“Söz
mülkünün Şəhriyarı”
Bakı. Gülnar
Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Seyid Məhəmmədhüseyn Şəhriyarın
xatirəsinə həsr
olunan “Söz mülkünün Şəhriyarı”
adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
filologiya elmləri doktoru Gövhər Baxşəliyeva bildirib ki, bugünkü tədbirin təşkilatçıları
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu,
Nizami adına Ədəbiyyat İnstitutu,
İran İslam Respublikasının Azərbaycandakı
səfirliyinin Mədəniyyət
Mərkəzi və Xəzər Universitetidir.
O, daha sonra Məhəmmədhüseyn
Şəhriyarın həyat
və yaradıcılığından
söz açıb:
"Şəhriyarın poeziyası
dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı
aynasıdır. Onun ölməz
irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti
və ədəbiyyatı
xəzinəsinin nadir incisidir.
Ecazkar poeziyası ilə ürəkləri fəth
etmiş şair geniş kütlələrin
sonsuz məhəbbətini
qazanıb. Onun şeirləri
bir çox dillərə tərcümə
olunaraq, insanların ruhunu oxşayıb”.
G.Baxşəliyeva insanpərvərlik, vətənpərvərlik
və xəlqiliyin Şəhriyar yaradıcılığının
ana xəttini təşkil etdiyini də qeyd edib.
Daha sonra çıxış edən
akademik İsa Həbibbəyli də Şəhriyarın yaradıcılığından
bəhs edib. O bildirib
ki, Şəhriyar yaradıcılığı türk-müsəlman
ədəbiyyatının nadir xəzinəsinə böyük
töhfələr vermiş
zəngin ədəbiyyat
sırasındadır: "Onun adı bütün
dünyada tanınmış
Şərq mütəfəkkirləri
ilə birlikdə çəkilir".
Xəzər Universitetinin rektoru,
professor Hamlet İsaxanlı Şəhriyar şeirinin əsasını təşkil edən ənənəvilikdən, şairin
yaradıcılığındakı novator cəhətlərdən
söz açıb.
İranın Azərbaycandakı səfiri
Möhsün Pak Ayin tədbirin təşkilatçılarına
öz təşəkkürünü
bildirib və Şəhriyarın xatirəsinə
həsr olunan bu tədbirin iki ölkə arasında münasibətlərin
nümunəsi olduğunu
qeyd edib.
Sonda Məhəmmədhüseyn
Şəhriyara həsr
olunmuş film nümayiş
olunub.
Qeyd edək
ki, xatirə günündə İraqın,
Qırğızıstanın və Tacikistanın səfirləri, Azərbaycan
alimləri ilə yanaşı, iranlı şəhriyarşünaslar da
iştirak edib.
Xalq Cəbhəsi.- 2014.- m18 sentyabr.- S.15.