Azərbaycan sülh, tolerantlıq və işğal olunmuş torpaqlar arasında

 

İtaliyanın nüfuzlu globalist.it notiziegeopolitiche.net portallarında Azərbaycan Respublikası Prezidentinin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı ilə bağlı geniş məqalə dərc olunub. Məqalənin tam mətnini öxucularımıza təqdim edirik:

Azərbaycanın müstəqillik illəri zamanı böyük inkişafı göstərir ki, paralel şəkildə həyata keçirilən iqtisadi siyasi islahatlar uğura aparır”. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Stasburqda keçirilən Avropa Şurasının Assambleyasındakı çıxışına başlayır. Həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət atmosfer yaradıb. Azərbaycanda bütün əsas azadlıqlar tanınır. Bizdə siyasi fəaliyyətlə məşğul olmaq azadlığı var. Yüzlərə siyasi təsisat partiyalar var. İfadə mətbuat azadlıqları var”. Əliyev çıxışının əksər hissəsində ölkəsinin insan haqları dini tolerantlıq sahəsində gördüyü işlərdən danışıb. Xatırlatmaq lazımdır ki, Azərbaycan Beynəlxalq Tolerantlıq Günü münasibətilə 2013-cü ildə dünyanın 5 ən tolerant ölkəsi sırasında yer alıb; əhalisinin əksəriyyətinə görə müsəlman ölkəsi hesab olunmasına baxmayaraq burada digər dinlərə dinc münasibət (təqdir olunur) var. “Dini azadlıq ölkəmizin digər böyük müsbət tərəflərindəndir- Prezident İlham Əliyev nümayəndə heyətlərinə xatırladıb-biz multi-etnik müxtəlif dinlərə mənsub insanların yaşadığı bir cəmiyyətik. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların dinlərin nümayəndələri sülh əmin-amanlıq şəraitində birgə yaşamışlar. Sədrliyimiz müddətində multikulturalizm dəyərlərinə diqqət prioritetlərimizidən biri olaraq qalacaqdır.” Bu öhdəliyin aydın nümunəsini biz Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dünyanın mədəni irsi naminə çoxsaylı xeyriyyəçilik fəaliyyətində görə bilərik; Fondun ayırdığı maliyyə dəstəyi hesabına baxımsızlıqdan xilas edilən Romadakı Marçellinio Pietro katakombalarının bərpasında olduğu kimi. Ağrılı Dağlıq Qarabağ məsələsinə toxunan Əliyev açıq şəkildə beynəlxalq ictimaiyyətə müraciət edib. Üzləşdiyimiz ən böyük problem beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün pozulmasıdır. Azərbaycan Ermənistan arasında olan münaqişə bütün regiona təhlükə yaradır. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin beynəlxalq birlik tərəfindən tanınmış 20 faizi işğal edilmişdir. Azərbaycanlılar erməni quldurları ordusu tərəfindən etnik təmizlənməyə məruz qalıblar- bununla Prezident Əliyev açıq şəkildə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş faciəvi soyqırımda 613 dinc sakinin, o cümlədən 106 qadının 83 uşağın öldürülməsinə istinad edirdi- münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın məcburi köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağ 7 ətraf rayon 20 ildən artıqdır ki, işğal altındadır. Bu ən böyük ədalətsizlikdir”. Əliyev nümayəndələrə bildirdi ki, “Ermənistanın keçmiş prezidenti burada- demokratiya evində danışarkən erməni azərbaycan xalqlarının birgə yaşayışının mümkün olmadığını deyib. Onun varisi, hazırkı Ermənistan rəhbəri münaqişəni dini münaqişə kimi təsvir edir,” davamında isə (Əliyev) qeyd edir ki, “Azərbaycanın başqa millətlərlə birgə yaşamaq kimi problemi yoxdur, Ermənistan isə mono-etnik dövlətdir, əhalisinin 99.9 faizi yalnız ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar ölkəni tərk etməyə məcbur ediliblər. Bu cür ayrıseçkilik danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni qaldırmalıyıq, ədaləti Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik”. Sonda Əliyev Azərbaycanda gender ayrıseçkiliyinin olmadığını 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası zamanı qadınlara səsvermə hüququnun digər Avropa ölkələrindən daha tez verildiyini bildirdi. Emosional çıxışda həmçinin Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı narazılıq ifadə olunurdu. Bu sözlərdən hiss olunurdu ki, xalqının dəstəyi razılığı Prezidentdə qurur hiss yaradır.

(Onun sozlərindən, Prezidentin öz xalqı ilə fəxr etdiyi xalqının dəstəyini hər zaman hiss edtiyinə görə yüksək qürur hissi duyduğu hiss olunurdu.)

 

Xalqcəbhəsi.-2014.-8 iyul.-S.10.