Hüseyn Cavidin “Səyavuş”u

 

O, Firdovsidə qabarıq verilmiş mifoloji süjetlərə, obrazlara yer verməyib

                                              

II yazı

 

H.Cavidin əsərində Südabə Səyavuşa olan eşqini açıq şəkildə etiraf edir. Kavus Südabənin edam olunması barədə fərman verir. Lakin Səya¬vuşun və vəzirin xahişi ilə o, öz fikrindən vaz keçir. Firdovsinin “Səya¬vuş və Südabə” əsərində isə Südabə Səyavuşa olan qanunsuz eşqini eti¬raf etmir, əksinə o, Səyavuşun ona təcavüz etdiyini israr edir. Burada yalnız Səyavuş Südabənin bağışlanması haqda atasından xahiş edir. Yə¬ni H.Cavidin əsərində Südabənin edamdan qurtarmasında vəzirin heç bir rolu olmur.

Firdovsidə Səyavuş döyüşkən, igid, xeyirxah və ağıllı bir pəhləvan kimi təsvir olunur. O, həm də sülh tərəfdarıdır və Turan ordusunu sülh bağlamağa, müharibəni dayandırmağa razı salır, heç vaxt öz sülh müqaviləsini pozmur. Bununla da atası ona qəzəblənir, Rüstəm Kavusdan üz döndərir və qoşunu ilə Zabulustana üz tutur. Səyavuş iki yoldan birini seçmək məcburiyyətində qalır. O, ya Piran Vise ilə Tu¬rana getməli, ya da İrana qayıdıb Südabənin hiylələri ilə mübarizə apar¬malıdır. Səyavuş birinci yolu seçir və Piran ilə Turana gedir.

Firdovsinin “Səyavuş və Südabə” dastanında analığının böhtanından və atasının yanlış münasibətlərindən inciyən Səyavuş Turan ölkəsinə daxil olandan sonra Piranın qızı Cərirə və Əfrasiyabın qızı Firəngizlə evlənir. Ancaq H.Cavidin “Səyavuş” pyesində isə Siyavuş ancaq Əf¬rasi¬yabın qızı Firəngizlə evlənir. Burada hətta Firəngizin atası ondan Səyavuşlə ailə qurmaq istədiyini soruşur. Firdovsidə isə beləbir epizoda rast gəlinmir. Görünür, burada H.Cavid özünün demokratik düşüncə¬lə¬rinə əsaslanıb. Frdovsinin “Siyavuş və Südabə” dastanı ilə H.Cavidin “Səyavuş” pyesi arasındakı digər bənzərliklər İran şahı Kavusla bağlıdır. “Şahnamə”nin bəzi yerlərində Kavus oxucu tərəfindən qınaq ob¬yektinə və yalançı padşah simvoluna çevrilir. Firdovsi Qudərzin dililə deyir ki, Kavus özünün pis təbiəti ilə hər zaman müharibə meyvəsi verən bir ağacdır.

Kavus xəbis, özündən razı, kütbeyin və qadın düşkünüdür. Onun bu xüsusiyyətləri özünün və İranın təhlükələrlə qarşılaşmasına səbəb olur. Kavusun başına gələn ən ağrılı və son hadisə oğlu Səyavuşla arvadı Südabənin münasibətləridir. Çünki bu hadisədə Kavusun əmri ilə tonqal qalanır və Səyavuş öz günahsızlığını sübut etmək üçün oddan keçməli olur və bu sınaqdan sağ-salamat qurtarır.

H.Cavidin “Səyavuş” pyesində isə belə bir epizod yoxdur. Böyük mü¬təfəkkir H.Cavid Kavusun yuxarıdakı mənfi xüsusiyyətlərinə bir də onun sarayın kiçik yaşlı xidmətçi qızlarına təcavüz edən əxlaqsızlığını əlavə edib. Fdovsinin “Şahnamə”sində Səyavuş Turan qoşununu məğlub et¬dik¬dən sonra döyüşçülərini əsir götürür. Ancaq H.Cavidin “Səyavuş”unda belə bir epizoda rast gəlmirik. Bundan başqa Firdovsidə Turan padşahı Ədrasiyab Siyavuşun qay¬natası kimi təqdim olunur. H.Caviddə isə Turan padşahı Əfrasiyab Səyavuşun həm qaynatası, həm də dayısıdır.

“Sahnamə”də Piran düşmən cəbhəsində yer alsa da, Firdovsi onu ağıllı və mülayim bir obraz kimi təqdim edir. Piran problemlərin ağılla çözülməsi və sülh tərəfdarıdır. O, həm də Səyavuşun, Firəngizin və Key¬xosrovun hamisidir. H.Cavid də Piranı ağıllı, dürüst və asayiş tə¬rəfdarı kimi təqdim edir. Bu iki əsərin başqa ortaq qəhrəmanlarından biri də Gərsivəzdir. Fir¬dovsi onu Əfrasiyabın qardaşı, ən yaxın adamı, ordu komandanı, mü¬şaviri və ən mənfi obraz kimi təqdim edir. Gərsivəz Səyavuşun Turanda olmasını və Əfrasiyabın ona yaxşı münasibətini özünə təhqir kimi qəbul edir. Bu, onu kinli və xəbis bir insana çevirir. Müqayisə olunan hər iki əsərdə bu kin özünü kəskin bir şəkildə biruzə verir. Gərsivəz hiylə ilə Əfrasiyabı Səyavuşa qarşı qaldırır. Həm “Şahnamə”də, həm də “Siyavuş” pyesində üstüörtülü şəkildə Si¬yavuşun səhvinə toxunulur. Bu səhv Siyavuşun Gərsivəzə etimad et¬məsidir. Siyavuş Gərsivəzin özünə qarşı xoşniyyətli olduğunu düşü¬nür və Siyavuşun saflığı onun ölümünə səbəb olur.

“Şahnamə”nin başqa bir epizodunda Əfrasiyab öz qoşununa Səya¬vuş¬la vuruşmağı əmr edir. Səyavuş isə özünün dostluğunu və günah¬sız¬lığını sübut etmək üşün ordusuna əmr edir ki, qılınclarını qınlarından çıxartmasınlar. Belə olan halda Səyavuşun bütün qoşunu məhv edilir, özü isə yaralanaraq əsir düşür və ən qəddar bir şəkildə onun başını bə¬dənindən ayırırlar. Hər iki əsərdə İran şahzadəsi Səyavuş Gərsivəzin pis niyyəti və Südabənin məkri ilə cərəyan edən keşməkeşli hadisələrin qur¬banı olur və müqavimətsiz öldürülür.

“Səyavuş və Südabə” əsəri “Şahnamə”nin bir neçə fərqli və macəralarla dolu ən mürəkkəb dastanıdır. Burada oxucu per¬so¬najların fəaliyyətərinin müxtəlif epizodlarına heyran olur. Sanki bu per¬sonajlar oxucunun öz ətrafından götürülmüş və onun dili ilə danışırlar. H.Cavidin “Səyavuş” mənzum pyesi Firdovsinin “Şahnamə”sinin motivləri əsasında nəzmə çəkilib. La¬kin H.Cavid bəzi epizodları və səhnələri qəsdən dəyişib, onlara yeni çalarlar artırmaqla özünün humanist düşüncələrinə görə təqdim edib. Nəticədə onun “Səyavuş” pyesinin sonu Firdovsinin “Səyavuş və Sü¬dabə” dastanının sonundan bir qədər fərqlənir.

Hər iki əsərin müqayisəsindən məlum olur ki, H.Cavidin məqsədi Firdovsinin “Səyavuş və Südabə” dastanında qələmə aldığı bütün epi¬zod¬ları başqa bir şəkildə təkrarlamaq olmayıb. Əksinə, o, şahların zülmü, Südabənin qeyri-əxlaqi eşqi, Gərsivəzin hiyləğərliyi, şahların cəmiyyətdəki zalım mövqeyi və s. məsələləri qabartmaq, öz bəşəri ideyalarını qabarıq bir şəkildə ifadə etmək istəyib. Əlbəttə, H.Cavidin düşüncəsi Firdovsinin fikirlərinə yaxındır. Hər iki müəllifə görə zalım şahlar ölümə məhkumdurlar.

Müqayisə olunan hər iki əsərdə təsvir olunan obrazları qruplara ayırmaq olar: adi, qarışıq, qabaqcıl, igid, şər qüvvələrin təmsilçiləri və s. Bu bölgü obrazların daxili aləminin açılmasına və özəlliklərinin mey¬dana çıxmasına, eləcə də əsərdə oynadıqları rolun daha düzgün an¬laşılmasına kömək edir. H.Cavid öz pyesində obrazlar silsiləsini belə ya¬radır: Kavus və Südabə-nifrət qaynağı, rəqqasə və Kosa-şər qüvvə¬lərin təmsilçiləri, Gərsivəz-hiyləgərliyin ifadəsi, Piran-sülhün carçısı, şahlar-zülmkarların hamisi. Cavid öz əsərində Firdovsidən gələn əsas mo¬tivləri saxlayıb. Belə ki, həm Firdovsidə, həm də Caviddə Siəyavuş pak və atasına sadiq bir şahzadə kimi təsvir olunur. Mü¬qa¬yisə olunan hər iki əsərdə analığının hər cür fitnə-fəsadı onu yolundan döndərə bilmir.

Əlbəttə, səhnə əsərlərinin imkanları dastanlardan fərqlidir. Bəlkə də elə buna görə H.Cavidin “Səyavuş” pyesi Firdovsinin “Siyavuş və Sü¬dabə” dastanı ilə müqayisədə yığcam və lakonikdir. Belə ki, pyesdə Fir¬dovsinin “Səyavuş və Südabə” dastanında rast gəldiyimiz Səyavuşun oddan keçməsi, Südabənin iftiraları, Səyavuşun Turan ordusu ilə dö¬yü¬şü, Səyavuşun Piranın qızı Cərirə ilə evlənməsi, Əfrasiyabın hüzurunda Səyavuşun çövqan oyununda qalib gəlməsi, Gərsivəzin siyavuşa qarşı sui-qəsdləri, oğlu Forudun öldürülməsi, Cərirənin oğlunun yastığı ba¬şın¬da özünü öldürməsi və s. epizod və səhnələrə rast gəlmirik. Əksinə H.Cavid “Səyavuş” pyesində Südabənin qeyri-qanuni eşqi, Kavus şahın oğlu Səyavuşa qəzəblənməsi, Kavusun İran milli qəhrəmanı Rüstəmi məzəmmət etməsi, Kavusun müharibəyə rəvac verməsi, Gərsivəzin kin və küdurəti epizodlarını önə çəkib. Dramatik hadisələr pyesin əsas ünsürlərindən olsa da, H.Cavid onları müxtəsər və yığcam bir şəkildə təqdim edib.

Əlbəttə, H.Cavid “Siyavuş” pyesini təkcə Südabənin öz oğulluğuna olan qeyri-əxlaqi eşqi üzərində qurmayıb. Sənətkar bir mütəfəkkir və şair kimi onu narahat edən bir çox məsələlərə bu əsərdə öz mü¬na¬sibətini ifadə edib. Şübhəsiz ki, bu münasibət və düşüncələrin kö¬kündə onun yaşadığı dövr və şəraitin də rolu, təsiri və tələbləri var idi. Bəlkə də elə bu amilə görə H.Cavid öz əsərində Firdovsidə qabarıq bir şəkildə verilmiş mifoloji süjetlərə, obraz və epizodlara yer ver¬mə¬yib. H.Cavidin “Səyavuş” pyesini yazarkən bəzi səhnələrdə, epizod və motivlərdə, eləcə də obrazlarda Firdovsidən “uzaqlaşması” daha çox onun mövzunu öz zamanına və dövrünə uyğunlaşdırması kimi izah etmək olar. Çünki hər bir yaradıcı insan, ilk növbədə, öz əsrinin və zamanının fərdidir və onun düşüncə tərzinə uyğun olaraq yazıb-yaradır.

 

Əbdülrza Balazadə,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2014.- 30 oktyabr.- S.14.