq, ingilis-yunan-rus-erməni
dördlüyünün fitvası,
maddi, mənəvi dəstəyi ilə silahlanmış, min ildən
bəri duz-çörək
kəsdiyi sadə türk kəndlərinə,
qəsəbələrinə 1963-cü ildən keçmişi saymasaq, üzü bəri 1974-cü ilə qədər tam bir arxayın qudurğanlıqla
adada yaşayan türklərə zülm
etmiş, divan tutmuş,
soyqırım yapmışdılar.
Kipr tarixində bəxtsizlərdən
biri də Matyat kəndidir. 1963-1974-cü illər arasında Kiprdə yaşayan türk qardaşlarımız sadəcə,
türk olduqlarına görə vəhşi hücumlara məruz qalıblar, silahsız və bəlkə də talesiz insanlara acımadan onları qətl ediblər. Lefkoşaya
tabe, Lefkoşanın cənub səmtinin 26 kilometrliyində yerləşən
Matyat kəndində
1960-cı il əhalinin siyahıya alınmasına görə,
201 rum və 208 türk
yaşadığı qeyd
olunub. Matyatın türk məhəlləsi
23 dekabr 1963-cü ildə
öylə vaxtı Matyatlı rumlar və qonşu kəndlərdən gələn
təpədən-dırnağa kimi yüzlərlə silahlı rumun hücumuna məruz qaldılar. Ov tüfənglərilə silahlanaraq 15-20 türk gənci silahlı rumlulara dirənir, kəndi bu saldırğan,
yırtıcı, faşist
rumlulardan (yunanlardan) savaşaraq müdafiə etməyə başlayırlar.
Hava xeyli qaralandan sonra güllələrini və fişənglərini
tükətdikdə hər
ehtimalla doğma kəndlərini tərk edir, qonşu Qoçyatağı (Koççat)
kəndinə doğru
geri çəkilirlər.
Ancaq bir azdan dönüb
geri baxanda görürlər ki, onların evləri yağmalanır, sonra türklərin evlərini
yandırıb alova qərq edirlər. Matyatlı soydaşlarımız artıq
anlayırlar ki, geriyə qayıtmağın
bir mənası yoxdur".
Ə.Kərimbəylinin araşdırmalarından
məlum olur ki, ötən onillər ərzində Matyatlı türklər geri dönmədilər və beləcə, mal-mülk varidatından məhrum oldular: "O zamandan Matyat kəndliləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət
edirlər. Onlarla bərabər Yağmuralan
kəndliləri də
AİHM-ə müraciət edib. Hələ də cavab gözləyirlər. Təsəvvür edirsinizmi, 21 dekabr
1963-cü ildə bu hadisələri törətməyə
fitvanı, Yunan kilsəsinin papası, qatil Makarios vermişdi. Bu da Allaha ibadət edən xristian keşişi... Bir əli xristian
kitablarının üstündə,
o biri əli qanlı xaçın üstündə olan din adamı suçsuz, günahsız insan ölümünə necə
rahatlıqla fitva verə bilər? Bu papaz Misirdən,
bir də Sovet İttifaqından silah alıb bütün cinayətkar ünsürləri silahlandırıb
5 min nəfərlik polis ordusu
yaratdı. Halbuki polis təşkilatında
xeyli miqdarda türk millətindən olan polisləri özü işdən qovdurmuşdu. Papazın
məqsədi aydın
idi: adanı türklərdən təmizləmək.
Qəribədir, kim kimdən təmizlənir? Əlindəki xaçı qılınca,
avtomat "Kalaşnikov"a
çevirmiş və
haram pullara qul olan birisinin
bu adada yaşamağa haqqı var, məsum türkün isə yox, yalnız ona görə ki, o TÜRKDÜR?! Utanmadan-qızarmadan bəyanat verib bütün dünyaya deyir ki, mən
adanı türklərdən
təmizləmək üçün
bunu yapdım. Türkə nahaq yerə bəslənilən kin və
nifrət duyğusu əks-rabitə ilə, təsirin əks təsirə bərabər
olmasını qəbul
edən sağlam məntiqlə Lefkoşadan
Alp Arslan türkeş
doğuldu və bütün şüurlu həyatını millətinin
xidmətinə yönəltdi.
Əminəm ki, o adada tolerantlıq və saf humanizm olsaydı,
ordan-oradakı ictimai milli mübarizə şüurundan Əfşar
soylu Alp Arslan Türkeş doğulmazdı.
KKTC-nin qurucusu Rauf Denktaş kitablarında yazır ki, 21 dekabr 1963-cü ildən 23 mart 1964-cü ilədək,
cəmi 90 gündə
Matyatlara yapılan kimi 98 Türk köyü yağmalanmış,
yandırılmış, sonra
da yerlə bir edilmişdi. Baf qəsəbəsində
105 Türk dükanı
və 123 Türk evi yandırılıb dağıdılmış, 140 dükan və 212 ev də yağamalanmış,
talan edilmişdi. O zamankı maliyyə vəziyyətinə görə
dəyən zərər
1,4 milyard türk lirəsi idi. Lefkoşada yaşayan Türklərə
vurulan ziyana sadəcə, rəqəmlərin
ölçüsündən baxın. Heç bir ziyan ifadə edən rəqəm məsum bir insanın bircə günlük yaşadığı faciəli
anların bədəlini
ödəyə bilməz.
Adada yaşayarkən türklər
telefon xidmətindən
tamamən məhrum olmuş durumdaydılar, elektrik isə son dərəcə məhdud.
Adada gündüz-gecə
gəzintisində can güvənliyi
tam yox idi, harda fürsət düşdü, "Türkdür"
- deyə öldürürdülər
və heç kim məsuliyyət
daşımırdı. Poçt xidməti
türklər üçün
qadağan idi. Kipr türklərini dünyadan
təcrid etmişdilər.
Makarios papaz deyildi sanki,
türk qanı içməyə hazır
olan bir erməniydi. Bu yasaqlar və qadağaların hamısını
türklərə qarşı
o uyqulayırdı. Kiprli soydaşlarımızin
hamısı bir nəfər kimi
1963-1974-cü illər arası
aldıqları zədələr,
talan və soyqırım üçün
Matyat və Yağmuralan kəndliləri
kimi birləşib məhkəməyə (AİHM) müraciət edib, öz haqlarını tələb etməlidir".
Sözügedən mövzu sarıdan
Bolqarıstanda türklərə
qarşı tarixən
sərgilənən münasibətlərə
toxunan Ə.Kərimbəyli
yazır: "Tarixin toz-dumanlı yolları ilə geri dönüb
baxanda Bolqar türklərini b.e.-nın
III-V əsrlərində Uralda,
Xəzərin Şimalında,
indiki Tatarıstan, Çuvaşıstanda, bir
də indiki cənubi Ukraynada... bir sözlə, Bulqariyda (indiki çuvaş, tatar, başqırd, Moskva ərazisində və Qara dəniz sahillərində) görürük.
Bugünün reallığında
bolqarlar özlərini
türk də adlandıra bilər, slavyan da; bu,
onların öz işidir, buyursunlar, özlərinə lap təmiz
qanlı slavyan desinlər, axı tarix öz sözünü
deyib və işin tərsliyindən tarixdən haçan soruşsan ki, bu bolqarlar etnik
mənşəyinə görə
kimlərdir, yenə deyəcək ki, bu millət türkdən dönüb
bolqar olub. Bu xalqın etnogenezində
dominanat faktor türk qanıdır.
Tarixi vətənləri isə
Uraldır. Yəni türk
etnogenindən ayrılan
bir çox xalqlardan biri kimi. Tarixin gedişatı onları
assimilyasiya edib, baxmayaraq ki, XIII əsrin sonlarına qədər həmən bu bolqarlar bəyənsələr
də, bəyənməsələr
də doğma türk-mizi-qıpçaq dilində
danışıb, xristian
dinini qəbul etdikdən sonra tədricən slavyan dili üstünlük qazanıb. Etnik türk öz
kimliyini unudub, dədəsinin, babasının
öz irq kökünü itirib, bu gün öz
soydaşları və
birlikdə yaşadıqları
ölkənin vətəndaşları
olan Türklərə
işgəncə verir,
zülm edir. Kim bilir, bəlkə
də ona görə yazıçı
Y.Konstantinov əzəmətli
romanının adını
"Tənəzzül" qoyub. Bolqarıstanda yaşayan türklərdən
istifadə etməklə
bolqarlar böyük Türk Dünyasına özünü inteqrasiya etmək imkanı əldə edə bilər. Türkiyə,
Azərbaycan, Qazaxıstan,
Türkmənistanla... Dostluq,
Həmrəylik, Əməkdaşlıq,
Tərəfdaşlıq müqavilələri
imzalayar və transxəzər proyektlərdə
yaxından - necə deyərlər, qanıbir,
kökübir, soyubir qardaş kimi iştirak edə bilərdi. Bir də adama deyərlər, qardaş, bu toprağı Uraldan kürəyində gətirməmisən ki?!
Moskva Kremlində Bolqarıstan üçün kadrları
hazırlayan mərkəzlərdə
A.Mikoyanın təsiri
güclü idi.
Orada yüzlərlə erməni,
professor-müəllim kimi
yerləşdirilmişdi. Bu şəxslərin hamısı bir nəfər kimi ciblərində kommunist bileti gəzdirir, ürəklərində isə
Mikoyanın tapşırıqlarını
və Daşnaksütun
partiyasının ideologiyasını.
Onun gizli tapşırığı
ilə Bolqarıstanda
yaşayan müsəlmanların,
o cümlədən qaraçıların,
Pomakların (qədim
yerli hun-kıpçak
türkləri), daha sonra isə Bolqarıstanda yaşayan türklərin əvvəl
adlarını zorla dəyişdirib xristian-bolqar
adları yazmağa başlamışdılar, ancaq
1980-cı ildən sonra
isə müsəlmanları
- türkləri və
müsəlman olan qeyri-türkləri ölkədən
əvvəl gizli şəkildə, sonra isə açıq şəkildə qovmağa
başladılar. Türk dilində məktəblər
bağlandı, radio-televizya verilişlərinə, türk
teatrlarına, qəzet və kitab nəşriyyatlarına yeni
səlib-xaç yürüşü qaydaları və
metodları tətbiq edildi; sayı 1000-dən çox Türk
ilk və orta məktəbləri, 7 Türk lisesi, Ruse şəhərində
Özəl Türk Qız Lisesi, Sofiya, Kırçalı,
Razqrat şəhərlərində özəl Müəllim
Məktəbləri, Şumen, Rusçuk, və Haskovo şəhərlərində
türk teatrları bağladıldı. Todor Jivkovlar Moskvadan -
SSRİ-nin partiya və dövlət rəhbərlərindən
erməni-slavyanofilçi rus təzyiqi nəticəsində
aldığı tapşırıqları arxayın həyata
keçirirdi. Ona kimsə "qaşın
üstündə gözün var" deməyəcəkdi.
Böhran xarakterli ictimai-siyası həyatdan xalqı
aldadaraq azdırmaq üçün Jivkov rejimi türklərə
qarşı daha böyük kampaniya başlatdı".
1989-cu ilin aprel ayından etibarən etnik türkləri yüzillərin ata-baba torpaqlarından, yerindən-yurdundan, həqiqi tarixi vətənlərindən kütləvi şəkildə zor tətbiq etməklə çıxarmağa başladılar: "Milyonlarla türk öz evindən-eşiyindən Türkiyə Cümhuriyyətinə köçməyə başladı. Türklərə edilən işgəncə, hətta əsgərlikdə belə ayrı-seçkilik davam edir, bolqar əsgələrinə rəva görmədikləri ağır işi, işgəncə verici işi türk kökənli əsgərlərə verirdilər. Bu kimi sitəmli həyat, ayrı-seçkilik gənclərin könül dünyasında sızıltı yaradırdı. İncimiş, ədalətli və istedadlı gənclər isə öz hisslərini, duyğularını bayatılar və nəğmələr vasitəsilə ifadə edirdi. Bu maddi, mənəvi, cismanı soyqırımıdır. Gürcüstandan Axıska türklərini, Azərbaycan türklərini, Ermənistandan yenə də Azərbaycan türklərini, Krımdan Kıpçak-Tatar, Karaim, qədim göy Oğuz türklərini qovduran Moskva Bolqarıstandan türk kökənli xalqları kütləvi şəkildə qovdurdu. Belə məsələlərdə - türk əleyhinə layihələrdə moskvalı erməni lobbisi, Londonda yerləşən Amerikan-ingilis cəsus təşkilatları ilə birləşirdi. Biz bu gün belə onların birləşərək bizə qarşı olduqlarını hər an yadda saxlamalıyıq, onların bizə qarşı ciddi fəaliyyətini nəzərdə tutmalıyıq. Harda etnik türkə qarşı bir əməl varsa, orada mütləq erməni barmağı var - bunun ən yaxşısını biz Azərbaycan türkləri bilirik. Çünki ermənini dünyada bizdən yaxşı heç kim tanıya bilməz..."
Uğur
Xalq Cəbhəsi.- 2014.- 12 aprel.- S.14.