Azərbaycan mədəniyyəti Almaniyada

 

Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib. “Düsseldorf Teatr Evi”ndə toplaşmış 800-ə yaxın qonaq Azərbaycan caz musiqini canlı olaraq izləyib.

Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Sonra səfir ölkəmizin zəngin musiqi mədəniyyəti, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.

Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat, ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə Qərblə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb.

Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Mehriban xanım Əliyevanın onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublimalızda xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildirən aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz Azərbaycanda yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə aparıcı musiqi festivallarından biri olduğunu, caz-muğam sintezinin unikallığını vurğulayıb.

Azərbaycan caz musiqisi ustası Elçin Şirinov Böyük Britaniya caz ustaları Deyv Hamblet Sem Lasersonun ifasında möhtəşəm konsert proqramı tamaşaçılar tərəfindın alqışlarla qarşılanıb. Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez etməsi konsertə rəng qatıb.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri – Berlin Humboldt UniversitetindəAzərbaycan tarixikafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğuAzərbaycanda alman irsikitabı paylanılıb. Eyni zamanda, “Azərbaycanda alman izlərifotosərgi Almaniya bir rəssamın gözü iləadlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib.

Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi mədəniyyət dairələrinin, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Xalq Cəbhəsi.- 2014.- 6 noyabr.- S.15.