Leykoz təhlükəsi
Keçən əsrin ən tanınmış qorxulu xəstəliklərindən olan
Leykoz (qan xərçəngi) xəstəliyi
onkoloji xəstəliklər
qruruna aid olub, qan yaradıcı sisteminin şiş xəstəliyidir. El arasında
bu xəstəlik
"ağ qan qırmızı qanı yeyən xəstəlik"
kimi tanınır.
Belə ki, əsas qanyaradıcı
orqan olan sümük iliyində şiş hüceyrələrin
inkişafı normal qanyaranmanın
qarşısını alır,
qırmızı qan kürəciklərinin miqdarı
tədricən azalaraq
elə bir həddə çatır
ki, qan doğrudan
da ağarır.
Ancaq qeyd etmək lazımdır ki, bu xəstəlikdə təkcə qırmızı
qan kürəcikləri
deyil, eyni zamanda həyat üçün vacib olan normal leykositlərin və trombositlərin də miqdarı kəskin azalır və nəticədə müxtəlif xarakterli qanaxmalar, infeksion fəsadlar üzə çıxır.
Araşdırmalar göstərir ki,
leykemiyanın yaranmasında
xarici amillərlə yanaşı, irsiyyətin
də müəyyən
rolu var. Çünki
burada xromosom araratının xarici və daxili təsirlərə davamlılığı
və immun sisteminin çox böyük rolu var. Hazırda isə xəstəliyə səbəb
olan amillər sırasında daha çox stress vurğulanır.
Əvvəlki illərdə xəstələrdən
narahatlığın nə
zaman yarandığını
soruşanda bildirirdilər
ki, ya yıxılaraq
qorxublar, yaxud onları it dişləyəndən
sonra özlərində
narahatlıq hiss ediblər.
Eksperlər bildirir ki, uşaqların keçirdiyi
stress halları birbaşa
immun sisteminə təsir edir. İmmun sisteminin zəifləməsi
isə onkoloyi genlərin oyanmasının
qarşısını ala bilmir.
Bu bədxassəlik ilk növbədə sümük
iliyində yaranır və sonralar bədənin digər orqanlarına sirayət edir. Xəstəliyin inkişafındakı bu mərhələli gediş çox zaman orqanizmdə yaranmış bədxassəli
prosesin vaxtında duyulmasına çətinlik
yaradır və yalnız xəstəlik öz sözünü demiş olduqdan sonra başa düşülür. Vaxtında
aparılmayan müalicə xəstənin ölümü ilə
nəticələnir. Ümumdünya səhiyyə
statistikası göstərir ki, 100 000 insandan 13-ü bu xəstəliyə
tutulur. Ancaq ümumilikdə
götürdükdə potensial olaraq hər bir kəs bu xəstəliklə
xəstələnə bilər. Bunun
üçün sadəcə olaraq şərait
yaranmalıdır. Bu şəraiti həm
daxili, həm də xarici amillər yarada bilər. Bütün insanlar yaşından, irqindən, cinsindən
asılı olmayaraq anadan onkogenlə, yəni şiş
hüceyrəsi ilə doğulur. Və bu
şiş hüceyrəsi yaradan geni bütün ömrü
boyu daşıyır. Normal halda bu genin fəaliyyəti,
daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən
idarə olunur. Başqa sözlə desək,
orqanizm müxtəlif təsir mexanizmindən istifadə edərək
bu genin aktivləşməsinin qarşısını
alır. Ancaq həyatın gedişində bir çox
amillərin təsiri altında gen aktivləşərək xəstəliyin
yaranmasına səbəb olar. Bura həm daxili,
həm xarici faktorlar aiddir. Xarici faktorlar
içərisində ekoloji faktorları, ən əsas
radiasiya faktorunu, ximikatların məişətə tətbiqi
amilini qeyd etmək lazımdır. Radiasiya faktorunun gen
aparatına göstərdiyi dağıdıcı təsir
mutasia dəyişikliklərinin yaranmasına təkan verir və
bu da xəstəliyin yaranmasına səbəb olur.
Burda yaş həddi nisbi xarakter daşıyır. Çünki leykoz xəstəliyi
altında qanın çoxlu onkoloji xəstəlikləri cəmləşir:
Kəskin leykoz, xroniki leykoz, limfoblast leykozlar, mieloblast leykozlar.
Xəstəliyin əlamətləri qan
azlığı, solğunluq, bədəndə göy ləkələr,
qansızmaların olmasıdır. Həmçinin limfa vəzilərinin
böyüməsi, sarılıq, halsızlıq, ayaqlarda
ağrı, yüksək hərarət, boğaz
ağrıları leykemiyanın əlamətləridir. Məhz bu əlamətlərə görə də
bəzi xəstələr başqa klinikalarda yanlış
müalicə alırlar. Həmin əlamətlər
olduqda ilkin mərhələdə bilmirlər ki, həmin
şəxs leykozdur. Əgər bu xəstəliyin
vaxtında müalicəsi aparılsa, uşaqların
sağalma göstəricisi 90-92 faiz olar. Xəstəliyin
ömürlük sağalma ehtimalı isə 75 faizdir. Amma xəstəlik bir qədər geciksə, risk də
bir qədər artır. Əgər
müayinəni aparan yaxşı mütəxəssisdirsə,
bunu müəyyən edə bilir.
Bu xəstəliklərin hər bir növü müxtəlif
yaş qruplarında daha çox rast gəlinir. Məsələn,
Kəskin Limfoblast Leykozlar (KLL) uşaqlar arasında 70-80 faiz
rast gəldiyi halda, Xroniki Mieloblast Leykoz (XML) əksinə,
böyüklər arasında daha çox rast gəlinir.
Odur ki, rastgəlmə tezliyi demək olar ki,
bütün yaşlar üçün eynidir, ancaq hansı
formanın olmasının yaş qrurları üçün elmi-praktiki
əhəmiyyəti var.
Keçən əsrin ikinci yarısına qədər
bütün dünyada leykoz diaqnozu təsdiqlənən xəstə
ölümə məhkum sayılırdı. Sonralar elmin
inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi,
xəstəliyin bioloji asrektlərinin öyrənilməsi,
müasir tibb mərkəzlərinin yaradılması
"ÖLÜMƏ MƏHKUMLUQ" anlayışını
aradan qaldırdı. Və artıq 80-ci
illərdə bu xəstəliklərdən birdəfəlik
sağalma şansı yarandı. Bu gün
dünyanın inkişaf etmiş ölkələrində
uşaqlar arasında Kəskin Leykozdan tam sağalma
şansı 70-75 faiz təşkil edir.
Professor Mireldar Babayevin sözlərinə görə, Azərbaycanda
hələ ki, leykemiya xəstəliyi ilə bağlı
statistika aparılmır. Sadəcə, müraciət edən şəxslərin
xəstəlik tarixçələri torlanılır. Son illər həmin tarixçələrin
araşdırılmasına başlanılıb. Buna görə də resrublikanın hansı bölgəsində
xəstəliyin daha çox yayılması haqqında dəqiq
fikir söyləmək çətindir. Amma
əksər regionlardan, həmçinin Bakı şəhərindən
xeyli sayda müraciətlər var. Ümumi qənaət belədir
ki, ekoloji tarazlığın daha çox rozulduğu ərazilərdə
xəstəliyə yoluxma riski artır. Ötən
əsrin ortalarında Yaroniyaya atılan atom bombalarından
sonra xeyli insan bu xəstəliyə yoluxub. Çernobıl hadisələri zamanı da xəstəliyin
artma tempi yüksəlib. Bütün bunlar
onu deməyə əsas verir ki, ekoloji tarazlığın
rozulduğu bölgələrdə leykemiyaya yoluxma riski daha
çoxdur. Azərbaycanın elə bir
rayonu yoxdur ki, oradan leykemiya ilə bağlı müraciət
olmasın. O ki qaldı dəqiq statistikanın
ararılmasına, rəsmi olaraq konkret fikir söyləyə
bilmərəm. Üalnız son illər müəyyən
araşdırmalar aparmağa başlamışıq. Hələlik
yalnız onu deyə bilərəm ki, il ərzində
təxminən 80-90 nəfər birinci dəfə olaraq
leykemiya ilə bağlı müraciət edir. Dünyada
isə hər yüz min nəfərə 13 leykozlu xəstə
düşür. Amma nəzərə
alınmalıdır ki, ölkəmizdə bəzi xəstələrə
dəqiq diaqnoz qoymaq mümkün deyil və onların bu xəstəlikdən
əziyyət çəkmələri müəyyənləşdirilməyib.
Əgər dəqiq araşdırmalar
ararılsa, konkret rəqəmlər də deyə bilərik.
Dəqiq statistikanın olmamasının səbəblərindən
biri də xəstələrin pərakəndə şəkildə
ayrı-ayrı xəstəxanalara müraciət etməsi ilə
bağlıdır. Hazırda isə
bütün xəstələr bizim şöbəyə
müraciət edir.
Leykoz xəstəliyi qan analizi vasitəsilə aşkar
olunur. Amma tam dəqiq diaqnoz qoymaq üçün
sümük iliyinin müayinəsi aparılmalıdır.
Əgər xəstədə onkoloji genlər
aşkar olunursa, onda biokimyəvi müayinə ararılır.
Aparılan biokimyəvi müayinənin nəticələri
isə imkan verir ki, xəstədə leykozun hansı
növünün olmasını aşkar edək. Bizim
apardığımız diaqnostika ancaq bu səviyyədə məhdudlaşıb.
Amma dünyada bu müayinələr daha dəqiqləşdirilən
şəkildə ararılır. Hətta orta inkişaf edən
ölkələrdə də bu cür müayinələrin
aparılması üçün şərait
yaradılıb. Xromosomlardakı pozuntular aşkar olunur.
Çünki sümük iliyində onkoloyi hüceyrələr
həmin xromosomlarda olan pozuntular nəticəsində
yaranır. Azərbaycanda isə həmin müayinələri
bu gün arara bilmirik. Onu arara bilməmək də bizim
diaqnostika işimizə bir qədər mənfi təsir
göstərir. Əgər tam müayinə ararmaq
mümkün olsa, bu bizə aparacağımız müalicənin
nə dərəcədə effektiv olacağını müəyyən
etməyə imkan verər. Həmçinin xəstələri
risk, orta risk, yüksək risk qrupuna ayırmaq olar.
Azərbaycanda
leykemiya üzrə ixtisaslaşan xəstəxanalar mövcud
deyil. Yalnız Hematologiya İnstitutu var. Həmin institutun nəzdində
həm leykemiya, həm də digər qan xəstəlikləri
müalicə olunur. Rusiyada da təxmini eyni cür xəstəxanalar
mövcuddur. Orada da leykemiya xəstəliyi uşaq hematologiya mərkəzində
müalicə edilir. Çünki qan xəstəliklərinin
hamısının müalicəsi təxminən
oxşardır. Onların şərait, digərlərindən
təcrid edilib-edilməməsinə eyni cür yanaşma var.
Hematologiya
və Transfuziologiya İnstitutunun baş həkimi, tibb elmləri
namizədi İsgəndər Bağırovun KİV-ə
verdiyi informasiyaya görə, böyüklər arasında
sümük iliyi xəstəlinə görə ildə 150-170
nəfər, uşaq kontengenti üzrə hər ildə təxminən
80-110 nəfər bu xəstəliklə əlaqədar
müraciət edir.
Həkim
leykozların bir neçə üsul ilə müalicə
olunduğunu qeyd edir. Leykozlar reliksiyanın induksiyası,
konsolitasiya, saxlayıcı terapiya üsulu ilə müalicə
olunur. Reliksiyanın induksiyası üsulu xəstəliyin kəskin
dövründə kimyəvi praparatların köməyilə
sümük iliyində şiş hüceyrələrini
öldürməklə müalicə edilir. İkinci
müalicə etapı konsolitasiyadır. Burada iki il ərzində
hər ayda kurslar keçirilir. Sümük iliyinin
transplantasiya (köçürülmə) əməliyyatıdır.
Həkim bu əməliyyatın Azərbaycanda hələ də
aparılmamasına çox təəssüflənir. Onun
sözlərinə görə, sümük iliyinin
köçürülməsi iki formada olur. Bir xəstənin
özündən, ikinci halda yaxın qohumlarından
götürülür.
Digər müalicə üsulu isə saxlayıcı terapiyadır. Bu zaman heç bir müalicə aparılmır. Xəstələr buraxılır özbaşına. Xəstə 5 il müddətinə sağ qalırsa, deməli sağalıb. Əgər 5 il müddətinə xəstənin səhhətində hər hansı pisləşmə olarsa, onda yuxarıda deyilən kimi sümük iliyinin köçürülmə əməliyyatı aparılır. Bu cür əməliyyatlar adətən Almaniyada və Rusiyada ararılır. Həkimin bildirdiyinə görə, qanda kəskin leykoz xəstəliyi dərman rreraratları ilə müalicəsində sağalma ehtimalı 25-30 faizdir. Lakin sümük iliyinin köçürülməsində 50 faiz sağalma ehtimalı var.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 20 iyun.- S.13.