Türkcəmizin məna çeşidləri
I yazı
Ötən il işıq üzü görmüş Hacalı Nəcəfoğlunun "Azərbaycanda və Türkiyədə Türkün sözü" kitabı maraqlı məqamlarla diqqəti çəkir. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdidir. "Ön söz"də deyilir: "Dilin zənginliyi bu dildəki kəlmə sayının çoxluğu ilə bərabər bu dildəki kəlmələrin daşıdığı mənaların çox çeşidli olması ilə də dəyərləndirilməlidir. Tarixi şərtlər gərəyincə bir çox yazı dillərinə malik olan Böyük Türk Dili həm kəlmə sayı, həm də kəlmələrin məna çeşidliyi baxımından dünyanın ən zəngin dillərindən biridir. Çox böyük bir coğrafiyada yayğın bu türk yazı dillərindəki eyni kəlmələrin daşıdığı mənalardan birinin bir coğrafiyada daha çox istifadə edildiyi, fərqli bir anlamının başqa bir coğrafiyada daha çox işlənildiyi dilimizin gerçəkliyidir.
Dilimizdəki bu çeşidliliyi Türkiyəyə gəlişimin ilk günündən hiss etməyə başlamışdım. Ərzurum Atatürk Universitetində çalışmağa başladığımda iki ilə yaxın professor Babək Qurbanovla bir mənzildə qaldıq. Bir gün estetika dərsində qarşılaşdığı bir hadisəni mənə danışdı. Dərsə hər gün cins şalvarla gələn qızlara demiş: "Siz qadınsınız. Daha zərif geyinməlisiniz. Nə olar, iki gün "kot"la (cins şalvarla) gələndə, üç gün də donla gəlin". Babək müəllim bunları söylədikdən sonra hamının nədən güldüyünü anlamadığını dedi. Bu kəlmənin Türkiyədə daha çox "alt paltarı" mənasında istifadə edildiyini dediyimdə ikimiz də gülməyə başladıq.
Zamanla Türkiyə və Azərbaycanda fərqli mənalarının daha çox istifadə edildiyi kəlmələrin heç də az olmadığının şahidi oldum və bu kəlmələri qeyd etməyə başladım. Bir sözlük fikrimi Ege universitetinin professoru Əli Yavuz Akpınar da dəstəklədi və onun da xeyir-duasıyla 1994-95-ci illərdə tamamladığım sözlüyü Türk Dünyası Araşdırmalar Vəqfinə çap olunmaq üçün göndərdim. Fəqət bu çalışma kitab olaraq deyil, Türk Dünyası Araşdırmaları dərgisində 1999-cu ildə bir bölüm olaraq yayınlandı.
Amma Türkiyə mətbuatında (sonralar elektron mediada da) rastladığım kəlmələrin Azərbaycandakı mənaları təhrif edilərək uydurulan lətifəvari hekayələrə biganə qalmaq da mümkün deyildi. 1996-cı ildə "Hürriyet" qəzetinde oxuduğum Yalçın Pekşenin köşesindeki "AZERBAYCAN`A İŞİNİZ DÜŞERSE ..." başlıqlı bir yazı mənə çox təsir etdi: "Azerbaycan`a işiniz düşerse, dikkatli olmanız gerekiyor. Azerbaycan Havaalanı`nda aktarma için bekleyen bir arkadaşımız bir bardak su içmek için büfeye yanaşmış:
- Bana bir
bardak: diyecek olmuş. Daha lafını bitiremeden
büfeci kıyameti koparmış, arkadaşımızın
üstüne yürümüş. Hemen yanında
alışveriş yapmakta olan bir Türk müşteri kenara
çekip kulağına fısıldamış: - Burda bardak
denmez: Bunların Türkçe`sinde bardak kadın anlamına
gelir. Sen adamı boynuzlu yaptın!
Bizim arkadaş mahçup, büfeden uzaklaşırken
bir anonsla yerinden sıçramış. Mikrofondaki ses
şöyle diyormuş:
-
Kerhanecilerin uçağı düştü.
Bizim
arkadaş koşa koşa yer görevlilerinin yanına
gitmiş, kendi dilince kazanın boyutlarını ögrenmeye
kalkışmış... Arkadaşımız
şaşırmış ve şaşkınlığı
yukarıdaki sözlerin Türkçe
karşılıklarını ögrenene kadar
sürmüş..."
O, daha
sonra yazır: "Təəssüf ki, yazara göndərdiyim
aşağıdakı məktuba cavab ala bilmədim:
"Sayın
Yalçın Bey! "Hürriyet"teki
köşenizde yazdıklarınızı her zaman ilgi ile
okurum. Üslubunuzu beyeniyorum. Bu mektubu Size 29 Ocak 1996 tarihində
yayınladığınız "Azerbaycan`a İşiniz
Düşerse..." başlıklı hikayeye münasebetimi,
geç olsa da, bildirmek için yazıyorum. İyi niyetle kaleme aldığınız bu
yazıda, aynı Türkçe kelimelerin Anadolu ve Azerbaycan`da
bazen farklı anlamlarda kullanıldıklarını
açıklayarak, okuyuculara bu kelimeleri kullanırken dikkatli
olmalarını tavsiye etmek istemişsiniz. Hakikaten
böyle kelimeler vardır, bu kelimelerin tüm
anlamlarının bilinmesi ve yerine göre kullanılması
aynı soylu iki ülke insanları arasındaki ilişkiler
açısından çok önemlidir. Ama Sizin üçüncü elden alarak
aktardığınız örnekleri hiç de
başarılı bulmadım.
Bardak kelimesi Azerbaycan`da, Anadolu`nun bazı bölgelerinde
olduğu gibi "toprak testi" anlamında
kullanılıyor. Yani Azerbaycan`da "Bana bir bardak su
ver!" derseniz, Sizin için toprak testi aramaya başlarlar.
Azerbaycan Türkçesinde bardak kelimesinin kadın-falan
anlamına gelmesi Türkçe cahillerinin uydurmasıdır...
Hazırladığım
Azerbaycan ve Anadolu`da farklı anlamlar veren Türkçe
kelimelerden ibaret Sözlük`ün bir kaç sayfasını
örnek olarak Size gönderir ve her zaman birinci elden
aldığınız bilgileri köşenizde
aktarmanızı temenni ederim... Azerbaycana ve Egeye gideceklere
tavsiyem: Canlı və yaşayan Türkçemizi iyi
öyrenin!"
Sevindirici haldır ki, Türkiyə-Azərbaycan
münasibətləri inkişaf etdikcə, televiziya
kanallarımız qarşılıqlı izlənildikcə,
gediş-gəlişlər artdıqca bu dil
çeşidliliyimizin hər iki tərəfdə də daha
ciddi anlaşıldığının və bu mövzuda
yazılarda daha elmi yanaşıldığının
şahidi olmağa başladıq".
Müəllif
bu mövzuda türkiyəli ziyalılardan dr. Abdulhamit
Avşarın TRT Bakı temsilçisi olaraq
çalışırkən "525-ci qəzet"də
jurnalist İlhamə Qasımlının təqdimatı ilə
dərc etdirdiyi yazısına diqqət çəkir:
"...Şimaldan cənuba bir çox şəhər və
rayonda olduq. Burada deyilişi eyni olub, amma istifadə yeri və
mənaları fərqli olan sözlərlə
qarşılaşdıqda təəccübləndik... Məsələn, bir gün Gəncəyə
getmişdik. Çəkilişləri
tamamlayaraq şəhərdən ayrılarkən bir ət
dükanının lövhəsi diqqətimi çəkdi.
Bu, Türkiyə türkü üçün o
qədər maraqlı idi ki, Bakıya gecikə biləcəyimizə
baxmayaraq dayandıq və çəkiliş aparmağa qərar
verdik. Elanda "Təzə dana və erkək
əti var" yazılmışdı. Məlum
olduğu kimi, "erkək" sözü Türkiyə
türkcəsində "kişi" mənasını verir.
İndi harada eşitdiyimi xatırlaya bilmədiyim
başqa bir maraqlı əhvalat bir yaşlı xalaya aiddir. Azərbaycanda yayımlanan
Türkiyə kanallarını izləyərkən tez-tez
"trafik kazalarında 3 kişi, 4 kişi və s.
öldü" kimi ifadələri eşidən qadın
axırda dözməyib uşaqlarından soruşub: "Bəyəm
Türkiyədə heç qadınlar maşınlara minmirlərmi?
Elə ölənlərin hamısı
kişidir". Məlum olduğu kimi,
Türkiyədə "kişi" kəlməsi "nəfər"
mənasını verir.
Bu mənada
yaşadığım başqa bir maraqlı hadisə belə
olub: Bir gün Bakıda taksiylə gedirdim. Yanımda
Türkiyədən gələn bir dostum da var idi.
"Bak,-dedim,- Bakü ne kadar Anadolu
kentlerine benziyor". Bunu eşidən taksi
sürücüsü qəflətən maşının
sürətini azaltdı və geriyə dönərək mənə
tərəf tərs-tərs baxdı. Mən
də o dəqiqə vəziyyəti anladım. Dedim
"yox, yox, səhv başa düşmə, bizdə
"kent" sözü sizin "şəhər" mənasında
işlənir." Bundan sonra taksi
sürücüsü gülümsəyərək qabağa
döndü və yenidən yolumuza davam etdik.
Yenə da şahid olduğum və xatırladıqca məni
güldürən bir hadisə. Bir gün
uşaqlarımla zooparkın içindəki qatara
minmişdik. 65-70 yaşlarında olan bir kişi
də nəvəsi ilə birlikdə qatarda idi. Qatar
isə dolu idi. Bu zaman yanındakı
uşaq ona "baba" deməyə başladı. Mənim qızım da mənə. Baxdım ki, bu mənzərə vəziyyəti
anlayan ətrafdakı adamlarda gülüş doğurur.
Çünki yaşlı kişinin nəvəsi ona Türkiyə
türkcəsində "dədə" mənasında olan
"baba" deyir, mənim qızım isə Azərbaycan
türkcəsindəki "ata" mənasında
"baba" deyirdi.
Söz xatirələr və məzəli əhvalatlardan
düşmüşkən, Türkiyənin
tanınmış kino rejissoru Yılmaz Duru ilə
bağlı olan bir hadisəni də nəql etmək istəyirəm. Hələ Sovetlər
zamanında Azərbaycanla tanış olan
Yılmaz Duru bir gün xanımıyla Bakıya gəlir və
bir mehmanxanada qalırlar. Yanlarında kiçik
yaşlarında uşaqları da olur. Bir
gün uşaq onlardan əvvəl otaqdan çıxır.
Ardınca çölə çıxan
Yılmaz Durunun xanımı uşağı görməyib
mehmanxana əməkdaşından onun haraya getdiyini soruşur.
O, isə "aşağıya düşdü" - deyir.
Duruların qaldığı otaq mehmanxananın yeddinci mərtəbəsində,
həm də pəncərələri açıq
olduğundan xanım Duru bu sözləri eşidən kimi həyəcan
içində qışqırmağa başlayır və ərini
çağırır: "Yılmaz koş! Kızımız
aşağıya düşmüş!" Bu vay-şivəni görən mehmanxana əməkdaşı
baş verənləri təəccüblə seyr edir. Sonra məsələ aydınlaşır. Uşaq aşağı "düşməyib",
"enibmiş"".
Bu cür misalları daha da çoxaltmaq, oxşar xatirələri
anmaq olar. Ancaq yazını çox uzatmamaq üçün
iki dildə ortaq olan, fərqli mənalar daşıyan bəzi
sözləri qısaca qeyd etmək istəyirəm. Məsəlçün,
Türkiyədə "cücə" deyəndə
"liliput" adam başa
düşülür, toyuğun balası yox.
Türkiyədə görüş vaxtı
üçün "sabah" deyilirsə, günün "səhər"i
başa düşülür, Azərbaycanda olduğu kimi
"yarın" yox. "Sümük" burun
ifrazatıdır. Əgər Anadoluda ət
dükanında "ətiniz sümüklü" desəniz,
mütləq ciddi təpki ilə üzləşərsiniz.
Çünki qəssabda
"sümüklü" yox, "kəmikli" ət
satılır. "Don" almaq istəyəndə
"alt paltarı" satıcısına yaxınlaşmaq
lazımdır, "geyim" dükanına yox. Düzdür, "şalvar" "pantalon"dur,
amma daha çox kəndlərdə geyilən geniş və
ütüsüz bir geyimdir (Azərbaycanda "genbalaq
şalvar" deyilir - red). Bu cür geyimlər
müasir şəhər həyatında artıq yaddan
çıxıb.
Meyvə dükanından "ərik" istəsəniz,
sizə "qaysı" deyil, "alça" verəcəklər. Bunun əvəzində
isə "pul" deyil, "para" istəyəcəklər.
"Para pul oldu" deyimi olsa da,
alış-verişlərdə istifadə olunan ödəniş
vasitəsi yox, məktub göndəriləndə zərfin
üzərinə yapışdırılmaq üçün
istifadə olunan "marka"dır. "Qızıl"
kəlməsinin də maraqlı yozumu var Türkiyədə.
"Qızıl"
"qırmızı" rəngini ifadə etməsinə
baxmayaraq, daha çox "kommunist" mənası ilə məşhurdur.
Buna görə də uğursuz mənası
var. Hətta bir müddət xalqın çoxu
"qızıl" sözünə nifrət edirdi. Buna görə də kimsə "qızıl"
sahibi olmaq istəmirdi. Bir iş yeri, ya da təşkilat
"istismara açıldıqda" hamı oradan öz mənfəəti
üçün fayda əldə etmək məqsədi
güdür. Türkiyədə bir şeyi
"istismar" etmək pis və qeyri-əxlaqi bir hərəkətdir.
Birinə "işgüzar" desəniz, o,
sizdən inciyər. Çünki bu
sözlə onu Azərbaycandakı mənanın əksinə
olaraq, "başqalarının işinə burnunu soxan,
lazımsız işlər görən" şəxs kimi təqdim
etmiş olursunuz. Bir insan "cinayət"də
ittiham olunursa, deməli, çox ağır bir ittihamla
qarşı-qarşıya qalıb. Çünki
"cinayət" sözü yalnız "adam öldürənlər"ə
aid edilir. Başqaları isə
"suç" işləyiblər və ya
"suçlu"durlar.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 6 sentyabr.- S.14.